12
(Ġsanın ilk ardıcılları) arasında ixtilaflar baĢ vermiĢdi
7
. Amma, baĢqa
tərəfdən, bütpərəst romalılar ilahiləĢdirilmiĢ və ölümündən sonra dirilmiĢ Ġsa
ideyasını daha yaxĢı mənimsədilər. Çünki, romalılar arasında buna oxĢar
inanclar geniĢ yayılmıĢdı. Onlar qədim zamanlardan ölən və dirilən, oğullu-
qızlı tanrılara inanırdılar.
Roma imperiyasının müxtəlif bölgələrində Ġsanın ilk ardıcılları
yığıncaqlarını keçirirdilər və özləri bütpərəstliyə qarĢı etiraz səslərini
ucaldırdılar. Ġsanı onlar Xristos adlandırırdılar. Bu söz isə yəhudilərin
―MaĢiax‖ (Məsih) sözünün yunancaya tərcüməsidir.
Sonralar ilk yəhudi xristianlar
8
bir neçə təriqətə parçalandılar. Ġsraildə
qədim yəhudi qanununa riayət edən və eyni zamanda Ġsanı peyğəmbər kimi
qəbul edənlər nəsranilər (nazorey) kimi tanınırdılar. Belə ki, onlar Ġsanın
Tanrı kimi deyil, peyğəmbər kimi qəbul edir, Pavlusu isə Ġsa təlimini təhrif
edən bir adam kimi təqdim edirdilər.
9
BaĢqa bir təriqət ardıcıllarını isə ebionitlər adlandırırdılar. Onlardan
bəziləri Ġsanı ata və anadan doğulmuĢ bir insan kimi qəbul edirdilər.
Digərləri isə hesab edirdilər ki, Ġsa, Müqəddəs Ruhun Məryəm (Ġsanın anası)
ilə birləĢməsindən anadan olmuĢdur. Belə ki, onlar da Ġsanın əzəldən
mövcud olmasını qəbul etməyib, Pavlusun Ġsa haqqında olan baxıĢlarını rədd
edirdilər.
10
Doketlər adlandırılan daha bir təriqətin ardıcılları isə hesab edirdilər
ki, Ġsa, əslində, bir cismani Ģəkildə bu dünyada mövcud olmamıĢdır. Buna
görə də o ölüb sonra isə dirilə bilməzdi.
11
Lakin bütün bu təriqətlər xristianlıq tarixində uzun müddət yaĢaya
bilməyib, tədricən aradan çıxmıĢdılar. Sonralar onları hətta qanundan kənar
hesab edirdilər. Bunlardan fərqli olaraq, Pavlus tərəfindən əsası qoyulmuĢ
7
Həvarilərin iĢləri 21: 20, 21.
8
Sözü gedən ilk isavi qrupları bir tərəfdən yəhudi qanun və ənənəsinə sadiq idilər,
digər tərəfdən isə, Ġsanı məsih kimi qəbul etmiĢdilər. Buna görə elmi ədəbiyyatda
onlara yəhudi xristianları deyirlər.
9
S.Pines, The Jewish Christians of the Early Centuries of Christianity According to
a New Source, Israel Academy of Sciences and Humanities II, 13, Jerusalem, 1966,
5.
10
Энциклопедия «Кругосвет»
http://www.krugosvet.ru/articles /33/1003302/ 1003302a1.ht m.
11
С. В. Булгаков. Справочник по ересям, сектам и расколам. М.: Современник,
1994.
http://lib.eparhia-saratov.ru/books/02b/bulgakov/handbook/75.html
13
dini dünyagörüĢü isə, Romada tədricən yayıldı və bu gün də müasir xristian
təliminin əsasını təĢkil edir.
Roma imperiyasında xristianlıq əvvəlcə qullar, miskinlər arasında
yayılırdı. Dözülməz Ģəraitdə yaĢayan bu adamlar Xristianlıqda nicat yolunu
tapırdı, bu ideya onlara mənəvi qida verirdi. Lakin sonra Xristianlığı tədricən
varlı zümrələrin nümayəndələri də qəbul etməyə baĢladılar. Məsələ bundadır
ki, Roma imperiyasında ənənəvi yayılmıĢ bütpərəst inanclar artıq
cəmiyyətdə təsir gücünü itirmiĢdi. Onlar artıq Roma imperiyasında hökm
sürən ədalətsizliyin və istibdadın rəmzinə çevrilmiĢdi. Buna görə də
imperiyada müxtəlif qeyri-ənənəvi dinlər yayılmıĢdı. Onların arasında Misir
tanrıları Ġzida və Osiris, Ġran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək
lazımdır. Belə ki, bir vaxtlar onlar xristianlıqla ciddi rəqabət aparır, hətta
bəzi tədqiqatçılara görə, məsələn mitraizmin bəzi inancları sonralar
Xristianlığa daxil olmuĢdur. Belə ki, məsələn, ölən və dirilən tanrı ideyası
mitraizmin əsaslarınlan biri idi. Lakin sonda Xristianlıq bu rəqabətdən qalib
çıxa bildi.
Romada geniĢ xalq kütlələri tərəfindən Xristianlığın qəbul edilməsi
prosesi kilsənin və keĢiĢ zümrəsi olan klerosun (yepiskoplar
12
,
arxiyepiskoplar
13
və s.) yaranması ilə nəticələndi. Getdikcə bu dində
təĢkilatlanma prosesi gücləndi və onun strukturları imperiyanın ictimai-
siyasi həyatında aparıcı rol oynamağa baĢladı. Ġmperator Konstantinusun
(Constantinus) (306-337) hakimiyyəti zamanı isə, kilsələrin dövlət
maraqlarına qulluq etməsi məqsədi ilə, Xristianlıq rəsmi dövlət dini elan
edildi. Bundan sonra bütün bütpərəst məbədlərinin bağlaması prosesi
baĢlandı. Nəhayət 451-ci ildə Kalkedon
14
Ümumdünya Kilsə Yığıncağı son
olaraq Romanın həm Qərbində, həm də ġərqində Xristianlığı rəsmi dövlət
dini kimi təsdiq etdi.
Qeyd etmək lazımdır ki, Xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə
ideoloji mübarizə müstəvisində aparılmırdı. Məsələn, imperatorlardan Nero
(54-68), Domitianus (81-96), Traianus (98-117), Markus Aurelius (161-180),
Septimius Severus (193-211), Maksimus (235-238), Valerianus (253-260),
Dialektianus (284-305), öz hakimiyyətləri zamanı xristianlara qarĢı təqiblər
və zorakılıqlar həyata keçirməklə yadda qalmıĢdırlar. Bunun əsas səbəbi isə,
xristianların imperatorları Tanrı kimi tanınmamaları idi. Xristianlığa qarĢı bir
12
Yepiskop - (yunanca ―episkopos‖ baxan, müĢahidə edən) – keĢiĢliyin ən yüksək
dərəcəsidir. Dini iĢləri icra etmək üçün, yepiskoplara müəyyən ərazilər verilir.
13
Arxiyepiskop (yunanca ―archiepiskopos‖) – baĢ yepiskop.
14
Müasir Türkiyədə Kadıköy Ģəhəridir.
Dostları ilə paylaş: |