Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
16 
«Apokalipsis» kitabı vardır. Bibliyanın tərkibi son  olaraq, əsasən, IV əsrdə 
Ümumdünya  Kilsə  Məclislərində
19
  təsdiq  edilmiĢdir.  Amma  sonralar  da 
onlarda bəzi dəyiĢiliklər edilmiĢdi
20

Xristian 
dünyagörüĢü 
və 
fəlsəfəsinin  formalaĢmasında  Ġncillərdə  əks  olunan  rəvayətlərin  müstəsna 
rolu olmuĢdur.  
Xristianlıqda  Tanrının  mahiyyəti  haqqında  baxıĢlar  yəhudilikdən  bir 
qədər fərqlənir. Bir çox tədqiqatçılar bu fikirdədirlər ki,  yəhudilikdən fərqli 
olaraq,  xristianlıqda  monoteizm  (təktanrılıq  ideyası)  o  qədər  də  mütləq 
xarakter  daĢımır
21
.  Xristian  monoteizmi  daha  çox  bütpərəstliklə  rəqabətdə 
formalaĢdığından,  o,  bu  düĢüncə  tərzinə  uyğunlaĢmağa  məhkum  idi.  Buna 
görə  də  xristian  monoteizmində  Tanrının  üç  sifətdən  ibarət  olması  (Ata, 
Oğul,  Müqəddəs  Ruh)  ideyası  yaranmıĢ  və  sonralar  bu  istiqamət 
xristianlıqdakı baĢqa cərəyanlara qalib gəlmiĢdir. Belə ki, Avropada mütləq 
monoteizmə  sadiq  qalan  və  trinitarizmi  rədd  edən  qruplar  mövcud  olsa  da 
(məs.  moharxianlar  təriqəti),  rəsmi  kilsə  onları  küfrdə  ittiham  edib  təqib 
edirdi. 
Əhdi-Ətiqin birinci kitabında rəvayət edilən hekayələr orta əsr xristian 
fəlsəfəsindəki  kosmoqonik
22
  görüĢlərin  formalaĢmasında  xüsusi  rol 
oynamıĢdır.  Burada  Tanrı  tərəfindən  dünyanın  yaradılması  hekayəsi 
müstəsna  rol  oynamıĢdır
23
.  Burada  həmçinin  insanın  da  yaradılması 
haqqında söhbət açılır. Bu mövzu həmin kitabın  ikinci fəslində də bir qədər 
fərqli tərzdə rəvayət edilir. Kitabın üçüncü fəsildə  isə ilk  insanların (Adəm 
və Həvvanın) qadağan olunmuĢ ağacdan meyvə yeməsi, bunun nəticəsində 
onların  ilk  dəfə  günaha  batmaları  və  cənnətdən  qovulmaları  haqqında 
rəvayətlər  vardır.  Bu  rəvayətlər eyni  zamanda  xristian  antropologiyasının
24
 
                                                 
19
  Kilsə  Məclisləri  -  III  əsrdən  baĢlayaraq,  dini  təlim,  kilsə  idarəçiliyi  və  intizam 
məsələləri  ilə  bağlı  problemləri  həll  edən  xristian  Kilsəsinin  ən  yüksək  rütbəli 
ruhanilərin qurultaylarıdır.  Kilsə Məclisləri  ümumdünya  və yerli olur. 
20
  Məsələn,  xristian  müəllifləri  etiraf  edirlər  ki,  Markus  Ġncilinin  19-cu  fəsilindəki  9-
20  misraları  ora  sonradan  əlavə  edilib.  Bax:  The  Holy  Bible.  New  International 
Version. New York.  ("Harper Paperbacks"), p. 908. 
21
  Самыгин  С.  И.,  Нечипуренко  В.  Н.,  Полонская  И.  Н.  Религиоведение: 
социология и психология  религии.  Ростов-на-Дону:  Феникс, 1996,  с. 316-317. 
22
 Kosmoqoniya – kainatın yaranması haqqında təlim. 
23
 YaradılıĢ  1. 
24
 Antropologiya  - təbii  və süni  mühitdə insan  varlığının fundamental  problemlərini 
tədqiq  edən  elmi  idrak  sahəsidir.  Teologi  antropologiya  insanın  Ġlahi  varlıqla 
münasibətləri ilə  məĢğuldur. 


 
17 
da  əsasını  təĢkil  etmiĢdir.  Belə  ki,  xristian  təlimində  Adəm  və  Həvva, 
qadağan olunmuĢ ağacdan meyvə yedikləri üçün, güna- 
 
Gustav Dyure. Adə m və 
Həvvanın cənnətdən 
qovulması 
ha  batdıqlarından  sonra  cənnətdən 
qovuldular  və  bu  səbəbdən,  onlardan 
törənən  bütün  bəĢəriyyət,  əcdadlarının 
bu  ilkin  günahına  görə  məsuliyyət 
daĢıyır.  Deməli  insanlar  bu  dünyada 
günahkar 
doğulurlar.  Lakin  ilkin 
günahdan  azad  olmaq  da  mümkündür. 
Bunun üçün  Ġsaya  bir  Tanrı  kimi  iman 
etmək  lazımdır.Çünki,  Tanrı  dünyaya 
insan  obrazında  gəlmiĢ,  bəĢəriyyətin 
günahlarını  öz  üzərinə  götürmüĢ  və 
könüllü  olaraq  bəĢəriyyət 
naminə 
ölümü  qəbul  etmiĢdir.  Bu  səbəbdən 
ona  iman  edənlər  ilk  günahdan  azad 
olurlar,  öz  həyatını  Tanrıya  ibadətlərdə 
keçirirlər,  xeyirxahlıq  edirlər,  Ģərdən 
uzaqlaĢırlar. Yəhudi- 
liyin  rədd  etdiyi  ―ilk  günah‖  konsepsiyası  məhz  xristian  fəlsəfəsi  nin 
məhsulu olduğundan bu hərfi mənada Bibliyada yoxdur. 
Tanrının  var  olması  və  gözəgörünməz  olması
25
,  əqllə  və  duyğu  ilə 
dərk  olunmaması
26
 
xristian 
filosoflarının  tez-tez  istinad  etdiyi 
mövzulardandır.  Bu  mövzu  bəzi  hallarda  yeni  platoçu  üslubda  yozulurdu. 
Xristian etikasının əsasını isə «ÇıxıĢ» kitabının 20-ci fəslində olan 10 ehkam 
təĢkil edir. 
Orta  əsr  xristian  fəlsəfəsinin  ən  populyar  mövzularından  biri  Ģərin 
təbiəti  haqqında  olan  düĢüncələr,  Tanrının  bu  Ģəri  törətməməsi,  ondan 
uzaqlaĢması mövzusu (teodiseya) idi. Bu problemin həll olunmasından ötrü, 
Əhdi-Ətiqin «Əyyub» kitabına tez-tez müraciət edilirdi.  
Xeyir, Ģər, günah problemləri peyğəmbər Davuda aid edilən  «Zəbur» 
kitabında  da  hallanmaqdadır.  Burada  bu  problemlərin  həlli  isə,  Tanrı 
tərəfindən  göndərilmiĢ  Ģəxsiyyətlə  və  gələcəkdə  olacaq  ədalətli  Ġlahi 
mühakimə ilə bağlanır
27

                                                 
25
 ÇıxıĢ  3:14;  33:20. 
26
 Qanunun təkrarı 4:11-19. 
27
 Zəbur 2. 


 
18 
Xristian  fəlsəfəsində  ən  çox  hallandırılan  baĢqa  mövzulardan  biri  də 
bu  dünyanın  müvəqqəti,  keçici  olmasıdır.  Bu  məsələ  isə  həyatın  mənası, 
ölümə  münasibət  kimi  problemləri  ortalığa  çıxarırdı.  Bu  suallar  haqqında 
düĢünən  mütəfəkkirlər  isə  bir  çox  hallarda  Bibliyanın  «Vaiz»  kitabına 
müraciət etmiĢdirlər. 
 
Patristika dövrü 
 
Patristika  (latınca  ―pater‖  ata  deməkdir)  –  II-VIII  əsrlər  xristian 
mütəfəkkirlərinin  (xristian  atalarının)  teoloji,  fəlsəfi  və  siyasi-ictimai 
təlimlərinin (doktrinalarının) cəmini ifadə edən termindir.  
Patristika  antik  dövrdə  quldarlıq  quruluĢunun  böhranı  zamanı 
qnostisizmlə, müxtəlif hereslərlə,  bütpərəst dünyagörüĢü  ilə mübarizədə, və 
eyni  zamanda  antik  dünyasının  müxtəlif  fəlsəfi-dini  təlimləri  ilə  mürəkkəb 
münasibətlərə girərək yaranmıĢdır. 
Patristika dövrü öz növbəsində bir neçə dövrə bölünür: 
1.  Apologetlərin  fəaliyyəti  dövrü  (II  -  III  əsrlər).  Apologetlər
28
  
Xristianlığın təməl prinsiplərini bütpərəstlərin və yəhudilərin tənqidlərindən 
müdafiə edən xristian mütəfəkkirləridirlər. Onların fəaliyyət göstərdiyi sahə 
isə apologetika adlanır. Apologetika - dini təlimin əqlə əsaslanan dəlillərlə 
müdafiə edilməsidir. 
Apologetləri iki hissəyə bölürlər:  
- Yunan dilində yazan Ģərq apologetləri;  
- Latın dilində yazan qərb apologetləri. 
IV-cü  əsrdə  Romada  Xristianlıq  dövlət  dini  elan  edildikdən  sonra 
apologetikaya  artıq  ehtiyac  qalmamıĢdır.  Bundan  sonra  xristian  teoloqları 
hereslərə qarĢı rəddiyyələr yazırdılar. 
2.  Rəsmi xristian  (kilsə)  təliminin  sistemləşdirilməsi dövrü  (IV  -  V  
əsrlər). O dövrdə müxtəlif xristian mütəfəkkirlərinin pərakəndə olan fəlsəfi 
fikirlərinin  əvəzinə  vahid  dini  konsepsiya  meydana  gəlmiĢdir.  Bu  iĢdə  ən 
böyük nailiyyətləri Kappodokiyalı atalar əldə etmiĢdir. 
3. Xristian ehkamlarının möhkəmlənməsi və sabitləşməsi dövrü (VI 
əsr) (Leontius Ģərqdə, Boetsius qərbdə). 
Patristika  dövrü  VII  əsrdə  Yohannes  Damaskenosun  fəaliy-yətindən 
sonra  baĢa  çatmıĢdır.  O,  həm  də  sxolastikanın  əsaslarını  ifadə  etmiĢdir. 
Bundan sonra xristian fəlsəfəsində sxolastika dövrü baĢlanmıĢdır. 
                                                 
28
 Yunanca ―apologetikos ‖ - müdafiə  olunan bir Ģey mənasını daĢıyır. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə