Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə1/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
  1   2   3   4   5   6   7   8   9   ...   138


 

AYDIN PAġAYEV 

 

 

 



 

 

 



 

 

 



“XƏMSƏ”DƏ ĠġLƏNƏN 

XÜSUSĠ ADLARIN 

ĠZAHLI LÜĞƏTĠ 

 

(Poetik onomastikon) 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi 



adına Dilçilik Ġnstitutu Elmi ġurasının 12 aprel 

2013-cü il tarixli iclasının (protokol №4) qərarı 

ilə çapa məsləhət görülmüĢdür. 

 

 



 

 

 



 

 

 



BAKI – 2013




 

 

 

 

 

 

Elmi redaktoru:   Qara MƏġƏDĠYEV 

     Filologiya elmləri doktoru, professor 

 

Rəyçilər: 

     Ġsmayıl MƏMMƏDOV 

                 Filologiya elmləri doktoru, professor

     Əzizxan TANRIVERDĠ 

     Filologiya elmləri doktoru, professor; 

     Rübabə ƏLĠYEVA 

   

 

     dosent 

 

 

 

 

Aydın  PaĢayev.  “Xəmsə”də  iĢlənən  xüsusi  adların 

izahlı lüğəti (Poetik onomastikon), Bakı, 2013. 

 

Oxuculara təqdim olunan bu onomastikonda (xüsusi adlar lüğə-

tində) Azərbaycan intibahının ən qüdrətli və ensiklopedik biliyə malik 

olan  görkəmli  Ģairi  Nizami  Gəncəvinin  poemalarında  istifadə  olunan 

bütün xüsusi adlar(antroponim, toponim, kosmonim, teonim, etnonim, 

mifonim,  ideonim,  ktematonim,  xrononim,  zoonim,  fitonim  və  s.)  və 

obraz  adı  kimi  iĢlənən  bir çox  apelyativlər  dilçilik  (leksik,  etimoloji, 

üslubi),  ədəbiyyatĢünaslıq,  tarixilik  və  s.  aspektdən  izah  olunmuĢ  və 

onların poetik-üslubi xüsusiyyətləri aydınlaĢdırılmıĢdır. 

 

P



 3202050000  

qrifli nəĢr

 

     098 - 2013 



 

   


 

 

    © Aydın PaĢayev, 2013.  






  Nizami Gəncəvinin anadan olmasının  

870 illik yubileyinə həsr olunur. 

 

ÖN SÖZ 

 

Onomastikon  –  xüsusi  adlar  lüğəti  deməkdir.  Onun  toponi-



mikon  (toponimlərdən  düzəlmiĢ  lüğət),  antroponimikon  (əsl  adlar, 

soy  adları  və  ya  təxəllüslərdən  və  s.  ibarət  lüğət),  kosmonimikon 

(səma cisimlərinin adlarından ibarət lüğət), zoonimikon (heyvan və 

quĢ  adlarından  ibarət  lüğət),  fitonimikon  (bitki,  meyvə  və  tərəvəz 

adlarından ibarət lüğət) və s. kimi növləri vardır. 

Adi lüğətlər kimi onların da izahlısı və ya izahsızı (sadəcə ola-

raq, müəyyən növ onimin sıra ilə düzülüĢü), yəni orfoqrafiki olur. 

“Xəmsə”də  iĢlənən  xüsusi  adların  izahlı  lüğəti  (Poetik  ono-

mastikon”) dedikdə isə “Xəmsə”də olan bütün xüsusi adların (an-

troponim,  toponim,  agionim,  kosmonim,  mifonim,  ideonim,  zoo-

nim,  fitonim  və  s.)  əlifba  sırası  ilə  ümumi  izahlı  lüğətini  nəzərdə 

tutmaq  lazımdır.  Yəni  xüsusi  ad  kateqoriyaları  ayrı-ayrılıqda  yox, 

qarıĢıq Ģəkildə onomastikona daxil edilmiĢdir. 

Burada onomastikanın müxtəlif sahələrinə aid olan onimlər əsasən 

leksik  mənaları  və  etimoloji  xüsusiyyətlərinə  görə  izah  olunmuĢdur. 

Bəzi  adlar  isə  ənənəvi  Ģəkildə  ərəb  və  fars  dili  baxımından  deyil, 

Azərbaycan dilinin öz imkanları nöqteyi-nəzərindən araĢdırılmıĢdır. 

Bədii  əsərlərdə  xüsusi  adlar,  adlandırma  funksiyasından  əlavə, 

müəyyən  poetik  səciyyə  də  daĢıyır.  Ad  özü  haqqında  izahedici 

məlumat verir. Sanki ad danıĢır və özünün məna və funksiyasından, 

əsərdə daĢıdığı vəzifədən, obrazın xarakter və xarici görünüĢündən, 

taleyindən  xəbər  verir.  Bunlardan  əlavə,  “Xəmsə”də  zəngin  məcazi 

məna  daĢıyan  adlar  da  çoxdur.  Və  yaxud  obraz  adı  kimi  iĢlənən 

NuĢirəvan, Xosrov, NüĢabə, Ġsgəndər və b. Ģəxs adları çox yerdə mə-

cazi ad funksiyasında iĢlədilir. Coğrafi obyekt adları da Ģairin məq-

sədindən asıli olaraq bir yerdə həqiqi, baĢqa bir yerdə isə məcazi ad 

kimi təqdim olunur.  

“Xəmsə”də ən çox məcazi antroponim (Musa, Yunis, Yusif, Vis, 

Vamiq, Əzra, Samiri, Ġbrahim, Ġsmayıl, Əfrasiyab, Sam, Zal, Rüstəm 

və  b.),  məcazi  toponim  (Nil,  ġimal,  Cənub,  ġərq,  Qərb,  Hind,  Çin, 




HəbəĢ və s.) kimi iĢlənən adlar da çoxdur. Bunlardan əlavə, Ģair eyni 

əsər daxilində anaforik (Ġskəndər-Ġskəndərus, Rum-Rus, Yunis-Yusif, 

Zeyd-Zeynəb  və  s.),  epiforik  (Musa-Ġsa,  Amiri-Samiri,  Məhəmməd-

Əhməd, Mikayıl-Cəbrayıl, Harut-Marut, Qıntal-Kupal, Yəcuc-Məcuc 

və  s.), antonim  (Xeyir-ġər,  Çin-HəbəĢistan  – ağ  və  qara mənasında, 

ġimal-Cənub, Ġran-Turan və s.), sinonim (ġirin-ġəkər, Əsəd-ġir, Sur-

Öküz  bürcləri,  Tərəzi-Mizan  və  s.),  omonim  (Bəhram  Ģəxs  adı  və 

Mars  planetinin  adı;  Nərsi-Bəhram  Gurun  qardaĢı  və  onun  Rast-

RövĢəndən əvvəlki vəzirinin adı, Münzir-baba və nəvə adı və s.) kimi 

iĢlənən adlar da onomastikonda bu və ya digər Ģəkildə izah olunmuĢ, 

xüsusi  adın  ümimi,  ümumi  adın  xüsusiyə  bənzədilməsi  öz  əksini 

tapmıĢdır.  Onomastikon  sırf  poetik  xüsusiyyətə  malik  olduğu  üçün 

“poetik onomastikon” adlandırılmıĢdır.  

Rus  onomastikasında  XX  əsrin  80-ci  illərində  A.S.PuĢkinin  və 

M.Qorkinin  əsərlərində  iĢlənən  xüsusi  adların  lüğətinin  hazırlanması 

sahəsində ilk addımlar atılmıĢdır, lakin tamamlanmamıĢdır. Azərbay-

can poetik onomastikasında isə bu lüğət ilk nümunədir. 

“Xəmsə”də  istifadə  olunan  antroponimlərin  hamısı,  toponim, 

mifonim, zoonim, fitonim və b. onimlərin isə əksəriyyəti ġərq ədə-

biyyatında müəyyən simvolik mənalara malik olduqları üçün lüğət 

rus dilində yaranan belə onomastikonlardan həm məzmun, həm də 

forma cəhətcə fərqlənəcəkdir. 

Onomastikon  “Xəmsə”də  istifadə  olunan  bütün  onimləri  (eyni 

adların təkrarları, təkrar bənzətmələr müstəsna olmaqla) əhatə edir. 

Ayrı-ayrı  əsərlərdə  müxtəlif  variantlarda  yazılan  (Firudin-Firidun, 

Mənzər-Münzir,  Simurq-Simruğ,  Sövr-Sovr-Sur,  Elburus-Əlbürz, 

Fur-Fovr, Xülləx-Xəllux və s.) adlar da onomastikona daxil edilmiĢ 

və izahı verilmiĢdir. 

Onomastik  birləĢmələr,  adətən  öz  məna  və  formalarına  görə  iki 

cür olur: sabit (məs.; Bakı soveti, Xəzər dənizi, Masallı rayonu, TalıĢ 

dağları, Səməd  Vurğun,  “Yeddi  gözəl”,  “Yeraltı çaylar dənizə axır”, 

“Qarabağ Ģikəstəsi” və s.) və sərbəst onomastik birləĢmələr. Sabit ono-

mastik  birləĢmələr  dilimizdə  artıq  xüsusi  ad  birləĢməsi  kimi  forma-

laĢmıĢ və onların komponentlərinin yeri sabitdir. 

“Xəmsə”də  birinci  komponenti  sabit  (və  xüsusi  ad),  ikinci 

komponenti isə sərbəst (və ümumi) olan minlərlə xüsusi ad vardır. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə