Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

107 
 
1942-ci  ildə  təcili  geriyə  çağırılan  Şamil  Hacınski  Binə  hava  limanında  bir 
təyyarədən  digərinə  keçirilərək  Moskvaya  göndərilir.  Altı  ay  Lefortova 
həbsxanasında  saxlanıldıqdan  sonra  Kuybışev  (Samara)  şəhərindəki  islah  əmək 
düşərgəsinə  göndərilir.  Sonrakı  illərdə  peşəkar  təhsili,  dili  mükəmməl  bilməsi 
nəzərə  alınaraq  alman  əsirlərinin  çalışdığı  tikintiyə  göndərilir  və  orada  rəhbər 
vəzifəyə  qədər  yüksəlir.  Suriyyə  adlı  azərbaycanlı  qızla  gec  də  olsa  ailə  qurmuş 
Ş.Hacınski  yeganə  oğluna  atasının  adını  qoyur.  On  yaşlı  Məhəmməd  Həsənin 
müəmmalı ölümünə dözməyən Şamil Hacınski bir neçə il yataq xəstəsi kimi yaşasa 
da,  9  iyun  1969-cu  ildə  dünyasını  dəyişir.  Otuz  beş  yaşından  dul  qalmış  Suriyyə 
xanım hal-hazırda tənha yaşayır. 
Bir  vaxtlar  atasının  faciəsindən  sonra  vətənə  qayıtmaqdan  imtina  etmiş 
Nuşirəvan, 1945-ci ildə Berlinin müdafiəsi uğrunda həlak olur. Lakin Hacınskilər 
ailəsi bu barədə məlumatı hələ uzun illərdən sonra əldə edə bilir. 
Murad  Hacınski  Tiflisdə  avtonəqliyyat  texnikumunu  bitirdikdən  sonra 
1939-cu  ildən  Fin  müharibəsində,  1941-ci  ildən  isə  Böyük  Vətən  Müharibəsində 
iştirak edir. Müharibədə Ukrayna cəbhəsində tank komandiri kimi vuruşmuş, 1944-
cü ildə Kiyev uğrundakı döyüşlərdə ağır yaralanmış Murad uzun müddət müxtəlif 
hospitallarda müalicə olunduqdan sonra Bakıya göndərilir. Onun xahişi ilə evlərinə 
göndərdiyi  adamların  ailələrinin  sürgün  xəbərini  gətirməsi  Murada  olduqca  ağır 
təsir  göstərir.  15  may  1942-ci  ildə  bir  günlük  Bakıya  gəlmiş  Murad  Hacınskini 
doğma  mənzillərində  yad  adamlar  qarşıladıqdan  sonra  o,  artıq  ailə  başçıları 
həyatda  olmayan  Cəfərovların  mənzilinə  üz  tutaraq  burada  doğmaları  haqqında 
müfəssəl  məlumat  toplayır.  Ailəsinin  ünvanını  öyrənən  M.Hacınski  Bakıdan 
yenidən cəbhəyə yollanarkən yolüstü onlara belə bir məktub yazır: “Salam mənim 
əzizlərim!  Srağa  gün  teleqramınızı  aldıqdan  sonra  sevincimin  həddi-hüdudu 
olmadı. Uzun müddət sizdən soraq almadığımdan hədsiz narahat idim. Cəbhədən 
Bakıya yazdığım məktublar geriyə göndərildikcə ağlıma min cür fikir gəlirdi. Hələ 
indiyə qədər burada nələrin haş verdiyini anlaya bilmirəm. Sizdən xəbər tutub bir 
az özümə gəldim. Anamdan çox nigaranam, yazın görüm necədir?.. Nəyə görə heç 
olmasa məktubda bir-iki sətir də o, yazmayıb. Heç nəyi gizlətmədən məndən sonra 
nələrin baş verdiyini ətraflı yazın. Axı mən müharibədəyəm. Sizi həyəcanlandırmaq 
istəməsəm  də,  cəhhədə  hər  gün  ölümlə  üzləşdiyimi  təsəvvür  edin.  Elə  həyəcanlar 
keçirmişəm ki, artıq məni heç nə heyrətləndirə bilməz. Bizim yerimiz tez-tez dəyişir. 
Hal-hazırda  deyəsən  Nevinamsa  stansiyasındayam.  Bir  daha  təkrarlayıram  ki, 
məndən nigaran qalmayın. Yazın görüm Şəmil haradadır? Ondan bir xəbər varmı? 
Bakıda olanda Cəfərovlara da baş çəkdim. Təyin olunmuş məkana çatan kimi sizə 
ünvanımı yazacağam. Qara dəniz istiqamətində yola düşürük.” (163. 3). 
Yeddi illik müharibədən sonra ailəsi ilə sürgün həyatı yaşamış Murad əllinci 
illərin  ortalarından  Moskvaya  gedərək  Avtonəqliyyat  İnstitutuna  daxil  olsa  da, 


108 
 
təhsilini  yarımçıq  qoymağa  məcbur  olmuşdur.  O,  şəhərlərarası  avtonəqliyyat 
bölməsinin rəhbəri olmuş, 2000-ci ildə dünyasını dəyişmişdir. 
23 dekabr 1913-cü ildə anadan olmuş ailənin dördüncü uşağı Tofiq 1940-cı 
ildə  Moskvada  Avtomobil  Yolları  İnstitutunu  bitirmişdir.  Böyük  Vətən 
Müharibəsində  Dövlət  Təhlükəsizlik  Nazirliyinin  xüsusi  qoşununda  Leninqradın 
müdafiəsində  vuruşmuş  Tofiq  donmuş  Ladoqa  gölü  üzərindəki  “həyat  yolu”  ilə 
mühasirədə qalmış şəhərə avtomobil karvanlarının hərəkətini təmin edən dəstənin 
komandiri olmuşdur. Döyüş yolu Berlinə  qədər gedib çıxmış Tofiq atəş səngiyən 
kimi  bir  vaxtlar  Nuşirəvanın  yaşadığı  küçəyə  gəlmiş,  bombardmandan  uçub 
xarabaya dönmüş evi görüb şoka düşmüşdü. Bir neçə gündən sonra yenidən buraya 
gələrək  qonşuluqdakı  alman  qadından  yaralı  Nuşirəvanın  xanımı  və  iki  oğluyla 
Hamburqa  üz  tutduğunu  öyrənə  bilmişdi.  Qələbədən  sonra  Moskvada  qulluğunu 
davam  etdirən  Tofiq  Hacınski  daim  anasının,  bacı  və  qardaşlarının  axtarışı  ilə 
məşğul  olur.  Nəhayət  o,  uzun  axtarışlardan  sonra  ünvanı  müəyyənləşdirərək 
Qazaxıstanda sürgün taleyi yaşayan doğmalarının yanına gəldikdə yaxınlarının ağır 
həyat  şəraitini görüb ikinci zərbəni alır. Məhz Tofiqin bu gəlişinin  nəticəsi olaraq 
ailənin  sərbəst  şəkildə  bir  kənddən  digərinə  getməsinə  icazə  verilmiş,  bir  müddət 
sonra, 1946-cı ilin sonunda isə onların Alma-Ataya köçməsinə imkan  yaranmışdı. 
1949-cu  ildə  atasının  kimliyini  gizlətdiyinə  görə  Tofiq  podpolkovnik  rütbəsi 
əlindən  alınaraq  təhlükəsizlik  orqanlarından  və  partiya  sıralarından  xaric  edilir. 
Beləliklə,
 
Tofiq  Hacınski  həyatda  üçüncü  ən  böyük  zərbəni  alır.  Qırxıncı  illərin 
sonlarından  o,  Moskva  şəhər  təsərrüfatı  idarəsində  çalışmışdır.  Yetmişinci  illərin 
sonlarında  isə  partiyaçı  olmasa  da,  öz  qabiliyyətinə  görə  Moskvanın  ən  böyük 
rayonlarının  birində  abadlaşdırma  və  yol  idarəsinin  rəisi  olmuşdur.  1981-ci  ildə 
dünyasını dəyişmişdir. 
Alma-Atada təhsilini davam etdirmək şansı qazanan ailənin qızları; Minurə 
rus  dili  və  ədəbiyyatı,  Fatma  fizika-riyaziyyat  fakultələrini  bitirərək  ali  təhsil 
alsalar  da,  orta  məktəbi  başa  vura  bilməyən  kiçik  bacı  Leylaya  ali  məktəbdə 
oxumaq qismət olmur. 
Digər  millətlərdən  olan  oğlanlar  məmnuniyyətlə  bu  gözəl-göyçək  bacılarla 
ailə  qurmaq  istəsələr  də,  mühafizəkar  dünyagörüşlü  Səadət  xanım  qızlarını  yalnız 
öz  millətinin  oğluna  qismət  olacağını  söyləyib  heç  əsl  türk  olan  qazax  gənclərini 
belə yaxına buraxmadı. 
5  mart  1953-cü  ildə  Stalinin  ölümündən  iki  həftə  sonra,  Novruz  bayramı 
ərəfəsində  Səadət  xanım  ailənin  sonbeşiyi,  1920-ci  il  təvəllüdlü  Leylanı  özüylə 
götürərək  Bakıya  gəlmək  imkanı  qazanır.  Günahsızlığına  tam  əmin  olduğu  əri 
Məhəmməd  Həsən  Hacınskiyə  bəraət  almaq  üçün  var  qüvvəsi  ilə  çalışan  Səadət 
xanım uzun əzab-əziyyətdən sonra nəhayət, Zaqafqaziya Hərbi tribunalının 29 may 
1958-ci il tarixli qərarı ilə buna nail olur. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə