Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   56   57   58   59   60   61   62   63   64

125 
 
göstərir,  azərbaycan  dili,  ədəbiyyatı  və  teatr  sənətinin  inkişafına  kömək  edirdi. 
“Nicat”  Bakıda  və  onun  ətraflarında  kitabxana-qiraətxanalar,  məktəblər, 
savadsızlığı  ləğv  etmək  üçün  axşam  kursları  açır,  xeyriyyə  məqsədilə  konsert-
gecələr,  ictimai-siyasi,  elmi  mövzularda  mühazirələr  və  məruzələr  təşkil  edirdi. 
“Nicat”da  teatr,  ədəbiyyat  və  pedaqoji  şöbələr  fəaliyyət  göstərirdi.  1909-cu  ildə 
İ.Aşurbəyli  “Nicat”ın  teatr  bölməsinin  sədri,  sonra  isə  cəmiyyətin  sədri, 
M.H.Hacınski isə onun müavini seçilir. Qeyd edək ki, cəmiyyətin teatr bölməsində 
görkəmli aktyorlar H.Ərəblinski, H.Sarabski, C.Zeynalov və digərlərinin iştirakı ilə 
Ə.Haqverdiyevin,  N.Vəzirovun,  Ü.Hacıbəyovun,  V.Şekspirin,  F.Şillerin  və  s. 
əsərləri  tamaşaya  qoyulurdu.  C.Hacıbəyli  seçilmiş  əsərlərindəki  “İlk  Azərbaycan 
operası  necə  yarandı?”  məqaləsində  yazırdı:  “Bizim  Azərbaycan  səhnəsinə  opera 
gətirməyimiz  “Nicat”  xeyriyyə  cəmiyyətinin  üzvləri  sayılan  mütərəqqi  ziyalıların 
böyük  marağına  səbəb  olmuşdu.  Onlar  həvəslə  tale  yüklü  bu  işin  ərsəyə 
gəlməsində  yaxından  iştirak  edirdilər.  Xüsusən  bu  işlərdə  zəngin  ailənin 
nümayəndəsi  olan  İ.Aşurbəyov  fəallıq  göstərirdi.  Bu  həmin  Aşurbəyov  idi  ki, 
məşhur  azərbaycan-türk  publisisti  Ə.Ağayevin  redaktoru  olduğu  “İrşad”  qəzetini 
də    maliyyələşdirirdi.    Qardaşım    Üzeyir  bəylə  mən  də  jurnalistik  fəaliyyətimizə 
burada  başlamışdıq.  Naşir  İsa  bəylə  dostluq  münasibətimiz  olduğundan  o, 
qarşılaşdığımız bütün çətinliklərdə bizə kömək edirdi.” (100.səh.126-127). 
16 
sentyabr  1910-cu  ildə  şəhər  rəisi  Martınovun  imzası  ilə  “Nicat” 
cəmiyyətinə  verilən  sənəddən  görünür  ki,  “Bakı  sahibkarı,  Şəhər  Dumasının 
qlasnısı  İsa  bəy  Aşurbəyovun  “Nicat”  adlı  ictimai-siyasi  qəzet  çıxarmasına  icazə 
verilir.  Qəzetin  ilk  nömrəsi  14  noyabrda  işıq  üzü  görür.”  (156).  Bu  mətbu  orqan 
İ.Aşurbəylinin  vəsaitilə  “Kaspi”  mətbəəsində  nəşr  edilirdi.  “Nicat”  qəzetinin 
proqramında  baş  məqalələrin,  Peterburq  və  yerli  teleqraf  agentliklərinin 
teleqramlarının,  ictimai-siyasi  məsələlərlə  bağlı  məqalələrin,  felyetonların, 
müsəlmanların  həyatı  və  mətbuatı  barədə  məqalələrin,  teatr-musiqi,  neft 
şöbələrinin  fəaliyyəti  nəzərdə  tutulurdu.  Qəzetin  sonuncu  nömrəsi  1912-ci  il 
iyunun 30-da çapdan çıxır. 
1906-17-ci illərdə “Nicat” və “Nəşri-maarif” cəmiyyətləri tərəfindən bir və 
iki  sinifli  ibtidai  məktəblər  yaradılır.  “Nicat”  xeyriyyə  cəmiyyəti  uşaqların  da 
təhsilinin qayğısına qalırdı. 26 aprel 1909-cu il “Baku” qəzetinin yazdığı kimi: “24 
apreldə  Keşlə  stansiyasında  “Nicat”  cəmiyyətinin  filialı  açıldı.  Təntənəli  açılışda 
İ.Aşurbəyovun  başçılığı  ilə  şəhərdən  gəlmiş  idarə  heyətinin  üzvləri  də  iştirak 
edirdilər.” (121). 
17 
oktyabr  1909-cu  ildən  “Nicat”  cəmiyyətinin  nəznində  əhalinin 
savadsızlığının aradan qaldırılması məqsədilə axşam məktəbləri fəaliyyətə başlayır. 
İsa  bəy  şəhər  idarəsinə  müraciət  edərək  bu  kurslarda  təhsilin  davam  etdirilməsi 
üçün xərcin yarısının büdcədən ödənilməsini xahiş edir. Şəhər Dumasının 4 noyabr 


126 
 
1909-cu  il  qərarı  ilə  bu  məsələ  öz  həllini  tapır.  Qərarda  bildirilirdi  ki,  “  “Nicat” 
maarif  cəmiyyətinin  nəznindəki  müsəlmanlar  üçün  axşam  kurslarına  tələb  olunan 
pul  məsrəfləri  ayrıldı.”  (152)  Bu  kurslara  20-50  yaş  arasındakı  fəhlələr,  xırda 
tacirlər və s. təbəqədən olan 240-a qədər dinləyici toplaşmışdı. 
Azərbaycanda fəaliyyət  göstərən  mədəni-maarif cəmiyyətlərindən biri də 1 
avqust  1906-cı  ildə  yaranan  “Nəşri  maarif”  idi.  Cəmiyyət  yeni  ibtidai  məktəblər, 
qiraətxanalar  açır,  yetimlərin  və  yoxsul  uşaqların  təhsil  xərclərini  ödəyirdi.  1906-
17-ci  illərdə  fəaliyyət  göstərən  “Nəşri  maarif”in  katibi  işləmiş  Əli  İsgəndər 
Cəfərov 
yazırdı:  “Müsəlman  uşaqları  rus-tatar  məktəblərinə  həvəssiz 
getdiklərindən,  xüsusən  burada  dini  ayinlərin  həyata  keçirilməsi  üçün  vaxt 
olmadığından  və  məscidlərin  nəznindəki  məktəblər  mükəmməl  savad 
vermədiklərindən  “Nəşri  maarif”  uşaqların  təhsili  ilə  məşğul  oldu.”  (153).  Bu 
cəmiyyətdə  pulsuz  olaraq  330-dan  artıq  şagird  təhsil  alırdı.  Təkcə  Abşeron 
kəndlərində  11  məktəb  fəaliyyət  göstərirdi.  “Nəşri  maarif”ə  müəllim  kadrları 
hazırlamaq üçün 1907-ci ildə “Darül müəllim” pedaqoji məktəbi açılır ki, 1911-ci 
ildə  buranın  15  nəfər  məzunu  olur.  Bundan  əlavə  “Bakı  islam  məktəbi”nin 
nəznində  də  pedaqoji  kurslar  açılır.  “Burada  İ.Aşurbəyli  və  Q.Qarabəyov 
komissiyanın  sədrləri  kimi  şəhadətnamələrə  imza  ataraq  müəllimləri  cəmiyyətin 
məktəblərinə göndərirdilər.” (154). 
Əsrin  əvvəllərində  Azərbaycanda  yaranan  xeyriyyə  cəmiyyətlərinin 
fəaliyyətlərinin  əhəmiyyəti  barədə  M.Ə.Rəsulzadə  yazırdı:  “Dövlət  xəzinəsinin 
maddi  müavinəti  və  “Nəşri-maarif”  ilə  “Səfa”  cəmiyyətləri  kimi  milli 
müəssisələrin  maddi  və  mənəvi  himməti  sayəsində  nuri-maarif  çox  illərdən  bəri 
cəhl  və avamlıq zülməti altında örtülü qalan kəndlərimizə  də giriyor, ora həyatını 
parlatmaq, şənlətmək istiyor.” (71.səh.322). 
1907-ci  ildə  isə  Bakıda  “Səadət”  müsəlman  xeyriyyə  cəmiyyəti  fəaliyyətə 
başlayır.  Cəmiyyət  əsasən  köhnə  üsullu  məktəb  və  mədrəsələrin  yenidən 
qurulması, həmçinin, yeni məktəblərin açılması ilə məşğul idi. Təşkilatın nəznində 
“Səadət” məktəbi də fəaliyyət göstərirdi. Axund molla Ələkbər Abbasquluzadənin 
başçılıq  etdiyi  “Səadət”  ruhani  cəmiyyətinin  katibliyini  isə  N.Vəzirovla  birlikdə 
İ.Aşurbəyov aparırdı.” (104.səh.67). 
İ.Aşurbəyli  türk  əsirlərinə  kömək  məqsədilə  yaradılmış,  qeyri-qanuni 
fəaliyyət  göstərən  “Qırmızı  xaç”  cəmiyyətinin  işinə  də  yaxından  köməklik  edirdi. 
Bakıda  güclü  Xəzri  küləyi  əsən  zaman  Nargin  adasında  əsirlərə  nəzarət  edən 
gözətçilər  öz  postlarını  tərk  edirdilər.  Xalq  yazıçısı  Qılman  İlkin  özünün  “Sən 
köhnə Bakını tanıyırsanmı?” kitabında yazır: “1983-cü ildə böyük rus dramaturqu 
A.İ.Ostrovski  Bakıda  olub.  O  da  gündəliyində  Bakının  Xəzrisindən  gileylənirdi: 
“Külək elə əsirdi ki, ayaq üstə durmaq mümkün deyildi. Bu məşhur Bakı Xəzrisi 
idi. Şəhərin bu başından girib o başından çıxır və dəhşətli tozanaq qoparırdı. Üz-


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə