Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə5/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   2   3   4   5   6   7   8   9   ...   138

14 

“Ağ”ın  rəng  bildirməsindən  baĢqa,  bir  çox  məna  və  funk-

siyaları vardır. Bu münasibətlə tarixçi Əbülfəz Əliyev “Tarixin də-

rin qatlarına doğru” adlı məqaləsində yazır: “Zaman-zaman Ģaman 

türklər  “ağ”  iĢığı  ata,  al  rəngi  günəĢə  aid  etmiĢlər.  Müxtəlif  türk 

tayfaları 99 müqəddəs tanrını müxtəlif rənglərlə rəmzləĢdirmiĢ, öz 

adlarını  gah  bu,  gah  da  baĢqa  müqəddəs  yaradıcı,  yaxud  ruhlarla 

bağlı dəyiĢdirmiĢlər. ġərqdə olanlara ağ, Qərbdə olanlara qara, ya 

da müəyyən böyük bir bölgüdə ġimalda olana qara, Cənubda olana 

ağ  rəngini bağlamıĢlar.  Beləliklə,  yüzlərlə  çayın, bulağın  adı  “Ağ 

su” və “Qara su”, Ağ dəniz, Qara dəniz, Ağdağ, Aladağ, Qaradağ 

və  s.  yaranmıĢdır.  Lap  qədim  çağlarda  türklər  dünyanın  ancaq 

bütöv  olduğunu,  ağla-qaranın  çuğlaĢdığını  qəbul  edir,  sonra  ağın 

qaradan  ayrıldığını,  onlar  arasında  sərhəd  yarandığını  düĢünmüĢ, 

dünya  ikiyə  ayrılmıĢ,  qara  ağdan  çox  sayılmıĢ,  “Qara”  böyük 

mənasında, “ağ” – kiçik mənasında iĢlənmiĢ, sonra bu ikisinin or-

tağı “ala” yaranmıĢ və s. Türklər Qara dəniz sahillərinə qədər özləri 

ilə  Ģamançılıq  dünyagörüĢündən  doğan  inanclar,  onqonlar,  tanrı 

adları,  çay  adları,  yer  adları  daĢıyıb  yaymıĢlar.  Onlara  görə,  Ay, 

ulduz, GünəĢ, ağac, su, iĢıq, ruh, insan – nə varsa hamısı bir vəh-

dətdədir. Hamısı canlıdır, hamısının əsası ölməz ruhlardır” (“Azər-

baycan” jur.№ 10, 1989. səh. 130) (bax: Qara, Alan). 

“Ağ” və ”qara” rənglər üzərində aparılan müĢahidələr bir da-

ha  göstərir  ki,  onlar  rəng  bildirməkdən  əlavə,  hər  ikisi  böyük, 

nəhəng, igid, qoçaq, qorxmaz və s. kimi mənalarda iĢlənmiĢdir. 

Lakin onlar eyni mənada əks qütbdə dayanmıĢ və antonim çalara 

malikdir.  Zənnimizcə,  onların  böyüklük  və  kiçikliyi  gecə  və 

gündüzün bir-biri ilə münasibətinə bərabərdir .  



Ağ div (mif.) – “Böyük div” deməkdir. Bax: Div. 

Ağ div olsa belə, onun oxundan 

Söyüd yarpağı tək əsərdi inan (Xġ-56). 



Ağ günbəd (top.) – “ĠĢıqlı”, ”parlaq” günbəd deməkdir.  

 ġah da ağ geyinib yola düzəldi

Həmən Ağ günbədin üstünə gəldi. 

Onda ki, Ģux etmiĢ göyun Zöhrəsi

Ağdı Zöhrə kimi onun çöhrəsi (YG-254). 



15 

Qədim astroloji anlayıĢa əsasən ağ rəng və cümə gününü ifadə 

edən Zöhrə (Venera) planetinin adı ilə əlaqədar olaraq belə adlan-

dırılmıĢdır. Bu günbəddə yeddinci iqlim padĢahının qızı yaĢayır. 

Burada Ağ günbəd Zöhrə planetinə bənzədilmiĢdir. 

Ağsunqur  (an.)  –  Ağsunqar  və  Ağ  Ģunqar  da  adlanan  Əh-

mədili Ağsunqar (1131-1134) Marağa və Ruyindiz (Ruyin-Dej) 

qalasından ibarət olan vilayət hökmdarlığının banisidir.  

Ondan Ağsunqurun nəsli güc aldı, 

Əcdadı kamala yetdi, ucaldı (YG-34). 

Burada söhbət Marağa hakimi Körpə Aslan Ģahdan gedir. 

Ağsunqur “Böyük sunqur” deməkdir. Sunqur (sunqar) və ya 

Ģunqar Ģahinlər fəsiləsinə aid quĢdur. Ġriliyi ilə seçilir. Əlçatmaz 

qayalarda  yuva  salır.  Qədimlərdə  ov  quĢu  kimi  məĢhur  olmuĢ-

dur. Ağ Ģunqar quĢları xüsusilə daha yüksək qiymətləndirilmiĢ-

dir.  Təsadüfi  deyildir  ki,  XII-XIII  yüzilliklərdə  Marağa  hakim-

ləri  tanınmıĢ  ağsonqurilərin  adı  da  Ģunqar,  məhz  ağ  Ģunqarla 

bağlı olmuĢdur. XII yüzillikdə Gəncə əmiri Qarasonqurun da adı 

eyni  mənĢəlidir.  ġübhəsiz  ki,  Azərbaycan  ərazisində  Ģunqar 

(sonqur) adlı tayfa mövcud imiĢ. Bu tayfanın adı Qaradağ rayo-

nundakı ġonqar qəsəbəsinin və QutqaĢen (indiki Qəbələ - A.P.) 

ərazisində  ġonqar  bulağın  adında  əks  olunmuĢdur  (“Elm  və 

həyat”, № 8, 1986 . səh. 23-24). 



Alan (top.) – Əsasən Terek çayından baĢlayaraq ġimali Qaf-

qaz və Don ilə  Volqa boyu  ərazilərini  əhatə  edən dövlətin adı . 

O  ərazidə  yaĢayan  xalqın  adı  ilə  əlaqədardır.  Alan  dövləti  o 

dövrdə öz keçələri ilə məĢhur olmuĢlar.  

Kəyan çadırının dörd yanı bu gün 

Alan keçəsi ilə əlvandı bütün (Xġ-101). 

“Xəmsə”nin  “Ġzahlar”ında  Alan  “qədim  rus  vilayətlərindən 

biri”  kimi  izah  olunmuĢdur.  Son  dövrlərdə  isə  bəzi  rus  ono-

moloqları  “Alan”  toponimini  rus  toponimi  kimi  yox,  fars  to-

ponimi  kimi  izah edir və  sübut  etməyə  çalıĢırlar  ki,  alanlar fars 

dilli xalqlar olmuĢlar, halbuki “Alan” toponiminin etimologiyası 

özü bu problemi həll edir. “Alan” toponimi “al” və “an” hissələ-

rindən  ibarətdir.  “Al”  və  bu  kökdən  düzələn  “ala”  sözləri  həm 




16 

qədim  türk  dillərində,  həm  də  müasir  Azərbaycan  dilində  rəng 

adı  bildirməkdən  əlavə,  “böyük”,  “geniĢ”  mənalarını  da  ifadə 

edir (Müasir dövrdə “ala göz” dedikdə “iri və parlaq göz” nəzər-

də tutulur.) “An” isə qədim dövrlərdən çöxluq və ya məkan an-

layıĢı bildirən bir ünsür kimi türk dillərində mövcud olmuĢdur.  

Muğan  düzünün  Ģimal  hissəsinin  qədim  adı  da  “Alan  düzü” 

adlanmıĢdır ki, bu da alanların adı ilə əlaqədardır. Qafqazın Terek 

(bizcə,  bu  toponim  də  “türk”  sözündən  yaranmıĢdır)  çayı  vadi-

sindəki  Dəryal  dərəsinin  qədim  adı  da  “Alan  qapısı”  adlanmıĢdır. 

Bu  da  orta  əsrlərdə  BaĢ  Qafqaz  silsiləsindən  keçən  mühüm  dağ 

yoluna sahib olan alanların adı ilə əlaqələndirilir (ASE, I. səh. 212). 

Son  illərdə  o  ərazidə  yaĢayanlar  Kutlar  toponimini  Kurtlaq 

(Qurdluq  mənasında),  Ortalan  (və  ya  Artalan)  toponimini  isə 

Orta-Alan (“srednyaya polyana”) kimi bərpa etmiĢlər. Lakin rus 

toponimistləri  buna  etiraz  edirlər.  (“Теория  и  методика  оно-

мастических исследований”. “Наука”. М. 1986. стр.50). 

Əgər o ərazidə “Orta Alan” toponimi varsa, demək, AĢağı və 

Yuxarı Alan da olmalıdır... Bütün faktlar bir daha sübut edir ki, 

“Alan” türk sözüdür və qədim türk xalqlarının yaĢadığı ərazinin 

adıdır.  

Alan, Ərk rusları edərək axın 

Yağmur tək ölkəyə etmiĢdir basqın (Ġ-312). 

Bu  da  tarixi  həqiqətdir  ki,  qədim  Kiyev-Rus  dövləti,  Da-

ğıstan və Azərbaycan xalqları köçəri rusların yox, poleves, peçe-

neq,  xəzər,  qıpçaq  və  digər  türk  xalqlarının  basqınlarına  məruz 

qalmıĢlar. 

Mirzə  Bala  “Azərbaycan  tarixində  türk  Albaniya”  əsərində 

Abbasqulu  ağa  Bakıxanovun  dediklərini  təsdiq  edərək  göstərir 

ki,  “Albaniya”  ilə  “Alan”  adlarının  bir-birindən  alınması  ehti-

malı vardır (“Azərbaycan” jurnalı, №10, 1989. səh. 127). 

L.N.  Qumilevin  “Otkrıtie  Xazarii”  kitabında  eramızın  80-cı 

ilinə  aid  bir  xəritə  də  vardır.  Bu  xəritədə  Alan  dövləti  Xəzər 

dənizinin  Ģimalında,  dənizin  Ģimal  hissəsinin  Ģərqində  və  qər-

bində  yerləĢir.  370-ci  ildə  Hunlar  Alanı  iĢğal  etdi  (Göstərilən 

əsər. “Nauka”. M., 1966. səh. 91, 99). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə