Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə3/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   2   3   4   5   6   7   8   9   ...   138



- A - 

Abbas  (ag.)  –  Məhəmməd peyğəmbərin əmisidir. Abbasilər 

sülaləsinin adı onun adı ilə bağlıdır. Bax: Abbasilər. 

Tapdı Harun dövründə növrağını xilafət, 

Uca tutdu Abbasın bayrağını xilafət (SX-147). 



Abbasilər  (məc.  et.)  –  Ərəb  xəlifələrinin  sülaləsidir.  Əbu 

Müslümün üsyanı nəticəsində 750-ci ildə hakimiyyətə gəlmiĢlər. 

Əbu Müslüm isə Əməvilər hakimiyyətinə son qoyan üsyanın 

baĢçısıdır. O, müxtəlif təbəqələrin Əməvilərə olan narazılığından 

istifadə edərək 747-ci ildə Mərvdə (Ġndi Türkmənistan R. - dadır) 

üsyan  qaldırmıĢ,  uzun  vuruĢmalardan  sonra,  750-ci  ildə  Xəlifə 

qoĢunlarını darmadağın edərək onların hakimiyyətini devirmiĢdir. 

Bundan  sonra  Abbasilər  hakimiyyətə  keçmiĢ,  Əbu  Müslüm  isə 

Xorasana  hakim  təyin  edilmiĢdir.  Lakin  Xəlifə  Mənsur  onun 

nüfuzundan qorxaraq, Əbu Müslümü 755-ci ildə öldürmüĢdür. 

Abbasilər sülaləsinin əsasını Əbül-Abbas əs-Səffaf qoymuĢ-

dur.  Bu  sülalənin  hakimiyyəti  Çingiz  xanın  sərkərdələrindən 

Hülaku xan tərəfindən 1258-ci ildə dağıdılır. Onlar Bağdadı bu-

raxaraq Afrikaya qaçmıĢ və Misirdə öz hakimiyyətlərini yenidən 

quraraq, 1260-cı ildən 1518-ci ilədək burada hökmdarlıq etmiĢ-

lər.  Abbasilərin  Misirdəki  xilafəti  Osmanlı(Türkiyə)  dövləti  ilə 

müharibədəki məğlubiyyətdən sonra məhv edilmiĢdir. 

Abbasilər sülaləsinin Ģüarı qara rəng olmuĢdur. Onların bay-

raqları da, geyimləri də qara rəngdə olardı. Elə buna görə də Ni-

zami Bəhram Gurun qara geyinməsini Abbasilərə bənzətmiĢdir. 

ġəmmas məbədindən çıxıb kənara, 

Abbasilər kimi geyinib qara... (YG-134). 

Abxaz  (top.)  – Abxaziya deməkdir. Abxaziyanın bir hissəsi 

XII  əsrdə  Bəhram  Ģahın  hökmranlıq  etdiyi  Ərzincan  vilayətinə 

tabe  idi.  Abxaziya  Qara  dəniz  sahilində  yerləĢən  və  Qafqaz 

xalqlarından olan abxazların yaĢadıqları ölkədir. 

Xilafət taxtı kimi Ģahlıq taxtı ucaldı, 

Abxazda, Rum elində Ģanlı qələbə çaldı (SX-41). 

Burada Bəhram Ģahın Abxaziyanı vuruĢla almasına iĢarə olu-

nur və onun taxtı xilafət taxtına bənzədilir. 



Ovlağı Abxazda və Dərbənddədir (Xġ-38). 

Burada isə söhbət Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizdən 

gedir. 


Abxazlar  (xat. et.) – Abxaziyada  yaĢayan xalqın adı. 1139-

cu ilin sentyabr ayında Gəncədə baĢ vermiĢ fəlakətli zəlzələdən 

sonra  Gürcüstan  çarı  Gəncəyə  hücum  çəkərək  Ģəhəri  qarət  et-

miĢdi. Gürcüstan çarı Gəncəyə hücum etməzdən əvvəl abxazları 

da  qarət  etdiyindən  Ģair  abxaz  və  gəncəlilərin  bu  qətl  və  qarətə 

məruz qalmalarını xatırladır. 

Yetimlərin malını talamaqdır iĢin də, 

Abxazları soymusan, Ģirə qalıb diĢində (SX-86). 

Abxaz. Abxazlar (top. et. ) – Abxaz yer, abxazlar isə orada 

yaĢayan xalqın adı. Nizamının təsvirinə görə, Ġskəndər Ġranı fəth 

etdikdən sonra Ərəbistanı,  Yəməni,  Ġraqı,  Ermənistanı  zəbt  edir 

və oradan da Abxaza gəlir. 

Oradan da tez hücum etdi Abxaza, 

Açdı abxazlara kindən darvaza (Ġ-201). 

Kindən  darvaza  açmaq  deməklə  Ģair  Ġskəndərin  Abxaza  hü-

cumla girməsinə iĢarə edir.  



Abi-həyat  (məc.  mif.)  –  Dirilik  suyu.  Guya  insanların  gö-

zündən  iraq  yerdə  -  Zülmətdə  (bax)  imiĢ,  ondan  içənlər  daimi 

yaĢayarmıĢ.  Ancaq  Xızır  (bax)  bu  sudan  içərək,  ölməzlər  cər-

gəsinə daxil olmuĢdur. ġair ġirini Abi-həyata bənzədir.  

Pis gözdən gizlənən abi-həyattək 

Məndən yayınmısan, bu nəyə gərək (Xġ-299). 



Ad (et.) – Din tarixinə görə, tayfa adıdır.  

Orda Ad nəslindən bir pəhləvan var. 

Qüdrəti Rüstəmin gücünə çatar (Ġ-300). 

Burada söhbət Abxaz hökmdarı Dəvalidən (bax) gedir.  

Ad  din  tarixində  Nuh  oğlu  Samın  nəvəsi  Hovsun  oğlu  və 

Ərəbistanın  Yəmən  vilayətindəki  Ad  tayfasının  ulu  babasıdır. 

ġəddad və ġədid Adın oğulları olmuĢlar. Yəmən tərəflərdə indi 

də  mövcud  olan  Ģəhər,  qəsəbə  və  su  yollarının  xarabalarından 

anlaĢılır ki, Adın qövmü böyük bir mədəniyyət sahibi imiĢ. Əf-



10 

sanəyə  görə,  Hud  peyğəmbərin  dinini  qəbul  etmədiyi  üçün  Ad 

tayfası Ģiddətli külək və qasırğada məhv olmuĢlar. 

UçarmıĢ ArəĢin oxu, deyirlər



Ad qəbiləsinin nizəsi qədər (LM-53). 

Burada  ArəĢin  atdığı  ox  uçmaqda  Ad  qəbiləsinin  nizəsi  ilə 

müqayisə olunur. 

Ad, ġəddad (xat. ep. on.) – Ġskəndər öz vəsiyyətində keçmiĢ 

qəhrəmanlıqlarını  xatırlarkən  Ad  və  ġəddad  (bax)  adlarını  da 

yada salır. 

Yıxdım daxmasını – evini Adın, 

Qəsrini hünərlə açdım ġəddadın (Ġ-584). 

Adəm (ag.) – Dini təsəvvürlərə görə, guya bəĢəriyyətin atası 

və dünyada ilk  yaradılmıĢ insan və ilk peyğəmbərdir. Allah hər 

cins torpaqdan bir az qarıĢdıraraq Adəmi yaratmıĢ və sonra onun 

böyründən  Həvvanı  çıxarmıĢdır.  Bunlar  Cənnətdə  yaĢamıĢlar. 

Onlara buğda (“Bibliya”ya görə isə alma) yemək qadağan edil-

miĢdir. Bir gün ġeytan onları aldadıb buğda yedirmiĢ, bu səbəb-

dən hər ikisi Cənnətdən dünyaya qovulmuĢlar.  

ġair  “Adəmin  xilqəti”  hekayəsində  onun  obrazını  da  yarat-

mıĢdır. 

Yoxluğa bəxtiyarlıq iĢığı saçdı Adəm, 

Varlığın qapısını üzünə açdı Adəm (SX-61). 

Tökdü yerin saçların cahanın qucağına, 

Asilik xalı qoydu Adəmin yanağına (SX-23). 

Asilik (əsa) “Quran”ın “Taha” surəsinin 119-cu ayəsinə iĢa-

rədir.  Həmin  ayədə  Adəmin  Cənnətdən  qovulması  Ģərh  olunur: 

“Adəm  öz  tanrısına  asi  olub  (qulaq  asmayıb)  yolundan  azdı”. 

ġair  “Xəmsə”də  dəfələrlə  onu  tamahkarlığa  görə  Cənnətdən 

dünyaya atılmasına iĢarə edir. Lakin o, dünyanı abad eləyən ilk 

peyğəmbər kimi də xatırlanır.  

Elə baĢdan-binadan xarabaydı bu aləm, 

Onu abad eləyən bir sənsən, bir də Adəm. 

Bu dünya sarayının qoyulanda təməli

Suya da, kərpicə də möhtac imiĢ, deməli (SX-38). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə