Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

93 
 
bu  məsələyə  ciddi  yanaşmağınızı  xahiş  edirəm.  (66.səh.63)  sözləri  ilə  göstərən 
Nərimanovda  özünü  batmış  gəmidə  hiss  edən  sərnişin  əhvali-ruhiyyəsi  duyulur. 
(66. səh.63). 
1  avqust  1920-ci  ildə  N.Nərimanov  Leninə  göndərdiyi  məktubda 
Mehmandarov  və  Şıxlinski  kimi  məşhur  generalları  xilas  etməyə  çalışırdı.  O,  bu 
generalların  hərbi  mütəxəssis  kimi  əvəzsiz  olduqlarını  qeyd  edərək  onların  baş 
qərargahda  işlə  təmin olunmalarını tövsiyyə  edir, Şıxlinskinin Nikolay ordusunda 
“artilleriya  allahı”  adlandırıldığını  xatırladırdı.  Polşa  cəbhəsi  sakitləşənə  qədər 
Nərimanov  onların  Moskvada  qalmalarını,  sonradan  geriyə  dönərək  hərbi 
qüvvələrin  yaradılmasında  iştiraklarını  zəruri  sayaraq  sonda  generalların  siyasi 
fikirlərini:  “Onlar  müsavatçılara  nifrət  edirlər,  əmindirlər  ki,  Azərbaycan  Sovet 
Rusiyasız  mövcud  ola  bilməz,  İngiltərəyə  nifrət  edir,  Rusiyanı  sevirlər.” 
(111.səh.31) sözlərilə izah edərək məktubu kommunist salamı ilə bitirirdi. 
Tədqiqatçı  M.Süleymanov  isə  hər  iki  generalın  heç  zaman  sovet  rejiminə 
loyal  münasibətdə  olmadıqlarını  qeyd  edərək  S.Mehmandarov  haqqında  yazır: 
“Səməd bəy qalan bütün ömrü boyu çox böyük sınaqlarla rastlaşsa da, əqidəcə heç 
vaxt kommunist olmamış və kommunist ideyalarına da meyl göstərməmişdi. Zabit 
bütövlüyü, insani prinsipiallığı onun ən başlıca əqidəsi idi.” (80.səh.362). 
19  oktyabr  1921-ci  ildə  Leninə  göndərdiyi  məktubda  N.Nərimanov  Şollar 
su  kəmərinin  yerli  əhalinin  işlək  su  tələbatının  ödənilməsində  deyil,  neft 
sənayesində  müstəsna  əhəmiyyətini  vurğulayaraq  rəhbərdən  nasos  və  digər 
avadanlıqların  alınması  üçün  icazə  istəyir.  17  noyabr  1921-ci  ildə  isə  Leninə 
ünvanladığı  məktubda  Nərimanov  hələ  çar  hakimiyyəti  dövründə  yüksək  vəzifə 
tutmuş,  sonradan  bolşeviklərin  təchizat  sistemilə  məşğul  olmuş  L.B.Krasinin 
teleqramına əsasən rəhbərdən Bakı su kəməri üçün üç dizel-nasosun alınmasından 
ötrü  otuz  min  qızıl  manatın  Berlinə  köçürülməsini  xahiş  edir.  Sonda  isə  müəllif 
“Bu  maşın  və  hissələr  olmadan  Bakının  su  təchizatı  təmin  edilə  bilməyəcək  və 
beləliklə, neft çıxarma işi dayanacaq.” (111.səh.42) yazmaqla məktubunu bitirirdi. 
Bu  avadanlıqlar  ilin  sonunda  Bakıya  gəlib  çıxdı  və  onların  tətbiqi  işinə  Hacınski 
rəhbərlik etməyə başladı. 
1  sentyabr  1920-ci  ildən  Bakıdakı  Dövlət  Opera  Teatrı  binasında 
V.İ.Leninin təşəbbüsü ilə keçirilən Şərq xalqlarının birinci qurultayında otuz yeddi 
millətin min səkkiz  yüz nümayəndəsi və o cümlədən, Türkiyədən Mustafa Sübhi, 
İrandan Heydərxan Əmiroğlu, İngiltərədən Harri Kvelç, Macarıstandan Bela Kun, 
ABŞ-dan Con Rid kimi beynəlxalq miqyasda tanınmış inqilabçılar da iştirak edirdi. 
Türkiyədən  nümayəndə  kimi  gəlmiş  Əli  bəy  Hüseynzadə  də  bu  qurultayda  idi. 
Tədbiri  açan  N.Nərimanov  burada  iştirak  edən  38  xalqın  2000-dən  artıq 
nümayəndəsini salamlayır. 


94 
 
8  sentyabr  1920-ci  ildə  Şərq  xalqlarının  birinci  qurultayının  son  iclasında 
N.Nərimanovun  inqilabi  fəaliyyətlərindən  və  faciəli  ölümlərindən  söz  açdığı  26 
Bakı  komissarının  cəsədlərinin  artıq  Ağcaqum  səhrasından  Bakıya  gələcəklərini, 
sabah  Petrovski  meydanında  dəfn  olunacaqlarını  və  onlara  abidə  qoyulacağını 
bildirməsi yeni ideologiyanın növbəti karnavalı idi. 
30  sentyabr  1920-ci  ildə  N.Nərimanov  bölgələrə  15  günlük  səfər  edərək 
yerlərdə yeni hakimiyyətin siyasətinin təbliğinə başlayır. Həmin ilin 29 noyabrında 
isə  Ermənistanda  sovet  hökuməti  qurulduqdan  dərhal  sonra  mərkəzi  hakimiyyətə 
və Bakıda əhatə olunduğu bolşevik cildinə girmiş daşnaklara təsir mexanizmindən 
məhrum olan N.Nərimanov Zəngəzur kimi tarixi ərazimizin itirilməsinə qarşı çıxa 
bilmir.  2  dekabr  1920-ci  ildə  imzaladığı  bəyannamədə  “Sovet  Azərbaycanı  öz 
hədsiz sərvətlərindən: neft və Sovet Azərbaycanının başqa məhsullarından istifadə 
etmək  üçün  öz  qapılarını  Sovet  Ermənistanının  üzünə  geniş  açır.”  (164.səh.85) 
sözlərini  deyən  N.Nərimanovun  vəziyyətlə  barışmaqdan  başqa  çarəsi  qalmır. 
Beləliklə,  Zəngəzurun  Ermənistana  birləşdirilməsilə  Azərbaycan  Naxçıvanla 
birbaşa əlaqəsini itirir. 
5 fevral 1921-ci ildə Nərimanovun MK  AKP-nin plenum  iclasındakı çıxışı 
zamanı  Qarayevin  Qarabağda  vəziyyətin  gərginləşməsilə  bağlı  göndərdiyi 
teleqrama əsasən söylədiyi “Yoldaşlar, gördüyünüz kimi orada vəziyyətimiz bir o 
qədər  də  yaxşı  deyil.  Bütün  inqilabi  komitələr  demək  olar  ki,  məhv  edilmişdir, 
1200  erməni  kommunisti  isə  bizim  onlara  verdiyimiz  tüfəng  və  patronlarla  birgə 
daşnakların tərəfinə keçmişdir. Yalnız 150 nəfər qalır ki, onlara da ümid çox azdır” 
(111.səh.427)  sözləri  əsl  məqsədlərini  həyata  keçirməyə  çalışan  daşnakların 
yalançı bolşevizmini ifşa edirdi. 
26  may  1921-ci  ildə  keçirilən  birinci  Ümumazərbaycan  sovetlər 
qurultayının  qərarına  əsasən  N.Nərimanovun  V.İ.Leninə  göndərdiyi  sovetləşmə 
dövründə  RSFSR-ə  sürgün  edilən  həbs  düşərgələrində  və  həbsxanalardakı  bütün 
azərbaycanlıların  azad  olunaraq  geriyə  qaytarılması  haqqında  məktubu  heç  bir 
səmərəli nəticə vermədi. 
1921-ci  ildə  Rusiyanı  bürüyən  aclıq  Azərbaycana  da  sirayət  etdikdə 
N.Nərimanov kəndlilər arasında “Çanaq” ərzaq toplantısını həyata keçirdi. 
1922-ci  ilin  dekabrında  təşkil  olunmuş  SSRİ  MİK-nın  dörd  sədrindən  biri 
seçilən  Nərimanov  hakimiyyət  pilləsində  yüksəyə  qalxsa  da,  ruhən  ona  yad 
insanların əhatəsində qaldı. 
28  yanvar  1925-ci  ildə  artıq  Moskvada  həyatının  son  dövrünü  yaşayan 
N.Nərimanovun atasının adını qoyduğu 6 yaşlı oğlu Nəcəfə ünvanladığı bitməmiş 
məktubu onun daxili sarsıntıları ilə yanaşı, həyat mövqeyini və mənəvi idealını da 
təqdim edir. Bütün varlığı ilə istismarın və köləliyin əleyhinə olan N.Nərimanovun: 
“Mən bəşəriyyətin tezliklə  azadlığa  çıxması,  nadanlıqdan,  habelə  köləlikdən azad 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə