Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
19 
Antik  dövrünün  fəlsəfəsindən  fərqli  olaraq,  patristika  dövrünün 
fəlsəfəsi teosentrik olub. Teosentrizmə görə hər bir mövcud  olan Ģeyi  təyin 
edən reallıq təbiət deyil, Tanrıdır. 
Xristian 
fəlsəfi 
ontologiyasının 
əsasını 
yaradılıĢ
29

idrak 
nəzəriyyəsinin  əsasını  isə  vəhy  amili  təĢkil  edir.  Bütün  bu  prinsiplər, 
ümumiyyətlə, təkcə Xristianlığa deyil, həm də Yəhudilik və Ġslama da aiddir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
29
 Xristian  ehkamlarına  görə  Tanrı  hər  bir  Ģeyi  heç  nədən,  öz  iradəsi  və  qüdrəti  ilə 
yaradıb.  Dünyanı  yaradandan  sonra  isə  O,  onun  varlığını  təmin  edir.  Bu  cür 
dünyagörüĢü kreasionizm adlanır (latınca ―creatio‖ - xəlq  etmə,  yaratma deməkdir). 


 
20 
 
 
II FƏSĠL 
 
XRĠSTĠANLIQ VƏ ROMA ĠMPERĠYASINDA YAYILMIġ 
BAġQA DĠNĠ-FƏLSƏFĠ TƏLĠMLƏR 
 
 
Antik fəlsəfənin və müxtəlif dini ənənələrin xristian 
dünyagörüĢünün formalaĢmasına olan təsiri 
 
  Xristianlıqdan  öncə  Romanın  aristokratik  dairələrində  müxtəlif 
fəlsəfi  təlimlər  geniĢ  yayılmıĢdı.  Buna  görə  də  savadlı  romalılar  qədim 
filosofların fikirlərini xristianlıqda tapmaq istəyində idilər
30
.  
  Xristian  apologeti  Yustinusun  fikrincə,  «dünyanın  yaranması  və 
nizamlanması haqqında danıĢanda biz (yəni xristianlar) Platonu, onun yanıb 
məhv olması haqqında danıĢanda isə stoikləri təkrarlayırıq…»
31

 
Bir-biri  ilə  rəqabətdə  olan  xristian 
və 
bütpərəst 
dünya-görüĢləri 
arasında 
müəyyən 
qar-Ģılıqlı 
fikirlər 
mübadiləsi 
prosesi-nin 
getməsi  labüd  idi.  Lakin  qeyd 
etmək  lazımdır  ki,  antik  və 
xristian  ideyalarının  biri  digəri 
tərəfindən  qarĢılıqlı  mənimsənil-
məsi  prosesi  heç  də  hamı  tərə-
findən  birmənalı  qarĢılanmırdı, 
bunun əleyhdarları  da az deyildi. 
Stoistizm fəlsəfəsinin bir çox məqamları xristianlığın bəzi  ideyalarına  
çox yaxınlaĢır.  Xüsusi  ilə bu Senekanın (Seneca) etik  və əxlaqi  baxıĢlarına  
                                                 
30
 Мень А. Дионис, Логос, Судьба.  Брюссель:  1992,  с.7. 
31
 Justius. Apologia I, 46.  
Ġngiliscə:  The  First  Apology  //  Excerpted  from  Ante-Nicene  Fathers,  Volume  1. 
Edited  by  Alexander  Roberts  &  James  Donaldson  American  Edition,  1885 
http://www/newadvent. org/ fathers//0126.htm 
Rusca:  Апология  I  //  Св.  Иустин,  философ  и  мученик.  Твор ения.  М., 
"Паломник" - "Благовест",  1995.  C.  31-105.   
 http://antology.rchgi.spb.ru/Justin_Martyr/justin_1.htm 


 
21 
aiddir.  Buna  dəlil  olaraq  onun  bəzi  fikirləri  ilə  Bibliyada  olan  fikirlərin 
oxĢarlığını göstərmək olar: 
 
Seneka 
Biblya 
 
1.  «XoĢbəxt  hesab  etdiyimiz  insan-
ların  daxilindən  xəbərdar  olsanız, 
görərsiniz  ki,  əslində  onlar  heç  də 
xoĢbəxt 
deyillər,  alçaldılmıĢdırlar, 
ümidsizdirlər.  Onlar  yalnız  zahirən  öz 
evləri  kimi  gözəl  bəzəniblər.  Bu 
yalnız  nazik bir suvaqdır». 
 
«Vay  halınıza,  din  alimləri  və 
fariseylər,  ikiüzlülər!  Çünki  siz 
ağardılmıĢ  məqbərələrə  bənzəyirsi-
niz:  çölü  gözəl  görünür,  içi  isə  ölü 
sümükləri  və  hər  cür  murdarlıqla 
doludur.  Siz  də  beləcə  insanlara 
zahirən  saleh  görünürsünüz,  daxi-
lən  isə  ikiüzlülük  və  fəsadlarla  do-
lusunuz». (Matta 23: 27-28) 
 
2.  «Sözü  bir  toxum  kimi  əkmək  la-
zımdır:  toxum  balaca  olsa  da,  mün-
bit torpaq onu cana gətirir, ona qüvvə 
verir və o böyüyür. Əql də belədir»
  32

«Əkinçi  Tanrının  kəlamını  səpir. 
Kəlamın  səpdiyi  yolun  kənarında-
kılar  bunlardan  eĢitdikləri  zaman 
dərhal  Ģeytan  gəlir  və  ürəklərinə 
səpilən  kəlamı  götürüb  aparır». 
(Markus, 4: 14, 20) 
 
3.  «Bir  çox  hallarda  kitablar  fikri-
mizi  yayındırır»
33

«Çox  oxumaq  adamı  yorur»  (Vaiz, 
12: 12). 
 
Daha bir maraqlı cəhət ondan  ibarətdir ki, Seneka da xristianlar kimi 
məhəbbət prinsiplərinə önəm verirdi. 
Senekanın  bu  cür  fikirlərinin  xristian  ideyalara  yaxın  olması 
səbəbindən  bəzi  xristian  xadimləri  onun  xristian  olduğu  və  hətta  apostol 
Pavlus ilə məktublaĢdığı haqqında fərziyyələr irəli sürmüĢdürlər. Lakin bunu 
sübut edən heç bir əsaslı dəlil yoxdur. 
Stoisizmlə  Xristianlığın  arasında  oxĢarlıq  həm  də  Loqosun  mövcud 
olmasındadır. Lakin stoiklər üçün Loqos Heraklitin dövründən məlum olan 
                                                 
32
 Ad Lucilium  Epistulae morales  (Lusiliusa əxlaqi  məktublar).  Məktub XXXVIII.   
Rusca:  Луций  Анней  Сенека.  Нравственные  письма  к  Луцилию.  М.,  Изд-во 
"Наука", 1977.  Перевод, подготовка  издания  С.  А. Ошерова.  
http://www.ancientrome.ru/antlitr/  s eneca/epist/038.htm 
33
 Ad Lucilium  Epistulae morales.  Məktub II. Rusca:  
http://www.ancientrome.ru/antlitr/seneca/epist/002.htm 


 
22 
taledir, xristianlar üçün isə o, eyni zamanda, həm Tanrının sözüdür, həm də 
onun oğlu kimi qəbul edilən Ġsadır
34

Xristian  dünyagörüĢünün  formalaĢmasına  təsir  göstərən  daha  bir 
fəlsəfi  məktəb  -  neoplatonizmdir.  Plato  fəlsəfəsində  əsas  yeri  ideyalar 
haqqında  təlim  tutmuĢdur.  Xristianlıqda  isə  ideyalar  Ġlahi  nurlarla  əvəz 
olunur. Məhz bu nur bütün varlığı əhatə edir və hər bir Ģeyin səbəbidir. Bir 
çox tədqiqatçılar hesab edirlər ki, hətta xristian əqidəsinin əsasını təĢkil edən 
Trinitarizmin (Ata, Oğul və Müqəddəs Ruh üçlüyü) və neoplatoçu filosoflar 
Plotinus,  Yamblikos  (Jamblichos)  və  Proklusun  (Proclus)  triadalar  ideyası 
arasında müəyyən paralellər mövcuddur
35

Plotinus  fəlsəfəsində  olan  mistik  baxıĢlar  da  xristian  mistisizmində  
dərin  izlər  buraxmıĢdı.  Bu  zülmət  içində  olan,  Ġlahi  nurdan  təcrid  olunan, 
günah  içində  olan  dünyada  o  nura  can  atan  və  Vahidə  (Tanrıya)  doğru 
yönələn  mömin  insanlar  ideyasına  aiddir  (Xristianlıqda  Vahid  üç  sifətdə 
təzahür  edən  Tanrıdır).  Kappodokiya  xristian  məktəbinin  tanınmıĢ 
nümayəndəsi  olan  Qreqorios  deyirdi:  «Mən  hələ  Vahid  (Tanrı)  haqqında 
düĢünməyə baĢlamamıĢ, Üçlük öz nuru ilə məni iĢıqlandırır. Üçlük haqqında 
düĢünəndə  isə  Vahid  (Tanrı)  məni  özünə  cəlb  edir.  Üçdən  biri  mənə 
açılanda,  mənə  elə  gəlir  ki,  bu  Vahiddir,  qalan  hər  Ģey  mənim  nəzərimdən 
qaçır.  Çünki  mənim  ağlım  o  qədər  məhduddur  ki,  Vahidi  dərk  etməkdən 
baĢqa bir Ģeyə yer qalmır. Üçü  isə eyni fikirdə cəmləyəndə  mən  iĢıq saçan 
vahidliyi görürəm. Lakin orada birlik təĢkil edən nuru ayıra bilmirəm».
36
 
Ümumiyyətlə patristika dövründə bir çox məĢhur xristian ilahiyyatçısı 
və  filosofu  vaxtıykən  yeni  platoçuların  məktəblərində  dərs  almıĢdırlar. 
Onların  irəli  sürdükləri  ideyalarda  neoplatonizmin  ayrı-ayrı  müddəaları  ilə 
oxĢar  cəhətləri  vardır.  Yeni  platoçuların  məktəblərini  Nazianzlı  Qreqorios, 
Kesariyalı  Basilios  kimi  tanınmıĢ  xristian  ilhiyyatçıları  bitirmiĢdir.  Digər 
məĢhur  xristian  ilahiyyatçısı  Origenus  isə  məĢhur  nyeni  platoçu  Plotinus 
birlikdə neoplatonizmin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuĢdur. 
 
 
 
 
                                                 
34
 Yəhya Ġncili  1:1. 
35
 Лосский В.Н.  Боговидение.  Глава 4. М.: АСТ,  2003.   
http://www.hesychasm.ru/library/losski/ls4_6.htm#gl4 
36
  In  sanctum  baptisma,  Or.  40,41.  PG36,  col.417.  Sitat  bu  kitabdan  gətirilir: 
Лосский В.Н.  Боговидение.  Глава 4. М.: АСТ, 2003. 
http://www.hesychasm.ru/library/losski/ls4_6.htm#gl4 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə