Aydın Əli-zadə


XRĠSTĠANLIĞIN YARANMASI, MƏNBƏLƏRĠ VƏ ĠNKĠġAF



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   2   3   4   5   6   7   8   9   ...   57

 

XRĠSTĠANLIĞIN YARANMASI, MƏNBƏLƏRĠ VƏ ĠNKĠġAF 
MƏRHƏLƏLƏRĠ. 
 
 
Ġlk Xristianlığın qısa tarixi icmalı 
 
Xristianlığın tarixi köklərinə və  yaranmasına diqqət yetirdikdə, onun 
bir  tərəfdən  qədim  yəhudi  dininə,  baĢqa  bir  tərəfdən  isə  antik  dövr 
dünyagörüĢü  və  fəlsəfəsi  ilə  sıx  surətdə  əlaqədar  olduğu  məlum  olur. 
Bununla yanaĢı baĢqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin 
formalaĢmasında təsiri olmuĢdur. 
Tarixdən məlum olduğu kimi, I əsrdə yəhudi dövləti Roma imperiyası 
tərəfindən iĢğal edilmiĢdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmıĢdı və 
dərin  böhran  içində  idi.  Yəhudilər  də  Roma  imperiyası  tərəfindən  iĢğala 
məruz qalmıĢ bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər 
addımbaĢı  ədalətsizlik  və  istibdad  hökm  sürməkdə  idi.  Nəticədə  isə, 
imperiyadaxili  çəkiĢmələrin  sayı  artır,  cəmiyyətin  təbəqələĢməsi  və 
parçalanması  getdikcə  daha  da  dərinləĢirdi.  Bütün  bu  proseslər  yəhudi 
cəmiyyətində özünü daha da qabarıq Ģəkildə göstərirdi. 
Bu  cür  acınacaqlı  vəziyyətdən  çıxmaqdan  ötrü  imperiyada  yaĢayan 
xalq  kütlələri  öz  ümidlərini  daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də 
yəhudi  xalqı  arasında  Ġsraili  xilas  edən  Məsihin  gəlməsinin  yaxın  olduğu 
ideyası geniĢ yayılmıĢdı. Hətta o zamanlar bir neçə Ģəxs özlərini peyğəmbər 
elan edərək üsyan etməyə cəhd etsələr belə, sonda fəaliyyətləri məğlubiyyət 
ilə nəticələnmiĢdi. 
Bu cür gərgin ictimai-siyasi vəziyyətdə, yəhudilər arasında Ġsa adlı bir 
adam  peyğəmbərlik  edərək,  bir  sıra  yeni  dini  və  etik  prinsipləri  ifadə 
etmiĢdir.  O,  qədim  yəhudi  dininin  bəzi  müddəalarına  yeni  baxıĢlarla  çıxıĢ 
etmiĢdir.  Rəvayətlərə  görə  Ġsa  özünü  bir  Məsih  kimi  təqdim  etmiĢdi.  Ġsa 
peyğəmbərin  bizim  zəmanəmizə  gəlib  çatmayan,  Ġncil  adlı  Ġlahi  Kitab 
gətirdiyi  haqqında  rəvayətlər  olsa  da,  əslində  bu  kitab  yalnız  Ģifahi  olaraq 
onun  tələbələrinə  (həvarilərə)  məlum  idi.  Çünki  bugün  mövcud  olan 
müxtəlif Ġncil adlı kitabların Ġsadan sonra yunan dilində yazıldıqları  heç də 
sirr deyildir. Halbuki Ġsanın yunan dilində danıĢa bilməsi haqqında heç bir 
dəlil yoxdur.  
Ġsanın  fəaliyyətindən  narazı  olan  yəhudi  kahinləri  çox  çəkmədi  ki, 
Ġsanı  öldürmək  fikrinə  düĢdülər  və  bu  iĢi  həyata  keçirmək  üçün  Roma 
imperiyasının Fələstində olan caniĢininə müraciət etdilər. Məqsəd isə  
 


 
10 
 
Ġsanın  Ġsraili  xilas  edən  Məsih 
olmadığını  sübut  etmək  idi.  Belə 
ki,  məğlub  olan  adam  Məsih  ola 
bilməzdi. Məsih yalnız xalqı xilas 
edən  adam  olmalı  idi.  Bu 
məqsədlərinə  nail  olmaqdan  ötrü 
isə, onlar az sonra elan etdilər ki, 
Ġsanı  tutub  mühakimə  etdikdən 
sonra  çarmıxa  çəkərək  edam 
etmiĢdirlər. Belə bir hadisənin baĢ 
verdiyinin, hətta Ģahidlərinin belə 
olduqları  ba-rədə  məlumatlar 
xristian 
ənənə-sində  də  öz 
təsdiqini tapdı
1
.  
Lakin, eyni zamanda, Ġsa-nın 
ölümü  xəbərinin  həqi  qətə  uyğun 
olmaması da iddia edilir-  
di.  Belə  ki,  Ġsanın  ardıcıllarının  bir  hissəsi  onun  ölümünə  inanmırdılar. 
Onlardan  bəziləri  deyirdilər  ki,  Ġsanın  çarmıxda  olması  yalnız  müəyyən 
adamların gözünə görsənmiĢdir və xəyaldan baĢqa bir Ģey deyildir. Əslində 
isə  o  edam  edilməmiĢdir.  Bu  fikrə  yaxın  mülahizələr  irəli  sürən  baĢqa 
qruplar isə hesab edirdilər ki, Ġsa həqiqətən də edam olunmayaraq edamdan 
qabaq  qeyb  olduğundan  onun  yerinə  baĢqa  bir  adam  edam  olunmuĢdur
2

Qeyd  edək  ki,  bu  cür  fikirin  əks  olunduğu  II  əsrə  aid  olan  «Böyük  Sifin 
ikinci  risaləsi»  adlı  apokrifik  Ġncil  Misirdə  tapılmıĢdır
3
.  Bir  çox  apokrifik 
Ġncillərdə  isə  Ġsa  adi  insani  həyat  tərzi  aparan  bir  peyğəmbər  kimi  təsvir 
                                                 
1
 Lukas Ġncili,  23:  35. 
2
  Свенцицкая  И.  Раннее  Христианство:  страницы  истории.  М.:  Политиздат, 
1988,  c. 270. 
3
 Böyük Sifin  ikinci  risaləsi 56; 
Ġngiliscə:  Second  Treatise  of  the  Great  Seth  //  Selection  made  from  James  M. 
Robinson,  ed.,  The  Nag  Hammadi  Library,  revised  edition.  HarperCollins,  San -
Francisco, 1990.  http://www.gnosis.org/naghamm/2seth.html 
Rusca:  Второй  Трактат  Великого  Сифа  //  Перевод  Егоренкова  И.С.  (СПб 
филиал  ИВ  РАН)  по  изданиям:  Concordance  des  textes  de  Nag-Hammadi.  Le 
Codex  VII,  R.  Charron,  1992./BCNH,SC,1/;  2.La  Deuxieme  Traite  du  Grand  Seth 
(NH VII,  2),  L.  Painchaud, 1982.  /BCNH,  ST, 6/.  
http://apokrif.fullweb.ru/nag_hammadi/2_sif.shtml 


 
11 
olunur
4
. Onun hətta bir qadınla evlənməsi haqqında iĢarəlarə də rast gəlmək 
olar
5

Beləliklə,  Ġsanın  ardıcılları  arasında  onun  ölümü,  və  ya  qeybə 
çəkilməsi haqqında vahid fikir yox  idi. Daha sonralar Ġsanı artıq peyğəmbər 
kimi qəbul etmiĢ bəzi yəhudilər, öz əqidələrini Roma imperiyasının müxtəlif 
yerlərində  yaymağa  baĢladılar.  Belə  ki,  çoxlu  sayda  dini  dəvətçilər  bu  iĢi 
həyata keçirməyə baĢladı. Nəticədə isə, dərin mənəvi böhran keçirən Roma 
imperiyasının  müxtəlif  sosial  təbəqələri  arasında  yeniləĢmiĢ  yəhudi  dininə 
meyillər günü-gündən artmağa baĢlamıĢdı. 
Bu qəbil dəvətçilərdən  biri, təlimin  yayılması  iĢində böyük rolu olan 
ġaul  (Pavlus)  adında  bir  yəhudi  olmuĢdur.  O,  əvvəlcə  Antioxiyada
6
,  sonra 
isə bütövlükdə Kiçik Asiya yarımadasında təbliğat aparsa da, bu təlimi  heç 
də öz ilkin Ģəklində saxlamayıb, onu özünəməxsus bir Ģəkildə yozaraq, yeni 
bir keyfiyyətdə təqdim etmiĢdir. Belə ki, Pavlus anlayırdı ki, yəhudi xalqının 
dini  və  yəhudi  peyğəmbəri  olan  Ġsanın  təlimi  Romanın  baĢqa  xalqları 
arasında  özünün  ilkin  formasında  yayıla  bilməz.  Məsələ  bundadır  ki,  o 
xalqlar qədim mədəniyyətə malik  idilər və yəhudi ənənəsi və düĢüncə tərzi 
onlar  tərəfindən  qəbul  edilə  bilməzdi.  Ona  görə  də  Pavlus,  bu  təlimdə  
olmayan bir çox yeni ideyalarla çıxıĢ etməyə baĢladı. Faktiki olaraq, o Ġsanın 
təlimini Yunan və Roma düĢüncə tərzinə və tarixi ənənəsinə uyğunlaĢdırırdı. 
Məhz  bu  adam  ilk  dəfə  olaraq  Ġsanın  ilahiləĢdirilmiĢ  obrazını  yaratmağa 
baĢlamıĢdı. Beləliklə də Pavlusun təbliğatında Ġsa ölümündən sonra yenidən 
dirilən,  günahları  silən  bir  Tanrının  oğlu  kimi  təqdim  edildi.  Pavlusun 
fəaliyyətində  diqqəti  çəkən  baĢqa  bir  maraqlı  məqam  isə,  onun  yəhudi 
qanununa əməl edilməsini vacib hesab etməməsi  idi. Bu səbəblərə görə də 
heç  də  Ġsanı  deyil,  elə  Pavlusu  xristianlığın  yaradıcısı  hesab  etmək  olar. 
Məhz  bu  cür  yeniliklərin  dinə  gətirilməsinə  görə  Pavlusla  yəhudi  isavilər 
                                                 
4
  Bu  cur  apokrifik  Ġncilləri  rəsmi  Xristian  kilsələri  rədd  edir.  Lakin  onlarda  olan 
məlumatları  qətiyyətlə  təkzib  etmək  mümkün  deyil.  Ġsa  haqqında  çeĢitli,  bir  çox 
hallarda bir-birinə  zidd xəbərlər  əsrlər boyu mövcud olmuĢdu. 
5
 Filippos Ġncili,  32;   
Ġngiliscə: The Gospel of  Philip // Selection  made from James  M. Robinson, ed.,  The 
Nag  Hammadi  Library,  revised  edition.  HarperCollins,    San-Francisco,  1990. 
http://www.gnosis. org/ naghamm/gop.html 
Rusca: Евангелие  от Филиппа  // Русская Апокрифическая Студия   
http://apokrif.fullweb.ru/nag_hammadi/ev-phil.shtml 
6
  Antioxiya  –  qədim  Suriyada  Ģəhər  (müasir  Türkiyənin  Antakya  Ģəhəridir), 
Selevklər dövlətinin  paytaxtı  olmuĢdu. I  əsrdə  burada birinci  nüfuzlu  xristian  icması 
yaranmıĢdı. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə