Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

105 
 
Əli İsgəndər və Məmməd Yusif Cəfərov qardaşları iflic vəziyyətində yataq 
xəstəsi  olsalar  da,  onlar  müxtəlif  təqiblərə  və  əzablara  məruz  qalan  Hacınskilər 
ailəsinin hüquqi vəziyyətlərinin bərpa olunması üçün lazımi dairələrə məktublarla 
müraciət  edirdilər.  Qeyd  edək  ki,  17  iyunda  hökumət  istefa  verdikdən  sonra 
Gürcüstanda diplomatik nümayəndə vəzifəsini icra edən, daha sonra 14 mart 1919-
cu  ildən  22  mart  1919-cu  ilə  qədər  fəaliyyət  göstərən  N.Yusifbəyovun  dördüncü 
kabinəsində  xarici  işlər  naziri  təyin  edilən,  Sovet  dövründə  isə  aqrar  sektorda 
şərabçılıq  və  pambıqçılıq  trestlərində  hüquqşünas  kimi  çalışan  M.Y.Cəfərov  15 
may 1938-ci ildə dünyasını dəyişərək Şağan kəndində dəfn olunur. 
Tofiq  və  Murad  Hacınskilər  hərbi  xidməti  başa  vurub  evə  qayıtmaq 
ərəfəsində  olanda  müharibə  başlayır.  İki  illik  pedaqoji  kurs  bitirərək  təyinatla 
Qubada  ibtidai  siniflərə  dərs  deyən  Minurə  xanım  məktəbin  dil-ədəbiyyat 
müəllimi,  “xalq  düşməni”nin  qızı  ilə  evlənməyə  cəsarət  etmiş  Əziz  adlı  bakılı 
oğlanla  yenicə  ailə  qurmuşdu.  Ailə  həyatının  üç  ayı  tamam  olmamış  davaya 
yollanan Əzizdən bir daha xəbər-ətər olmamışdı. Minurə Qubada rus dili müəllimi 
kimi  çalışdığı  ərəfədə  anasının  təkidi  ilə  təcili  şəhərə  gələrək  sürgün  olunan 
ailəsinə  qoşulmuşdur.  Sonradan  orada  qalsaydı  bəlkə  də,  həyatının  bir  başqa  cür 
alınacağını düşünən Minurə ömrü boyu anasını günahlandırmaya bilmədi. O, dörd 
il  yeraltı  şaxtada  çalışdıqdan  sonra  nəhayət,  kontorda  işləməyinə  icazə  verilmiş, 
Alma-Atada  Pedaqoji  İnstitutu  bitirmiş,  bir  müddət  müəllim  kimi  orada 
çalışmışdır.  Anasının  yanında  qalan  Fatma  (1915)  Bakı  Sənaye  Texnikumunda, 
Leyla isə 189 saylı orta məktəbin 9-cu sinfində oxuyurdu. 
1  oktyabr  1941-ci  ildə  Hacınskilər  ailəsinin  sürgün  olunması  barədə  qərar 
çıxarıldıqda  artıq  cəbhəyə  getməyə  hazırlaşan,  saçlarını  da  dibindən  qırxdırmış 
Muxtar  (1913)  1941-ci  ildə  anası  və  bacıları  ilə  sürgün  olunur.  Ağır  sürgün 
həyatının izlərini daim özündə yaşadan Muxtar ali təhsilli maliyyəçi, Ukraynadan 
sürgün  edilmiş,  türk  əsilli  Koçubəylər  nəslindən  olan  Anna  xanımla  evlənir. 
Onların  hər  ikisi  maliyyə  idarəsində  çalışmış,  Anna  xanım  maliyyə  şöbəsinə 
rəhbərlik etmiş, Muxtar isə baş mühasib kimi çalışmışdı. Lakin ailənin xoşbəxtliyi 
uzun  sürmür.  Muxtar  işdə  dolaşdırılaraq  həbs  olunduqdan  sonra  mənəvi  sarsıntı 
keçirən  Anna  həyatını  ömürlük  Alma-Atadakı  monastıra  bağlayıb  rahibə  olur. 
Həbsxana  həyatından  sonra  ciyər  xəstəliyi  qazanmış  Muxtar  isə  ömrünün  son 
günlərini Bakıda, bacıları Minurə və Leylanın yanında yaşamışdır. 
3 oktyabr 1941-ci ildə gəmi ilə Krasnovodska gətirilən Hacınskinin xanımı, 
üç  qızı  və  kiçik  oğlu  Tofiq  burada  dadına  baxmağa  imkan  verilmədiyi  qovun-
qarpız bolluğuna sevinsələr də, onları içərisində yalnız saman olan yük vaqonunda 
Şimali  Qazaxıstana  göndərirlər.  Yolda  onlar  Ə.Hüseynzadənin  qardaşı,  Səlyanda 
gimnaziya  direktoru  işləmiş  İsmayıl  bəylə  tanış  olurlar.  Bütün  eşalondakılar  onu 
özlərinə qeyri-rəsmi rəhbər seçirlər. O da vaqonda olan cüzi ərzağı hər kəs arasında 


106 
 
bölüşdürür, nəzarətçilərlə danışıqlara girirdi. Dəmir yolu ilə bir ay çəkən üzüntülü 
səfər  bitdikdən  sonra  bir  neçə  gün  arabalarla  tanrının  nəzər  diqqətindən  uzaq 
düşmüş yerlərə çatan Hacınskilərin danışmağa belə taqətləri yox imiş. 
Qazaxıstanın Sima-Palalatinsk vilayətinin Jarmin rayonundakı Balacar qızıl 
şaxtasının ərazisində məskunlaşan ailə şimal iqliminin sərt qışı ilə üzləşir. Hava o 
qədər  şaxtalı  olurmuş  ki,  quyudan  götürülən  suyun  evə  çatınca  donması,  səhər 
qonşuların  köməyi olmadan gecə  yağan qarın  yığılıb örtdüyü qapının açılmasının 
mümkünsüzlüyü ailəni heyrətləndirir. 
Qonşuluqda M.Rəsulzadənin ilk övladı Lətifənin kiçik qızı Evşənlə birlikdə 
gecə soyuqdan donması və bu dərdə dözməyən böyük qızı Firuzənin acı göz yaşları 
içində hayqırması hamını sarsıdır. Əliheydər Qarayevin də soyuqdan donub orada 
rəhmətə gedən qardaşına yas tutan anasının və bacısının ruhi vəziyyətləri ömürlük 
yaddaşlarına həkk olunur. 
Qazaxıstanda Milki adlı  inək  alaraq onun  südü  hesabına bir çox ailələrə, o 
cümlədən Hacınskilərə  də  əvəzsiz  yardım  göstərən İsmayıl bəyin özü isə  1942-ci 
ildə  aclıqdan  dünyasını  dəyişir.  Onun  oğlu,  Cümhuriyyət  dövründə  xaricə  təhsil 
almağa göndərilən yüz tələbədən biri olmuş Bəhram bəyin Almaniyada ailə həyatı 
qurduğu  Luiza  xanımı  1937-ci  ildə  geriyə,  öz  vətəninə  qovurlar.  Luiza  xanım 
Almaniyada  açdığı  mağazaya  Luiza  Hacınski  adını  verir.  Bəhram  bəyin  bu 
xanımdan olan qızı Roya Ebruza on iki yaşından sürgündə Hacınskilərin övladları 
ilə  birgə  şaxtadan  çıxan  qızılı  yumağa  başlayır.  Onun  atası  isə  ömürlük  həbs 
cəzasına məhkum edilir. İsmayıl bəyin digər oğlu Şəmsəddinin həyat yoldaşı, atası 
Bayılda  şokolad  dükanı  açmış  Anna  Çernışova  elə  sürgündə  olarkən  yatalaq 
xəstəliyindən dünyasını dəyişir. 
Ən ağır anlarda bir-birlərinə  dayaq olmaq barədə ata vəsiyyəti Hacınskilər 
ailəsinin  gözəl-göyçək  qızlarının  bütün  əzablara  sinə  gərməsinə  yardım  edərək 
onların karına gəlir. Gündüzlər qardaşları Muxtarla şaxtada işləyən Minurə (1910) 
və  Fatma  (1915)  gecələr  əllərinə  keçən  kitabları  oxumaqla  məşğul  olurlar. 
Sonbeşik  Leyla  (1922)  sexdə  əlcək,  corab,  şərf  toxuyaraq  cəbhəyə  göndərməklə 
hamının rəğbətini qazanır. Ətrafda sürgün həyatı yaşayan azərbaycanlı gənclər olsa 
da, məşhur xalq düşməninin qızları ilə ailə qurmaq olduqca təhlükəli idi. 
Həmin  illərdə  İsmayıl  bəy  tez-tez  cavanları  öz  ətrafına  toplayaraq 
repressiyadan qorxaraq gizlətdiyi Ə.Hüseynzadənin F.Köprülüzadə ilə birgə şəklini 
onlara göstərməklə yanaşı, qardaşının 1911-ci ildə Türkiyədə yazdığı “Hali vətən” 
şerini  də  əzbərlədərmiş:  “Ucundadır  dilimin  həqiqətin  böyüyü,  Nə  qoydular 
deyəyim, nə kəsdilər dilimi.” 
Almaniyada  təhsil  almış,  bir  neçə  xarici  dil  bilən  Şamil  Hacınski  uzun 
yoxlamalardan  sonra  kəşfiyyatçılar  qrupuna  qəbul  olunaraq,  İran  Sənaye 
Nazirliyinin  texniki  nümayəndəsi  kimi  Berlində  çalışmağa  göndərilir.  9  noyabr 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə