Aydın Dadaşov



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix08.03.2018
ölçüsü0,57 Mb.
#30954
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

19 
 
“1903-cü  ilin  iyununda  köçürmə  işi  üzrə  xüsusi  müşavirədə  mövcud  layihəyə 
əlavələr edilərək Dövlət Şurasına təqdim olunur və köçürmə təkcə aqrar məsələnin 
həlli  üçün  deyil,  həm  də  rus  əhalisinin  ölkənin  qorunmasının  zəif  olduğu 
ucqarlarda məskunlaşması kimi siyasi məqsədin əldə edilməsi zərurətindən doğur” 
(105.səh.143). 
Sıxışdırılmış yerli əhalinin mənafeyini qoruyan Əlimərdan bəy Topçubaşov 
9  iyul  1905-ci  ildə  çıxan  “Kaspi”  qəzetinin  132-ci  sayındakı  “Ədalətli  tədbir” 
məqaləsində  “1899-cu  ildə  Qazax  qəzasının  kəndlilərindən  müsadirə  olunmuş  3,3 
min  desyatin  torpağın  geriyə  qaytarılması  barədə  Qafqaz  canişini  İ.İ.Vorontsov-
Daşkovun qəbul etdiyi qərarı ədalətli tədbir” kimi qiymətləndirirdi. “Yerli əhalidən 
nəinki əkin və otlaq sahələri, bağ-bağça, dirriklər, kəhrizlər, su quyuları, mal-qara 
və  hətta  əmək  alətləri  də  müsadirə  olunub  gəlmələrə  verilir!  (84)  yazan  müəllif 
bütün  bunları  görünməmiş  hüquq  pozuntusu  sayırdı.  Məqalədə  hüquqlarına 
təcavüz  olunmuş  müsəlman  kəndliləri  arasında  Qazaxdan  Qaraqoyunlu,  Şuşadan 
Xanaşen, Qullar və Qızılqayın sakinlərinin adları çəkilir. “Özlərinə qarşı ədalətsiz 
münasibət  görən  kəndlilərə  üstəlik  gəlmə  məmurların  “narazısınızsa  köçüb  sizin 
Türkiyəyə  gedə  bilərsiniz”  –  deyən  müəllif  kütləvi  halda  Türkiyəyə  köç  etməyə 
məcbur  olanlar  barədə belə  yazır:  “Qafqaz  müsəlmanlarını Türkiyəyə  köç  etməyə 
vadar  edən  oranın  qohum  ölkə  olması  deyil,  sadəcə  həqiqətə  inamını  itirmişlərin, 
köçkünlüyə  sürüklənmişlərin  ədalət  axtarışlarıdır.  1899-cu  ildə  Qazaxda  torpağı 
əlindən alındıqdan sonra illərlə Türkiyədə min bir zillətlə pul toplayan bir qocanın 
yenidən  yurd-yuva  qurmaq  üçün  Qafqaza  dönməsi,  bu  adamların  doğma  torpağa 
sevgisini  təsdiq  edir”  (84).  Əslində  “Ədalətli  tədbir”  məqaləsində  İ.İ.Vorontsov-
Daşkovun haqqında söhbət gedən qərarının gözdən pərdə asmaq olması hadisələrin 
sonrakı  gedişində  təsdiq  olunur.  Canişinin  müsadirə  olunmuş  torpaqları  geriyə 
qaytarması isə sadəcə hiddətlənmiş əhalini sakitləşdirmək məqsədi daşıyırdı. 
1  dekabr  1905-ci  il  “Kaspi”  qəzetinin  233-cü  sayındakı  “Azadlıq  və 
Zaqafqaziya  kəndlilərinə  münasibət”  məqaləsində  yenidən  bu  mövzuya  qayıdan 
Ə.M.Topçubaşov  (1862-1934)  “Vorontsov-Daşkovun  dövlət  idarəçiliyində  iştirak 
edən deputatlara müraciətlə dediyi “Torpaq ilk öncə yerli kəndlilərindir!” (85) fikri 
yerlərdən  gələn  xəbərlərlə  tərs  mütənasibdir.  Dünən  aldığımız  xəbərə  görə  Cavad 
qəzasının  Lənkəran  əyalətinin  hələ  1831-ci  ildəki  çar  müstəmləkəçiliyinə  qarşı 
yönəlmiş  Talış  üsyanının  mərkəzi  sayılan  Alar  kəndinin  nəinki  torpaqları,  hətta 
qoşquları  və  digər  əmək  alətləri  də  alınıb  Rusiyanın  daxili  quberniyalarından 
buraya  köçürülənlərə  verilmişdir.  Yerli  sakinlər  müqavimət  göstərdikdə  isə 
Belasuvardan  çağırılmış  silahlı  kazaklar  zorakılıq  nümayiş  etdirmişlər”  yazmaqla 
çarizmin  özbaşınalığı  ilə  yanaşı,  köçkünlərin  yerləşdirilməsi  üçün  Qafqazda  gen-
bol  münbit  torpaqlar  olduğundan  bəhs  edərək  Peterburqdakı  rəhbərləri 
şirnikləndirən  buradakı  məmurların  yaltaqlığını  da  tənqid  edirdi.  “Yerli  əhaliyə 


20 
 
qarşı  bədnam  münasibətin  ifadəsi  üçün  söz  də  tapmaq  çətindir.  Mədəniyyətin  və 
vətəndaş  hüququnun  avam  kəndliyə  şamil  edilməsi  budurmu?”(85)  –  deyən 
Topçubaşov bu xitabla artıq qeyrətli bir hüquq müdafiəçisi olduğunu mətbuatda bir 
daha nümayiş etdirirdi. 
Avropa tipində mətbuat formalaşdıran mütərəqqi ziyalılarımız ilk öncə azad 
fikrin  qarşısına  çıxan  maneələrin  aradan  götürülməsi  üçün  var  qüvvələrini 
əsirgəmirdilər. İctimai fikrin əsası olan düşüncə azadlığını bərqərar etmək naminə 
deyilən  sözə  görə  cəzanın  və  repressiyanın  tətbiq  olunmasını  rədd  edərək  qarşıya 
çıxan problemlərin mülki qanunlar çərçivəsində həllini tələb edirdilər.  
Hüquqları  pozulan,  repressiyaya  uğrayan,  kütləvi  şəkildə  Yaxın  Şərq 
ölkələrinə  köç  edən  yerli  xalqların  mənafeyinin  qorunması  üçün  ictimai  fikrin 
formalaşması  və  azad  sözün  müdafiəsi  naminə  atılan  ilkin  addım  ana  dilində 
məktəblərin və xeyriyyə cəmiyyətlərinin yaradılması idi.  
Çarizmin  müstəmləkə  siyasəti  müsəlman  türklərinə  təkcə  Zaqafqaziyada 
deyil,  bütün  imperiya  ərazisində  milli  dildə  təhsili  qadağan  etməklə  yanaşı, 
ziyalıların  da  qarşısına  sədd  çəkirdi.  Ə.Ağaoğlu  kimi  mükəmməl  təhsil  görmüş 
ziyalının  doğma  şəhəri  Şuşanın  adi  bir  məktəbində  siravi  müəllim  kimi  dərs 
deməyə  on  bir  il  gözləməsi  vəziyyətin  dözülməzliyinə  əyani  sübutdur.  1905-ci  il 
inqilabından  sonra  maarif  və  mətbuat  sahəsində  qismən  də  olsa  yumşalma  hiss 
olundu.  30  mart  1905-ci  il  tarixli  “Kaspi”  qəzetinin  57-ci  sayında  çap  olunmuş 
Ə.Ağaoğlunun  “Müsəlmanların  ərizələrinə  lazımi izah”  məqaləsində  artıq  müəllif 
mövcud  problemləri  cəsarətlə  söyləyirdi.  Əsas  problemləri  önə  çəkən  Ə.Ağaoğlu 
Rusiya hökuməti dövründə maddi çətinliklərlə yanaşı, mənəvi basqılara da məruz 
qalan müsəlman türklərinin İran və Türkiyə ərazisinə məcburi köç etməsindən söz 
açır.  Məqalənin  1  aprel  1905-ci  il,  59-cu  sayındakı  davamında  faktları  da  önə 
çəkən  müəllif  yazır:  “Xarkov  Universitetinin  tarix-filologiya  fakultəsini  bitirmiş 
müsəlman dostum “yalnız xristian olmadığına  görə” iş tapa bilmir. Nəzərə almaq 
lazımdır ki, həmin dostum bütün Qafqzazda ali təhsilli ikinci müsəlman türküdür. 
Soruşmaq  lazımdır  ki,  bizim  məktəbləri  “bu  qorxulu  elementdən”  qorumağa 
dəyərmi?” 
(2).  Həmin  məqalədə  Ə.Ağaoğlu  xeyriyyə  cəmiyyətlərinin 
yaradılmasına  müxtəlif  bəhanələrlə  mane  olan  çar  hökumətinin  ögey-doğmalıq 
etdiyini oxuculara çatdırmaq üçün yazırdı: “Müsəlmanların xeyriyyə cəmiyyətinin 
yaradılmasına  rədd  cavabı  verilsə  də,  sayca  bizdən  çox  az  olan  erməni  və 
gürcülərin bu sahədə problemləri yoxdur” (2).  
Ə.Haqverdiyev  (1870-1933)  “Bizim  yabılığımız”  adlı  məqaləsində 
“aristokrat  hesab  olunan,  yeməyinə,  içməyinə,  tövləsinə  həmişə  artıq  diqqət 
yetirilən,  minik  üçün  və  ya  faytonlara  və  karetalara  qoşulmaq  üçün  saxlanılan” 
köhlən  atla  yabını  müqayisə  edir.  Köhləndən  fərqli  olaraq,  yalnız  ağır  yük  üçün 
istifadə  olunan,  arabalara  qoşulan  yabıların  “yeməyinə,  içməyinə  diqqət 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə