Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə51/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

103 
 
zərrəciyi  idi.  “Zərrəcik”lərin  fəaliyyəti  isə  daimi  nəzarət  altında  saxlanılırdı. 
Normal insani münasibətlər – şəxsi mənafe, şəxsi dostluq, şəxsi sevgi: pozğunluq, 
əcaiblik patoloji hal  sayılırdı.  Kütlənin bir zərrəciyi olan  hər kəs şəxsiyyət, insan 
kimi  yox,  zərrəciklərin  arasından  seçilmiş  nəzarətçi-robot  kimi  təqdim  olunurdu. 
Nəzarətçi  robot qolçomaqların fiziki cəhətdən  məhv olunmasında  fəal iştirak edir 
və şəxsiyyət – fərd olmadığı üçün heç bir insani, etik-əxlaqi, başlıcası isə  hüquqi 
məsuliyyət daşımırdı. O, öz fəaliyyətilə həyata, yüksək amallara deyil, ölümə, şər 
qüvvələrə  xidmət  edirdi.  Faciəvilik  burasındadır  ki,  o,  kütlənin,  ictimaiyyətin 
mənafeyini  qoruyan  qəhrəmana  çevrilir,  ədəbiyyat  və  sənət  isə  onu  tərənnüm 
edirdi. 
Sosializm 
dövrünün 
diqtəsi 
ilə 
marksist-leninçi 
ideologiyanın 
formalaşdırdığı sosrealizm cərəyanı, XI Qızıl Ordunun Azərbaycanı zəbt etməsini 
əks etdirən od püskürən zirehli qatar kommunist ideologiyasının rəmzi kimi təqdim 
olunurdu.  İnsanlara  kommunizm  cənnəti  vəd  edən  peyğəmbərlər  -  siyasi  rəhbər 
personajları  ədəbiyyata  və  sənətə  ayaq  açmışdı.  Müsbət  qəhrəman  obrazında 
təqdim olunan şəxslərin siyasi yetkinliyi əsas göstərici sayılırdı. Bu qəhrəmanların 
həyat  tərzləri,  geyim-keçimləri,  hərəkətləri,  baxışları  bir-birlərinə  bənzədiyindən 
onlar  real  həyat  adamlarından  uzaq  olurdular.  Bu  beynəlmiləl  tərkibli  obrazların 
konkret  milliyyəti  olmadığından  onların  milli  mənsubiyyətindən  söhbət  gedə 
bilməzdi. Dramaturji modellər əsasən kişi obrazları üzərində qurulduğundan qadın, 
uşaq  obrazlarına  nadir  halda  rast  gəlinirdi.  Az  sayda  yaradılmış  belə  obrazlar  isə 
sxematik  şəkildə  siyasi  missiyanı  yerinə  yetirirdilər.  Dramaturji  inkişafın 
daşıyıcılarının kişi xronotipindən ibarət olması intuitiv şəkildə  firavan gələcəkdən 
deyil, ölümə, məhvə doğru üz tutduğundan xəbər verirdi. Metofizik təhlil prinsipi 
kommunizmin  canlı  aləmin  sükunətli  sonu  olduğunu  isbat  etsə  də,  sosrealizm 
ədəbiyyatının  digər  sahələri  kimi  dramaturgiyanın  da  bədii  məhsullarında  canlı 
təkamül  inkar  edilərək  durğunluq  vəsf  olunurdu.  Sosialist  cəmiyyəti  uğrunda 
məmnuniyyətlə ölümə gedən, sevgisiz, qadınsız, uşaqsız, ailəsiz sxematik kişilərin 
finalda  zirehli  qatarların  dəmir  vaqonları  kimi  rəmziləşdirilməsi  realizmin  inkarı, 
gerçəkliyin sonudur. Millilikdən, həyatilikdən uzaq olan bu dramaturji model uzun 
illər  sosializm-realizm  adı  altında  marksizm-leninizmin  bədii  təcəssümü  kimi 
fəaliyyət göstərmişdi. Real həyat hadisələrini bədii şəkildə sənətə gətirmək əvəzinə 
gerçəklikdən  uzaq  həyatın  sxematik  modeli  yaradılırdı.  Sosializm-realizm 
metodunda  ədəbiyyat  və  sənət  tarixin  bərpası  və  gerçəkliyin  əks  olunmasında 
ikinci  dərəcəli  hadisələri  qabardaraq,  ilkinlikdən  uzaq  ikinci  reallıq  yaradırdı.  Bu 
ədəbiyyatın  və  sənətin  bədii  dili  hay-küylü  olduğundan  pıçıltılarla  yaranan  əsl 
sənətin ölçülərinə uyğun gəlmirdi. Artıq özünü tam şəkildə təsdiq etmiş sosializm-
realizm  cərəyanı  yaranışından  bəri  monologik  idi  və  qətiyyən  ünsiyyətə  meyilli 


104 
 
deyildi. Yaranmış sənət əsərlərində insanların real həyatı əks olunmurdu, əksinə bu 
əsərlərdə ciddi-cəhdlə insanlara yaşamaq qaydaları öyrədilirdi. 
Burada  təsvir  olunan  həyat  gerçəkliyin  deyil,  arzu  olunan  idealların 
sxemləşdirilmiş  modeli  idi.  Real  həyatda  kütlə  içərisindən  seçilmiş  tək  bir  nəfər 
ayrılaraq qəhrəmanlaşdırılır və bu qəhrəman sənət prizmasından keçərək, yeni-yeni 
qəhrəmanların  becərilməsi  üçün  etalona  çevrilirdi.  Qəribə  burasıdır  ki,  sənət 
aləmində  olduğu  kimi  real  həyatda  da,  artıq  bu  qəhrəmanların  şəxsi  həyatı  ola 
bilmirdi,  onlar  rəmzə  çevrilərək  fetişləşirdilər.  Qəhrəmanların  mənfi-müsbət 
qütblərə  bölünməsi  sənətdə  kəskin  şəkildə  özünü  göstərirdi.  Şəxsi  prinsiplərlə 
yaşayanlar nifrət hədəfinə çevrilirdilər, onların hər bir hərəkəti müsbət qəhrəmanlar 
tərəfindən  izlənir  və  tənbeh  olunurdu.  Sosializm-realizm  ictimai  üslubu  insani 
münasibətləri  əks  etdirən  əsərləri  belə  dövrün  tələbilə  sxematik  və  mexaniki  bir 
struktura  çevirirdi.  Odur  ki,  sosrealizmi  ədəbiyyatımızın  sükunət  dövrü  hesab 
etmək  olar.  Sükunətin  dialektik  xüsusiyyəti  barədə  görkəmli  ədəbiyyatşünas 
M.Baxtin yazır: “Sakitlikdə heç nə səslənmir, sükunətdə heç kim danışmır. Sükut 
ancaq  insanlar  aləmində  (və  ancaq  insanlar  üçün)  mümkündür.  Əlbəttə,  həm 
sakitlik, həm sükut həmişə şərtidir.” (98.səh.357). 
Məhəmməd  Həsən  Hacınski  isə  milli  azadlıq  ideyalarını  reallaşdıran  və 
artıq  beynəlxalq  siyasi  dairələrdə  nüfuz  qazanmış  demokratik  cümhuriyyətçilərin 
arxalanmaq  istədikləri  real  qüvvə  idi  ki,  öz  ölümü  ilə  belə  vətən  düşmənlərinə 
meydan oxuya bildi və bu səbəbdən də, bütün nəsil-nəcabəti repressiyalara məruz 
qaldı. 
1939-cu  ildə  Hacınskilər  ailəsinin  oğlanları  Tofiq  və  Murad  hərbi  xidmətə 
çağırıldıqdan sonra maddi və mənəvi çətinliklər meydana çıxır. Həmin il Tiflisdəki 
mənzillərinin  əllərindən  alınması  səbəbindən  məcbur  olub  Bakıya  dönən 
Hacınskilər  ailəsi  yalvar-yaxardan  sonra  öz  mənzillərindəki  atalarının  iş  otağında 
kirayənişin kimi yaşamağa başlayırlar. 
1939-cu ildə Xanımana  xanımın oğlu Cahangir bəy Hacınskilərin  mülkünə 
gəlir. O gündən tez-tez bu mənzildə olan Cahangir bəyə 1933-cü ildə şahmat üzrə 
Azərbaycan çempionu olmuş Fatma xanım bu idman növündən dərslər deyərmiş. 
Məzarlıq  küçəsi  artıq  Arsen  Əmiryanın  adına  verilmiş,  Hacınskilərin 
buradakı  mənzilləri isə Minasyan və  Karamurza  kimi iki erməni ailəsi tərəfindən 
tutulmuşdu. “Xalq düşmənləri”-  deyə  Hacınskiləri sıxışdıran erməni qonşuları isə 
onları  gözüm-çıxdıya  salırdılar.  Professor  dul  Karamurza  özünü  bir  az  təmkinli 
aparsa  da,  onun  oğlu  opera  müğənnisi  Artur  səsinin  gur  yerinə  salıb  qışqırır, 
övladları  olmayan  Minasyanlar  isə  hər  vəchlə  onları  evdən  qovmağa  çalışırdılar. 
Sonralar məlum olduğu kimi onlar haqqında lazımi yerlərə gizli məktubları məhz 
Karamurza yazırmış. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə