Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

117 
 
adamlardır  gedirlər  orada  öz  pullarıyla  acları  da  saxlamağa  yaxud,  bunlar  öz 
hesablarına doktor dəstəsi ya dərman göndərirlər. Əgər Bakı istəsə beş dənə doktor 
dəstəsi  göndərər  və  öz  hesabına  müharibə  meydanında  böyük  bir  xəstəxana  açıb 
saxlaya bilər, bu xüsusi düşünülməlidir.” (42). 
Qeyd  edək  ki,  “Haqq  yolu”  qəzeti  Osmanlı  imperiyasının  İtaliya 
müharibəsində  Avropa  və  Afrikadakı  ərazilərini  itirməsini,  1912-13-cü  illərdə 
genişlənən  Balkan  müharibəsində  bu  imperiyanın  iflasa  uğramasını,  “İttihad  və 
tərəqqi”  partiyası  sayəsində  osmanizmi  panislamizm  və  pantürkizm  ideyalarının 
əvəz etməsini izləyərək oxucularına çatdırırdı. 
1914-cü  ildə  Qarabəy  Qarabəyov  həkim  kimi  Bakı  milyonçularının  və 
müsəlman  ruhanilərinin  təşkil  etdiyi  xüsusi  diviziyanın  tərkibində  Səlib  Əhmər 
(qırmızı  xaç)  cəmiyyətinin  xətti  ilə  cəbhəyə  getməyə  hazırlaşır.  Müsəlmanlardan 
ibarət  “Vəhşi  diviziya”  adlı  qoşun  birləşməsinin  baş  həkimi  olmuş  Qarabəyov 
həmin ərəfədə mənəvi və fiziki düşkünlükdən müalicə edib ayaq üstə qoyduğu şair 
Məhəmməd  Hadini  də  onunla  cəbhəyə  yollanmağa  təhrik  edir.  Ərəb,  fars  və  rus 
dillərini  bilən  böyük  romantik  şairimiz,  əvvəl  Həştərxanda,  1910-cu  ildə  isə 
İstanbulda  jurnalistik  fəaliyyəti  ilə  məşğul  olmuş,  Türkiyənin  “Tənin”,  “Rübab”, 
“Şahübal”, “Mahitab” və “Hilal” qəzetlərində şer və məqalələri ilə çap olunmuşdu. 
Məhəmməd  Hadi  burada  yüksək  rütbəli  bir  məmuru  təhqir  etmək  üstündə  həbs 
edilir.  “Minlərlə  binəva  quru  yerlərdə  can  verir,  Beş-on  ləin  naili  doryayi 
nemətin..”  deyə  sosial  ədalət  axtaran  şair  mənəvi  sarsıntı  içərisində  vətənə  dönür 
və  ən  yaxın  dostu,  sirdaşı  doktor  Qarabəyovun  təhriki  ilə  bir  müddət  onun 
xəstəxanasında  ruh  düşgünlüyündən  müalicə  olunur.  Gəncliyinin  nakam 
məhəbbətindən  sonra  ömrü  boyu  tənha  yaşayan  Məhəmməd  Hadi  Qarabəyovlar 
ailəsinin ən doğma adamı idi. 
Doktor Qarabəyov cəbhədə olarkən, yeganə oğlu Müzəffərin yeddi yaşında 
“sibir  xorası”  xəstəliyindən  dünyadan  getməsi  peşəkar  həkim  kimi  asanlıqla  bu 
xəstəliyi  müalicə  edə  bilən  Qarabəyə  olduqca  ağır  təsir  edir.  Bir  müddət  ictimai 
fəaliyyətdən  belə  kənarlaşan  Q.Qarabəyov  Rusca-Azərbaycanca  lüğət  tərtibinə 
başlayır. 
Q.Qarabəyov  1918-ci  ilin  sonunadək  cəmisi  beş  nömrəsi  çapdan  çıxan 
“Yeni həyat” adlı gündəlik siyasi-ictimai və ədəbi qəzetə redaktorluq edir. Həmin 
ilin  mart  hadisələrində  daşnak-bolşevik  qurumunun  təqibindən  yaxa  qurtaran 
Qarabəyov  altı  ay  Dağıstanın  dağ  zirvələrindəki  aullarda  yaşadıqdan  sonra  artıq 
Türk-azərbaycan ordusu tərəfindən azad olunmuş Bakıya qayıdır. 
“İttihadi-islam”  firqəsinin  orqanı  olan,  1917-ci  il  dekabrın  4-dən  31-dək 
Azərbaycan  dilində  nəşr  olunan  “İttihad”  qəzetinin  Ceyhun  bəy  Hacıbəyovdan 
sonra 1919-il fevralın 21-dən 1920-ci il aprelin 23-dək rus dilində çıxan saylarının 
redaktoru məhz Q.Qarabəyov olmuşdu. 


118 
 
“İttihadi-islam”  təliminin  istiqlaliyyət  və  inkişaf  konsepsiyası  mütərəqqi 
dəyərlərə  arxalandığı  üçün  Avropa  dövlətlərində  qismən  də  olsa  anlaşılsa  da, 
Rusiyada  düşmənçiliklə  qarşılanırdı.  Digər xalqlarla  münasibətdə  humanizmi önə 
çəkən “İttihadi-islam” təlimini geniş kütlə üçün açıqlayan Qarabəy Qarabəyov rus 
dilində çıxan “İttixad” qəzetinin 7 mart 1919-ci il 2-ci sayında yazırdı: “Rus xalqı 
ilə  hərtərəfli  əməkdaşlıq  vacibdir.  Heç  kim,  heç  vaxt  millətimizin  başına  gələn 
müsibətlərə  görə  rus xalqını günahkar saymayıb. Rus imperiyası rus xalqı demək 
deyildir. (43). 
Azərbaycanda Sovet imperiyası qurulduqdan sonra Şura hökuməti əleyhinə 
yerlərdə  güclənən  müqavimət  hərəkatı  və  üsyanlar  partiyalara  qarşı  təqibləri 
gücləndirdi.  Nəhayət,  1921-ci  ildə  “Müsavat”,  “İttihad”,  “Əhər”  partiyalarının 
fəaliyyətləri  qadağan  olundu  və  bundan  sonra  müalicəxanasını  hökumətə  təhvil 
verib  özü  müdir  vəzifəsində  qalmış  Q.Qarabəyov  başda  olmaqla  partiyanın  155 
nəfər üzvü həbs olundu. Azərbaycan Fövqəladə Komissarlığında çalışan Beriya və 
Bağırovun  qərarı  ilə  Q.Qarabəyovun  əmlakı  müsadirə  edilir  və  o,  Arxanqelsk 
vilayətindəki  məşhur  Solovkiyə  sürgün  edilsə  də,  burada  da  həkimlik  fəaliyyətini 
davam  etdirir.  Nəhayət,  Bakıya  qayıtmış  Nərimanovun  səyi  ilə  1923-cü  ilin 
mayında  Q.Qarabəyov  sürgündən  azad  edilir.  Nərimanovun  rəsmi  göndərişi  və 
Rusiya  Fövqəladə  Komissarlığının  icazəsi  ilə  1923-cü  ildə  Moskvaya  köçən 
Q.Qarabəyov  həmin  idarədə  həkim  kimi  fəaliyyətə  başlayır.  Bolşaya  Bronnaya 
küçəsində 24 saylı evin 4-cü mərtəbəsində mənzil alır və burada nüfuzlu bir həkim 
kimi  Tibb  İnstitutunda  pataloji  anatomiyadan  dərs  deyir,  paralel  olaraq  Kreml 
xəstəxanasında da fəaliyyət göstərir. 
1922-ci  ilin  dekabrında  SSRİ  Mərkəzi  İcraiyyə  Komitəsinin  sədri  seçilən 
N.Nərimanov  tapdığı  ürək  ağrıları  barədə  daim  Q.Qarabəyova  müraciət  edirdi. 
Tarix  elmləri  doktoru  A.Hüseynovun  7  avqust  1991-ci  il  “Kommunist”  qəzetində 
dərc  olunmuş  “Əqidəcə  fərqlənsələr  də”  məqaləsində  yazdığı:  “Bir  neçə  il  əvvəl 
Moskvada  Dövlət  Arxivində  işləyərkən  rus  dilində  makinada  yazılmış,  rəngi 
saralmış  mətnlə  rastlaşdım.  Səhifənin  başlığında  yazılmışdı:  Nərimanovun  rəyi. 
Doktor  Qarabəyovun  türkcə-rusca  lüğətinin  nəşri  haqqında.  Mətn  üzərində 
N.Nərimanov  öz  əliylə  düzəlişlər  etmişdi.  Bu  üç  səhifəlik  yazı  Nərimanovla 
Qarabəyovun  əlaqələri  və  Qarabəyovun  lüğəti  barədə  məlumat  verir. 
Əlyazmasında tarix göstərilməyib. Əlaqədar materiallarla tanışlıq mətnin 1924-cü 
ilin  martında  yazıldığını  müəyyənləşdirməyə  imkan  verdi.”  (29)  sözləri 
Nərimanovla  Qarabəyov  arasındakı  isti  münasibətlərin  təsdiqinə  çevrilə  bilər. 
Qeyd  edək  ki,  Qarabəyovun  Moskvada  yaşadığı  müddətdə  iki  dəfə  nəşr  etdirdiyi 
rusca-türkcə  lüğətini  daha  da  genişləndirməsi  sənədlərdən  məlum  olur.  Lüğətin 
çapı  ilə  bağlı  yazışmalar  isə  uzun  müddət  davam  etmişdi.  A.Hüseynovun  həmin 
məqaləsində  göstərdiyi  kimi:  “Azərbaycan  Xalq  Maarif  Komissarının  müvəkkili, 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə