Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

99 
 
göndərilməsini  xahiş  edir.  Göndərilən  pendiri  belə  yeməyə  qıymayıb,  yenidən 
uşaqlarına qaytarır. 
M.Hacınskiyə  qarşı  əsas  ittiham  mühəndis  Ələskər  bəy  Bəylərbəyovun 
verdiyi  ifadə  idi.  Bu  ifadəyə  görə  təxminən  1928-ci  ilin  payızında  Bakıya  gəlmiş 
M.Hacınski  dövlət  plan  komitəsi  sədrinin  kabinetində  İngiltərə  və  Fransanın 
Bakıya  olan  marağının  Əlimərdan  bəy  Topçubaşovla  bağlanmış  gizli  müqavilədə 
əksini  tapması  xəbərini  gətirmişdi.  Fasiləsiz  dindirmələrdən  üzülən  Məhəmməd 
Həsən  bəy  ailəsinin  ərzaq  və  siqaretlə  bərabər  ona  göndərdiyi  məktubları 
cavablandırmağa  da,  vaxt  tapırdı.  Məktublarının  birindəki:  “Mənim  yazıq 
yetimlərim, ananızı incitməyin, ona qulluq edin. Mənə heç nə göndərməyin, burada 
hamısı  var.  Pianonu  satın,  ac  qalmayın.”  sözləri  8  fevral  1931-ci  ildə,  mələfədən 
doğrayıb  hazırladığı  kəndirlə  həbsxanada  özünü  asaraq  intihar  etmiş 
M.Hacınskinin,  maddi  sıxıntı  içərisində  yaşayan  ailəsinin  gələcək  taleyinə  yanan 
atanın  ruhi  vəziyyətini  əks  etdirir.  Ölümündən  bir  gün  qabaq  yazdığı  son 
məktubunda ailəsi ilə vidalaşan M.Hacınski onu qınamamağı xahiş edir və özünün 
təmiz  adam  olduğunu  bildirən  ata  “Mən  sizə  heç  bir  dövlət  qoymuram,  çünki 
yoxumdur.  Mənim  dövlətim  elə  sizsiniz.  Qardaşınız  bacınız,  bacınız  qardaşınız 
üçün  dövlətdir”  (163.2)  deyə  uşaqlara  bir-birlərindən  muğayat  olmağı  vəsiyyət 
edir. 
9  fevral  1931-ci  ildə  ZQPU-nun  həkimi  Vantsyanın  imzası  ilə  11886  saylı 
istintaq işinə tikilmiş sənəddən göründüyü kimi, M.Hacınski mələfədən hazırladığı 
kəndirlə  kamerada  özünü  asır.  İstintaq  işinin  383-cü  səhifəsində  M.Hacınskinin 
1907-ci  ildən  mehriban  münasibətdə  olduğu  Serqo  Orconikidzeyə  və  Ş.Eliavaya 
ünvanladığı məktubunda: “Tabutdan da sizə yalvarıram ki, mənim əməllərimə işıq 
tutub  heç  olmazsa  bu  biabırçılıqların  azalmasına  yardım  edəsiniz.  Ölüm  anında 
bildirmək  istəyirəm  ki,  mən  həqiqətən  sizin  quruluşa  düşmən  olsam  da,  bu 
hakimiyyət barədə ağzıma gələni danışsam da, əslində açıq və qəti fəaliyyət üçün 
hər zaman tərəddüd etmişəm. Odur ki,  mənim Sovet hökumətinə qarşı törətdiyim 
hər hansı bir ziyanlıqdan söhbət gedə bilməz.” 
Məhəmməd  Həsən  bəyin  ölümü  həmin  gün  oğlu  Şamillə  həbsxanaya  baş 
çəkməyə  gəlmiş  Səadət  xanıma  bildirilir.  Ərinin  cəsədinin  qaytarılmayacağını 
öyrənən  Səadət  xanım  S.Orconikidzeyə  teleqram  vurub  vida  görüşü  almağa 
yardımçı olmasını xahiş edir. Evə gəlib halva çalan Səadət xanım uşaqlarını başına 
yığıb  mərhumun  şərəfinə  dualar  oxuyur.  Və  sonra  onun  xahişi  ilə  Minurə 
Məhəmməd  Həsən  bəyin  Moskvadan  Səadət  xanıma  göndərmiş  olduğu  məktubu 
ilk  dəfə  hamı  üçün  oxuyur.  Uşaqlarına  ağlamağı  qadağan  edən  ana  zəif  səslə 
“Pəncərədən  daş  gəlir”i  züm-zümə  edir.  Xorla  ona  qoşulan  uşaqlar  bu  mahnını 
faciə ilə üzləşmiş ailənin himninə çevirirlər. 


100 
 
Ertəsi  gün  Serqo  Orconikidzenin  göstərişi  ilə  əri  və  atası  ilə  vidalaşan 
Səadət  xanımla  Şamil  yasin  əvəzinə  “Pəncərədən  daş  gəlir”  oxuduqdan  sonra 
mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çemodanı da götürüb evə 
qayıdırlar. Onun içərisindən çıxan mələfədən doğranıb hazırlanmış kəndir qızların 
vay-şivəninə  səbəb  olur.  Həmin  gecə  oğlanları  kəndiri  aparıb  xəlvətcə  vaxtilə 
F.Xoyskinin və H.Ağayevin də dəfn edildikləri Mirzə Fətəli Axundovun məzarının 
ayaq tərəfində basdırırlar. 
Serqo Orconikidzenin tapşırığı ilə Hacınskilərə kəsilmiş cüzi təqaüd 1940-cı 
ilə qədər verilsə də, ailə üzvlərinin təqib olunması nəticəsində uşaqlar məktəbdən 
xaric olunur və iş yerlərini itirirlər. 
Məhəmməd  Həsən  Hacınskinin  faciəli  ölümündən  sonra  Səadət  xanım  o 
zaman  Almaniyada  olan  Şamil  və  Nuşirəvana  məktub  yazıb  onların  vətənə 
qayıtmalarını  xahiş  edir.  Şamil  vətənə  qayıtsa  da,  atasının  taleyini  yaşamaq 
istəməyən Nuşirəvan ömürlük qürbətdə qalmağı üstün tutur. 
Rusiya  hökuməti  tərəfindən  İranda  da  təqib  olunan  mühacirlərin  sonrakı 
taleyi  barədə  20  avqust  1931-ci  ildə  İstanbulda  çıxan  “Bildiriş”  qəzetində  dərc 
olunmuş  M.B.Məmmədzadənin  “Azərbaycan  mühacirləri”  məqaləsinə  və  həmin 
qəzetin  3  sentyabr  1931-ci  ildəki  məlumatına  istinad  edən  X.C.İbrahimli  yazır: 
“Mövcüd  qərarın  icrası  ilə  bağlı  bir  fakta  diqqət  yetirək:  “30  iyul  İranda  olan 
mühacirlərin  ümumi  fəlakət  günüdür.  Bu  tarixdə  İran  hökuməti  azərbaycanlı, 
gürcü,  erməni  və  rus  mühacirlərini  çıxarmağa  başlamışdı.  Onların  ölkədən 
çıxarılması 24 saat ərzində polis tərəfindən icra edildiyindən dəhşətli bir mənzərə 
alınmışdır.  Mühacirləri  evdə,  küçədə,  bazarda  ələ  keçirib  maşınlara  dolduraraq 
dəmir yol stansiyalarına gətirir, oradan da naməlum tərəfə aparırdılar. Təkcə o gün 
həbsdə  olan  65  azəri  də  qatılmaqla  800  nəfər  mühacir  tutuldu.  Şahidlərin 
bildirdiyinə  görə  RSFSR-in İrandakı konsulu Təbriz  stansiyasında  oturub prosesə 
özü nəzarət edirdi.” (37.səh.55). 
25  sentyabr  1931-ci  ildə  AMM-in  əlli  üç  üzvünü  ittiham  edən  Az  QPU 
məhkəməsi əvvəlcə on nəfərin güllələnməsinə qərar verir. 2 fevral 1932-ci ildə işə 
yenidən  baxan  Zak  QPU-nun  kollegiyası  Əhməd  bəy  Pepinov  başda  olmaqla  altı 
nəfərə  on  il,  Ələskər  bəy  Bəylərbəyov  da  daxil  olmaqla  on  doqquz  nəfərə  beş  il 
həbs  cəzası  kəssə  də,  M.Hacınskinin  ölüm  faktını  nəzərə  alaraq  ona  qarşı 
yürüdülən  ittihama  xitam  verir.  İttiham  olunan  “53-lər”dən  bəziləri  müəyyən 
müddət  sonra  xalq  düşməni  damğası  ilə  azadlığa  çıxa  bilsələr  də,  1937-ci  ildə 
yenidən həbs olunub yox edildilər. 
Otuzuncu  illərin  ikinci  yarısından  ziyalılarımıza  qarşı  davam  edən 
repressiyalar  daha  kəskin  şəkil  almışdı.  Çarizmin  müstəmləkə  siyasətini  yürüdən 
bolşevizm,  milli  və  islami  dəyərlərə  qarşı  barışmaz  mövqedə  duran  stalinizm  ən 
yaxşı  ziyalılarımızı  həmin  prinsipləri  önə  çəkdikləri  üçün  cismani  məhv  edirdi. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə