Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

17 
 
səsləndilər. Məktəb, mətbuat, xeyriyyə, maarif cəmiyyətləri ortalığa çıxdı (15.səh. 
175), 
“Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” və sair 
mətbu  orqanlarda  saysız-hesabsız  publisistik  yazıları  dərc  olunan  Ü.Hacıbəyov 
(1885-1948)  15  may  1906-cı  il  “İrşad”ın  113-cü  sayında  çap  olunan  “Dövlət 
dumasının  açılışı”  məqaləsindəki  ölkənin  siyasi  vəziyyəti  dəqiqliklə  təhlil  edərək 
yazır:  “Yapon  davasında  rus  dövlətinin  basılması  camaatı  qandırdı  ki,    belə 
hökumət ilə nə camaat saxlamaq olar və nə də düşmən qabağına çıxmaq olar. Ona 
görə  bu  cür  hökumətə  bir  nəhayət  çəkmək  lazımdır.  Camaatın  bu  arzusu  elə 
şiddətli idi ki, bunu hüsulə gətirmək üçün candan və maldan keçməyi lazım bildilər 
və  habelə  iğtişaş  başlandı.  Əvvəl  hökumət  iğtişaşı  yatırmaq  üçün  elə  bir  çox 
şiddətli  tədbirlər  görməyi  lazım  bilmədi,  çünki  Yapon  kimi  balaca  (lakin  azad) 
dövlətə basılmağı onu Yapon davasını əvvəldən heç arzu etməyən millət qabağında 
şərməndə  etmişdi”  (24.səh.28).  Böyük  dövlətin  zəifliyini  demokratik  islahatların 
aparılmamasında  görən  müəllif  siyasi  iflasın  əsas  səbəbini  ölkədəki  mövcud 
bürokratik  mexanizmin  ətalətdə  qalması  ilə  əlaqələndirərək  yazırdı:  “Hanki 
məmləkətdə  ki,  bürokratlar  güclü  və  ixtiyarlıdır,  o  məmləkətin  işi  xarabdır,  çünki 
ixtiyarlı  bürokratın  vücudu  ilə  millət  özü  heç  bir  iş  görə  bilməyib,  həmişə 
bürokratların buyurduğuna  əməl etməyə  məcbur olar və heç bir ixtiyarı olmaz ki, 
durub  bürokratların  tutduğu  əməllərə  nəzər  yetirsin  ki,  görək  aya,  bu  əməllər 
millətdən ötrü nə qədər ağırdır və milləti əzməkdə bürokratın nə haqqı var. İxtiyarlı 
bürokrat millətə qəyyum hesab olunur, millət dəxi onun qulu yerində görünür. Heç 
insaf deyildir ki,  millət öz xeyir və  şərini gözəlcə anladığı  yerdə durub uşaq kimi 
qəyyum  əlinə  verilə;  halbuki  bu  qəyyum  öz  mənsəbini  bütün  millətin  xeyrinə 
satmaz.  İrana  və  Osmanlıya  bir  nəzər  edək.  Millətin  qoyun  sürüsü  kimi  dolanıb 
pərişan  və sərgərdan qalmağına səbəb nədir? Bürokratiyanın  gücü  və ixtiyaratı...” 
(24.səh.35).  Bu  məqalədə  demokratiyanın  üç  əsas  göstəricisindən  biri  olan  azad 
seçkinin  həyata  keçirilməsi  mexanizminə  də  toxunan  Ü.Hacıbəyov  “Seçki  gərək 
ümumi külli olsun, yəni uşaq, dəli və qoşun əhlindən savayı hamının vəkil seçməyə 
ixtiyarı olsun (ağanın və nökərin ixtiyarı bir olsun). Bu ixtiyar kişiyə verilən kimi 
arvada da verilsin. Seçki məxfi olsun, yəni hər seçkiçi hansı adamı istəyirsə, onun 
adını xəlvətcə yazıb versin, çünki seçki bu cür məxfi olmayıb aşkar olsa, o surətdə 
zəif  adamlara  qüvvətlilər  güc  edib  istəmədiyi  adamı  seçməyə  məcbur  edərlər. 
Seçki  gərək  vasitəsiz  olsun,  yəni  haman  birinci  seçkidə  seçilən  adamlar  vəkil 
adlanıb  millət  məclisi qurmağa  getsinlər”  yazmaqla  siyasi  maarifçiliyin  əsaslarını 
geniş oxucu kütləsinə çatdıraraq sakinin vətəndaşa çevrilməsi prosesində müstəsna 
rol oynayırdı. 
1 yanvar 1910-cu il tarixli “Həqiqət” qəzetinin 1-ci sayında çap olunan “Öz 
qədrimizi bilmirik”  yazısında “Belə bir ağır şərait içində  yaşadığımız  halda bizim 


18 
 
içimizdən  ingilislərin  şekspirlərinə  müqabil  adamlarımız  olmadığı  təbiidir,  lakin 
orasını  unutmamalıdır  ki,  bizim  millətimiz  içində  indi  və  ya  gələcəkdə  şekspirlər 
istedadında  yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasıdır ki, 
biz  öz cəhalətimizlə  o dahilərin zühuruna  mane  oluruq.  Onlar üçün  müsaid şərait 
hazırlamırıq  ki,  öz  zühurları  ilə  həm  bizi  sairləri  içində  başıuca  etsinlər,  həm  də 
insaniyyətə  bir  xidmət  göstərsinlər”  (24.səh.142)  yazan,  cahil  mühitə  qarşı 
barışmaz  olan  Ü.Hacıbəyov  məqalələrində  olduğu  kimi  pyeslərində  də  cəhaləti, 
geriliyi şər qüvvələrin daşıyıcısı kimi dramaturji ziddiyyətin tərəfinə çevirə bilirdi. 
“Türkləşmə,  islamlaşma  və  müasirləşmə”  formulunu  öz  musiqisində  üzvi  şəkildə 
yarada  bilmiş  Üzeyir  bəyin  publisistikası  da  xalqı  işıqlı  gələcəyə  səsləyən 
maarifçilik mayakına çevrildi. 
Məlumdur ki, iqtisadi səviyyəsi zəif olsa da, mədəniyyətcə yüksək ölkənin, 
xalqın, qövmün iqtisadiyyatı güclü, lakin mədəni səviyyəsi aşağı olanlar tərəfindən 
işğalı  ikili  mədəniyyət  sistemini  yaradır.  Götürək  elə  ərəb-fars  mədəniyyət 
sisteminin məhsulu olan Firdovsinin “Şahnamə” əsərində işğalçının sifarişində belə 
islami  dəyərlərin  deyil,  İran  səltənətinin  tarixi  keçmişinin  mədh  olunmasını. 
Deməli,  dövlətçilik  ideyasının  mövcud  olduğu  təqdirdə  hər  hansı  bir  gəlmə 
ideyanın kök atıb boy verməsinə münbit şərait yarana bilmir. 
Mərkəzi dövlət strukturundan məhrum olan, xanlıqlar şəklində olsa da, otuz 
il  əsarətə  müqavimət  göstərən  Azərbaycanın  mədəni  səviyyəsi  işğalçı  Rusiyadan 
çox  yüksəkdə  dururdu.  Mətin  əqidə  sahibi  olan  istiqlal  salnaməçimiz  Mirzəbala 
Məmmədzadənin göstərdiyi kimi “Rusiyada o zamandan ta 1861-ci ilədək rəsmən, 
dövrümüzə  qədər  isə  felən  bir  köləlik  sistemi  mövcud  olub,  hər  bir  haqq  və 
hüquqdan  məhrum  olan  kəndli  bazarda  əşya  kimi  satılırdı.  XIX  əsrin  rus 
qəzetlərində  və  rəsmi  jurnallarında  tez-tez  belə  elanlar  oxumaq  mümkün  idi: 
“Köhnə  bir  araba  və  iki  qız  satılır.  Gənc  və  sağlam  olan  qızlar  toxumaq  da 
bacarırlar.  Təcrübə  üçün  baxmaq  da  mümkündür”.  Və  bu  Fransa  inqilabı 
ideyalarının, insan hüququ Bəyannaməsinin prinsiplərinin bütün dünyaya yayıldığı 
dövrdə baş verirdi. Halbuki, Azərbaycanda istər böyük Çingizin qanunundan qalan 
milli, istərsə də Quranın təsiri ilə dini ənənə hökmünə uyğun olaraq “Türk kölə ola 
bilməzdir” və kölə azad etmək savab sayılırdı” (57.səh.15). 
15  aprel  1899-cu  ildə  çarın  imzaladığı  “Zaqafqaziyaya  köçürülməyə  icazə 
haqqında  qanun”  əsasında  provaslav  dininə  mənsub  ilk  rus  köçkünlərinin  kütləvi 
olaraq  Azərbaycanın  kənd  ərazilərinə  yerləşdirilməsi  çarizmin  müstəmləkə 
siyasətinin açıq təzahürü oldu. 22 dekabr 1900-cü ildə qəbul olunmuş yeni qanunda 
isə rus  mənşəli  kəndlilərə vəsait və  yerlərdə torpaq ayrılması  məsələsi qoyulurdu. 
Müstəmləkə siyasətini yürüdən və qeyri-xristian əhaliyə qərəzli münasibət yaradan 
bu  sərəncamı  həyata  keçirən  məmurlar  1901-ci  ilin  yazından  “qonaqlar”  üçün 
torpaq  sahələri  müəyyənləşdirdilər.  tədqiqatçı  D.İsmayılzadənin  göstərdiyi  kimi: 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə