Aydın Paşayev


ülkər nədimtək,  Ütarid



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə138/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   130   131   132   133   134   135   136   137   138

414 

Həmsöhbət olmuĢdu ülkər nədimtək, 



Ütarid üfüqdə rəqs edirdi tək (Xġ-127). 

    Zöhrə, ”Zənd”, Harut (qrup məc. on.) – Nizami öz təbini 

Zöhrəyə,  yazdığı  əsərləri  “Zənd”ə,  o  əsərləri  oxuyub  məftun 

olanları isə Haruta bənzədir. 



Zöhrəyə o “Zənd”i kimlər öyrətdi

Oxuyub Harutu tamam bənd etdi (Ġ-419). 

 Əsatirə görə, guya Zöhrə ulduzu çox gözəl oxumağı ilə Ha-

rutu  cəzb  etmiĢ,  Harut  da  ona  qovuĢmaq  üçün  sehrbazlığa  baĢ-

lamıĢ və sehrbazlıq etdiyinə görə cəzalandırılaraq quyudan baĢı 

üstə asılmıĢdır. 



Zöhrə,  Zöhrə  (tək.  kos.)  –  Adın  təkrar  olunması  sanki  ha-

disənin baĢlanmasından qurtarmasına qədər olan zamanı ifadə edir. 

Sehirli rübabını tez ələ aldı Zöhrə

Mizrabı sınanacan oxudu, çaldı Zöhrə (CX-64). 



Zur Ģəhəri (top.) – Babilin yaxınlığında Ģəhərdir. 

Yolda Zur Ģəhrinə gəlib çatanda 

Pozuldu səhhəti Ģahın bir anda (M-579). 

Söhbət Ġskəndərdən gedir. 



Zübeydə  (xat.  an.)  –  Abbasiyə  xəlifələrinin  beĢincisi  Ha-

runərrəĢidin  (bax)  arvadı  və  Abbasi  xəlifələrinin  altıncısı  Əminin 

anasıdır. Zübeydə kəsgin ağlı, zəkası, gözəlliyi, fəsahətli Ģeirləri və 

səxavəti ilə məĢhur olmuĢdur. Görünür, ərinin ölümündən sonra o, 

bir  müddət  dul  qalmıĢdır.  ġair  əsil  sənətkar  Ģairləri  adi  Ģairlərlə 

müqayisə etdiyi vaxt Zübeydəni də xatırlamıĢdır. 

Hər meyvə yeyilməz əncir adına, 

Zübeydə deyilməz hər dul qadına (Ġ-41). 

ġair  metaforik  Ģəkildə  Leylini  Zübeydəyə,  Məcnunu  isə 

onun əri qoca xəlifəyə bənzədir. 

Zeyd xəbər yetirdi o Zübeydəyə

Bu qoca xəlifə yumĢalmıĢ, deyə (LM-251). 

Yəni  Zeyd  Leyliyə  xəbər  gətirdi  ki,  Məcnun  onunla  görüĢ-

məyə razılıq vermiĢdir. 

Zühəl  (kos.)  –  Ərəb  dilində  Saturn  planetinin  adıdır.  MüĢ-

təridən  sonra  GünəĢ  sistemində  ikinci  böyük  səyyarədir.  Onun 




415 

doqquz peyki vardır. GünəĢ ətrafında 30 ilə dolanır. Yerdən 763 

dəfə  böyükdür.  Qədim  münəccimlərin  əqidəsinə  görə,  Yeddi 

səyyarənin hər biri bir iqlimin himayəçisidir. Hindistan yeddinci 

iqlim  olduğundan  və  Zühəl  yeddinci  səyyarə  sayıldığından  hə-

min  məmləkətin  himayəçisi  hesab  olunur.  Zühəl  “fələyin  mü-

həndisi”  adı  ilə  poetik  obraza  çevrilmiĢdir.  Onun  bir  adı  da 

Keyvandır(Bu  onun  farsca  adıdır).  Qədim  Roma  əsatirindən 

mövsüm  və  məhsuldarlıq  tanrısıdır.  Saturnun  adı  ilə  əlaqədar 

Romada  müqəddəs  məbəd  yaradılmıĢdır.  Orada  hər  ilin  dekabr 

ayında  yeddi  gün davam edən ənənəvi  Saturnaliya adlı bayram 

qeyd edilərmiĢ. Dekabrın 19-da qullar azad olunarmıĢ, quldarlar 

həmin gün öz qullarına qulluq edərmiĢ. Saturn antik incəsənətdə 

baĢında örtük, əlində oraq, Zevsə oxĢar Ģəkildə təsvir edilmiĢdir 

ki,  bu  da  onun  məhsul  məbudu  olması  ilə  əlaqədardır.  Qədim 

nücum  elminə  görə,  Zühəl  nəhs  ulduzdur.  Bu  ulduzun  altında 

doğulanlar bədbəxt olurlar. 

Yerdə gilə qarıĢsın ayın nurlu haləsi, 

Sınsın Zühəl daĢıyla Zöhrənin piyaləsi (CX-25). 

ġair ikinci misrada məhz buna iĢarə etmiĢdir. 

Zühəl ulduzu Qızıl Arslanın quluna bənzədilir (kosmonimin 

antroponimə bənzədilməsi). 



Zühəl onun qulu olmasa əgər, 

Nə qədər qocalsa, göylərdən enər (Xġ-42). 



Zühəl,  Mizan  (qoĢa məc. kos.) – Zühəl  (Saturn) planetinin 

Mizan  bürcündə  olması  varlıq  əlamətidir.  Odur  ki,  Bəhramın 

var-dövləti sanki Yerdən Keyvana (Saturnə) qədər ucaldı. 

Uzadıb əlini Zühəl Mizana

ToplamıĢdı xəznə yerdən Keyvana (YG-94). 

Züleyxa  (məc. an.) – Dini rəvayətlərə  görə,Yusifi satın  almıĢ 

Misir  Ģahının  vəzirinin  arvadıdır.  O,  Yusifin  gözəlliyinə  bənd 

olmuĢ,  lakin  Yusif  onu  rədd  etmiĢdir.  Buna  görə  də,  o,  Yusifə 

böhtan  ataraq onu həbs  etdirmiĢ,  yeddi il sonra  hökmdarın  yuxu-

sunu  düzgün  yozduğu  üçün həbsdən buraxılmıĢdır. ġah  öldükdən 

sonra  Yusif  hakimiyyətə  keçmiĢ  və  Züleyxa ilə  evlənmiĢdir.  ġərq 

ədəbiyyatında bu mövzuda bir sıra əsərlər yazılmıĢdır (10-84). 



416 

Yaxın ġərq ədəbiyyatında bir çox Ģairlərin müraciət etdikləri bu 

mövzu XY əsr tacik Ģairi Əbdürrəhman Cami tərəfindən daha yük-

sək  bədii  keyfiyyətdə  qələmə  alınmıĢdır.  XYI  əsrin  böyük  Azər-

baycan Ģairi Məhəmməd Füzuli də özünün “Hədiqət-üs-süəda” adlı 

əsərində bu mövzunu bir rəvayət kimi əsərə daxil etmiĢdir. ”Yusif” 

adı ġərq ədəbiyyatında gözəllik rəmzi kimi iĢlədilir. 

XX əsrin məĢhur türk Ģairi Nazim Hikmətin də bu mövzuda 

əsəri vardır. 

Züleyxanın eĢqindən Misirtək yandı aləm, 

Yusifin camalıyla nura boyandı aləm (CX-57). 

Yəni  Züleyxa  məskəni  olan  bədən  Misrindən  qəlbim  Yusif 

kimi xilas oldu. Züleyxa burada Ģəhvət, ehtiras, tamah rəmzidir. 

Yusif və Züleyxa adları çox vaxt yanaĢı iĢlədilir. 



Zülqərneyn  (an.)  –  Makedoniyalı  Ġskəndərin  ləqəbi.  Bax: 

Ġki qərn sahibi. 

Ġskəndər bilmiĢlər o gündən bəri 

Buynuzlu çəkmiĢlər mələkələri. 

Odur ki, Ģübhəyə düĢmüĢ ərəblər. 

“Zülqərneyn” ləqəbi almıĢ Ġskəndər (Ġ-436). 

Əbu  MəĢər  (bax)  “Ülüf”  (bax)  kitabında  yazır  ki,  Ġskəndər 

öləndən  sonra  yunanlar  onun  surətini  çəkmiĢlər.  Həmin  surətin 

sağ və solunda iki mələk Ģəkli də rəsm etmiĢlər. Surətin üstündə 

iki buynuz Ģəkli olmuĢdur. Guya Ġskəndər Allah tərəfindən yara-

dılıb  yerə  göndərilmiĢ,  bu  mələklər  də  onun  sağ-solunda  qaro-

vulçusudurlar.  Sonra  həmin  Ģəkil  ərəblərin  əlinə  keçmiĢ,  onlar 

buynuzlu mələyi Ġskəndər bilib ona “Zülqərneyn” (ikibuynuzlu) 

adını vermiĢlər. 

Ġskəndər sikkəsi üstündə buynuzlu büt Ģəklinin həkk edildiyi 

də məlumdur. 

BaĢqa bir bilici deyir ki,onun 

Qulaqları varmıĢ həddindən uzun. 

Dürdən taca bənzər qınları varmıĢ, 

Ġki qulağına o qın taxarmıĢ (Ġ-436). 



417 

Guya  Ġskəndərin  qulaqları  çox  uzun  imiĢ,  onları  gizlətmək 

üçün  o,  tacının  yanlarında  buynuza  oxĢar  iki  balaca  qın  qayıt-

dırıbmıĢ, tacını qoyanda qulaqlarını o qınların içinə salırmıĢ. 



Zülmat  (məc.  mif.  top.)  –  Bax:  Zülmət.  Məhəmməd  pey-

ğəmbərin dünyada varlığı Zülmətdə olan Dirilik suyuna (Abi hə-

yata) bənzədilir. 

Parlayıb nur saçdı bu kainatda

Bənzərdi Zülmatda abi-həyata (Ġ-413). 

Yəni  Məhəmməd  peyğəmbər  cəhalət  qaranlığında  olan 

dünyaya öz mərifəti ilə iĢıq saçdı (Ġ-653). 

Zülmət (top.) – Yəni oradan əvvəl IX əsrdə Babilistanda ha-

zırlanan coğrafiya xəritələrində “Zülmət” haqqında da məlumat 

vardır.  Həmin  xəritədə  təsvir  olunur  ki,  dünyanın  quru  hissəsi 

hər  tərəfdən  dairəvi  Ģəkildə  -  üzük  qaĢı  kimi  su  ilə  əhatə  olun-

muĢdur. Uzaqda isə adalar görünür. ġimalda – lap uzaqda yerlə-

Ģən  adalardan  birinin  yanında  belə  bir  qeyd  var:  ”GünəĢin 

görünmədiyi yer”. 

KeçmiĢdə Atlantik  okeanına da  “Zülmət  dənizi” deyilirmiĢ. 

X  əsrdə  Hind  və  Sakit  okeanlarına  bələd  olan  ərəblər  ġimali 

Afrikanı  və  Ġspaniyanı  zəbt  etdikdən  sonra  Atlantik  okeanını  – 

Zülmət  dənizini  də  öyrənməyə,  onun  içərilərinə  doğru  səya-

hətlərə çıxmağa baĢlamıĢdılar (17-8,16). 

Bizcə,  ”Zülmət”  dedikdə,  o  dövrdə  sirri  elm  aləminə  bəlli  ol-

mayan, ilin yarısı gecə, yarısı gündüz keçən Ģimal ölkələrini nəzər-

də tutmaq lazımdır. Guya Əfsanəvi Dirilik suyu da Zülmətdədir. 

EĢidincə bunu Ģah dedi: ”Ancaq 



Zülmətdə mümkündür iĢığı tapmaq” (Ġ-376). 

Zümrüd  (məc.  mif.)  –  Bax:  Zümrüd  quĢu.  Ġnsan  Zümrüd 

quĢuna bənzədilir. 

Dünya sirli saraydır, sirdaĢ da sənsən ona, 

Torpaq acgöz bir quĢdur, ən gözəl dənsən ona. 

Xilas elə canını sinə sökən bu quĢdan, 

Zümrüd kimi havalan, görünməz ol uçuĢda (SX-92). 



418 

QuĢ  dəni  dənləyən  kimi  Yer  səni  dənləyib  udacaqdır.  Odur 

ki,  sən  Zümrüd(Simurq)  quĢu  kimi  Yer  üzündə  mənəviyyata 

qulluq et və özünü təmkinli apar. 



Zümrüd quĢu (mif.) – Əfsanəvi Simurq quĢu (bax). Bu quĢ 

GünəĢlə,  Ayla  əlaqədar  kosmik  obrazdır.  HəmiĢə  xeyirxah  qüv-

vələrin  tərəfində  durur  və  onların  qələbəyə  nail  olmasına  çalıĢır. 

Qəhrəmanları ən çətin vəziyyətdən çıxarır. Bax: Sam oğlu Zal. 



Zümrüd quĢu bəsləyən Sam oğlu Zaldı bəĢər, 

Dünya Samdır, qocalmaz, Zaltək qocaldı bəĢər (SX-80). 

Ədalət Zümrüd quĢuna bənzədilir. 

Ġnsan indi taparmıĢ arasa ədaləti? 



Zümrüd quĢu aparıb harasa ədaləti (SX-87). 

Səadət  və  xeyirxahlıq  rəmzi  olan  əfsanəvi  Zümrüd  quĢu 

(Simurq)  gözəgörünməzdir  və  Elbrus  dağının  (bax)  əlçatmaz 

zirvəsində yaĢayır. 

Beytin  məzmunu:  Bizim  zəmanəmizdə  ədalətdən  əsər  yox-

dur,  o,  dağlara  qaçıb,  Zümrüd  quĢunun  qanadları  altında  özünə 

yer tapmıĢdır. 

                 

 Bakı – Masallı, 1981 – 2012-ci illər. 

 

                  



 

 

 



 

 

 



 

 



419 

ƏDƏBĠYYAT 

 

1. Adilov M. Niyə belə deyirik. Bakı, 1974. 



2. Adilov M. Niyə belə deyirik. Bakı,1982. 

3. Axundov A. Torpağın köksündə tarixin izləri. Bakı,1983. 

4. AĢurbəyli S. Qosudarstvo ġirvanĢaxov. Bakı,1983. 

5.  Azərbaycan  dilinin  izahlı  lüğəti.  I  c.  “ġərq-Qərb”.  Bakı, 

2006. 

6. Azərbaycan dilinin izahlı lüğəti. II c. “ġərq- Qərb”. Bakı, 



2006. 

7. Azərbaycan dilinin izahlı lüğəti. III c. “ġərq -Qərb”. Bakı, 

2006. 

8. Azərbaycan dilinin izahlı lüğəti. IV c. “ġərq- Qərb”. Bakı, 



2006. 

9.  Azərbaycan  ədəbiyyatı  tarixi.  I  c.  Azərbaycan  SSR  EA-

nın NəĢriyyatı. Bakı, 2006. 

10.  Babayev  A.  Azərbaycan  klassik  ədəbiyyatında  iĢlədilən 

adların Ģərhi.Bakı ,1974. 

11. Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225-

ci illər). Bakı ,1988. 

12. Cəfərsoylu Ġlhami. Türk dillərində teonim və etnonimlər. 

Bakı , 2010. 

13. 


Kərəmov 

N. 


Odlar 

yurdunun 

səyyahı 

və 


coğrafiyaĢünasları. Bakı ,1986. 

14.  Klassik  Azərbaycan  ədəbiyyatında  iĢlənən  ərəb  və  fars 

sözləri lüğəti. I c.”ġərq-Qərb”. Bakı, 2005. 

15.  Klassik  Azərbaycan  ədəbiyyatında  iĢlənən  ərəb  və  fars 

sözləri lüğəti. II c. ”ġərq-Qərb”. Bakı , 2005. 

16. Qumilev L.N . Drevniye Tyurki . Moskva, 1967. 

17.  Mahmudov  Y.  Səyyahlar,  kəĢflər,  Azərbaycan. 

Bakı ,1985. 

18. Mirzəyev O. Adlarımız. Bakı, 1987. 

19. Nəbiyev N. Coğrafi adlar. Bakı ,1982. 

20. Nizami Gəncəvi. Sirlər Xəzinəsi. Bakı, 1953. 

21. Nizami Gəncəvi. Xosrov və ġirin. Bakı ,1962. 




420 

22. Nizami Gəncəvi. Leyli və Məcnun .Bakı ,1959. 

23. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı ,1946. 

24. Nizami Gəncəvi. Ġskəndərnamə. I c. Bakı ,1964. 

25. Nizami Gəncəvi. Ġskəndərnamə. II c. Bakı ,1967. 

26. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı, 1981. 

27. Nizami Gəncəvi. Xosrov və ġirin. Bakı ,1982. 

28. Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı ,1982. 

29. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı , 1983. 

30. Nizami Gəncəvi. Ġskəndərnamə. Bakı 1982. 

31.  Nizami  Gəncəvi.  Xosrov  və  ġirin  (filoloji  tərcümə). 

Bakı , 1981. 

32.  Nizami  Gəncəvi.  Leyli  və  Məcnun  (filoloji  tərcümə). 

Bakı , 1981. 

33.  Nizami  Gəncəvi.  Yeddi  Gözəl  (filoloji  tərcümə)  .  Bakı, 

1983. 


34. Nizami Gəncəvi. Ġskəndərnamə (filoloji tərcümə). Bakı , 

1983. 


35. PaĢayev A. Nizami Gəncəvi  yaradıcılığında xüsusi adlar 

haqqında.  “Azərbaycan  dili  və  ədəbiyyat  tədrisi”.  N-3,  1982  . 

səh.44-51. 

36.  PaĢayev  A.  Nizami  Gəncəvinin  poetik  antroponimikası. 

“Azərbaycan onomastikası  problemlərinə dair konfransın  mate-

rialları” toplusu. “APĠ” . Bakı, 1987. səh. 53-55. 

37.  PaĢayev  A.  ”Xəmsə”də  bəzi  adların  yazılıĢına  da-

ir(Metodik tövsiyə). “APĠ”. Bakı , 1990. 50 səh. 

38.  PaĢayev  A.  Nizami  tükənməz  mövzu  mənbəyi-

dir.”Azərbaycan gəncləri” q. 13.10.1990. 

39. PaĢayev A. Nizaminin məcazi adlar aləmi və Ģagirdlərin 

elmi dünyagörüĢü. ”Ana sözü” j . N-1. 1991. səh.23-25. 

40.  PaĢayev  A.  Nizami  yaxĢı  ad  qazanmaq  haqqında.  “Dan 

ulduzu” q. 21.05.1991. 

41.  PaĢayev  A.  YaxĢı  ad  –  əbədiyyətdır.  ”Novruz”  q. 

25.12.1991. 




421 

42.  PaĢayev  A.  ”Xəmsə”də  mifonimik  obraz  adları  haqqın-

da. ”Azərbaycan onomastikası problemləri” toplusu. IV. “APĠ”. 

Bakı , 1993. səh.63-65. 

43.  PaĢayev  A.  Nizami  Gəncəvinin  poetik  adlar  aləmi. 

Poetik antroponimika . Bakı , 2010. 208 səh. 

44.  PaĢayev  A.  Nizami  yaradıcılığı  və  Azərbaycan  intiba-

hı.  ”Azərbaycan  dili  və  ədəbiyyatı  tədrisi”.  №  3.  Bakı,  2011. 

səh.6-10. 

45. PaĢayev A., BəĢirova A. Azərbaycan Ģəxs adlarının izah-

lı lüğəti. Bakı, 2011. 340 səh. 

46. Rəb Ġsa Məsihin xoĢ xəbəri yaxud Əhdi Cədid (“Ġncil”). 

Bibliya Tərcümə Ġnstitutu. 1982. 

47.  Seyidov  M.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları. 

B. 1983. 

48. Səfərli Ə., Yusifov X. Qədim və Orta əsrlər Azərbaycan 

ədəbiyyatı. Bakı. 1982. 

49.  Sərkaroğlu  Əsgər.  Azərbaycanın  peyğəmbərləĢən  mütə-

fəkkir Ģairi. I c. ”Elm”. Bakı, 2004. 

50. Süleymenov O. Az-Ya. Bakı, 1993. 

51. ġükürlü Ə. Gəncəli Nizamidə türkçülük. Bakı , 2002. 

52.  Tanrıverdi  Ə.  Qədim  mənbələrdə  yaĢayan  Ģəxs  adları. 

Bakı. 2009. 

 

 




422 

 

Aydın Məmməd oğlu PaĢayev 

“Xəmsə”də iĢlənən xüsusi adların izahlı lüğəti 

(Poetik onomastikon) 

 

 

 



NəĢriyyat direktoru: 

Prof. Nadir Məmmədli 

 

 



Kompyuterdə yığdı: 

Günay BəĢirova 

 

 



Korrektor: 

Turanə BəĢirova 

 

 

Kağız formatı: 60/84 32/1 

Mətbəə kağızı

: ¹1 


Həcmi: 422 səh 

Tirajı


: 200 

 

 



 

 

Kitab “Nurlan” NPM-in Kompyuter Mərkəzində  



yığılmıĢ, səhifələnmiĢ, ofset üsulu ilə 


423 

hazır deopozitivlərdən çap olunmuĢdur. 

 

 

 



Aydın Məmməd oğlu PaĢayev 

 

22  yanvar  1939-cu  ildə  Masallı  rayonunun  Kəlbəhüseynli 



kəndində  anadan  olmuĢ,  1967-ci  ildə  ADPU-nun  filologiya  fa-

kültəsinin  axĢam  Ģöbəsini  qurtarmıĢ,  1987-ci  ildə  “Azərbaycan 

dilində  ləqəblər”  mövzusunda  namizədlik,  2010-cu  ildə  isə 

“Azərbaycan antroponimiyasının leksik problemləri” mövzusun-

da  doktorluq  dissertasiyası  müdafiə  etmiĢdir.  Hazırda  BPKĠYĠ-

nin  Azərbaycan  dili  və  ədəbiyyatı  kafedrasının  müdiri  olan 

A.PaĢayev    ömrünün  12  ilini  fəhləliyə,  45  ilini  isə  gənc  nəslin 

təlim-tərbiyəsinə həsr etmiĢdir. 

A.PaĢayev  dəfələrlə  onomastikanın  müxtəlif  problemlərinə 

həsr  olunmuĢ  respublika  və  beynəlxalq  elmi-praktik  konfrans-

larda  məruzə  ilə  çıxıĢ  etmiĢdir.  Bu  vaxta  qədər  27  elmi,  elmi-

metodik tövsiyə və vəsait, monoqrafiya və lüğətin, 250-dən çox 

elmi-metodik məqalənin müəllifidir. 

O,  1980-ci  ildən  Nizami  Gəncəvinin  yaradıcılığında  iĢlənən 

xüsusi adların poetik xüsusiyyətlərinin tədqiqi ilə məĢğul olmuĢ, 

bu mövzuya onlarla  məqalə, “Xəmsə”də bəzi adların yazılıĢına 

dair” adlı metodik tövsiyə (1990) və “Nizami Gəncəvinin poetik 

adlar  aləmi  (Poetik  antroponimika)”  adlı  monoqrafiya  (13,  ç.v. 

2010)  həsr  etmiĢdir.  F.e.d.,  professor  A.PaĢayev  son  illərdə  isə 

türk  mənĢəli  beynəlxalq  onomastik  vahidlərin  tədqiqi  ilə 

məĢğuldur. 

 

 



 

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə