Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

97 
 
nömrəli  evin  29-cu  mənzilində  yaşadı.  Professor  Teymur  Əhmədovun  “Nəriman 
Nərimanov”  monoqrafiyasında  yazdığı  kimi:  “SSRİ  MİK  Rəyasət  Heyəti 
iclaslarının  protokolları,  dövri  mətbuat  və  arxiv  sənədləri  sübut  edir  ki, 
N.Nərimanov  ən  mühüm  dekret,  qərar  və  müraciətnamələrin  işlənib 
hazırlanmasında,  xarici  siyasət  tədbirlərində,  onların  həyata  keçirilməsində  fəal 
çalışmışdır.  SSRİ  MİK  Rəyasət  Heyəti  Komissiyası,  istərsə  də,  SSRİ  Sovetlər 
qurultayının rəhbərlik üzrə komissiyası tərkibində bir sıra ciddi dövləti əhəmiyyəti 
olan əsasnamənin, qayda və təlimatların və konstitusiyanın işlənib hazırlanmasında 
da, N.Nərimanov böyük qayğı, səbr və müdriklik göstərirdi.” (21.səh.287). 
7  iyul  1923-cü  ildə  L.Mirzoyanın  hazırladığı  zəmin  və  Stalinlə 
Orconikidzenin razılığı əsasında daşnakların çoxdan arzuladıqları Dağlıq Qarabağ 
Muxtar vilayəti elan edildi. Tədqiqatçı F.Əhmədova özünün “Nəriman Nərimanov 
-  ideal  və  gerçəklik”  kitabında  yazır:  “Nərimanovun  bu  prosesdə  mövqeyi  tarixi 
sənədlərdə təsbit olunsa da, şəxsi münasibətini belə ifadə etmişdi: “Dağlıq Qarabağ 
Mirzoyanın güclü təsiri altında muxtar vilayət elan edilmişdir. Mənim vaxtımda bu 
mümkün olmamışdı, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə 
olaraq  ona  görə  ki,  erməni  kəndlilərinin  özləri  bunu  istəmirdilər.  Mirzoyan  bu 
müddət  ərzində  erməni  daşnak  müəllimlərin  köməyilə  zəmin  hazırladı...  Daha 
sonra Gəncənin dağlıq hissəsi gəlir və i.a. Azərbaycanda daşnak siyasəti tam gücü 
ilə  həyata  keçirilir.”  Mirzoyanın  hazırladığı  güclü  zəmin  isə  “arxasında  Stalinin 
dayandığı,  o  zaman  güclü  olan  Serqonun  apardığı  siyasətə  söykənirdi.” 
(19.səh.118). 
Şübhəsiz  ki,  1924-cü  il  yanvarın  23-də  Leninin  ölümündən  sonra 
N.Nərimanov üçün idarə etdiyi klan naminə düşməni soyuqqanlılıqla məhv etməyi 
bacaran, bundan əlavə, erməni daşnaklarının təsir dairəsində olan Stalinlə işləmək 
olduqca  ağır  idi.  Tədqiqatçı  V.Məmmədovun  “Nəriman  Nərimanov”  kitabında 
yazdığı,  Leninin  ölümü  ilə  bağlı  Nərimanovun  dilindən  səslənən:  “Dünyanın  ən 
böyük  psixoloqu,  müsəlman  xalqlarının  ən  həqiqi  müdafiəçisi  aramızdan  getdi” 
(56.səh.123) fikirləri əslində yeni rəhbər fonunda köhnənin ilahiləşdirilməsi idi. 
1924-cü  ildə  Finlandiyaya  qaça  bilmiş  M.Ə.Rəsulzadə  Almaniyadan 
İstanbula  gəldikdən  sonra  parçalanmış  milli  və  siyasi  qrupları  öz  ətrafında 
birləşdirərək  Azərbaycan  Milli  Mərkəzini  yarada  bildi.  Peşəkar  diplomat 
Əlimərdan  bəy  Topçubaşovun  rəhbərlik  etdiyi  AMM-in  Paris  bölməsi  isə 
Azərbaycanda  gizli  fəaliyyət  göstərən  AMM-in  beynəlxalq  əlaqələrinin 
tənzimlənməsində mühüm rol oynadı. Rusiyadan üz çevirib neft sənayesində əsas 
müttəfiq  kimi  nəzərdə  tutduğu  İngiltərəyə  arxalanmağa  üstünlük  verən  AMM-in 
gizli sənədlərində Nazirlər Şurasının sədri vəzifəsi M.Hacınskiyə həvalə olunmalı 
idi. 1927-ci ildə SSRİ-nin təzyiqi ilə Türkiyə hökumətinin bu təşkilat üçün ayırdığı 


98 
 
cüzi yardıma da son qoyulduqdan sonra AMM təşkilatının Azərbaycan bölməsinin 
beynəlxalq aləmlə əlaqəsi kəsildi. 
1924-cü ilin  yayında Hacınskilər ailəsi  Kislovodskiyə dincəlməyə  gedirlər. 
Həmin  vaxt  Səadət  xanımın  dayısı  Soltan  Əhmədin  qızı,  Novxanı  kəndində 
yaşayan Xanımana xanım da onlarla birgə istirahət edir. Sonralar Xanımana xanım 
danışarmış  ki,  Məhəmməd  Həsən  bəy  o  qədər  abırlı  insan  idi  ki,  birgə  istirahət 
müddətində bir dəfə də olsun başını qaldırıb onun üzünə baxmazmış. 1927-ci ildə 
Xanımana  xanım Çingiz İldırımın böyük qardaşı, Tiflis hərbi məktəbinin  məzunu 
Şəmil bəylə ailə həyatı qurur. 
1927-ci  ilin  yayında  Almaniyaya  təhsil  almağa  gedən  M.Hacınskinin 
oğlanlarından  Şamil  atasının  yolunu  tutaraq  Darmştat  Universitetinin  inşaat 
fakultəsinə  daxil  olur,  1932-ci  ildə  oranı  bitirib  Tiflisə  qayıdır.  Nuşirəvan  isə 
Almaniyanın  Kotsput  Universitetinin  tekstil  mühəndisliyi  fakultəsinə  qəbul  olur, 
1932-ci ildə təhsilini başa vurur. 
3  dekabr  1930-cu  ildə  gecə  yaşadığı  Maçabeli  (keçmiş  Serqievski) 
küçəsindəki  15  saylı  evindəki  mənzilində  axtarış  olunduqdan  sonra  həbs  edilən 
M.Hacınski diş tozu, şotka, sabun, dəsmal və  Səadət  xanımın qızların cehizindən 
çıxardığı qatı açılmamış mələfəni kiçik çemodanına qoyub həmişəlik gedir. Dövlət 
Təhlükəsizlik  Nazirliyinin  arxivindəki  P.S.75525  saylı  qovluqdakı  233  nömrəli 
orderi EKO rəisi Tatyan imzalamış, AKQPU-nun sədr müavini L.Beriya isə təsdiq 
etmişdir. 
28  dekabr  1930-cu  ildə  Səadət  xanım  Moskvaya  gedərək  1907-ci  ildən 
Bakıdan  inqilabi  fəaliyyətinə  görə  sürgün  olunan,  1909-cu  ildə  yenidən  buraya 
qayıdan  və  M.Hacınski  ilə  yaxın  münasibətdə  olmuş  Sov.KP.MK-nın  siyasi 
bürosunun  üzvü  Serqo  Orconikidzenin  Kremldəki  mənzilində  onunla  görüşür. 
M.Hacınskiyə  dair  istintaq  materiallarının  otuzuncu  tomunun  dördüncü 
səhifəsindəki  Səadət  xanımın  Alma-Atanın  Tastak  rayonu,  Komsomol  küçəsi  31-
dən dövlət başçısı N.S.Xruşşova ünvanladığı, 26 fevral 1957-ci ildə qeydiyyatdan 
keçmiş  məktubundan  göründüyü  kimi,  zadəgan  keçmişi  olan  Serqo  Orconikidze 
Səadət xanımı hörmətlə qarşılayıb: “Bəzi yoldaşlar məni onun günahkar olmağına 
inandırmaq istəsələr də, mən inanmıram. Siz evinizə qayıdın. Araşdırarıq. Əminəm 
ki, o, evinə qayıdacaq!” sözləri ilə Səadət xanıma ümid vermişdi.” (165). 
Həbsxanada  tək  adamlıq  kamerada  saxlanılan  M.Hacınskinin  göndərdiyi, 
ailənin mədəni səviyyəsi sayəsində günümüzə qədər gəlib çıxmış xırda məktublar 
əvəzsiz  sənəd  kimi  bir  sıra  qaranlıq  məqamlara  işıq  salır.  Bu  məktublarda  kasıb 
ailəsinin  ara-sıra  ona  yemək  göndərməsindən  əzab  çəkən  ata,  “qutabı  ətlə  deyil 
daha ucuz olan balqabaqla” bişirilməsini, evdə qoyub gəldiyi “köhnə qaloşlarının” 
ona  çatdırılmasını,  işlənmiş  mələfənin  yuyulub,  kraxmallanıb  geriyə 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə