Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə4/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   2   3   4   5   6   7   8   9   ...   138

11 

Dini əsatirə görə, Adəm peygəmbər Allahın tikdiyi bu cavan, 

təzəcə  bəzənmiĢ  dünya  evi  divarının  birinci  layı,  Məhəmməd 

peyğəmbər isə axırıncı kərpici və bəzəyidir. Beytlərin məzmunu 

Məhəmmədin hədisindən alınmiĢdır: “Mənimlə məndən əvvəlki 

peyğəmbərlərin məsəli ona bənzəyir ki, bir kiĢi ev tikir, onu bi-

tirir, bəzəyir, lakin birçə daĢının tağından (frontonundan) baĢqa. 

Mən peyğəmbərlərin sonu olaraq haman damın tağıyam”. 

Cənnətdən dünyaya atıldıqdan sonra, Adəm öz günahını baĢa 

düĢdü və günahını etiraf edərək bağıĢlanmaq üçün Allaha yalvar-

dı. Allah tərəfindən bağıĢlandıqdan sonra o, peyğəmbər də oldu. 

“Günahkaram” deyənin nə qorxusu, nə dərdi?! 

Etirafı Adəmi peyğəmbərə döndərdi (SX-70). 

Adəm, Adəm (tək. ag. ) – ġair Adəm peyğəmbər haqqındakı 

fikirlərini daha da təsirli etmək üçün onun adını təkrar edir. 

Cansız buğda nəydi ki, elə alçaldı Adəm, 

Buğdanın sinəsitək lüt-üryan qaldı Adəm (SX-70). 

Burada  Adəm  peyğəmbərin  buğda  yeyəndən  sonra  Cənnət-

dən  çıxarılması  və  Yer  kürəsinə  düĢdükdən  sonra  buğda  kimi 

çılpaq qalmasına iĢarə olunur. 

ġair insanlara da məsləhət görür ki, tamahkarlıqda Adəmə 

oxĢamasınlar.  

Adəm tamah saldığı buğdaya göz dikmə sən (SX-70). 

Adəmin  asqırığı  (xat.  on.  birləĢmə)  –  Adəm  peyğəmbərin 

asqırığı ilə Ġsa peyğəmbərin dünyaya gəlməsinə iĢarə olunur. 

ġaha xütbə oxumaq natiqlərə nəsibdir, 

Adəm Ġsa xətrinə asqırığı kəsibdir (SX-132). 

Dövlət  baĢçısına  xeyir-dua  deyib  xütbə  oxumaq  yalnız  dili 

qılınc kimi iti və fəsahətli olan Ģəxsə həvalə olunur. Adəm asqı-

rığı  isə  Ġsa  peyğəmbərə  nəsib  olur.  Dini  əsatirə  görə,  Adəmin 

birinci  asqırığını  Cəbrail  (bax)  gizlədərək  onu  Məryəmin  (bax) 

libasının  qoluna  üfürüb  və  bunun  da  nəticəsində  Məryəmdən 

Ġsayi-Məsih dünyaya gəlib.  

Adəmin  can  kimiyasi  (məc.  on.  birləĢmə)  –  Məhəmməd 

peyğəmbər Adəmin can kimiyasına bənzədilir. 

 



12 

Mənada Adəmin can kimiyası 

Surətdə aləmin göz tutiyası (Xġ-29). 

Yəni  hələ  Adəm  peyğəmbər  dünyaya  gəlməmiĢdən  qabaq 

Məhəmməd  peyğəmbər  mövcud  olmuĢdur.  Adəmin  can  kimi-

yası Məhəmməd tərəfindən yoğrulmuĢdur. 



Adəm, Qüds, Kəbə (xat. on.) – Ölüm ayağında olan Ġskəndər 

keçmiĢ igidliklərini xatırlayarkən Adəm kimi Qüdsü (bax) və Kə-

bəni (bax) ələ almasını da yada salır, özünü Adəmə bənzədir. 

Adəmtək Qüdsdə elədim məskən, 

Kəbə həlqəsinə əl yetirdim mən (Ġ-584). 

Adəm,  Məhəmməd  (müq.  ag.)  –  ġair  Adəmi  Məhəmməd 

peyğəmbərlə müqayisə edir və üstünlüyü Məhəmmədə verir. 

Ġlk zərbəni vurmağa Adəm çıxdı irəli, 

Qələbə əzmi ilə əsdi çövkənli əli. 

Sünbülü görən kimi, atı üstünə cumdu

Topu ala bilmədi, ah, bu necə hücumdu? (SX-39). 

Yəni:  Adəm  Allahın  sözünə  qulaq  asmayıb  buğda  yediyi 

üçün ilk anda peyğəmbərlik topunu ala bilmədi. Məhəmməd isə 

belə səhvlərə yol vermədi. 

Cənnətdən torpağa gəldisə Adəm, 



qoydu torpaqdan cənnətə qədəm (Ġ-414).  

Yəni: Məhəmməd Adəm peyğəmbərdən də yüksəkdir. Adəm 

Cənnətdən  çıxarılıb  Yerə  qovulduğu  halda,  Məhəmməd  pey-

ğəmbər Yerdən Cənnətə getmiĢdir. Burada Məhəmməd peyğəm-

bərin BehiĢti görməsinə iĢarə olunur. 

Adəm,  Nuh (müq. ag.) – Həm Adəm, həm də Nuh peyğəm-

bər  insanların  ulu  babaları  hesab  olunur.  Guya  Adəm  peyğəm-

bərdən  meydana  gələn  insanlar  Nuh  tufanı  zamanı  məhv  olmuĢ-

dur. Ġndiki insanların ulu babası ona görə Huh peyğəmbər hesab 

olunur ki, guya onlar Nuhun xilas etdiyi ən yaxın qohum-qardaĢ-

larından  törəmiĢlər.  Adəm  və  Nuh  adlarının  yanaĢı  iĢlənməsinin 

əsas səbəbi də məhz bindan ibarətdir. ġair buna görə də Məhəm-

məd peyğəmbəri eyni zamanda onların ikisi ilə də müqayisə edir. 



Adəmin də, Nuhun da kələfləri dolaĢdı, 

O dolaĢıq düyünü sənin əllərin açdı (SX-38). 




13 

Dini əsatirə görə, Adəm Cənnətdən buğda yeyib günaha bat-

dıqdan  sonra  onun  tövbəsi  yalnız  Məhəmmədin  Ģəfaəti  nəticə-

sində qəbul olmuĢdur. 



Adil (an.) – Ərəbcə ədalətli, insaflı, düz iĢ görən mənasında 

iĢlənən bu söz NuĢirəvanın (bax) ləqəbidir. 

Ülviyyət aləmində yenə də Ģahdır özü, 

ġan-Ģöhrət sikkəsinə yazıldı “adil” sözü (SX-78). 



Afaq (an.) – Nizami Gəncəvinin həyat yoldaĢı. Onu Dərbənd 

Ģahı  Nizamiyə  töhfə  göndərmiĢdi.  ġairin  Afaqla  keçirdiyi  illər 

həyatının ən xoĢbəxt  çağları olmuĢdur. Afaq sonralar ġirin ob-

razının yaranmasında mühüm rol oynadı.  

Qıpçaq bütüm təki ox kimi süzdü, 

Afaq sevgilimin sanki özüydü (Xġ-343). 

Afitab  (məc.  kos.)  –  Farsca  GünəĢ  deməkdir.  Məhin  Banu 

öz əsil-nəsəbini Afitaba bənzədir. 

Əgər o aydırsa, biz afitabıq (Xġ-119). 

Axsitan  (an.)  –  ġirvanĢah  III  Mənuçöhrün  oğlu  Axsitan 

ġirvanın 19-cu Ģahı olmuĢdur. Onun hakimyyəti (1160-1203) il-

lərində  ġirvan  Ġraq  Səlcuqilərindən  asılı  vəziyyətdə  olsa  da, 

Axsitan ölkənin istiqlaliyyəti uğrunda bir sıra müharibələr apar-

mıĢ  və  qələbələr  çalmıĢdır.  Ölkənin  siyasi,  iqtisadi  və  mədəni 

həyatında  müəyyən  dəyiĢikliklər  yaratmıĢdır.  Nizami  Gəncəvi 

“Leyli  və  Məcnun”  poemasını  onun  sifariĢi  ilə  yazmıĢdır  (11-

154-156; 4-135-144). 

Adın Axsitandır, özün söz bilən

Göydəki günəĢin ağasısan sən (LM-51). 



Ağ bağ (top.) – Bərdədə Ģah bağı. “Böyük bağ” deməkdir. 

Sübh açıldı, Xosrov qalxdı ayağa, 

Oradan yollandı birbaĢ Ağ bağa (Xġ-100). 

Türk  xalqlarında,  o  cümlədən  azərbaycanlılarda  ağ  rəng  ta 

qədim  zamanlardan  xoĢbəxtlik,  iĢıqlıq,  azadlıq,  yaxĢı  gün,  səa-

dət mənalarında iĢlənmiĢdir. Rəng adı bildirməkdən əlavə, “ağ” 

həm də böyük, nəhəng, igid, qoçaq, qorxmaz, cəsarətli və s. ki-

mi mənalarını da bildirmiĢdir. Elə buna görə də türk xalqlarında 

ağ komponentli xüsusi adlar daha çoxdur.  



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə