Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə61/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   56   57   58   59   60   61   62   63   64

123 
 
məhkəməyə  müraciət  etməsi  onu  qızışdıran  ermənilərin  sayəsində  olmuşdu. 
Şəhərdə  müxtəlif  şaiyələrin  yayılmasında  da  ermənilərin  barmağı  vardı.” 
(39.səh.33)  1913-cü  il  martın  6-dan  12-dək  gedən  məhkəmənin  qərarı  ilə 
H.Z.Tağıyev iki il yarımlıq həbsə məhkum edilsə də, Ə.Topçubaşovun rəhbərliyilə 
Peterburqa, imperatorun yanına gedən xüsusi heyət onun bağışlanmasına nail olur. 
H.Tağıyevin xanımı ilə yaşamağa davam etməsi isə bu qısqanclığın əsassız olduğu 
qənaətini yaradır. 
Həmin  hadisədən  sonra  ailəsilə  birlikdə  bir  müddət  Parisdəki  əmisi  oğlu 
Səlim bəy Behbudovun  yanında yaşayan Lütfəli bəy daha sonra Türkiyəyə  köçür. 
1918-ci ildə isə Əsgərana gələn L.Behbudov ermənilərlə danışıqlara girir  və hətta 
könüllü  olaraq  ailəsilə  birlikdə  erməni  məhəllələrinin  birinə  köçərək  orada  girov 
kimi  qalmasına  da  razı  olur.  Lakin  növbəti  danışıqlarda  əynində  türk  zabitlərinə 
xas  mundir  olan  Lütfəli  bəy  erməni  snayperinin  gülləsinə  tuş  gəlir.  Həyat 
yoldaşının  ölümündən  sonra  Leyla  xanım  qızları  Dilarə,  Lalə  və  Pərilə  birlikdə 
Bakıya köçür. 
Lütfəli  bəyin  qardaşı  1870-ci  il  təvəllüdlü  Əli  bəy  Behbudov  1928-ci  ildə 
Şuşadan  Qazaxa  sürgün  olunub  seçki  hüququndan  məhrum  edilərək  1937-ci  ildə 
güllələnmişdi.  Onun  digər  qardaşı  Mirzəli  bəy  Behbudov  isə  erməni  leytenantı 
Qaraxanovun atdığı güllədən həlak olmuşdu. 
İsa  bəy  Aşurbəyli:  Yaxın  Şərq  tarixində  məşhur  olan  1736-cı  ildə 
hakimiyyətə gələrək Səfəvi imperiyasını qısa bir müddətə bərpa etmiş Nadir şahın 
(1688-1747) mənsub olduğu Əfşar türk tayfasından, Aşur xanın nəslindən olan İsa 
bəy Aşurbəyli Bakının zəngin və tərəqqipərvər neft milyonçularından olmuşdu. O, 
1878-ci  ildə  Bakının  Sabunçu  kəndində  uzun  illər  övladsızlıqdan  əziyyət  çəkən, 
varlı  mülkədar  Hacı  Mehdiqulu  bəy  Aşurbəyovun  ailəsində  doğulmuşdu.  Əsrin 
sonlarında,  1890-cı  ildə  Mehdiqulu  bəyin  torpaq  sahəsindəki  27  metrlik  quyudan 
fontan  vuran  neft  onu  böyük  dövlət  sahibinə  çevirir.  Ərazisində  gündən-günə 
sayları  artan  neft  quyularını  Mehdiqulu  bəy  “Nobel”  şirkətinə  icarəyə  verir. 
Yeganə  oğlu  İsa  dünyaya  gəldikdən  sonra  isə  M.  Aşurbəyli  ona  övlad  bəxş  etmiş 
tanrının  yolunda  var-dövlətinin  əksər  hissəsini  yetimlərə  paylayır.  Məhz  bu 
uşaqsevərliyinə  görə  o,  H.Z.Tağıyevlə  birlikdə  Bakı  quberniyasının  fəxri  üzvü 
seçilmişdi.  Peterburqda  ikinci  Nikolayın  tac  qoyma  mərasimində  çara  qiymətli 
xəncər hədiyyə etmiş Mehdiqulu bəy Müqəddəs Stanislav ordenini də qazanmışdı. 
Ailədə  yeganə  övlad  olduğu  üçün  İsa  bəyin  yüksək  təhsil  almasına  xüsusi 
qayğı  ilə  yanaşılırdı.  İlk  təhsilə  Bakıda  mollaxanada  başlayan  İsa  bəy  altı  sinifli 
şəhər  məktəbini  bitirir.  Atası  bircə  oğlunu  gözündən  kənar  buraxmaq 
istəmədiyindən onun ali təhsil alması  üçün tanınmış din və  elm  xadimlərini evinə 
dəvət edir. Oğlunun xaricdə təhsil almaq istəyinə qarşı çıxdıqda isə onlar arasında 
ilk konflikt yaranır. 


124 
 
1902-ci  ildə  İ.Aşurbəyli  əmisi  Rzaqulu  bəy  Aşurbəyovun  qızı 
Balacaxanımla ailə qurur. Onların 1903-cü ildə Süleyman, 1904-cü ildə isə Davud 
adlı  oğlanları  dünyaya  gəlir.  Balacaxanımın  bacısı  Məsumə  xanım  doktor 
Qarabəyovun  həyat  yoldaşı  olduğundan  İ.Aşurbəyli  ilə  Q.Qarabəyov  bacanaq 
sayılırdılar. N.Nərimanov isə  Rzaqulu bəyin kiçik qızı, özündən iyirmi yaş cavan 
Sona  xanıma  vurulmuşdu. O, həm də  vərəm xəstəliyindən  əziyyət çəkən bu gənc 
qızın müalicəsilə  məşğul olmuşdu. 1909-cu ilin martında  həbsə alınaraq yeddi ay 
Metex  qalasında  saxlanıldıqdan  sonra  Həştərxana  sürgün  edilən  N.Nərimanov 
yalnız  1913-cü  ildə  Bakıya  qayıdaraq  9-cu  pulsuz  şəhər  xəstəxanasında  müdirlik 
etməyə başlayır. Elə həmin ildə də Sona xanımla ailə qurmaq istəyir. N.Nərimanov 
Sona xanımın qardaşı Nəsrulla bəyin həyat yoldaşı Xavər xanımla qohum olsa da, 
o  və  Rzaqulu  bəyin  digər  oğlu  Əhmədağa  bəy  bu  izdivaca  icazə  vermirlər.  Buna 
baxmayaraq  həmin  məsələ  Q.Qarabəyov,  İ.Aşurbəyli  və  N.Nərimanov 
münasibətlərində  heç  bir  soyuqluq  yaratmır.  Bir  qədər  sonra  bacısını  xəstəlikdən 
şəfa tapması üçün İsveçrəyə aparan Əhmədağa bəy Aşurbəyli orada onunla birlikdə 
iki il yaşayır. Geri döndükdə Qoqolun “Müfəttiş” əsərini tərcümə etmiş diş həkimi 
Məmmədəli bəy Səlimbəyova ərə gedən Sona  xanım  müalicəsini davam etdirmək 
üçün  bu  dəfə  Səmərqəndə  yollanaraq  orada  bir  neçə  il  doktor  Q.Qarabəyovun 
başçılıq etdiyi vərəm sanatoriyasında qalır. Bakıda yaşamaq hüququndan məhrum 
olan  Əhmədağa  bəy  də  1935-ci  ildə  bacısı  ilə  birlikdə  Səmərqəndə  gedir  və 
ömrünün  sonunadək  orada  yaşayır.  Sona  xanımın  digər  qardaşı  Nəsrulla  bəy  isə 
N.Nərimanovun  köməkliyilə  Türkiyəyə  qaçırılaraq  20-ci  illərin  sonunadək  Nağı 
bəy Şeyxzamanlı ilə birgə  “Müsavat”ın Trapizon bölgəsindəki bölməsində çalışır. 
Sona xanımın özü isə övlad sahibi ola bilməsə də, 60-cı illərə qədər ömür sürür. 
1905-ci  il  hadisələrindən  sonra  bir  sıra  ziyalılar  kimi  İsa  bəy  də  çarizmin 
müstəmləkə  zülmünə  qarşı  mübarizə  aparan  sosialistlərə  yaxınlaşaraq  sosial-
demokrat  “Hümmət”  partiyasına  üzv  olur.  Və  Murtuz  Muxtarovun  neft 
avadanlıqları  işçiləri  arasında  sosial-demokrat  ideyaların  təbliğinə  başlayan  İsa 
bəyin atası yeganə övladının bu hərəkətini ərköyünlük hesab edib onu bağışlayır. 
İ.Aşurbəyli  1905-ci  ildə  nəşr  edilən  Ə.Ağaoğlunun  “İrşad”ında  naşirlik 
fəaliyyətinə  başlayır  və  1906-cı  ildə  sosial-demokrat  qəzeti  “Dəvət”in  redaktor 
naşiri olur. 
1910-cu  ildə  dörd  il  müddətinə  şəhər  dumasının  üzvü  seçilən  İsa  bəy 
müsəlmanların  “Nicat”  maarif  təşkilatının,  Bakı  quberniyası  əhalisinin 
savadsızlığının  ləğvi  üçün  yaradılmış,  H.Z.Tağıyevin  başçılıq  etdiyi  “Nəşri-
maarif”in,  “Səadət”  ruhani  və  kimsəsiz  körpələri  xilas  edən  “Bir  damla  süd” 
cəmiyyətlərinin işində fəal iştirak edir. 
“Nicat” 1906-17-ci illərdə fəaliyyət göstərmiş mədəni-maarif cəmiyyəti idi. 
Müsəlmanları  maarifləndirməklə  yanaşı,  ehtiyacı  olan  tələbələrə  maddi  yardım 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə