Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

111 
 
tərəfindən  bir  nömrəli  düşmən  elan  edilmişdi.  20  fevral  1906-cı  ildə  Qafqaz 
canişini  Vorontsov-Daşkovun  Tiflisdəki  Humayun  sarayının  Yaşıl  zalında  təşkil 
etdiyi erməni-müsəlman sülh məclisində milli qırğını törədən səbəblər araşdırılırdı. 
Qafqaz canişinindən  əlavə, onun  müavinləri,  Tiflis, İrəvan, Gəncə  qubernatorları, 
Krım Soltanı Gəray, general Malama, general Şirnikin hökumət tərəfindən məclisə 
nəzarət  edirdi.  İslam  nümayəndələri  arasında  əsas  söz  sahibləri  Əhməd  bəy 
Ağaoğlu,  Əlimərdan  bəy  Topçubaşov,  Qarabəy  Qarabəyov,  erməni  vəkilləri 
arasında isə “Müşak” qəzetinin sahibi Kalantar idi. 
25  fevral  1906-cı  ildəki  beşinci  məclisdə  Kalantarın  münaqişə  səbəbini 
aradan  qaldırmaq  üçün  guya  toqquşmaların  əsas  səbəbkarları  olan  köçərilərin 
yaylağa  gediş-gəlişinin qadağan edilməsi təklifi  və:  “Köçərilik öz-özündə  insanın 
çox  alçaq  və  səfil  dərəcədə  olmağına  dəlalət  edər.  Ancaq  qeyri-mədəni  tayfalar 
köçəri  olurlar.  Və  müsəlmanların  köçəri  olması  bütün  Qafqaz  əhalisinə  zərərdir. 
Gərək  çalışaq  ki,  onlar  bu  tövr  dirilikdən  əl  çəksinlər  və  oturaq  olub  kənd 
təsərrüfatı və sənətlə məşğul olsunlar. Hal-hazırda müsəlmanların özlərində bu işə 
meyl  görünür,  bəzi  yerlərdə  ki,  pambıq  və  düyü  əkirlər,  əhali  yavaş-yavaş  oturaq 
olur,  çox  yerlər  də  ancaq  adətə  görə  köçməkdədirlər.  Bir  halətdə  ki,  köçməyə 
ehtiyac əsla qalmayıbdır, lazımdır ki, dövlət və hökumət öz tərəflərindən kömək və 
binagüzarlıqlar  edib  köçəriləri  oturaq  etsinlər.  Əks  təqdirdə  Qafqazın 
mədəniyyətcə  tərəqqi  etməsi  müşküldür.  Bu  ilə  gəldikdə  labüdən  hökumət  köç 
etməyi qadağan etsin. Lazımdır ki, düşmənçilik edən bu iki milləti ayırıb arasında 
maneə  olmaq  ki,  bir  qədər  bir-birilərini  görməyib  bu  ədavəti  yaddan  çıxartsınlar. 
Yoxsa  ki,  toqquşma  olar.  Biz  bu  sözləri  ermənilərin  xatirəsi  üçün  söyləməyib 
müsəlmanların  da  xeyrinə  danışırıq.  Xırda  uşaqları  ilə,  mallarla  köç  edən  camaat 
dağlarda  naçar  və  məəttəl  qalırlar.  Hərgah,  bir  iş  düşsə,  heç  bir  şey  əllərindən 
gəlməz. Biz, erməni vəkilləri sülhün xatirəsi üçün təvəqqe edirik təcili olaraq bu il 
köç  məsələsi  dayandırılsın.”  (69.səh.107,108)  fikirləri  Əhməd  bəy  Ağaoğlu 
tərəfindən hiddətlə qarşılanır. M.S.Ordubadinin “Qanlı illər” kitabında “Tiflis sülh 
danışıqları”  başlığı  altında  təqdim  etdiyi  bu  sənədlərdən  göründüyü  kimi,  xitabət 
kürsüsünə  çıxan  Əhməd  bəy  Ağaoğlunun  cənab  Kalantara  cavabı  xalq  adından 
danışmaq  hüququ  qazanmış  hər  kəs  üçün  əvəzsiz  tədris  nümunəsidir:  “Cənab 
Kalantarın  buyurduqları  camaata  dair  elmin  ki,  ibarət  olsun  ictimai  və  millət 
tərəqqisi  elmlərindən  təlim  etdiyi  həqiqətlərə  tamamilə  ziddir.  Dünyada  bütün 
insanlar  öz  tərəqqilərində  üç  mərhələdən  keçirlər:  əvvəlinci  mərhələ  ov 
mərhələsidir  ki,  insanlar  ov  ilə  məişət  edirlər.  İkinci  mərhələ  köçərilik  və  mal 
bəsləmək dərəcəsidir. Üçüncü mərhələ mədənilik, yəni şəhərdə sakin olub sənət və 
əkinçiliklə  güzəran  keçirməkdir.  Bu  üç  mərhələni  keçmək  bütün  tayfalar  üçün 
çarəsizdir. 


112 
 
Heç bir iş, heç bir fərman ilə insanları bu mərhələlərin birisindən o birisinə 
birdən-birə  aparmaq  olmaz.  Gərək  zaman  keçdikcə  və  zəmanənin  tələbi  ilə  özləri 
bu  mərhələləri  təbdil  etsinlər.  Bu  ümumi  və  təbii  bir  qaydadır.  Əks  halda, 
hökumətin və dövlətin köçəriləri mədəni və ya mədəniləri köçəri etmək ona bənzər 
ki, hökumət və dövlət şimaldan əsən küləyi qərbə döndərmək fikrinə düşə... 
Milyonlarca  adam  süd,  pendir  və  ət  ilə  yun  və  bu  kimi  heyvan 
məhsulatlarıyla  dolanırdılar.  Bunlara  birdən-birə  “köç  etmədən  əl  çək”  buyuran 
cənab Kalantar bunlar nə  yeyib dolansınlar  məsələsini əsla düşünmür. Gör və gör 
ki,  cənab  Kalantar  bu  qədər müsəlmanı  bir  neçə  dağ  ermənisinin  xatirinə  acından 
öldürməyə hazırdır. 
Köç  olmasın  demək  asandır,  yol  məişət  göstərmək  çətindir.  Heç  cənab 
Kalantar bu köçərilərin arasında olubmu? O, görübdürmü ki, yay fəsli olanda bütün 
canlı  heyvanlar,  insanlar,  inək  və  qoyunlar,  hamını  ağızlarını  dağ  səmtinə  tutub 
mələyirlər?! Hamını qəribə bir vəziyyət alıb şüursuz olaraq dağ tərəfinə aparır. 
Bu  cəhalətin  önünü  almaq  insanın  qüvvət  və  gücündən  yuxarı  bir  şeydir. 
Qışlaqlar cəhənnəmə dönür, sular, çaylar quruyur, ot kökündən kəsilir, milyonlarca 
həşərat  baş  qaldırıb  hər  yerdə  bir  qanlı  şey  görürsə  ilan  kimi  çalırlar.  Malyariya 
adlanan qızdırma mallara və insanlara təfavüt etmədən sirayət edib, canlarını alır. 
Cənab  Kalantar  köçəriləri  bu  bəlalara  düçarmı  etmək  istəyir?  Belə  isə  əcəb 
rəhimdir! Əcəb insaniyyətpərvərlikdir.” (69.səh.109). 
Məhəmməd Səid Ordubadinin qeyd etdiyi kimi çıxışdan sonra  əhvalı xarab 
olan  Əhməd  bəy  Ağaoğlu  halətsiz  olub  sarayın  otaqlarından  birinə  aparıldıqda 
xitabət  kürsüsünə  çıxan  Q.Qarabəyovun  “Köçərilik  qadağan  edilərsə  erməni-
müsəlman  məsələsi  alovlanıb  Qafqazı  odlayacaqdır!”  (69.səh.110)  xəbərdarlığı 
savadına  güvənən  bu  şəxsiyyətlərin  mənəvi  güclərini  də  nümayiş  etdirir.  Məhz 
xalqın belə qeyrətli övladlarının iradəsi tarixən heyvandarlıqla məşğul olub Aran-
Yaylaq  həyatı  sürən  əhalinin  minilliklər  ərzində  formalaşmış  həyat  tərzinin 
çarizmin müstəmləkə siyasəti məngənəsində məhv edilməsinə qarşı çıxa bilirdi. 
Sosializmin ilkin mərhələsində vaxtilə Kalantarın təklif etdiyi, heyvandarlıq 
üçün  yararlı  olan  çöllərimizdə  pambığın  becərilməsi  flora  və  faunada  fəlakətlər 
törədərək  xüsusən  qoyunçuluğun  inkişafı  nəticəsində  təbii  şəkildə  gübrələnən 
torpağın  xumus  qatının  məhvinə,  saysız-hesabsız  meşələrin,  çoxillik  bitkilərin, 
vəhşi heyvan və quşların kökünün kəsilməsinə səbəb olurdu. Gədəbəy ərazisindəki 
mis  mədənlərində  odunun  yanacaq  kimi  istifadə  edilməsi  isə  meşəli  yamacların 
çılpaq qayalıqlara çevrilməsini daha da sürətləndirdi. Digər tərəfdən Aran-Yaylaq 
ərazisinə  öyrənmiş  əhalinin  qızmar  günəş  altında  qul  əməyi  ilə  məşğul  olması 
onlara kökü min illərə gedib çıxan çöl mədəniyyətinin folklor poetikasını və adət-
ənənələrini  tədricən  unutdururdu.  “Kitabi  Dədə-Qorqud”  kimi  dünya 
mədəniyyətinin  incisini  yaratmış  xalqın  kütləvi  halda  manqurtlaşması  siyasəti 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə