Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
36 
E.  ə.  V-VI  əsrlərdə  Mitra  inancı  unudulmuĢdu,  lakin  sonra  bu  kult 
yenidən  bərpa  olundu  və  Ġranda,  Babilistanda,  Pontda,  Friqiyada, 
Kappadokiyada  və  baĢqa  regionlarda  yayıldı.  Daha  sonra  Mitraya  Romada 
da ibadət edirdilər. 
 
 
Mitra öküzü öldürür.  
II əsr Roma heykəli 
Mitraistlər  inanırdılar  ki, 
Mitra  zülmət  qüvvələri  ilə 
mübarizə 
aparır, 
insanlara 
xidmət  etməyə  gəlib.  Eyni  za-
manda  Mitra  dünyanın  yara-
dıcısıdır,  lakin  qnostiklərdən 
fərqli  olaraq  o  Xeyrin  təcəssü-
müdür. 
Xristianlığın mitraizmlə 
bir sıra oxĢar cəhətləri vardır. 
Məsələn, 274-cü ildən baĢlaya-
raq, hər ilin 25 dekabr günü, 
imperator Avrelianın əmri ilə 
günəĢ tanrısı Mitranın anadan 
olan günü kimi qeyd edilirdi. 
IV  əsrdən  baĢlayaraq  bu  günü  Ġsanın  anadan  olan  günü  kimi  qeyd  etməyə 
baĢlamıĢdılar. Bu adət bizim zamanəmizə qədər davam edir. 
BaĢqa bir misal kimi Mitra və Ġsanın xilaskar olmasını gətirmək olar. 
Onların hər ikisi də Tanrı ilə insanlar arasında olan vasitəçidirlər, onları yerə 
yollayan  Atanın  buyruqlarını  yerinə  yetirirlər.  Ġsa  kimi  Mitra  da  axirətdə 
insanları  mühakimə  edəcək.  Hətta  Xristianlığın  rəmzi  olan  xaç  da 
mitraistlərin  simvollarından  biri  olub.  Onlar  xaçı  dairənin  içində  təsvir 
edirdilər. Mitraizmdə, Xristianlıqda olduğu kimi, bu dini qəbul edənlərin xaç 
suyuna salma mərasimi  kesirilirdi. Bu  barədə tanınmıĢ xristian  ilahiyyatçısı 
Tertulian da yazırdı
68

Manilik 
                                                 
68
 Tertullian.  De baptismo, V,  1.   
Ġngiliscə:  Tertullian.  On  Baptism  //  Ante-Nicene  Fathers.  The  Writings  of  the 
Fathers  Down  to  A.D.  325.  Volume  II.  T&T  Clark,  Edinburg;  WM.  B.  Eerdmans 
Publishing Company, Grand  Rapids, Michigan:  1885.   
http://www.ccel.org/fathers2/ANF-03/anf03-49.htm# P11466_3245563 
Rusca:  Тертуллиан.  О  крещении.  Оригинальный  текст,  пер евод  на  русский 
язык,  комментарии  -  Издательская  группа  "Прогресс"-"Культура".  Общая 
редакция и составление  А.А.Столярова.  Москва - 1994.   
http://www.krotov.info/library/t/tertull/baptism.html#4-6 


 
37 
 
Ġran  mənĢəli  qnostisizmlə  daha  bir  dini-mistik  təlim  sıx  bağlıdır. 
Söhbət  manilikdən  gedir.  Bu  sinkretik
69
  dini  təlimdə  zərdüĢti,  xristian, 
buddist, caynist, yeni platoçu, qnostik ideyalarından və müxtəlif əsatirlərdən 
geniĢ  istifadə edilmiĢdir. Maniliyi yaradan Mani adında bir  iranlı olmuĢdur. 
O, III əsrdə yaĢamıĢdır. Mani Sasani dövlətində müxtəlif dini təlimlərlə tanıĢ 
olaraq  yeni  ideyalarla  çıxıĢ  etməyə  baĢlamıĢdı.  Eyni  zamanda ,  rəvayətlərə 
görə,  ona  hansısa  ruhdan  vəhy  gəlirdi.  Bu  səbəbdən,  o  özünü  peyğəmbər 
elan etmiĢdi. Mani bir  neçə kitab da yazmıĢdı:  ―Sirlər kitabı‖,  ―Ġncil‖ və s. 
Lakin onlardan bizim dövrümüzə qədər yalnız bəzi fraqmentlər çatıb.  Onun 
Ġranda, Babilistanda,  mərkəzi Asiyada və Çində çoxlu sayda tərəfdarları və 
ardıcılları  var  idi.  Lakin  zərdüĢti  kahinləri  Maninin  fəaliyyətindən  razı 
qalmadılar. Onların təĢəbbüsü ilə, təxminən 276-cı  ildə, ĢahənĢah Bəhramın 
Ģahlığı  dövründə  Mani  vəhĢicəsinə  edam  edildi.  Onun  diri-diri  dərisini 
soymuĢdular. Onun tərəfdarları isə Ģiddətli təqiblərə məruz qaldılar. 
Bundan  sonra  müxtəlif  dövrlərdə  mani  dini  Ġranda  (yeniləĢmiĢ 
―məzdəki‖  formasında)  və  Çində  müəyyən  qədər  öz  ardıcıllarını  tapmıĢdı. 
Lakin  sonra  mani  dininin  ardıcılları  yenə  də  Ģiddətli  təqiblərə  məruz 
qalırdılar. 
Çinin  vasitəsilə  manilik  dini  ilə  uyğur  türkləri  tanıĢ  oldular  və  VIII 
əsrin  sonunda  bu  din  Uyğur  xaqanlığının  rəsmi  dini  elan  edildi.  Lakin 
bundan  sonra  bu  dövlətdə  baĢqa  dinlərin  nümayəndələrini  təqib  etməyə  
baĢladılar.  Maniçilər  onları  Ģər  qüvvələrin  nümayəndələri  adlandırdılar. 
Sonda  maniçilərin  fəaliyyəti  Uyğur  dövlətinin  zəifləĢməsinə  səbəb  oldu. 
Qırğızlar və çinlilər bu dövləti və uyğurların əksəriyyətini məhv etdilər. Sağ 
qalanlar isə mani dinindən imtina etdilər. 
IV  əsrdə  manilik  Roma  imperiyasının  ərazilərində  də  yayılmıĢdır. 
Lakin  orada  da  onları  təqib  edirdilər.  X-XI  əsrlərdə  isə  bu  din  tarixi 
səhnədən  tamamilə  silinib,  lakin  onların  bəzi  azsaylı  təriqətləri  Mərkəzi 
Asiyada  bu  günə  qədər  qalmaqdadır.  Bundan  baĢqa,  Mani  ideyalarından 
pavlikanlar, albiqoylar və baĢqa orta əsr xristian təriqətləri istifadə edibdilər. 
Maniçilər  hesab  edirdilər  ki,  dünya  iki  substansiyadan  yaranıb.  Biri 
Nur  (Xeyir),  digəri  isə  Zülmətdir  (ġərdir).  Əvvəlcə  onlar  bir-birindən  ayrı 
idilər.  Sonra  isə  Zülmət  Nurun  sahəsinə  daxil  oldu.  Buna  görə  də  bizim 
dünya  yarandı.  Beləliklə,  mani  dinində  dünyanın  yaranması  böyük  bir 
fəlakətdir. 
                                                 
69
  Sinkretika  (yunanca  ―synkretismos‖)  -  müxtəlif  dini  və  fəlsəfi  ideyaların  bir 
təlimdə birləĢdirilməmiĢ  formada  mövcud olması. 


 
38 
Xeyir  od,  hava,  iĢıq,  su;  ġər  isə  duman,  tüstü,  lil,  tufan  isti  kimi 
ünsürlərdən  ibarətdir.  Xeyir  məkanının  baĢında  Xeyir,  ġər  məkanının 
baĢında isə ġər tanrıları durur. 
Xeyirlə  ġər  bir-biri  ilə  mübarizə  aparırlar,  ixtilafdadırlar.  Onların 
məkanları əvvəllər bir-birindən ayrı idi, lakin sonra qarıĢıq baĢ verdi. Bunun 
nəticəsində  Ġlahi  substansiyanın  (Nurun)  hissəciklərini  Ģeytanlar  apardılar. 
Onlardan ġər tanrısı dünyanı yaradanda öz məqsədləri üçün istifadə etmiĢdi. 
Lakin  Adəm  və  onun  oğulları  Nurun  bu  dünyada  mövcud  olması  və  onun 
qorunmasının  zəruriliyi  haqqında  Ġlahi  xəbər  aldılar.  Yəni  əgər  insanlar 
onların daxilindəki Nuru azad etsələr, onda kosmosda olan Nur substansiyası 
da azad olar və Xeyrin məkanına qayıdar. Beləliklə insan özünü dərk edərək, 
ġərdən  azad  olmağa  can  atmalıdır.  Bunun  üçün  onun  köməyinə  Xeyrin 
təmsilçiləri  gəlirdilər.  Bu,  ZərdüĢt,  Budda,  Ġsa  kimi  adamlardır.  Lakin  bu 
silsilədə sonuncusu və ən əhəmiyyətli Ģəxs Manidir. 
 
Mani dininin ardıcılları. 
ġərqi Türküstanda mə zərlıqda 
tapılan rəsmlər 
Maniçilər  inanırdılar  ki,  za-
man  üç  dövrə  bölünür.  ―Birinci 
dövr‖də  iki  birbirinə  zidd  olan  qüv-
və  vardır.  Bu  Xeyr  (Nur)  və  ġər 
(Zülmət)dir.  Onların  sahələri  müx-
təlifdir  və  onlar  bir-biri  ilə  qarıĢ-
mırlar.  ―Ġkinci  dövr‖də  bu  iki  sub-
stansiya qarıĢır,  ġər Xeyrin  sahəsi-nə 
təcavüz edir. Nurun Atası buna cavab 
olaraq  həyatın  Anasını  yara-dır.  O 
isə,  öz  növbəsində  ilk  insanı  yaradır. 
Ġlk  insan  arxontlarla  (Ģər  qüvvələrlə) 
mübarizə  aparmağa  baĢlayır,  lakin 
məğlub  olur  və  onların  əsarətinə  dü 
Ģür 
(materiya 
ġər 
qüvvələrin 
obyektidir).  Onu xi- 
las etmək üçün Ata həyatın Anası olan Ruhu (Loqosu) yaradır. O, arxontlara 
qalib  gəlir və materiya tərəfindən mənimsənilmiĢ Nurun təmizlənməsi  üçün 
Kosmosu  yaradır.  GünəĢ  və  Ay  bu  iĢdə  ona  köməkçi  olurlar.  Ay  ölənlərin 
ruhlarını  qəbul  edir,  sonra  onları  günəĢə  ötürür,  sonra  isə  ruhlar  Tanrıya 
doğru yönəlirlər. 
Zamanın  ―üçüncü  dövr‖ündə  Nur  materiyanın  əsarətindən  azad  olur. 
Xeyr  ġərə  qalib  gəlir.  Manilikdə  insanlar  zülmət  (materiya)  tərəfindən 
yaradılmıĢ  məxluqlardır.  Onların  ruhları  (Nurun  qığılcımları)  bədənlərinin 
əsarətindədir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə