Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   56   57   58   59   60   61   62   63   64

121 
 
1921-ci  ilin  yanvarında  Xalq  Komissarları  Sovetinin  sədri  N.Nərimanovun 
tapşırığı  ilə  neft-mədən  avadanlığı  almaq  üçün  bir  müddət  Almaniyada  yaşayan 
Behbud bəy Cavanşir həmin ilin yayında milliyyətcə rus olan həyat yoldaşı Tamara 
xanım,  eləcə  də  qardaşları  Surxay  və  Cümşüdlə  birlikdə  İstanbulda  Əhməd  bəy 
Ağaoğlunun qonağı olurlar. 
8  iyul  1921-ci  ildə  saat  on  bir  radələrində  “Pere  Palas”  mehmanxanasının 
önündə  arxadan  güllə  səsini  duyan  kimi  kəskin  surətdə  geri  dönüb  qatilin  üstünə 
atılaraq  qolundan  tutmağa  nail  olan  Cavanşir  xan  caninin  onun  qarnına  tuşladığı 
revolverdən  açılmış  iki  atəşlə  ölümcül  yaralanır.  Cinayət  zamanı  yanında  olan 
həyat  yoldaşı  və  qardaşları  onu  xəstəxanaya  çatdırsalar  da,  sonda  “Cənablar, 
pəncərəni  açın,  hava  çatışmır,  mən  ağırlaşıram!”  -  deyən,  böyük  rus  inqilabı  və 
hərcmərclik  illərində  dəfələrlə  sui-qəsdlərə  məruz  qalsa  da,  öz  həyatını 
soyuqqanlıqla  qorumağı  bacaran  Behbud  xan  Cavanşiri  bu  dəfə  xilas  etmək 
mümkün  olmur.  O,    erməni  terrorçusu  Misak  Terlakyanın  açdığı  güllədən 
dünyasını dəyişir. 
Əhməd  bəy  Ağaoğlunun  qızı  Sürəyya  xanım  xatirələrində  yazır:  “Atam 
Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın 
ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi 
özünə  vəzifə  bildiyini  və  buna  görə  də  hərəkət  etmək  lazım  gəldiyini  söylədi.... 
Azərbaycan  daxili  işlər  naziri  Behbud  xan  Cavanşirin  də  ermənilərin  qara 
siyahısında  olması  xəbərini  almışdıq.  O  arada  Cavanşir  xanımı  və  iki  qardaşı  ilə 
Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və 
bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu 
həbs  həyatına  dözə  bilməyəcəyini  söylədiyindən  evimizi  tərk  edib  “Pere  Palas” 
mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anama Behbud xanın axşam 
“Pere  Palas”  mehmanxanasına  gələrkən  bir  erməni  tərəfindən  vurulduğu  xəbərini 
gətirdilər.” (47.səh.153). 
Cavanşir  xanın  qatili  erməni  Terlakyanın  məhkəmə  işini  Sürəyya  xanım 
belə  xatırlayır:  “Kiçik,  zəif  adam  olan  qatil  tir-tir  titrəyirdi.  Prokuror  onun  üçün 
ölüm  cəzası  istədi.  Tələb  bizi  də  heyrətləndirdi.  Bu  gənc  zabitdən  belə  cəsarəti 
gözləmirdik.  Lakin  həmin  prokuror  24  saatın  içərisində  Türkiyədən  uzaqlaşmağa 
məcbur  edildi.  Yerinə  gələn  yeni  prokuror  isə  müttəhimin  bəraətini  istədi.  Təbii, 
qatilə bəraət verildi və həmin gecə buradakı ermənilər tərəfindən vəkili ilə birlikdə 
Amerikaya qaçırıldı. (47.səh.154). 
Lütfəli bəy Behbudov: Pənahəli xan İran şahı ilə ziddiyyətə girib Qarabağa 
çəkildikdən  sonra  oğlu  Behbudəli  xan  İranda  şah  sarayında  əsir  qalır.  Dəfələrlə 
oğlunu əsirlikdən xilas etmək yolları axtaran Pənahəli xan sonda ona bihuş verərək 
yatırdıb ölmüş olduğunu göstərmək fikrinə düşür. İran şahına oğlunu öz torpağında 
basdırmaq  istəyini  bildirdikdə  isə  Behbudəli  xanı  ölmüş  bilən  İran  tərəfi 


122 
 
çürüməməsi  üçün  meyidi  eventerasiya  edərək  Qarabağa  göndərir.  Bundan  sonra 
Qarabağ  xanlığını  yaradan  Pənahəli  xan  ömürlük  İran  şahı  ilə  düşmən 
münasibətində qalır. Lütfəli bəy Behbudov da həmin Behbud xanın nəslindən olub 
onun  nəvəsi  Rəhim  bəyin  oğludur.  Rəhim  bəyin  daimi  iqamətgahı  Qarabağın  üç 
oğlan kəndində  olsa  da, onun Şuşada  Cıdır Düzündə  gözəl malikanəsi də  var idi. 
Mirzəli,  Lütfəli,  Əli  oğlanları,  Səltənət,  Sürəyya,  Nəstərən  və  Həmidə  isə  qızları 
idi. Uşaqlıqdan Qarabağ ləhçəsinə uyğun Niftalı çağırılan Lütfəli bəy 1877-ci ildə 
Şuşada  anadan  olmuş,  elə  ilk  təhsilini  də  orada  almışdı.  Ali  təhsilini  Peterburq 
Texnologiya  İnstitutunun  dəmiryol  mühəndisi  fakultəsində  alan  Lütfəli  bəy  oranı 
bitirdikdən  sonra  Kazanda  əmək  fəaliyyətinə  başlayır  və  burada  tatar  xanlarının 
nəslindən olan Leyla xanımla ailə qurur. Yoldaşı ona üç qız övladı bəxş edir. 1905-
ci ildə Qarabağda vəziyyətin gərginləşdiyi bir dövrdə L.Behbudov vətənə dönür və 
1906-cı  ildə  Əhməd  bəy  Ağaoğlu  ilə  birgə  “Difai”  özünümüdafiə  təşkilatının 
yaradılmasında iştirak edir. 
Vaxtı ilə H.Z.Tağıyevin yanında işlər müdiri kimi çalışan mühəndis Lütfəli 
bəy  Behbudovla  onun  arasında  baş  vermiş  məişət  münaqişəsinin  məhz  erməni 
sahibkarlarının  təhriki  ilə  1912-ci  ilin  mart  ayında  gedən  məhkəməyə  çıxması 
mətbuatda  belə  söz-söhbətə  səbəb  olmuşdu.  18  mart  1912-ci  il  tarixli  “Baku” 
qəzetinin  64-cü  sayından  göründüyü  kimi,  öz  mənafeyini  qorumaq  üçün 
H.Z.Tağıyevin  Peterburqdan  dəvət  etdiyi  məşhur  vəkil  Duma  üzvü 
V.İ.Maklakovun: “Bu iş H.Z.Tağıyevin əleyhinə məxsusi hazırlanmış qalmaqaldır. 
Tanınmış ictimai xadim, xeyirxah adam olan Tağıyevin şərəfi müdafiə olunmalıdır. 
Prosesdə  şahidlərin,  o  cümlədən  Lütfəli  bəy  Behbudovun  dostları  da  Tağıyev 
barəsində hörmətlə çıxış etdilər.” (119) sözləri məhkəmədə haqqında söhbət gedən 
ziddiyyətin bir o qədər də dərin olmadığını bəlli edir. 
N.Nərimanov  1909-cu  ildə  Həştərxanda  olarkən  “Astraxanskiy  kray” 
qəzetində  dedi-qodu  deyil,  sinfi  ziddiyyət  üstündə  araları  dəymiş  H.Z.Tağıyevlə 
Bakı mühəndisi Behbudovun məhkəmə işində Tağıyevi müdafiə edən Azərbaycan 
ziyalılarına  “Özünüzü  biabır  etdiniz  bəsdirin”  məqaləsində  yazırdı:  “Xeyirxah 
əməllərinə  görə  qolçomaq  olan  ictimai  xadimin  ehtiramını  saxlamaq,  şirniklik 
məqsədilə onu tərifləmək zəruridir. Lakin yalnış görüşü olan qolçomağa müəyyən 
bir millətin bütün taleyini bağışlamaq ən azı axmaqlıqdır.” (109. səh.24). 
Xalq  yazıçısı  Qılman  İlkin  isə  özünün  “Sən  köhnə  Bakını  tanıyırsanmı?” 
kitabındakı “Tağıyev nəyin üstündə məhkəməyə verildi?” məqaləsində 1912-ci ildə 
baş  vermiş  münaqişədən  söhbət  açaraq  yazır:  “Behbudov  Hacının  yanında 
mühəndis  işləmişdi  və  tez-tez  Hacının  yanına  gedib-gələn  adamdı.  Hacı  ilə  onun 
arasında münaqişə guya qısqanclıq üstündə olub. Behbudov döyülməyinə döyüldü. 
Lakin  kimin  tərəfindən  döyüldüyü  məlum  deyildi.  Bu  əhvalatdan  bir  neçə  ay 
keçəndən sonra Behbudov döyüldüyü barədə məhkəmədə iş qaldırdı. Behbudovun 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə