Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   2   3   4   5   6   7   8   9   ...   57

 
14 
çox  roma  filosofları,  mütəfəkkirləri  də  çıxıĢ  edirdilər.  Onların  arasında  
Epiktetos,  Markus  Aurelius,  Porfirios  (Porphyrios)  xüsusilə  seçilmiĢdirlər. 
Belə ki, onlar  daha çox bütpərəstliyin əsasında xristianlıqla rəqabət edəcək 
bir əqidə ortaya çıxartmaq istəyirdilər. Lakin neoplatonizm (yeni platoçuluq) 
fəlsəfəsinin  simasız  və  real  həyatdan  uzaq  olan  Vahid  anlayıĢı  və  tanrı 
panteonları monoteizmin diri və Ģəxsiyyət olan Tanrısı  ilə ayaqlaĢa bilmədi. 
Ona görə də onların dini-fəlsəfi təlimlərinin ömrü qısa oldu. 
Öz növbəsində Xristianlıq da qalib gələndən sonra bütpərəstliyə qarĢı 
hücuma  keçdi.  Belə  ki,  bütpərəstlərin  məbədləri  məhv  edilir,  kahinləri 
öldürülür,  ədəbiyyatları  isə  yandırılırdı.  Məsələn,  II  Teodosiusun  və  III 
Valentinusun əmri  ilə 448-ci  ildə Porfirinin məĢhur ―Xristianların əleyhinə‖ 
kitabı tonqallarda yandırılmıĢdı.  
 
 
Hipatiya 
30  il  ondan  qabaq  isə  Misirin  Ġsgən-
dəriyyə  Ģəhərində  Hipatiya  adlı  tanınmıĢ  riya-
ziyyatçı  alim  qadın  xristian  yepiskopu  Kirilin 
(Cyril)  iĢtirakı  ilə  təəssübkeĢ  kütlə  tərəfindən 
vəhĢicəsinə  öldürülmüĢdür.  Bu  hadisələrdən 
sonra  Avropada  azadfikirlilik  qadağan  olun-muĢ 
və  hamı  Xristianlığı  qəbul  etmək  məcbu-
riyyətində qalmıĢdı.   
Lakin,  yuxarıda  qeyd  edildiyi  kimi, 
bütpərəstliyə  qalib  gələn  Xristianlığın  özündə  də 
müxtəlif  təriqətlə  rin  yaranması  prosesi  daha  da 
dərinləĢir 
və 
bu 
proses 
xristiandaxili 
ziddiyyətlərin 
dərinləĢdirici 
bir 
faktoruna 
çevrilir. Bir qayda olaraq bu mübarizədə im- 
peratorlar  və  hakimiyyət  tərəfindən  dəstəklənən  cərəyan  nümayəndələri 
ortodoksal
15
,  baĢqaları  isə  heretik
16
  adlandırılırdı  və  rəsmi  kilsə  artıq 
heretiklərin  təqibinə  baĢladı.  Ziddiyyətlərin  əsas  mövzusu  isə  artıq 
tanrılaĢdırılan  Ġsanın  təbiətinə  münasibətdə  fərqli  mövqelərin  mövcud 
olmasından irəli  gəlirdi.  Bu problemə xristianlıqda  xristologiya deyilir. 
                                                 
15
  Ortodoksiya  (yunanca  ―orthodoxos‖)  -  hər  hansı  bir  təlimin,  dünyagörüĢünün, 
təməl  xəttini  əks  etdirən  təlim.  Bu  təlim  nüfuzlu  dini  qurumlar  tərəfindən 
dəstəklənir.   
16
 Heres  (yunanca  ―hairesis‖) sözünün  iki  mənası  vardır: 1)  Rəsmi  (ortodoks)  dinin 
ehkam  və  təĢkilat  formalarından  fərqlənən  dini  təlim;  2)  qəbul  olunmuĢ 
dünyagörüĢündən və qaydalardan yayınma. Hərfi mənada isə ―hairesis‖ sözü yunan 
dilində ―özəl  dini təlim‖  deməkdir  və ortodoksiya  tərəfindən  qəbul edilmir.  Bu  sözlə 
dinə yenilik  gətirənləri  (bidətçiləri)  də adlandırırlar. 


 
15 
Beləliklə də xristian kilsəsinin dövlət dininə çevrilməsi, ehkamlarının 
təsbit  olunması  və  heretikləri  damğalayaraq  yalnız  bir  rəsmi  xəttin  düzgün 
olması  fikrini  təsdiq  etmək  üçün  Kilsə  yığıncaqlarının  çağırılması  prosesi 
baĢlandı. 
 
Müqəddəs Kitablar – xristian  
fəlsəfəsinin mənbəyi kimi 
 
Məlum  olduğu  kimi,  Xristianlıq  öz  ifadəsini  Ġlahi  vəhylərlə  və 
Müqəddəs  Kitablarda  tapmıĢ  dinlərdəndir  (sacra  scriptura).  Bu  cür  dinlərə 
revelyasionist  dinlər  deyilir.  Belə  ki,  revelyasionizmdə  kitaba  çox  böyük 
hörmət və ehtiramla yanaĢma tərzi xassdır. 
Xristianlığın    Müqəddəs  Kitablar  toplusu  Bibliya  adlanır.  Bibliya 
Əhdi-Ətiq
17
  və  Əhdi-Cədid
18
  adlı  toplulara  bölünür.  Onların  hərəsi,  öz 
növbəsində,  çoxlu  kitablardan  ibarətdir.  Əhdi-Ətiq  xristian  kilsəsi  tərəfindən 
qəbul  edilən  qədim  yəhudi  dininin  Müqəddəs  Kitablarıdır.  Lakin  bu  kitabları 
qəbul  edərək,  kilsə  xadimləri  onları  özünəməxsus  tərzdə  yozub  öz 
dünyagörüĢlərinə  uyğunlaĢdırıblar.  Yəni,  xristianlar  Əhdi-Ətiqin  bir  çox 
yerlərini  yəhudilərdən  bir  qədər  fərqli  baĢa  düĢürdülər.  Məsələn,  xristianlar 
hesab edirlər  ki, Müqəddəs  Kitabın bəzi  yerlərində Ġsanın  gəlməsinə  iĢarələr 
vardır. Lakin yəhudilər  bunu qəbul  etmirlər. 
Əhdi-Cədid  isə  yalnız  xristianlar  tərəfindən  qəbul  edilir.  O  bir  neçə 
hissədən ibarətdir. Orada Ġsanın həyatı haqqında bəhs edən 4 Ġncil [Mattadan 
(Matthias), Markusdan (Marcus), Lukasdan (Lucas) və Yəhyadan (Ioannus)] 
vardır.  Bu  Ġncillərdən  baĢqa  bir  çox  digər  Ġncillər  də  mövcuddurlar,  lakin 
onlar  kilsə  tərəfindən  rədd  edilmiĢdirlər.  Daha  sonra  Əhdi-Cədiddə  Ġsanın 
həvariləri  haqqında  hekayələr  «Apostolların  iĢləri»,  «Apostolların 
məktubları»  (14  məktub)  və  sonda  axirət  hadisələrindən  bəhs  edən 
                                                 
17
 Əhdi-Ətiq (Qədim Əhd - Tanrı ilə yəhudilər arasında olan andlaĢma) dörd hissəyə 
bölünür:  Tövrat  –  Musanın  Qanun  kitabı  (ilk  5  kitab),  Tarixi  k itablar  (―YeĢua‖ 
kitabı  ilə  baĢlayaraq  cəmi  12  kitab),  Poetik  kitablar  (―Zəbur‖  və  digər  4  kitab), 
Peyğəmbərlərin  kitabları  (―YeĢaya‖  peyğəmbərin  kitabı  ilə  baĢlayaraq  cəmi  17 
kitab). Yəhudilər  Əhdi-Ətiqi  ―Tanah‖ adlandırırlar. 
18
 Əhdi-Cədid  (Yeni Əhd – Tanrının Ġsa vasitəsi ilə yəhudilərdə bağladığı yeni əhd) 
27  kitabdan  ibarət  olub,  yunan  dilində  yazılmıĢdır.  Ġlk  dörd  kitab  Ġsanın  həyatı 
haqqında  rəvayətlər  toplusu  olan  İncillərdir  (Mattanın,  Markusun,Lukasın  və 
Yəhyanın).  Daha  sonra  Ġsanın  həvarilərinin  gördükləri  iĢlər  haqqında  bəhs  edən 
Həvarilərin  işləri”  kitabı  və  onların  müxtəlif  xristian  icmalarına  və  Ģəxslərə 
ünvanlandırdıqları Məktubları gəlir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə