Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

113 
 
həyata keçirildi. Əsrin ortalarında ölkədə pambıqçılığın inkişaf etdirilməsi pərdəsi 
altında  A.Mikoyanın  təhrikilə  Ermənistanın  dağlıq  ərazilərindən  zorla  köçürülən 
azəri-türk  əhalisi  malyariyanın  tüğyan  etdiyi  Aranda  yerləşdirilərək  ölüm-dirim 
seçimi  qarşısında  qaldı.  Əsrin  sonunda  isə  qloballaşan  erməni-daşnak  terroru 
nəticəsində Azərbaycan əhalisi kütləvi qırğınla üzləşdi. Ərazisinin iyirmi faizi işğal 
olundu. Və  milyondan artıq qaçqın  yurd-yuvasını itirdi. Səbəb isə bütöv bir tarixi 
mərhələdə  vətən,  torpaq,  xalq  deyən  ziyalılarımızın  məhv  edilməsi,  təqibə  məruz 
qalması idi. 
Sonradan  Nəsib  bəy  Yusifbəyovun  Azərbaycandan  kənarda  mükəmməl 
təhsil  almış,  əsasən  bəy,  xan  zümrəsindən  olan  ziyalılardan  ibarət  “Türk  ədəmi 
mərkəziyyət firqəsi”nə çevrilən “Difai”ni yaratdığına görə günahlandırılan Əhməd 
bəy  Ağaoğlu  Türkiyədə  ingilislər  tərəfindən  həbs  olunaraq  1919-cu  ilin  mayında 
Malta adasına sürgün olunmuş və burada bir gözünü itirmişdi. 
1921-ci  ildə  sürgündən  qayıtdıqdan  sonra  Türkiyədə  fəaliyyətini  davam 
etdirən Ə.Ağaoğlu 1930-cu ildə böyük bir siyasi oyuna qoşulur. Türkiyənin hakim 
Cümhuriyyət  Xalq  Partiyasına  rəqib  olan  Sərbəst  firqənin  ən  öncül  liderlərindən 
birinə  çevrilir.  Lakin  firqə  oyunlarından  dərin  sarsıntı  keçirmiş  Əhməd  bəy 
həyatının son illərində bədbinlik və ruh düşkünlüyünə qapılır. O, 1939-cu ildə may 
ayının 19-da İstanbulda dünya ilə vidalaşır. 
Qarabəy  Qarabəyov:  Qarabəy  Qarabəyov  13  yanvar  1874-cü  ildə  o 
zamanlar Yelizavetpol qəzasının Zəyəm sahəsinə tabe olan Yuxarı Ayıblı kəndində 
İsmayıl  bəyin  və  Şeyda  xanımın  ailəsində  doğulmuşdur.  İlk  təhsilini  Anninoda 
(Şəmkir)  alman-rus  litseyində  aldıqdan  sonra  on  iki  yaşında  Tiflis  klassik 
gimnaziyasına  qəbul  olur  və  oranı  əla  qiymətlərlə  bitirərək  Bakıya  -  anasının, 
qardaşları Əli və Cəfərin, bacısı Gövhərin yaşadığı  Malakan (Xəqani) küçəsi, bir 
saylı  evə  gəlir.  H.Z.Tağıyevin  hesabına  Moskva  Universitetində  dörd  il  təhsil 
aldıqdan sonra 1896-cı ildə inqilabi fəaliyyətinə görə bir il həbs cəzasına məhkum 
edilir.  Həbsdən  azad  olunduqdan  sonra  təhsilini  Dert  (Tartu)  Yuriyev 
Universitetinin tibb fakultəsində davam etdirir və 1899-cu ildə oranı bitirib alman 
dilinə  mükəmməl  yiyələnmiş  halda  əczaçı  diplomu  alır,  iki  il  Moskvada  işləyir, 
1901-ci ildə isə Bakıya qayıdaraq müstəqil həkim kimi fəaliyyətə başlayır. 
1901-ci  ildə  Qarabəy,  Nabat  xanım  Qoca  bəy  qızı  Aşurbəyovanın  qızı 
Gülbəstədən olan nəvəsi İsa  bəy Aşurbəyovun əmisi,  millioner Hacı Rzaqulu bəy 
Aşurbəyovun ikinci qızı Məsumə  xanımla evlənir və  yeni qohumlarının köməyilə 
Malakan bağının yanındakı binada şəhərdə ilk dəfə olaraq venerololoji xəstəliklər 
üzrə kabinet açır. 
XIX  əsrin  sonlarından  Türkiyədə  mütərəqqi  fikirli  yeni  osmanlıların 
davamçıları olan “yeni türklər” hərəkatı 1889-cu ildə “İttihad və tərəqqi” təşkilatını 
yaratdı.  Tədricən  ölkənin  ictimai  həyatında  mühüm  yer  tutan  bu  təşkilat  1908-ci 


114 
 
ildə  sultan  Əbdülhəmidi  konstitusiyanı  bərpa  etməyə  və  parlament  çağırmağa 
vadar  etdi.  Əslində  1908-18-ci  illərdə  Türkiyədə  real  hakimiyyəti  idarə  edən 
“İttihad və tərəqqi” partiyası tədricən qonşu ölkələrə də nüfuz edir. 
Azərbaycanda  “İttihadi-islam”  kimi  mütərəqqi  fəlsəfi-siyasi  təlimi 
təkmilləşdirərək  cəmiyyətə  tətbiq  edənlərdən  biri  hələ  Parisdə  Sarbon 
Universitetində oxuyarkən Şeyx Cəmaləddin Əl-Əfqaninin yaxın dostu və tələbəsi 
olmuş, ondan dərs almış Əhməd bəy Ağaoğlu idi. Bu qlobal işi həyata keçirməkdə 
Əhməd bəyin  ən  yaxın ideya  və  məslək dostları Əli bəy Hüseynzadə  və  Qarabəy 
Qarabəyov idi. “İttihadi-islam” təlimində həmin dövrdə artıq təhrifə məruz qalmış 
İslamın  tənzimlənməsi,  onun  təlqin  etdiyi  qanun-qaydaların,    həyat  tərzinin 
açıqlanması  və  bərpa  olunması  məsələsi  vacib  sayılırdı.  Qarabəyov  “Kaspi” 
qəzetinin 21 aprel 1900-cü il 87-ci sayında panislamizmin mahiyyətini açmaq üçün 
yazırdı:  “Panislamizm  özünün  daxili  məzmununa  görə  geriyə  dönməkdir. 
Köhnəliyə qayıtmaq yox, daha inamla, daha qüvvətlə irəliyə.” (41). 
Rusiya  müsəlmanlarının  müxtəlif  bölgələrdən  gələn  nümayəndələrinin 
iştirakı ilə  1905-ci  ilin avqustunda  Nijni-Novqorodda  “Qustav Struve” gəmisində 
gizli  keçirilən  ilk  təsis  iclasında  sonradan  partiyaya  çevrilən  “İttifaqi-müsəlman” 
təşkilatının  yaranması  və  beş  maddədən  ibarət  qərarla  milli  azadlıq  ideyasının 
formalaşması  məsələsi  həyata  keçirildi.  Ə.Topçubaşovun  rəhbərliyi  ilə  yaranan 
“İttifaqul-müslimin”  firqəsi  Azərbaycanın  ictimai-siyasi  həyatında  mühüm  bir 
mərhələ idi. Həmin dövrdə “İttihadi-islama” əsaslanan və “Daşnaksütun” firqəsinə 
alternativ olan “Difai” kimi nüfuzlu təşkilatın yaranması da labüd idi. 
1905-ci ildə çarizmin fitvası və Bakının qubernatoru Nakaşidzenin təhrikilə 
alovlanan milli münaqişədə ermənilər qardaşı Cəfəri evinin qarşısında öldürdükdən 
sonra  intiqam  hissi  ilə  alovlanan  Qarabəy  bu  qlobal  terrorun  qarşısını  almağı 
özünün  əsas  amalına  çevirir.  Məsləkdaşları  ilə  birlikdə  şərə  qarşı  üsyan  edən 
Qarabəy  Qarabəyov  islam,  türklük,  müasirlik  ideyasının  və  o  dövrdə  geniş 
yayılmış  ictimai  cərəyan  olan  romantizmin  banisi  Əhməd  bəy  Ağaoğlunun  yaxın 
silahdaşına  çevrilir.  Xeyriyyə  cəmiyyəti  kimi  qeydiyyatdan  keçən  “Difai” 
(Müdafiə)  vahid  milli  təşkilatı  xalqı  qırğından  qorumaq  üçün  müqavimət 
hərəkatına  çevrilərək  qısa  müddətdə  öz  ətrafına  mindən  artıq  qeyrətli  vətəndaş 
toplayır.  Xalq  arasında  geniş  nüfuza  malik  olan  “Difai”nin  fəaliyyəti  nəticəsində 
erməni  terroru  ilə  üz-üzə  gələn  saysız-hesabsız  günahsız  vətəndaşlar  ölüm 
təhlükəsindən  xilas  olur.  Bu  təşkilatın  məzlum  xalqı  qoruyan  xilaskar  missiyasını 
ləkələmək istəyənlərə qarşı öz daxili etirazını kağız üzərinə köçürərək çap etdirən 
Qarabəy  Qarabəyov  o  vaxtdan  etibarən  həkimliklə  yanaşı,  publisist  kimi  də 
fəaliyyət göstərməyə başlayır. 
1906-cı  ildə  İranda  inqilabi  fəaliyyətini  davam  etdirən  Qarabəyov  Rəşt 
tutulduqdan  sonra  Mirzə  Abdulla  Xan  adı  altında  Berlinə  qaçır.  1908-ci  ilə  qədər 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə