Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə2/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   2   3   4   5   6   7   8   9   ...   138

Məs.  Məcnunun  zənciri,  Məcnunun  səsi,  Məcnunun  bağrı,  Məc-

nunun  qəlbi,  Məcnunun  ahı,  Məcnunun  dərdi,  Məcnunun  ürəyi, 

Məcnunun  üzü,  Leylinin  xəyalı,  Leylinin  saçları,  Leylinin  yurdu, 

Ġran  əsgəri,  Kəyan  rəsmi,  GünəĢ  xəzinəsi,  Nilin  mənbəyi,  Kəyan 

ovlağı,  Ərəb  baĢları,  Kəbənin  qapıları,  Kəbə  halqası,  Firudin  Ģən-

liyi, Ġskəndər eĢqi, NüĢabə eĢqi və s. 

“Xəmsə”də  olan  bu  kimi  sərbəst  onomastik  birləĢmələr  də 

onomastikona daxil edilməmiĢdir. 

Folklorda olduğu kimi “Xəmsə”də də bir çox alleqorik və digər 

apelyativ obraz adlarından geniĢ istifadə olunmuĢdur. Lakin onların 

hamısı ümumi adlar kimi kiçik hərflərlə yazılmıĢdır. Onların obraz 

adı kimi iĢlənməsini nəzərə alaraq, bu cür adlar (Məs. Qarı, Dəllək, 

Vəzir,  Ox,  Tülkü,  Qoca  Çoban,  Cavan,  Əkinçi  və  s.)  xüsusi  adlar 

kimi  böyük  hərflərlə  yazılmıĢ,  həmin  adların  əsərlərdən  gətirilən 

nümunələrdəki Ģəkli saxlanmıĢdır. 

Onomastikonun  tərtibi  zamanı  “Xəmsə”nin  müxtəlif  illərdə  nəĢr 

olunmuĢ  ayrı-ayrı  əsərlərində  və  onların  filoloji  tərcümələrində  olan 

“Ġzahlar”ından, Xaqani ġirvani, Fəxri Gürgani, Əmir Xosrov Dəhləvi 

və  digər  klassik  sənətkarların  əsərlərinə  yazılmıĢ  “Ġzahlar”dan,  digər 

müvafiq əsərlərdən və lüğətlərdən geniĢ istifadə olunmuĢdur. 

Biz “Xəmsə”də iĢlənən poetik xüsusi adların izahlı lüğətini hazır-

lamaq  fikrinə  1981-ci  ildə  dahi  Ģairimiz  Nizami  Gəncəvinin  anadan 

olmasının  840  illik  yubileyi  keçirilərkən  gəldik.  Məqsəd  ölməz 

sənətkarın  850  illik  yubileyinə  qədər  bu  lüğəti  ərsəyə  gətirmək  idi. 

Lüğət 1987-ci ildə hazır olsa da, “Yazıçı” nəĢriyyatında plana salınsa 

da,  ildən-ilə  keçirildi  və  bunun  da  taleyi  “Nizami  Gəncəvinin  poetik 

adlar  aləmi  (Poetik  antroponimika)”  kitabı  kimi  (Bu  kitabı  ancaq 

2010-cu ildə nəĢr etdirə bildik) uğursuz oldu... 

Nəhayət,  lüğətin  üzərində  yenidən  iĢləyib  nəĢrə  hazırladıq.  Bu 

zaman  bir  çox  məsələlərə  yenidən  baxıldı,  bəzi  adlar  haqqındakı 

fikirlər  dəqiqləĢdirildi,  bəzi  adların  iahı  isə  zənginləĢdirildi.  Əgər 

qadir  Allah  möhlət  və  imkan  versə,  poetik onomastikaya  aid  olan 

bu ilk lüğəti də nəĢr etdirərik, inĢallah! 

Onomastikon  Azərbaycan  lüğətçiliyində  ayrı-ayrı  sənətkarların 

əsərlərində istifadə olunan adların toplanıb izahlı lüğət Ģəklində tərtib 

edilməsi sahəsində ilk təcrübə olduğu üçün, bu sahədə gələcəkdə gö-



rüləcək  iĢlərin  baĢlanğıcı  kimi  qiymətləndirilməlidir.  Ġkincisi,  bəzi 

alimlər  deyə  bilərlər  ki,  belə  bir  lüğət  nizamiĢünaslar  tərəfindən  ya-

zılsaydı, daha uğurlu olardı. Elə biz də bu fikirdəyik. Lakin unutmaq 

olmaz ki, “Xəmsə”dəki adların hərtərəfli izahı üçün təkcə nizamiĢünas 

alim  olmaq  kifayət  deyildir.  Çünki  bu  adlar  onlara  tarixilik,  ədəbiy-

yatĢünaslıq  və  dilçilik  nöqteyi-nəzərdən  əlavə,  əsasən  onomastik 

cəhətdən  yanaĢmağı  tələb  edir.  Onomastik  vahidlər,  əsasən  mənsub 

olduğu xalqın adət-ənənəsi və ad sistemi ilə əlaqədar olub, xalqımızın 

həyatı,  məiĢəti,  elmi  və  dini  dünyagörüĢü,  doğma  torpağa  və  millətə 

bağlılığı, igidliyi, qəhrəmanlığı, peĢə və məĢğuliyyəti və s. ilə bağlıdır. 

Onomastik  vahidlər  xalqın  milli  möhürüdür.  Adlar  özü  hansı  millətə 

mənsub olması haqqında müəyyən məlumat verir. Zənnimizcə, “Xəm-

sə”də  iĢlənən  onomastik  vahidlər  haqqında  ancaq  adlara  hərtərəfli 

yanaĢmağı bacaran onomoloqlar daha düzgün fikirlər söyləyə bilərlər. 

NizamiĢünas  olmasaq  da,  bu  qüdrətli  söz  ustadının  yaradıcılı-

ğının vurğunu kimi onun əsərlərindəki onomastik vahidlərin poetik 

izahlı  lüğətini  hazırladıq  və  bununla  da  Azərbaycan,  o  cümlədən 

digər  dünya  ĢərqĢünaslarının  diqqətini  bu  zəngin  xəzinəyə  yönəlt-

mək  istədik.  Amma  çox  təəssüf  ki,  o  vaxt  ancaq  professor  Əkbər 

Ağayevdən (Allah onun ruhunu Ģad etsin!) baĢqa, heç kim bu əsərə 

əhəmiyyət vermədi. Ə.Ağayev o dövrdə yazılmıĢ “Nizami Gəncə-

vinin  poetik  adlar  aləmi”  adlı  kıtabımıza  yazdığı  rəydə  (Bu  gör-

kəmli  alim  həmin  rəyin  əlyazmasının  üstünü  yazıb  yadigar  kimi 

bizə  bağıĢlamıĢdır.  Biz  bu  rəyi  ən  qiymətli  hədiyyə  kimi  qoruyub 

saxlayırıq) əsəri yüksək qiymətləndirmiĢ və indiyə qədər tədqiqata 

cəlb  olunmadığı  üçün  bu  sahədə  araĢdırmaları  geniĢləndirməyi 

məsləhət görmüĢdü. Lakin bu əsərin çapı ilə daha Ģox əlaqədar olan 

bəzi  alimlər  isə  dildə  əsəri  yüksək  qiymətləndirib,  arxada  nəyə 

görəsə onun çapının qarĢısını almağa nail oldular. 

Azərbaycan  leksikoqrafiyasında  ilk  poetik  onomastik  lüğət  ol-

duğu üçün əsər nöqsansız da deyildir. Öz təklif və qeydlərini müəl-

lifə  bildirən  yoldaĢlara  əvvəlcədən  öz  dərin  minnətdarlığımızı  bil-

diririk.  



 

Aydın PAġAYEV  

 





ĠXTĠSARLAR 

 

1. ag. – agionim               14. kos. – kosmonim 

2. an. – antroponim          15. ktem. – ktematonim 

3. ana. – anaforik             16. məc. – məcazi 

4. ant. –antonim               17. mif. - mifonim  

5. ap. – apelyativ              18. müq. – müqayisə 

6. ep. – epiforik                19. növ. – növ adı 

7. er. – erqonim                20. om. – omonim 

8. et. – etnonim                 21. on. – onim; onomastik 

9. fit. – fitonim                 22. sin. – sinonim 

10. hid. – hidronim           23. teon. – teonim 

11. xat. – xatırlama           24. top. – toponim 

12. xron. – xrononim        25. zo. – zoonim 

13. id. - ideonim 



 

 

SX - Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Bakı, 1981. 

Xġ - Nizami Gəncəvi. “Xosrov və ġirin”. Bakı, 1982. 

LM- Nizami Gəncəvi. “Leyli və Məcnun”. Bakı, 1982. 

YG - Nizami Gəncəvi. “Yeddi gözəl”. Bakı, 1983. 

Ġ - Nizami Gəncəvi. “Ġskəndərnamə”. Bakı, 1982. 

 

 



 

 

Azərbaycan əlifbası 

 

A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, Ġ, J, K,  

Q, L, M, N, O, Ö, P, R, S, ġ, T, U, Ü, V, Y, Z 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə