Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə63/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   56   57   58   59   60   61   62   63   64

127 
 
gözünü  nə  qədər  gizlətsən  də,  ondan  yaxa  qurtara  bilmirsən.  Deyilənlərə  görə 
burada Xəzri, hətta ağzı bağlı konserv qutusuna da daxil olur.” (39.səh.11). Məhz 
Xəzri  əsən  zaman  İ.Aşurbəyli  yaxın  qohumu  Əjdər  bəy  Aşurbəyliylə  birgə 
şəhərdəki avara  və  sərxoşları  qayığa  mindirib Narginə  aparırdı.  Həmin insanların 
oradakı türk zabitləri ilə geyimlərini dəyişdirib bu yolla əsirlərin həyatlarını xilas 
edərək müxtəlif vasitələrlə onları öz vətənlərinə göndərirdi. 
Arxiv  sənədlərindən  də  göründüyü  kimi:  “31  dekabr  1915-ci  ildə 
jandarmeriya  rəisi  podpolkovnik  Lukyanovun  Nargin  adasındakı  türk  əsirlərinin 
qaçırılması  ilə  bağlı  agentura  məlumatı  və  tacir  Əsriyanın  şahidliyi  ilə  apardığı 
cinayət işinə kifayət qədər dəlil olmaması səbəbindən xitam verilir.” (155). 
Milli maarifçilik işini həyata keçirən İsa bəy 1913-14-cü illərdə müəllimlər 
üçün  nəzərdə  tutulmuş  rus  və  azərbaycan  dillərində  həftəlik  “Şəlalə”  jurnalını, 
şagirdlər  üçünsə  “Məktəb”
 
və  onun  əlavəsi  sayılan  “Baraban”  dərgisini  çap 
etdirərək onları pulsuz paylatdırırdı. 
1912-ci  ildə  İ.Aşurbəyli  əmisi  oğlu  Bala  bəy  Aşurbəyovun  yardımı  ilə 
Bakıda “Kaspi” mətbəəsini icarəyə götürərək keçmişdə Staraya Poçtovaya və Fars, 
Sovet  dövründə  Ostrovski  -Poluxin,  indi  isə  S.Tağızadə  və  M.Muxtarov 
küçələrinin  kəsişdiyi  yerdəki  evinin  zirzəmisində  yerləşdirir.  Həmin  mətbəədə 
xərclərin  əlli  faizini  İsa  bəy  öz  üzərinə  götürməklə  Sabirin,  Hadinin, 
Ə.Haqverdiyevin  və  s.  əsərlərini  çap  etdirir.  Evinin  zirzəmisində  mətbəəni 
yerləşdirən  İsa  bəyin  mənzilinin  ikinci  mərtəbəsindəki  salonda  isə  daim  dövrün 
ziyalıları  yığışardılar.  1913-ci  ildə  İ.Aşurbəylinin  “Kaspi”  qəzetində  çalışmağa 
başlaması  artıq  valideynləri  tərəfindən  ərköyünlük  hesab  edilməyərək  onlar 
arasında növbəti konflikti yaradır və İsa bəy öz ailəsindən ayrılmalı olur. 
1918-ci il mart qırğınları dövründə türk qoşunlarının Bakıya gətirilməsində 
İsa  bəy  müstəsna  rol  oynamışdı.  O,  həmçinin,  15  sentyabr  1918-ci  ildə  Mərkəzi 
Xəzər  diktaturasının  ləğv  olunmasında  iştirak  edən  türk  qoşunlarının  tərkibində, 
Mürsəl paşanın dəstəsində vuruşmuşdu. Onun Azərbaycanın istiqlalı mövzusunda 
yazdığı,  türk,  islam  və  müasirlik  idealının  bədii  ekvivalenti,  tarixi  keçmişin 
tərənnümü  ilə  romantizm  cərəyanına  məxsus  “Azər-Baycan”  pyesinin  24  oktyabr 
1919-cu  ildə,  dövlət  teatrının  açılışında  nümayişi,  o  dövrdə  bu  ictimai  üsluba 
mənəvi  tələbatın  təsdiqinə  çevrildi.  Milli  dövlətçilik  ideyasından  yoğrulmuş  bu 
əsərdə  iki  gəncin  -  Azərlə  Baycanın  sevgi  münasibəti  istiqlal  və  ordunun  hərbi 
uğurları fonunda cərəyan edərək ictimai motivi gücləndirir və bununla klassisizmi 
də  meydana  çıxarırdı.  Həmin  illərdə  İ.Aşurbəyli  pyeslərdən  əlavə  müxtəlif  şer  və 
hekayələr də yazırdı. 
ADR  dövründə  İ.Aşurbəyli  önəmli  mütəxəssis  kimi  Xalq  Maarif 
Nazirliyinin  tabeliyində  olan  nəşriyyata  müdir  təyin  edilir.  Lakin  Sovet 
hakimiyyəti  qurulduqdan  sonra  işindən  uzaqlaşdırılmaqla  yanaşı,  mülkiyyəti  də 


128 
 
əlindən  alınan  İsa  bəyə  ailəsilə  birlikdə  yaşaması  üçün  cəmisi  iki  otaqlı  mənzil 
verilir.  Hipertoniya  xəstəliyindən  əziyyət  çəkdiyi  üçün  İ.Aşurbəyli  Buzovnadakı 
bağ evinə köçsə də, tezliklə o da əlindən alınır. 
Tədqiqatçı Ağarəfi Zeynalzadə 31 oktyabr 2001-ci il “525-ci qəzet”in 227-
ci  sayındakı  “İrşad”  qəzetinin  naşiri  məqaləsində  yazır:  “Rus-sovet  qoşunlarının 
işğalı  nəticəsində  qurulmuş  Azərbaycan  Sovet  Respublikası  hakimiyyətinin  ilk 
illərində,  ümumiyyətlə,  bütün  respublikalarda  olduğu  kimi  burada  da  köhnə 
ziyalılara ehtiyac olduğundan İsa bəy də maarif komissarlığında işə qəbul olunur. 
Lakin  o,  əvvəlki  adını,  atasının  adını  və  familiyasını  dəyişməli  olur.  İndi  o,  İsa 
Mehdi oğlu Aşurludur.” (89). 
1920-ci  ildən  N.Nərimanovun  təklifilə  yenidən  nəşriyyat  şöbəsinə  müdir 
seçilən  İ.Aşurbəyli  Xalq  Maarif  Komissarının  9  yanvar  1921-ci  il  tarixli  əmrilə 
sosial  tərbiyə  şöbəsinin  müdir  müavini  vəzifəsində  saxlanılmaqla,  türk  dilində 
dərslik  tərtib  edən  kollegiyaya  üzv  təyin  olunur.  1925-ci  ildə  N.Nərimanovun 
ölümündən sonra işindən uzaqlaşdırılan İ.Aşurbəyov dostlarının köməyilə Səhiyyə 
Nazirliyinin  dərman  bitkiləri  şöbəsinə  işə  düzəlir  və  uzun  müddət  Naxçıvanda 
ezamiyyətdə  olur.  Burada  onun  Türkiyəyə  köçmək  imkanı  olsa  da,  vətəndən 
kənarda  yaşamağa  vərdiş  etməyən  İ.Aşurbəyli  yenidən  Bakıya  qayıdır.  AEA-nın 
rəhbəri  Ruhulla  Axundovun  tapşırığı  ilə  müxtəlif  fəlsəfi  ərəb-fars  mənbələrindən 
tərcümələr  edən  İ.Aşurbəyli  bu  yolla  ailəsini  dolandırmağa  çalışır.  Buna 
baxmayaraq repressiyadan yaxa qurtara bilməyən İsa bəy 1937-ci il dekabrın 31-də 
həbs edilir və 1938-ci ilin oktyabrında millətçi kimi güllələnir. 
 


129 
 
NƏTİCƏ 
 
Yetmiş  ildən  artıq  bir  dövr  ərzində  Azərbaycan  güclü  təbliğat  aparatı 
sayəsində  öz  hökmranlığını  qoruyan  Sovet  imperiyasının  tərkib  hissəsi  kimi  onun 
müstəmləkə  siyasətinin  məngənəsində  yaşamağa  məcbur  olmuşdu.  Ədəbiyyat  və 
sənətə nüfuz edən təbliğat funksiyası tarixi fakt və sənədlərdən də yan keçməmişdi. 
Bir  çox  əsaslı  təhriflərə  uğrayan  tarixi  hadisələr  kimi  Azərbaycanın  Qızıl  Ordu 
tərəfindən işğalı da inqilab adlandırılaraq Cümhuriyyət Respublikası və onun siyasi 
rəhbərləri  tarixin  qara  ləkəsi  kimi  qələmə  verilirdi.  Beləliklə,  uzun  illər  ərzində 
sovet dövrü tədqiqatlarında rejimlə barışmaz mübarizədə olan şəxslər xalq düşməni 
kimi  damğalanırdılar.  Məhz  M.H.Hacınski  də  totalitarlıqla  barışmaz  mövqedə 
durub öz faciəli ölümü ilə belə ideyalarından dönməzliyini sübut etdiyi üçün daim 
sovet  tədqiqatçılarının  hədəfinə  çevrilmişdi.  Yalnız  Azərbaycan  müstəqillik 
qazandıqdan  sonra  tarixi  hadisələrə  də  yeni  baxış  yarandı.  Vaxtilə  ictimai-siyasi 
xadimlərin 
dövlət 
qarşısındakı 
xidmətləri 
tamamilə 
əks 
prizmadan 
işıqlandırılırdısa,  indi  artıq  demokratiyanın  yaratdığı  sağlam  mühit  hesabına 
həqiqətlər  olduğu  kimi  araşdırılmağa  başlandı.  Yazılmış  bir  çox  yeni  əsərlərdə 
köhnə  mənbələrin  olduqca  güclü  təsiri  hiss  olunsa  da,  onların  arasında  faktlara 
obyektiv yanaşılması nöqteyi-nəzərindən dəyərli sayıla biləcək tədqiqatlar da  yox 
deyil.  M.H.Hacınskinin  həyatı  və  ictimai-siyasi  fəaliyyətinə  həsr  olunmuş  bu 
monoqrafiyada  da  tarixi  sənədlər  yerbəyer  edilərək  onun  əsl  kimliyi  tutarlı 
əsaslarla ortaya çıxarılmışdır. 
Tədqiqat  işinin  “Azərbaycan  maarifçi-demokratik  hərəkatı”  adlı  birinci 
fəslində  Azərbaycanda  M.F.Axundovun  və  Həsən  bəy  Zərdabinin  yaratdığı 
maarifçilik məktəbi, onun özündən sonrakı tarixi mərhələlərə təsiri və əhəmiyyəti 
işıqlandırılır.  XIX  əsrdən  Azərbaycanda  dövrü  mətbuatın,  mətbəələrin, 
məktəblərin,  qiraətxanaların  yaranması  Rusiyada  başlanan  maarifçilik  hərəkatının 
ucqarlara  da  təsiri  kimi  qiymətləndirilir.  Bundan  başqa,  M.Şahtaxtlı, 
Ə.Topçubaşov,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu, 
Y.Vəzirov,  Ö.F.Nemanzadə, 
N.Nərimanov,  Ü.Hacıbəyov  kimi  ziyalıların  maarifçiliyin  müxtəlif  sahələrinin 
inkişaf etdirilməsində müstəsna xidmətləri vurğulanır. 
“Gənc  maarifçi-demokrat”  adlı ikinci fəsildə  M.Hacınskinin ailəsi,  orta  və 
ali  təhsil  illəri  haqqında  məlumat  verilməklə  yanaşı,  onun  həyat  yoldaşı  Səadət 
xanımla keçirdikləri müəyyən psixoloji məqamlar da açıqlanır. 
M.Hacınskinin  az  bir  zamanda  müxtəlif  rəhbər  vəzifələrə  təyin  olunması, 
ona  şəhərin  yenidən  abadlaşdırılması,  içməli  su  ilə  təmin  edilməsi  və  s.  bu  kimi 
məsuliyyətli  işlərin  həvalə  edilməsi,  ümumiyyətlə,  peşəkar  fəaliyyəti  haqqında 
“Vicdanlı məmur” fəslində danışılır. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə