82
Dünyanı bu cür görən insan hər Ģeydən daha da səmərəli istifadə edə bilər.
Bu cür görüĢ hər Ģeyin mahiyyətini dərk etmə, həyatdan həzz alma imkanları
verir.
Üçüncü mərhələ isə Tanrını dərk etmək, Onu görməkdir. Buna
Qreqorios teosis deyir. Adi halda Tanrını görmək mümkün deyil. Ona görə
də buna nail olmaq üçün, insan bir növ ―özündən çıxmalıdır‖, əqlin ona
lazım olmamasının dərk edilməsi səviyyəsinə çatmalıdır. Bu cür hissiyyat o
qədər qeyri-adidir ki, Qreqorios onu ifadə etməyə çətinlik çəkmiĢdir. O, bu
halı ―ayıq olaraq sərxoĢ olma‖ adlandırmıĢdı. Yəni ətrafda hamıya elə gəlir
ki, adam sərxoĢdur, lakin əslində o, Müqəddəs Ruhdan ilham alır. Qreqorios
bu halı, Əhdi-Ətiqdə rəvayət edilən həvarilərin hallarına bənzədirdi
175
. Bu
ideyalar Ģübhəsiz neoplatonizmdən alınmıĢdır.
Yohannes Xrisostomos
Yohannes Xrisostomos (Ioannes Chrysostomos) (344-407) kilsə
atalarının ən tanınmıĢlarından biri idi. O Suriyanın mərkəzi Ģəhəri olan
Antioxiyada anadan olmuĢdur və orada təhsil almıĢdır. Sonra o, bir müddət
rahib həyatı yaĢamıĢdır. Daha sonra isə o, Antioxiyada keĢiĢ olmuĢdur. 397-
ci ildən sonra Yohannes ən yüksək xristian rütbəsinə nail olmuĢdur. O
Konstantinopolisin patriarxı olmuĢdur. Lakin onun imperatorla ixtilafı
yarandıqdan sonra o, 402 ildə bu vəzifədən azad olunmuĢdu.
Yohannes Xrisostomos çoxlu kitab müəllifi olmuĢdur. Onların böyük
əksəriyyətini homiliyalar təĢkil edirdi. Ümumiyyətlə isə o, Müqəddəs
Kitabın yozulması(ekzegetika) ilə tanınmıĢdır. Onun fikrincə,
dörd Ġncilin müxtəlif müəlliflər tərəfindən, bir-
birindən müstəqil olaraq, müxtəlif vaxt və
məkanda yazılması, orada olan rəvayət-lərin
həqiqiliyinə dəlalət edir. Hətta onların arasında
olan ziddiyyətlər də bu həqiqəti təsdiq edir.
Çünki bu o deməkdir ki, Ġncilləri yazan
müəlliflər bir-biri ilə ittifaqa girmədən eyni
Ģeyləri
yazmıĢdılar.
Bu
ziddiyyətləri,
Yohannesin fikrincə, nəzərə çarpacaq qədər
ciddi hesab etmək olmaz.
Yohannes arianlara qarĢı da çıxıĢ et-
175
Həvarilərin iĢləri, 2.
83
miĢdi. Burada o kappadokiyalı müqəddəs ataları təkrarlayırdı. Ġsada eyni
zamanda Ġlahi və insani mahiyyətin hansı Ģəkildə bir-biri ilə uyğunlaĢması
məsələsində Yohannes dəqiq bir fikir söyləməmiĢdir.
Xristian təlimində ən mühüm problemlərdən biri ―ilk günah‖
problemidir. Yohannesin fikrincə, bunun nəticəsində bəĢəriyyət günahlara və
ölümə düçar olmuĢdur. Ġsanın gəliĢi isə xilasedici olmuĢdur. Ona iman edən
xristianların günahları bağıĢlanmıĢdır və onlara gələcəkdə əbədi həyat vəd
edilmiĢdir.
Yohannes Xrisostomos var-dövlətə qarĢı çıxıĢ edirdi, müxtəlif
kilsələri və Kilsə xadimlərini Ģiddətli tənqid atəĢinə tuturdu. Kilsələr insanın
ruhunu zənginləĢdirməlidir, binaların daxilini yox. Dünya malı insanlar
arasında qeyri-bərabərliyə səbəb olur, deməli ədalətsizliyin əsasını təĢkil
edir. Yohannesin fikrincə, əgər hər Ģey Tanrıya məxsusdursa, onda
xristianlar ―bu mənimdir, bu isə sənin‖ sözlərini dilə gətirməməlidirlər.
KeĢiĢ zümrəsini imperatorun hakimiyyətindən yüksək sayan Ġoann,
dövlətin kilsə iĢlərinə müdaxilə etməsi cəhdlərinin əleyhinə çıxıĢ edirdi.
Dövlət isə günahın nəticəsidir. Dövlətin verdiyi cəzaların əksinə olaraq,
Kilsə mərhəmət prinsipindən çıxıĢ edir.
Yohannes Xrizostom əsasən əxlaqi məsələlərə həsr olunan bir çox
əsər müəllifi olmuĢdur
176
. Ən tanınmıĢ əsərlərinin biri «Peri hierosynes»
adlanan keĢiĢlər haqqında kitabdır. Bundan baĢqa onun homiliyaları,
məktubları, Bibliya kitablarına yazılmıĢ Ģərhləri kilsə xadimləri tərəfindən
yüksək qiymətləndirilir.
176
Yohannes Xrisostomosun əsərlərinin rus dilinə tərcüməsi bu səhifədə
yerləĢdirilmiĢdir: http://www.ispovednik.ru/zlatoust/index.htm
84
V FƏSĠL
XRĠSTOLOJĠ MÜBAHĠSƏLƏR
Xristoloji mübahisələrin baĢlanması
IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, Ġsanın
Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması
ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət
rəsmi Kilsəni yeni problemlərlə üzləĢdirdi. Məsələ bundadır ki, əgər Ġsa
Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan
kimi gəlmiĢdirsə, onda deməli Ġsa hər iki təbiətə malikdir. Lakin dünyaya
gələn Ġsada Ġlahi təbiətin insan təbiəti ilə hansı Ģəkildə, hansı münasibətdə
birləĢməsi sualı yaranmıĢdır.
Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə
mübahisələr aparmıĢdırlar. Bu mübahisələr xristioloji (yəni, Ġsa Məsihin
mahiyyətinə aid olan) mübahisələr adlandırılmıĢdır.
Ġsanın təbiəti haqqında IV əsrin sonunda müxtəlif fikirlər mövcud idi.
Bəziləri onu insan, digərləri isə, Tanrı kimi qəbul edirdilər. Tertullia-
nus «De Carne Christi» əsərində, onu in-san
bədəninə girmiĢ Loqos kimi təsəvvür edirdi.
Origenus hesab edirdi ki, Ġsada in-san ruhu
vardır. Ġsanın təbiəti haqqında daha da çox
Laodikiyalı Apolinarios dü-ĢünmüĢdür. Onun
fikirləri monarxianlara və arianlara daha da
yaxın idi. O hesab edirdi ki, Ġsada iki təbiət
eyni zamanda ola bilməz. Onda olan insani
mahiyyət tam və kamil deyildir. Ġsada insan
ruhu deyil, onun əvəzində Loqos vardır
177
.
Yəni insan bədəni Ġlahi Loqosla idarə
edilirdi. Lakin
177
А. В. Карташев. Вселенские Соборы. Париж, 1963.
http://lib.eparhia-saratov.ru/books/10k/kartashev/councils/69.html
Dostları ilə paylaş: |