Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

91 
 
görmədiyindən,  əllərindəki  silahı  sataraq  Türkiyəyə  keçib  M.Kamal  Paşanın 
müzəffər  ordularına  qoşuldu.  Əsgərlərin  bir  hissəsinin  yollarda  tifdən  qırılmaları 
barədə də məlumatlar mövcuddur.” (37.səh.46). 
Bolşevik  qırmızı  terroru  hakimiyyətdə  olmuş  müsavat  rəhbərlərinin  Türk-
ədəmi  mərkəziyyət  partiyasından  gələn  milli  şüura  malik,  savadlı  bəy-xan 
zümrəsini  erməni  daşnaklarının  əlilə  hədəfə  götürürdü.  19  iyun  1920-ci  ildə 
Tiflisdə  Azərbaycan  dövlətçiliyinin  ən  humanist,  həmçinin,  bütün  qanun 
pozuntularını  yalnız  məhkəmə  yolu  ilə  həll  edilməsini  vacib  sayan  liderlərindən 
Fətəli Xan Xoyski ilə Xəlil bəy Xasməmmədov erməni terrorçularının  hücumuna 
məruz  qalırlar.  F.Xoyski  həlak  olsa  da,  X.Xasməmmədov  boynundakı  gülləni 
1946-cı ilə qədər gəzdirir. Fətəli xanın ölümündən bir ay sonra Həsən bəy Ağayev 
daşnakların qurbanı olur. Məslək dostlarının gəldikləri ümumi qərara əsasən hər iki 
demokratiya  qurbanı  -  Həsən  bəylə  Fətəli  xan  onların  ideya  rəhbəri 
M.F.Axundovun  məzarının  ayaq  hissəsində  dəfn  edilirlər.  Sonrakı  mərhələdə 
Nəsib  bəy  Yusifbəyov  Ceyrançöldəki  Quruçay  dərəsində  öldürülür.  Hökumət 
üzvlərindən  İ.Ziyadxanov,  X.Rəfibəyov  və  görkəmli  pedaqoq  F.Köçərli  daşnak 
terrorçularının hədəfinə tuş gəlirlər. 
11  iyul  1920-ci  ildə  Naxçıvana  hücum  edən,  təpədən  dırnağa  qədər 
silahlanmış  erməni  qoşunları  may  ayından  bu  ərazinin  müdafiəsinə  cəlb  olunmuş 
general Veysəl bəy Nüvarın rəhbərlik etdiyi azsaylı Türkiyə hərbi hissələri ilə üz-
üzə gəlib pərən-pərən düşdülər. Əsas hədəfdən yayındırılan erməni daşnak ordusu 
Dərələyəz  və  Zəngəzur  bölgələrinin  əhalisini  qırıb  kəndləri  viranəyə  çevirərək 
Naxçıvanın Azərbaycanla əlaqəsini kəsməyə cəhd göstərirdi. 
Gəncə  qiyamının  iştirakçısı  olmuş  Məhəmməd  Əsəd  bəy  “Qaçqınlıq” 
sənədli hekayəsinin “Gəncədə” bölməsində yazır: “Bütün bəyanatlar sona çatandan 
sonra biz şərq arxayınçılığı ilə Bakı yürüşünə hazırlaşmağa başladıq. Ordumuz bir 
neçə yüz atlıdan və pis silahlanmış kəndlilərdən ibarət idi. Bununla belə paytaxtın 
tutulması  bizə  mümkünsüz  görünmürdü.  Amma  yürüş  başlayana  qədər  xəbər 
tutduq  ki,  iyirmi  minlik  bolşevik  ordusu  Gəncəyə  yaxınlaşır.  Şəhər  və  bütün 
Gəncəbasar  ruslar  tərəfindən  mühasirəyə  alınmış  və  ölkədən  təcrid  edilmişdi. 
Mühasirə  saatbasaat  daralırdı  və  buradan  qıraqda  baş  verənlər  bizə  bəlli  deyildi. 
Yalnız  sonralar  öyrəndik  ki,  hər  yanda  buna  bənzər  qiyamlar  qalxıb,  lakin 
qırmızıların mühasirə sistemi sayəsində, bu da hər halda yüz min adam tələb edirdi, 
bir-birindən  təcrid  edilmiş  şəkildə  saxlanılıb  boğulmuşdur.  Demək  olar,  hər 
şəhərdə qiyam qalxmışdı. Bütün ölkə od tutub yanırdı, fəqət, bütün bunların hamısı 
ümumazərbaycan qırğını ilə başa çatdı ki, “ÇK” da bu yolla öz qələbəsini bayram 
etdi.” (51.səh.196). 
4  iyul  1921-ci  ildə  RK(b)PMK  Qafqaz  bürosunun  plenumunda  Dağlıq 
Qarabağın  Ermənistana  verilməsi  məsələsi  həll  olunsa  da,  cəmisi  iki  nəfərlə 


92 
 
azlıqda  qalan  N.Nərimanov  həmin  gecə  Leninlə  əlaqə  saxlayaraq  bu  işin 
yolverilməzliyini tutarlı dəlillərlə sübut etməklə məsələni müsbət həll edə bilir. 
Bolşeviklər  Azərbaycanı  işğal  etdikdən  sonra  bir  müddət  eyforiyyada  olsa 
da,  yeni  ideologiyanın  iç  üzünü  tədricən  dərk  edən  Nəriman  Nərimanovun 
V.İ.Leninə çoxsaylı teleqramları və nəhayət, 1920-ci ilin yayında yazdığı məktubu 
onun daxilində gedən təbəddülatlardan xəbər verirdi. 
Bolşevizmin  rəhbərinə  “Əziz  Vladimir  İliç!”  deyə  müraciət  edən 
Nərimanov,  bir  daha  vəziyyətin  dəhşətli  olduğunu  önə  çəkərək  mərkəzin 
Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini daşnakların təhriki ilə Ermənistana 
verməsinə  qarşı  çıxaraq,  bu  məsələni  “düzəldilməsi  mümkün  olmayan,  pis 
nəticələr  verə  biləcək  səhv”  adlandırır.  Azərbaycanın  müstəqilliyinin  əldən 
getdiyinə  acı  təəssüf  hissi  keçirərək  rəhbərin  unudulmaqda  olan  sözlərini  ona 
xatırladır: “Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” fikri Sizin dilinizdən 
çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq biz “Müsavat”ın qurduğu fitnəkarlığı 
məhv edə bildik... İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş 
Ermənistan müstəqillik qazanmış və üstəlik də, Azərbaycanın ərazilərini almışdır. 
İndiyə  qədər  ikili  siyasət  aparan  Gürcüstan  müstəqillik  əldə  etmişdir.  Üç 
respublikadan  birinci  olaraq  Sovet  Rusiyasının  qoynuna  atılmış  Azərbaycan  isə 
həm  ərazisini,  həm  də  müstəqilliyini  itirir.”  (66.səh.62).  Real  vəziyyəti  rəhbərə 
çatdırdıqdan  sonra  arxasında  bolşevizm  ideyasına  inamını  itirməkdə  olan,  ictimai 
şüuru  formalaşmağa  başlayan  yerli  əhalinin  dayandığı  Nərimanov  ona  vəziyyətin 
ciddiliyi  barədə  xəbərdarlıq  etməyi  də  lazım  bilir:  “Vladimir  İliç!  Çoxmillətli 
əhalinin  hüquq  və  hissləri  ilə  belə  zarafat  etmək  olmaz.  Siz  inanmayın  ki, 
Azərbaycan  çoxsaylı  şüurlu  rus  fəhlələri  yaşayan  Bakı  deməkdir.  Bu  kobud 
səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün 
Azərbaycanın  kəndliləri? Mən qəti  surətdə  bildirirəm: əgər Siz də  bizim dəlillərə 
diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz 
qarşısında  məsələ  qaldıraq!”  (66.səh.62-63).  Əslində  Nərimanovun  Leninə 
ünvanladığı bu qəti xəbərdarlıq, hərbi-siyasi uğurlarından başgicəllənməsi keçirən 
bolşevizmin  öz  ideyalarını  Şərqə  tətbiq  etmək  niyyətinin  xülya  olmasını  kəskin 
şəkildə qoyaraq artıq bu əraziyə üz tutmağın mənasızlığını “Belə olan halda Şərqə 
necə  gedəcəyik?  Yeganə  ümidimiz,  inqilabımızı  Şərqdə  siyasətlə  müdafiə  etmək 
istəyimiz  də  alt-üst  oldu.  Və  bütün  bunların  müqəssiri  kimdir?  Birinci  Mərkəzin 
xəbərsizliyi  və  ikinci  Mərkəzdə  oturmuş  erməni  daşnak-kommunistlərinin  iyrənc 
işi.”  (66.səh.63)  -  deyə  önə  çəkirdi.  Məktubun  sonunda  bolşevizmin  Şərq 
siyasətinin  iflasa  uğradığını:  “Əgər  qısa  bir  müddətdə  Mərkəz  daşnak-
kommunistlərin  bütün  bu  murdar  hərəkətlərinə  son  qoymaq  iqtidarında  olmasa, 
bütün müsəlman Şərqi bizdən üz döndərəcəkdir. Mən bu barədə Sizə ciddi surətdə 
bildirirəm və əgər Şərq məzlumlarının mənafeyi həqiqətən bizə əzizdirsə, Sizin də 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə