Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə14/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   10   11   12   13   14   15   16   17   ...   138

41 

Burada  Məhəmməd  peyğəmbərin  meraca  getməsindən  söh-

bət gedir.  

Beytülmüqəddəs  (ag.  top.)  –  Qüds  (Yerusəlim)  Ģəhərində 

(Fələstindədir)  bir  məbədin  adıdır.  Lüğəti  mənası  “Müqəddəs 

ev” deməkdir. Yəhudilər, xristianlar və müsəlmanlar oranı  mü-

qəddəs hesab edirlər (10-107). Bax: Məqdəs. 

Çəkim bu dünyadan öz yükümü düz

Beytülmüqəddəsə çevirim qoy üz (YG-179). 

Bəhmən  (an.)  –  Qədim  Ġran  Ģahlarındandır.  Eramızdan  əvvəl 

474-cü  ildə  taxta  oturmuĢdur.  Əsl  adı  ƏrdəĢirdir.  Babası  KoĢtasb 

onun  təbiətindəki  böyüklüyü  görüb  adını  Bəhmən  qoymuĢdu 

(Bəhmən zərdüĢtilərin etiqadına görə, bir mələyin adıdır ki, hirs və 

qəzəbi söndürüb sakitləĢdirmək vəzifəsi daĢıyırmıĢ). Rəvayətə görə, 

o, öz qızı Humay ilə zina etmiĢ və sonra onunla evlənmiĢdir. Fir-

dovsi “ġahnamə”də Bəhmənə xüsusi yer vermiĢdir  (10-12). 

Əjdahayla dostluq olmaz bu qədər



Bəhmən kimi burda yaĢadın yetər(Xġ-345). 

“Bəhmən”  fars  sözüdür,  doğru  danıĢan,  doğru  adam  kimi 

mənaları  vardır. Eyni  zamanda Bəhmən  Ġran təqvimində on bi-

rinci ayın adıdır (19 yanvar-19 fevral). 

Dara  (bax.)  Ġskəndərə  (bax.)  yazdığı  məktubda  özünü  Bəh-

mənə bənzədir.  

Məndədir Bəhmənin aslan ürəyi, 

Həm Ġsfəndiyarın polad biləyi (Ġ-134). 

Ġskəndər isə ona cavab məktubunda özünü əjdahaya bənzədir 

və bununla da Bəhmənin əjdaha tərəfindən udulması hadisəsini 

xatırlayır.  

Məni öz daĢınla gəl çəkmə daha



Bəhməni bununçün vurdu əjdaha  (Ġ-140). 

Ġskəndər  özünü  əjdahaya  bənzətməklə  Daraya  baĢa  salmaq 

istəyir ki, sən özünü mənimlə müqayisə etmə, sən mənə bərabər 

deyilsən; mən sənin nəzərində kiçiyəmsə də, sən belə imtahana 

girmə, çünki Bəhmən belə imtahanda əjdaha tərəfindən uduldu. 

Bu,  ehtimal  ki,  Bəhmən  ƏrdəĢir  ilə  yeznəsi  və  sərkərdəsi  Me-




42 

kabizin  əhvalatına  iĢarədir.  Qüdrət  və  əzəmətinə  güvənən  Bəh-

mən ona qarĢı üsyan edən Mekabizin əlində aciz qalmıĢdır.  

Bəhmən, Ġsfəndiyar (qoĢa məc. an.) – Öz sərkərdələri tərə-

findən  vurulan  və  ayaqlar  altında  can  verən  Daranı  Ģair  həm 

Bəhmənə, həm də Ġsfəndiyara bənzədir.  

Bəhmənin qoluna sarılmıĢ ilan, 

DüĢmüĢ Ġsfəndiyar tunc çardağından (Ġ-153). 

Yəni Bəhmənin uzun və qüvvətli qoluna əcəl ilanı sarılmıĢ, 

Ġsfəndiyar tunc qalasından düĢüb həlak olmuĢdur. 

Nizami bu adlardan xatırlama adlar kimi də istifadə etmiĢdir. 

Bəhmənə söyləmiĢ həm Ġsfəndiyar

-

 

Qəlbini qırmayan bir ordu qırar (Ġ-166). 



Təcrübəli  pəhləvan  Fəribərz  (bax)  Ġskəndərin  suallarına  ca-

vab verərkən Bəhmən və Ġsfəndiyarı bu cür xatırlayır. 



Bəhram (kos.) – Fars dilində Mərrix planetinin adıdır. Mərrix 

isə ərəb sözüdür, Mars planeti deməkdir. Məcazi mənası: qan kimi 

qırmızı  görünən Mərrix  (Mars)  qədim zamanlarda “müharibə  ila-

həsi”  kimi  ilahiləĢdirilmiĢdir.  Bəhram  yunan  əsatirində  müharibə 

allahı sayılan Zevsin oğlu Areyin ġərqdəki prototipidir. Arey əsa-

tirə görə, eyni zamanda amazonların qəbilə baĢçısı sayılır. 

Qüdrətini göylərin öz Bəhramında ara (SX-41). 

Burada  “göylərin  Bəhramı”  dedikdə  buna  iĢarə  edilir  ki, 

Bəhram  Ģah  (Ərzincan  hakimi)  cəngavərlikdə  Bəhram  ulduzu-

na–vuruĢ və müharibə ilahəsinə bənzədilir. 

Astroloqlar Mərrixi (Bəhramı) vuruĢ və müharibə ilahəsi he-

sab etdikləri üçün ona cəngavər ləqəbini vermiĢlər. 

YaĢıl geydiyiçin xəlifeyi-Ģam 

Geyinsin söylədi qırmızı, Bəhram (YG-27). 

ġair göstərir ki, Ay (Ay metaforik Ģəkildə xəlifə Ģamına bən-

zədilmiĢdir)  yaĢıl  geydiyi  (gecə olduğu) üçün Məhəmməd pey-

ğəmbər Bəhrama (Mərrix- Mars) qırmızı geyməyi tapĢırdı. 

Ġslam  rəvayətinə  görə,  guya  Məhəmməd  peyğəmbər  merac 

gecəsi bütün planetlərə rəng vermiĢdir. 

Bəhram (an.) – Qəznə hakimi Bəhram Ģah. 

 



43 

Ġki söz cəngavəri yaratdı iki əsər 

Ġki Bəhram adıyla adları dildə gəzər (SX-45). 

Nizami  burada  iki  kitaba  və  iki  Bəhram  Ģaha  iĢarə  edir. 

Birinci kitab “Hədiqətül-həqayiq” poemasıdır. Onu məĢhur Ġran 

Ģairi Sənayi 1140-cı ildə yazıb, Qəznə hakimi Yəmin əd-Dövlə 

Bəhram  Ģaha  (1118-1157)  həsr  etmiĢdir.  Nizami  isə  “Sirlər 

xəzinəsi”ni  Kiçik  Asiyada  Ərzincan  vilayəti  hakimi  Fəxrəddin 

Bəhram Ģaha (1166-1225) göndərmiĢdir. 

Bəhram  (an.)  –  Sasanilər  sülaləsinin  14-cü  padĢahı  olub. 

Yəzdigirdin  oğludur.  Rəvayətə  görə,  o,  çox  Ģücaətli,  hünərli, 

idmanı  sevən  və  misilsiz  səxavət  sahibi  imiĢ.  Bəhram  Rumdan 

sənətkarlar,  Hindistan  və  Əfqanıstandan  sazəndə  və  xanəndələr 

gətirdərək, həyatının  xeyli hissəsini eyĢ-iĢrətdə keçirtmiĢdir. O, 

ömrünün  çoxunu  ovda,  səyahətdə  keçirdiyi  və  gur  (çöl  eĢĢəyi, 

buna  bəzən  də  cüyür  deyilir)  ovladığı,  yaxud  daima  at  üstündə 

gəzdiyi üçün (çünki “gur” dördayaqlı mənasında da iĢlədilir) ona 

Bəhram  Gur  adı  verilmiĢdir.  Iranın  qədim  padĢahları  arasında 

Bəhram adı ilə 6 padĢah olmuĢdur. Bəhram Gur isə öz adaĢları 

arasında ən məĢhurudur. Rəvayətə  görə,  Bəhram eyni  zamanda 

Ģair olmuĢdur. Farslarda ilk Ģeir söyləyən Bəhram hesab edilir. 

Nizami “Yeddi gözəl” poemasında onu ədalətli, xalqın qay-

ğısına  qalan  bir  hökmdar  kimi  təsvir  etmiĢ,  poemasının  baĢ 

qəhrəmanı etmiĢdir. Bax: Yəzdigird. 

         Gövhərlə daĢdakı nisbətə misal 

OlmuĢ Yəzdigirdlə Bəhramdakı hal (YG-56). 

Bəhram (an.) – Bax: Bəhram Çubin. 

Zəmanə Xosrova olmadı pənah, 



Bəhram qarĢısında məğlub oldu Ģah (Xġ-115). 

Bəhram (om. on.) – Bəhram Gur. ġair bir beytdə Bəhram 

adını həm yeni doğulan uĢağın adı, həm də subh vaxtı qaranlıq 

gecəyə iĢıq saçan Mərrix ulduzunun adı mənalarında iĢlətmiĢdir. 

O gün ki, Bəhramın sübhü açıldı, 

Qaranlıq gecəyə iĢıq saçıldı (YG-56). 

“Qaranlıq gecə” ifadəsi də həm həqiqi mənada, həm də Yəz-

digird və onun səltənəti mənasında iĢlədilmiĢdir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə