Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə47/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

95 
 
olması  yollarını  axtarırdım.  Mən  sosial-demokrat  idim,  lakin  bu  təşkilat  getdikcə 
daha çox idealdan uzaqlaşır. 
Mən  bolşeviklərin  proqramını  xüsusi  inamla  qəbul  etmişəm,  belə  ki,  mən 
bunda  öz  məramımın;  dünyada  köləliyin  məhvinin  həyata  keçməsini  görürdüm.” 
(111.səh.66)  fikirləri  daxilən  azad  olan  maarifçi-demokratın  səmimi  etirafıdır.  O, 
artıq  həmin  dövrdə  əldə  etdiyi  hakimiyyəti  möhkəmlətməklə  məşğul  olan  Stalini 
nəzərdə  tutaraq “Hakimiyyət  çoxlarını korlayır. Belə  də oldu; hakimiyyət  bir çox 
görkəmli  işçiləri  korladı.  Onlar  nəhəng  bir  dövlətin  müqəddəratını  öz  əllərinə 
almaq  və  diktator  olmaq  qərarına  gəldilər...”  deməklə  mühitdə  cərəyan  edən 
hadisələrin  dəqiq diaqnozunu  qoyur.  N.Nərimanova  doğru  uzanan  qara  əllərin  və 
ətrafında yaranaraq ona qarşı yönələn zorakılıq həlqəsinin gündən-günə daraldığını 
məktubun bu məqamı daha qabarıq ifadə edir: “İndi mən bu sətirləri sənə yazarkən 
iş  o  yerə  çatıb  ki,  Lenindən  sonra  özlərini  onun  qanuni  varisləri  adlandıranların 
dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmiş böyük nöqsanlarımız 
barədə kommunistlər öz aralarında belə danışa bilmirlər.” (111.səh.66). 
Şübhəsiz ki, ADR-in iflasında rolu az olmayan xarici faktorların bir neçəsi 
də, Türkiyənin vəziyyəti ilə bağlı idi. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xalq  təsərrüfatı 
sahəsində çalışan M.Hacınski 1922-ci ildə çap olunmuş “Hophopnamə”də verilmiş 
fotodan göründüyü kimi Mirzə Ələkbər Sabirin abidəsinin tikintisinə də rəhbərlik 
etmişdir. 
1923-ci  ildə  Zaqafqaziya  Dövlət  Plan  komitəsi  sədrinin  birinci  müavini 
təyin  olunan  M.Hacınski  Azərbaycanda  sənaye  şəhərlərinin  salınması  barədə 
layihələrin müəllifi olmaqla yanaşı, öz məqalə və çıxışlarında xüsusən Daşkəsənin 
iqtisadi inkişafını önə çəkirdi. 
18  fevral  1922-ci  ildə  mərkəzi  idarəçiliyi  tələb  edən  Leninin  bir  neçə  ay 
əvvəl  etdiyi  təklif  ilə  Zaqafqaziya  partiya  təşkilatlarının  I  qurultayı 
Zaqfederasiyanın  yaradılması  məsələsini  qəbul  edib  Q.K.Orconikidzeni  yeni 
yaradılmış Ölkə Komitəsinin sədri  seçdi. 
12  mart  1922-ci  ildə  təşkil  olunan  Zaqafqaziya  Sovet  Sosialist 
Respublikaları  Federativ  İttifaqı  Şurasının  rəyasət  heyətində  N.Nərimanovun 
A.A.Bekzadyan və P.K.Mdivani ilə birlikdə ittifaq şurası sədrləri seçilmələri uzun 
sürmədi. 
8  may  1922-ci  ildə  Bakıdakı  Aşağı  Məzarlıq  küçəsindəki  mənzilindən 
yalnız  oyma  naxışlı,  gümüş  şamdanlı  fortopianonu  götürüb  Tiflisə  köçən 
M.Hacınskilər  ailəsi  orada  Maçabeli  küçəsində  məskunlaşırlar.  1  noyabr  1924-cü 
ilədək  Zaqafqaziya  Xalq  Komissarlığının  Xarici  ticarət  komissarının,  10  oktyabr 
1927-ci ildən Dövlət Plan komissarının həbs olunduğu tarixə  - 12 noyabr 1930-cu 
ilədək təchizat və ticarət komissarlarının müavini vəzifəsində çalışmış M.Hacınski 


96 
 
daim  Azərbaycanın  mənafeyini  önə  çəkmişdi.  Zaqafqaziyada  iri  sənaye 
şəhərlərinin  salınması  barədə  layihələrin  müəllifi  olan  M.Hacınski  öz  məqalə  və 
çıxışlarında,  xüsusən  dövlət  plan  komissarının  müavini  olarkən  iqtisadi  birlik 
çərçivəsində  nəzərdə  tutulan  Rustavi  Metal  kombinatını  filizlə  təchiz  edəcək 
Daşkəsənin iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayırdı. 
Tiflisdə  Piroqov  küçəsindəki  səkkiz  saylı  binanın  ikinci  mərtəbəsində 
Hacınskilər  ailəsi,  üçüncüdə  isə  Zaqafqaziya  Diyar  Partiya  Komitəsinin  birinci 
katibi  olan  Lavrentiy  Beriya  (1899-1953)  və  1902-05-ci  illərdə  Bakıda  “Nina” 
bolşevik mətbəəsində çalışmış Vano ləqəbli İvan Fyodroviç Sturua yaşayırdı. 
Uşaqların  Vano  dayı  çağırdığı  komissar  Sturua  ilə  köhnə  münasibəti  olan 
Məhəmməd Həsən Hacınski “Necə tale məni bu yaramazla bir evə salmışdır” deyə 
dəfələrlə qonşusu Lavrentiy Beriyaya gizli nifrətini bildirirmiş. 
Onların  evində  Vəzirov,  Camal  Hacınski,  doktor  Cəfər  Rüstəmbəyov  kimi 
insanlar tez-tez qonaq olurdular. 
1923-cü  il  iyulun  7-də  Azərbaycanın  müxtəlif  bölgələrində  baş  qaldıran 
müqavimət  hərəkatlarının  yatırılmasında  xüsusi  amansızlığı  ilə  seçilən 
Ə.Qarayevin  partiya  komitələri  sədrlərinin  işirakı  ilə  keçirilən  komissiyada 
Qarabağın  düzən  hissəsində  hakimiyyət  orqanlarının  quruluşu  haqqında 
məruzəsindən  sonra  Dağlıq  və  Düzən  Qarabağ  bir-birindən  ayrılaraq  Düzən 
Qarabağda  qalan  qəzalardan  mərkəzi  Ağdam  olmaqla  vilayət  idarəsi  yaradılması 
qərara alınır. 
Tədqiqatçı  Rafael  Hüseynov  “Millətin  zərrəsi”  kitabının  “Qırmızı  şeytanın 
mavi nökəri” bölməsində yazır: “Qorbaçovun aşkarlığı başlananda  - yasaq əsərlər 
asta-asta üzə çıxdığı vaxtlarda Əsəd bəyin “Stalin” kitabının surəti, xüsusən həmin 
kitabın  Anastas  Oblikoyanı  elə  rusca  mətndə  “qef  taran”  deyə  nişan  verən  bir 
səhifəsi  əl-əl  dolaşdı.  NKVD-nin  rəhbərlərindən  olmuş  general  Atakişiyev  də  el 
sözüylə  desək  “ondan”  idi.  Və  bu  “mələkmənzə”  Əliheydər  Qarayev  də. 
Çoxdurlar,  hamısını  sadalayıb  yazımı  onların  iyrənc  adları  ilə  bulaşdırmaq 
istəmirəm.  Bu  mətləbi  istəməyə-istəməyə  ona  görə  yazıram  ki,  belə  cinsi 
naməlumlar  yalnız  bədənlərinin  məlum  hissəsilə  deyil,  əqidələrilə,  vicdanları  ilə, 
əməllərilə  millətə  və  həmvətənlərinə  münasibətlərilə  şərti  olublar.  Utancaq 
qələmlərin  yazıya  gətirmədiyi  bir  əhvalat  da  söylənilir.  1921-ci  ildə  bolşevik-
erməni  separatçıların  züyünə  qoşulan  Ə.Qarayev  canfəşanlıqla  Dağlıq  Qarabağın 
Ermənistana qatılmasına tərəfdar olduğunu təkid edəndə N.Nərimanov qəzəblə ona 
çımxırıbmış: “Qarabağ sənin filan yerin deyil ki, onu asanca hər yetənə verəsən.” 
(Mən filan yazıram, Nərimanov adı ilə deyib.)” (31.səh.244). 
30 dekabr 1922-ci ildə Sovet dövləti  yarandıqdan bir neçə gün sonra SSRİ 
MİK- sədrlərindən biri seçilən N.Nərimanov ailəsi ilə birlikdə Moskvaya köçüb 28 
yanvar  1925-ci  ildəki  müəmmalı  ölümünə  qədər  Vozdvijenka  küçəsindəki  47 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə