Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   2   3   4   5   6   7   8   9   ...   64

13 
 
kimi  olubdur.  Amma  Rusiya  dövlətinin  öz  əhli  zikr  olan  xərci  çox  zamandır  ki, 
verir... Doğrudur, bezi arşın ilə satıb altmış manat xərc verməyin nəfi azdır. Amma 
əlli  min  manat  mayası olan  kəsə, bu tövr ticarət artıq nəf edir. Onun üçün altmış 
manat  artıq  xərc  deyil.    Bəs  min  manat  mayası  olan  kəs,  sənin  dad  etməyin  nə 
lazım. Bezi arşın ilə satmağın xərci çoxdur, bez satma, min manatla elə alış-veriş et 
ki, onun xərci az olsun və ya heç olmasın” (90.səh.19). “Əkinçi”nin 25 iyul 1876-
cı  il  14-cü    sayındakı  məqalə  analitik  şəkildə  yeni  qanunu  araşdırır:  “Cənab 
Sərdarın dəftərxanası bəyan edir ki, iyulun əvvəlində Qafqazda araq çəkənlər üçün 
təzə qanun qoyulub. Arağın bərkliyi gərək 40 dərəcə olsun və hər dərəcəyə 7 qəpik 
xərc  var.  Üzüm  və  qeyri-meyvələrdən    araq  çəkən,  onun  qazanının  hər  vedrəsinə 
hər  gündə  gərək  versin  maşın  işləyirsə  41  qəpik,  maşınsız  araq  çəkilirsə  5  qəpik. 
Kişmişdən  araq  çəkən  maşın  olsa  3  manat  90  qəpik,  olmasa  2  manat  60  qəpik. 
Məxsusi bağı olanlar öz meyvəsindən araq çəkəndə gərək zikr olan xərci versinlər. 
Amma  onlarda  ixtiyar  var  şəhadətnaməni  1-7  günə  alsınlar,  lakin  qeyri-kəslər 
gərək bir ilə ala” (90.səh 214). 
“Əkinçi”  qəzeti  mühüm  sosial  ictimai  hadisəyə  çevrilsə  də,  daim  maliyyə 
problemi  ilə  üzləşirdi.  Məlum  olduğu  kimi  qəzetdən  gələn  gəlir  “Müsəlman 
şagirdlərinə  yardım”  cəmiyyətinin  xeyrinə  sərf  olunurdu.  Milli  mətbuatımızın 
qaranquşu  sayılan  “Əkinçi”nin  qayəsi  olan  xalqını  bütün  sahələrdə 
maarifləndirmək  prinsipi  həmişə  qorunub  saxlanılırdı.  19  dekabr  1975-ci  il  tarixli 
“Əkinçi”  qəzetinin  11-ci  sayında  Nəcəf  bəy  Vəzirov  Moskvadan  göndərdiyi 
məqaləsində  aqrar  maarifçilik  məsələlərini  önə  çəkərək  oxuduğu  Petrovski 
Akademiyasının  əkinçilik  və  maldarlıq  sahəsindəki  müasir  təlimlərini  və 
yaradılmalı  olan  şəraiti  oxuculara  çatdırırdı:  “Akademiyanın  öz  yerində  meşələr, 
əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savayı, özləri əkin əkib, 
meşə  saxlayıb  maldarlıq  etsinlər.  Bu  dəfə  bizim  mal-qara  saxlamağımızdan 
danışaq:  akademiyanın  100  baş  malı  var  ki,  bu  halda  qış  olduğuna  görə  onları 
töylədə saxlayıblar. Töylə bir mərtəbə daş evdir. Onun ortasında uzunlamasına iki 
cərgə  axurlar  qayrılıb  və  axurların  arasında  dəmir  yolu  ayrılıb  ki,  bir  fəhlə  əlində 
ərradə  o  yolda  gedib-gələ  bilsin.    Töylənin  axur  olan  yerləri,  yəni  ortası  hündür, 
amma  divarlarının  yanı  bir  az  alçaqdır  ki,  malların  nəcisi  və  sidiyi  axıb  oraya 
getsin. Hər bir malın öz yeri və axuru var. Onları zəncir ilə üz-üzə bağlayıb səkkiz 
ay ki, bizim qışdır saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər 
gündə  beş  dəfə  mallara  yem  verir:  sübh  saat  rusi  beşdə,  onda  və  on  birdə, 
günortadan  sonra  saat  dörddə  və  altının  yarısında.  Əvvəl  dəfə  quru  ot  və  saman, 
ikinci  dəfə  su  buğunda  saxlanmış  yem.  Bu  yemi  belə  qayırırlar:  kələm  və  zılx 
yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zılx, yerkökü 
töküb    onun  üstə  kəpək  töküb  qazanı  doldurub  üstə  bir  az  duz  səpib  ağzını 
bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu  novça ilə əvvəlinci 


14 
 
qazana  aparıb  o  buğun  içində  yemi  bir  gecə  saxlayıb  sübh  saat  onda  mallara 
verirlər, üçüncü dəfə yenə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem 
verirlər.  Turş  yemi  belə  qayırırlar:  kələm  və  i.a.  yarpaqlarının  hər  birini  bir 
əlahiddə quyuda turşudurlar. Quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. 
Onun  dibini  və  yanlarını  taxta  ilə  tutublar  ki,  yağış  suyu  ona  dolmasın  və 
yarpaqların  suyu  oradan  çıxmasın.  Hər  bir  araba  yarpağa  bir  girvəngə  duz  səpib 
quyunu  doldurub  üstünü  torpaqlayırlar.  Belə  saxlanmış  yarpaqları  iyirmi  gündən 
sonra mallara vermək olar. Malları iki dəfə sulayırlar. Bir sübh saat səkkizdə və bir 
də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları 
hər  gün  iki  dəfə  şotka  və  qaşo  ilə  təmiz  edib,  iki  dəfə  də  onların  altının  otlarını 
dəyişdirirlər” (87.səh.391-392). 
Bu  qəzetin  21  iyul  1877-ci  il  15-ci  sayındakı  bir  elanı  nəzərdən  keçirək: 
“Pavel Yeqoroviç Zaparojçenko ki, tamojnaxanada ambarçılıq edirdi – məlum edir 
ki,  sudlarda  vəkillik  eləməkdən  ötrü  şəhadətnamə  alıb.  Hər  kəs  onu  vəkil  etməyə 
xahiş etsə onun mənzilinə getsin ki, Kokorevin imarətində sakin olur” (90.səh.414). 
Elanın  mətnində  ambarçının  vəkil  şəhadətnaməsi  almasına  açıq  müqavimət  hiss 
olunaraq “Əkinçi” qəzetinin dövrün reallıqlarını informasiya gerçəkliyi zəminində 
oxucularına çatdırması təsdiqini tapır. 
1877-ci ildə “Əkinçi” bağlandıqdan sonra mətbuat aləmində boşluq yarandı. 
1879-cu  ildə  çar  hökuməti  Tiflisdə  Zaqafqaziya  ruhani  idarəsinin  üzvü  Seyid 
Ünsizadəyə  “Ziya”  qəzetini  çap  etməyə  icazə  verdi.  Sonradan  bu  qəzetin  adı 
dəyişib  “Ziyayi-Qafqaziyyə”  (1879-84)  oldu.  Qəzet  öz  səhifələrində  əsasən  dini 
təbliğatı  ön  plana  çəkirdi.  Və  təbii  ki,  ərəb-fars  kəlmələrindən  gen-bol  istifadə 
edirdi.  Akademik  M.İbrahimov  qəzet  barədə  yazır:  “  ...”Ziya”  və  “Ziyayi-
Qafqaziyyə” kimi mürtəce fikirlər və mövhumat yayan qəzetlər və onların ətrafına 
toplaşmış şəxslər, əlbəttə, mütərəqqi-demokratik hərəkatın qarşısını ala bilmədilər. 
Lakin əngəl törətdilər” (38.səh.85). Qəzet dini təbliğatla yanaşı, çar üsuli-idarəsinə 
birbaşa  yarınmaqdan  da  çəkinmirdi.  Bilavasitə  peşəkar  üslubun  yoxluğundan  bu 
kobud  şəkildə  üzə  çıxırdı:  “Xudavədi-aləm  padşah  imperatorumuzu  mühafizə  və 
vüqayə etsin” (142). 
Bu  dövrdə  milli  mətbuatımızın  banisi,  peşəkar  qələm  sahibi  Həsən  bəy 
Zərdabi 
kənara 
çəkilməyə  məcbur  olmuşdu.  Məddahlıq  və  yaltaqlıq 
rəsmiləşdirilməkdə  idi.  Siyasi  təqiblərə  məruz  qalan  Həsən  bəy  Zərdabi  1880-ci 
ildə  ailəsilə  doğma  Zərdaba  köçür.  1896-cı  ildə  Bakıya  qayıdaraq  Dövlət 
Dumasında çalışmaqla yanaşı, “Kaspi” qəzetilə əməkdaşlıq etməklə kifayətlənir. 
XIX əsrin sonlarında Azərbaycanda rus dilində ona yaxın mətbu orqan nəşr 
olunurdu ki, onlardan biri “Kaspi” (1881-1919) qəzeti idi. 1881-ci ildən Bakıda rus 
dilində  çap  edilən  “Kaspi”  az  vaxt  ərzində  geniş  populyarlıq  qazanmışdı.  Qəzetlə 
yaxından əməkdaşlıq edən M.Şahtaxtlı, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə