Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
23 
 
 
Ġsgəndəriyyəli Filonun fəlsəfəsi  
 
Ptolemeylərin hakimiyyəti altında olan 
Misir  ellinizm  dövründə  ən  inkiĢaf  et-miĢ 
ölkələrindən biri idi. O, eyni zamanda qədim 
dünyanın  mədəniyyət  mərkəzlərin-dən  biri 
idi.  MəhĢur  kitabxanası  olan  Ġs-gəndəriyyə  
Ģəhərində  müxtəlif  ölkələrdən  gəlmiĢ 
tanınmıĢ  alimlər  çalıĢırdı.  Ptole-meylər  həm 
də  müxtəlif  dinlərin  və  dini  ənənələrin  bir-
biri  ilə  yaxınlaĢması,  onların  ziddiyyətlərini 
ortalıqdan  qaldırılma  siya-sətini  aparırdılar. 
Bunun  nəticəsində  dini-fəlsəfi  sinkretizm 
meylləri güclənmiĢdi. 
Bu prosesə Ġsgəndəriyyədə yaĢayan 
çoxsaylı yəhudi icması da cəlb edilmiĢdi. 
 
Yəhudilərin çoxu öz doğma dillərini unudub  yunanca danıĢırdılar və yunan 
mədəniyyətinin  bir  çox  elementlərini  mənimsəmiĢdirlər.  Lakin,  eyni 
zamanda,  yunanlar  və  Ġsgəndəriyyədə  yaĢayan  baĢqa  xalqlar  da  yəhudilər 
vasitəsilə Yaxın ġərq mədəniyyəti ilə yaxından tanıĢ olmuĢdurlar. 
Eramızdan  əvvəl  III  əsrdə  Ġsgəndəriyyədə  ilk  dəfə  olaraq  Əhri-Ətiq 
yunan 
dilinə  tərcümə  edilmiĢdir.  Bu  tərcüməni  Septuaqinta
37
 
adlandarmıĢdırlar. Bu hadisə yunanların yəhudi mədəniyyəti və dini ənənəsi 
ilə daha da yaxından tanıĢ olmasına gətirib çıxarmıĢdı. Nəticədə isə yunan-
yəhudi  sinkretizminə  təkan  vermiĢdi.  Yunandilli  yəhudilər  yəhudi  ictimai 
fikri dinini və ənənəsini yunanlara çatdırmaq və onlar tərəfindən sərbəst baĢa 
                                                 
37
  Septuaginta  –  yetmiĢ  nəfərin  tərcüməsi.  Rəvayətə  görə,  Misir  hökmdarı  II 
Ptolemeus  Filadelf  (e.ə.  285  -  246)  yəhudilərin  Müqəddəs  Kitabı  haqqında  eĢidib, 
onu yunan  dilinə  tərcümə etmək  və  Ġsgəndəriyyə kitabxanasına  yerləĢdirmək  fikrinə 
düĢdü. Bu məqsədlə o, yəhudi kahini Eleazara bu iĢi yerinə yetirmək üçün tərcüməçi 
heyyətin  təĢkil  olunması  haqqında  müraciət  etdi.  Bundan  sonra  hər  12  yəhudi 
nəslindən  6  nəfər  tərcüməçi  seçildi,  və  onlar  Faros  adasında  bir  birindən  təcrid 
olunmuĢ  halda  iĢə  baĢladılar.  ĠĢi  bitirəndən  sonra,  bu  72  (və  ya  70)  nəfər  adamın 
tərcümələri  müqayisə  ediləndən  sonra  məlum  olmuĢdur  ki,  onların  hamısı,  hərfinə 
qədər,  bir-birinə  tamamilə  uyğun  gəlmiĢdir.  (Philo.Vita  Mosis.2;  Josephus 
Flavius.Antiquitas  Judaeorum.XII.2;  Irenaeus.Adversum  haereses.III.15;  Clementus 
Alexandrus.Stromata.I  — II). 


 
24 
düĢülməsi üçün Əhdi-Ətiqin mətnlərini və məzmununu alleqorik yozmalara 
məruz  qoymaq  məcburiyyətində  qalmıĢdırlar.  Beləliklə  burada  ilk  dəfə 
olaraq Müqəddəs Kitabların yozulması əsasında yeni fəlsəfə yaranmıĢdı. Bu 
cür fəlsəfəni ekzegetika adlandırmıĢdırlar. 
Ekzegetikanın 
ən 
görkəmli 
nümayəndəsi 
yəhudi 
mənĢəli 
Ġsgəndəriyyəli  Filon  (Philon  Alexandreus)  (e.ə.  I  -  b.e  I  əsrləri)  olmuĢdur. 
Onun  fəlsəfəsinin  əsasını  Tövratın  mənasının  yozulması  təĢkil  edirdi. 
Filonun  fikrincə  bütün  Tövrat  bir  alleqoriyadır,  təvildir.  Orada  təsvir  edilən 
hadisələr Musa tərəfindən qəsdən sadə hekayələr Ģəklinə salınmıĢdı. O  bunu 
Tovratın  dərin  mənəvi  mahiyyətini  gizlətmək  üçün  etmiĢdi.  Yəni  Tövratın 
hekayələrin  zahiri  heç  də  onun  əsl  mahiyyətini  açmır.  Əsl  mahiyyət  isə 
həmin  hadisələrin  batinindədir.  Batin  isə  yalnız  seçilmiĢ  insanlara  açılır. 
Onun  haqqında  bilik  Ġlahi  bir  nemətdir  və  ona  təkcə  əql  vasitəsilə  çatmaq 
mümkün deyil.
38
 
Lakin,  digər tərəfdən, əqli  də  inkar etmək  olmaz. Çünki  yalnız onun 
vasitəsilə anlama  prosesi baĢ verir. Bu səbəbdən idrak prosesində həm Ġlahi 
ilham,  həm  də  əql  eyni  dərəcədə  rol  oynamır.  Daha  doğrusu  əqlin  inkiĢaf 
etdirilməsi,  elm  və  fəlsəfənin  öyrənilməsi  prosesi,  mənəvi  biliyin  alınması 
üçün  ilkin  Ģərtdir.  Müxtəlif  elmlər  fəlsəfi  biliyin  artmasına,  fəlsəfi  biliyin 
artması isə əqli Ġlahi tərəfindən verilmiĢ mənəvi müdrikliyə gətirir. Yalnız bu 
halda Müqəddəs Kitabın əsl mənəvi məzmunu insan üçün açılır.
39
 
Filonun fikrincə yunan fəlsəfəsinin və Əhdi-Ətiqin Ġlahi müdrikliyinin 
mənbəyi  birdir.  Onların  mənbəyi  Loqosdur.  Loqos  isə  Tanrının  sözü, 
qanunu,  ideyaların toplusu  olaraq Ġlahidə yerləĢir və Onun sözüdür. Amma 
əgər Əhdi-Ətiqdə  müdriklik  birbaĢa  Tanrının  sözüdürsə  (vəhydirsə),  yunan 
fəlsəfəsi  bu  sözün  insanlar  tərəfindən  düĢüncələr  nəticəsində  ifadə 
edilməsidir. 
Məsələyə bü cür yanaĢmağa Filonu Əhdi-Ətiqin çox sadə, ibtidai dili 
və  antropomorfizmləri
40
  vadar  etmiĢdi.  Məsələ  bundadır  ki,  yunan  elmi  və 
                                                 
38
  Legum  allegoriae  (Alleqorik  yozma)  II,  85  //  The  Works  of  Philo  Judaeus.  The 
contemporary  of  Josephus,  translated  from  the  Greek  By  Charles  Duke  Yonge. 
London, H. G.  Bohn, 1854-1890.   
http://www.earlychristianwritings .com/yonge/book3.html 
39
 Legum allegoriae, III,  244-245. // The Works  of Philo Judaeus. The  contemporary 
of  Josephus,  translated  from  the  Greek  By  Charles  Duke  Yonge.  London,  H.  G. 
Bohn, 1854-1890.   
http://www.earlychristianwritings .com/yonge/book4.html 
40
 Antropomorfizm  (yunanca  ―anthropos‖ -  insan  və  ―morphe‖ -  forma)  –  Tanrının 
insan xüsusiyyətlərində və ya obrazında təsəvvür edilməsidir. 


 
25 
fəlsəfi ənənəsini bilən Filon, bu cür sadəliklə barıĢa bilmirdi. Dindar yəhudi 
olaraq, o, monoteizmi və kreasionizm
41
 konsepsiyalarından  imtina etmədən, 
Əhdi-Ətiqin,  ona  ibtidai  görsənən  yerlərini  təvillərə  məruz  qoyurdu. 
Müqəddəs  Kitabın  yunan  fəlsəfi  fikri  ilə  uyğun  olan  yerlərinə  isə  daha  da 
çox  nəzər  yetirirdi  və  onları  yeni  pifaqorçuluq,  neoplatonizm,  stoisizm 
üslublarında yozub təqdim edirdi. 
Beləliklə  Filon  fəlsəfəsində  Əhdi-Ətiqin  Tanrısı  yunan  fəlsəfəsi 
metodları ilə yozulub yeni atributlar alırdı. O, artıq hər bir çoxluğun üzərində 
yüksəlmiĢ  mütləq  monadadır
42
.  Tanrı  elə  bir  vahiddir  ki,  Onun  yanında 
baĢqa vahidlər yoxdur, O kamildir, bölünməzdir
43
. Tanrının əsl mahiyyətini 
əqllə dərk etmək mümkün deyil. Ġnsanlar onun varlığı haqqında biliyə malik 
ola  bilərlər,  lakin  Onun  nə  olduğunu  bilə  bilməzlər.  Ona  görə  də  Tanrı 
Musaya  özünü  Yahve  (var  olan)  adı  ilə  açmıĢdı  və  özünün  digər  adlarını 
açmamıĢdı. Tanrının nə olduğunu dərk edilməsi apofatik (mənfi) teologiya
44
 
vasitəsi ilə mümkündür. 
Ġnsan  dili  kamil  deyil  və  onun  vasitəsi  ilə  Tanrının  bütün 
keyfiyyətlərini tələffüz etmək olmaz. Ona görə də apofatik teologiyanı tətbiq 
edərək, demək olar ki, Tanrının heç bir Ģeyə ehtiyacı yoxdur, bölünməzdir, 
bənzəri  yoxdur,  dəyiĢməzdir  və  s.  Beləliklə  hər  Ģeyi  inkar  edərək  elə  bir 
nəticəyə  alınır  ki,  onun  haqqında  heç  bir  Ģey  demək  artıq  mümkün 
olmayacaq.  Bu  hala  çatanlar  öz  ―Mən‖inin  xaricinə  çıxaraq,  ekstaz  halına  
daxildir,  sonra  isə  daha  da  yüksək  mistik  məqamlara  qədəm  qoyur.  Bu 
məqama  çatan  adam  Tanrıyla  görüĢür,  amma  onu  dərk  edə  bilmir,  çünki 
                                                 
41
  Kreasionizm  (latınca  ―creatio‖  yaradılıĢ  deməkdir)  –  bütün  canlı  aləmin  Tanrı 
tərəfindən  yaradılmasını  iddia  edən  təlimdir.  Kreasionistlər  canlı  aləmin  təkamül 
nəticəsində inkiĢaf etməsi fikrini  rədd edirlər. 
42
 Monada - varlığın substansial vahididir. 
43
  Legum  allegoriae,  II,  2,3.  //  The  Works  of  Philo  Judaeus.  The  contemporary  of 
Josephus, translated  from the  Greek By  Charles  Duke Yonge.  London, H.  G.  Bohn, 
1854-1890.   http://www.earlychristianwritings.com/yonge/book3.html 
44
  Apofatik  teologiya  -  Tanrının  varlığını  birbaĢa  təsdiq  etməyərək,  inkar  yolu  ilə, 
Onun  haqqında  iĢlənilən  bütün  anlayıĢların  yetərsiz  olduğunun  təsdiq  edilməsidir. 
Yəni Tanrının bütün  düĢünülən və düĢünülməyən  anlayıĢlarından uca olması,  onun 
varlığını  subuta  yetirir.  Bunun  əksi  olan  katafatik  (pozitiv)  teologiya  isə,  maddi 
dünyada  mövcud  olan  Ģeylərlə  Tanrının  varlığına  iĢarə  edən  analogiyaların 
tapılmasından  və  bu  analogiyalarla  Tanrının  varlığının  sübuta  yetirilməsindən 
ibarətdir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə