Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə6/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   2   3   4   5   6   7   8   9   ...   138

17 

S.A.Pletnevanın “Xazarı” kitabında VIII-IX əsrlərə aid xəri-

tədə isə Alanların əvvəlki əraziləri yerində Peçeneqlərin dövləti 

yerləĢir.  Alanlar  isə  Qafqaz  dağlarına  sıxıĢdırılmıĢdır  (Göstə-

rilən əsər. “Nauka”. M.,1986. səh. 47). 

Bizə elə gəlir ki, Alan dövləti Xəzərin Ģimalında yerləĢsə də, 

yerli əhalinin çoxunu peçeneqlər, xəzərlər və digər türk xalqları 

təĢkil  etmiĢlər.  Elə  buna  görə  də  Hunların  gəliĢi  ilə  peçeneqlər 

öz dövlətini, Xəzərlər isə Qafqazın Ģimalında öz qüvvətli impe-

riyalarını yaratmıĢlar. 

Bax: Rus, Ağ bağ. 

Al geyimli Ģah (ap. an.) – “Yeddi gözəl” poemasında epizodik 

obraz  adı. Slavyan  qızının söylədiyi nağılda  Qala  gözəlinin (bax) 

tilsimlərini açan və axırda onunla evlənən ġahzadəyə verilən ad. 

Geyindi qırmızı, yaĢadı gümrah, 

Ona ad verdilər: Al geyimli Ģah (YG-208). 

Çox  maraqlıdır  ki,  bu  gənc  nağılın  sonuna  qədər  ġahzadə 

adlanır. Ġgidlik göstərib, tilsimləri sındırıb, suallara cavab verən-

dən sonra Qala gözəli ilə evlənir, Ģah olur və bu adı alır. Bu ad 

vermə “Dədə Qorqud” dastanlarında qəhrəmanlara ad verilməsi 

ənənəsi ilə bağlı olub, qədim türk ad sistemini əks etdirir. 



Allah (teon.) – Ġslam dininin tək, vahid və hər Ģeyə qadir Al-

lahıdır.  Müsəlmanların  təsəvvürünə  görə,  dünyanı,  torpağı,  bit-

kiləri, heyvanları və insanı Allah yaratmıĢdır. Dünyanın axırı ça-

tanda, Qiyamət günü Allah bütün ölüləri dirildəcək və əməllərinə 

görə  mühakimə  edəcəkdir,  bəzilərini  Cənnətə,  bəzilərini  isə  Cə-

hənnəmə  göndərəcəkdir.  Ġslam  dininin  Allahı  yəhudilərin  və 

xristianların ibadət etdikləri Allahın özüdür. Allah vaxtaĢırı pey-

ğəmbərləri adamlar içinə göndərmiĢdir ki, onlar adamları mömin-

liyə, düzgün  yola dəvət etsinlər. Məsələn, Musa (Moisey) və  Ġsa 

(Ġsus) belə peyğəmbərlər olmuĢlar. Lakin onların davamçıları Al-

lahın əmrlərini, əhdlərini və simasını təhrif etmiĢlər. Məhəmməd 

peyğəmbər Allahın adamlar içinə göndərdiyi sonuncu elçidir.  

Ġslama qədərki Ərəbistanda, xüsusən Məkkədə hələ Məhəm-

məddən  də  qabaq  Allah  (Əl-Lat)  adında  bir  məbuda,  bütpə-

rəstlərin  ən  qadir  allahlarından  birinə  sitayiĢ  edirdilər.  Ġslam  da 



18 

məhz  onu  yeganə  və  hər  Ģeyə  qadir  Allaha  çevirmiĢdir  (Ġslam. 

Bakı, 1985, səh.32). 

Fitrətin səkli göydə yaratsa əks-səda

Səndən baĢqa kim deyər: “Allah mənəm” dünyada (SX-25). 

Alp  Arslan (an. birləĢmə) – Əzud-əd-Din Əbu-ġüca (1063-

1072)  Səlcuqilər  sülaləsinin  ən  məĢhur  və  qüdrətli  sultanla-

rından  biri,  Məlik  Ģahın  (1072-1096)  atasıdır.  O,  Vizantiya 

imperatoru  Roman  Dioqeni  məğlub  edib  indiki  Türkiyənin  bir 

hissəsini  tutdu  və  sonralar  Osmanlı  Türkiyəsi  adı  ilə  məĢhur 

olan dövlətin əsasını qoydu.  

 “Alp  Arslan”  antroponimik  birləĢməsindəki  birinci  kompo-

nent  titul  (alp-qədim  türk  dillərində  igid,  qəhrəman,  qoçaq  de-

məkdir), ikinci komponent isə əsl adıdır və Ģir, aslan deməkdir. 

Ölkələr fatehi Körpə Arslan Ģah 



Alp Arslandan yüksək, olduqca gümrah (YG-34). 

ġair  Körpə  Arslan  Ģahla  Alp  Arslanı  müqayisə  edir  və 

üstünlüyü Körpə Arslana verir. 

Mirzə  Bala  “Azərbaycan  tarixində  türk  Albaniya”  adlı  əsə-

rində türk dillərində geniĢ  yayılmıĢ “Alb”, “Alp” və s. formada 

olan  “Alp”  sözünün  mənaları  haqqında  yazır:  “Romalılar  “Ağ-

su” mənasında Albis, Albios və Alba kəlmələrini iĢlədirlər. La-

tıncada  “Albos”  həm  “adlıq”  və  həm  də  “iĢıq”  mənasını  ifadə 

edirdi.  Ağ  Ģəhər  mənasında  Alba  və  Albisin  sözlərinə,  “Ağ 

məmləkət” və “Ağ torpaq” mənasında “Albion” kəlmələrinə rast 

gəlinməkdədir.  Bu  sonuncu  təbir  Böyük  Britaniyanın  da  adıdır. 

Və bu da sahildəki tabaĢir qayalarından alınmıĢdır.  

Klassik qərb dillərində “cəsur və qəhrəman” sözləri də “alb” 

kökündən alınmıĢdır. Əski qreklərdə “Albion” bu mənada iĢlən-

miĢdir.  Diqqətəlayiqdir  ki,  Oğuz  xanın  babası  Qara  xan  zama-

nında yaĢamıĢ bir türk qəhrəmanının da adı “Alban”idi.  

Qalcada  “dağ  və  yüksək”  mənalarında,  uyğurlarda  olduğu 

kimi alp və ya alb, “dağ silsiləsi” və ya “ada dağ” mənasında al-

banun  kəlməsi  iĢlənirdi.  Latınlar  Alp  dağlarının  adına  Alpas 

deyirdilər” (“Azərbaycan”, № 10, 1989, səh. 128). Bax: Elbrus, 

Elburus dağı. 



19 

Altıncı  məzlum (ap. an.) –  “Yeddi  gözəl” poemasında epi-

zodik obraz adı. Əvvəllər ordu təĢkil edən əsgərlərdən biri olub, 

sonralar  Rastü-RövĢən  tər  əfindən  var-dövləti,  vəzifəsi  əlindən 

alınan və haqsız olaraq zindana salınan məhbuslardan biri. 



Altıncı məzluma növbət ki çatdı, 

Öz xumar bəxtini o da oyatdı (YG-291). 



Amil  (top.)  –  Xorasan  vilayətində  Amu-Dəryanın  sahilində 

Mərvdən  Buxaraya  gedən  yolun  üstündə  yerləĢən  bir  Ģəhərdir. 

Vaxtilə  ticarət  mərkəzi  olmuĢ  bu  Ģəhər  monqolların  hücumu 

zamanı dağıdılmıĢdı. “Amili” təxəllüsü ilə tanınan bir çox alim 

və Ģairin vətənidir. 

Xarəzm çölünü ölçərək biçdi

Ceyhuna gələrək, Amildən keçdi(I-315). 

Burada söhbət Ġskəndərdən gedir. 



Amiri  (et.)  –  Məcnunun  atası  və  tayfasının  mənsub  olduğu 

qəbilənin  adı.  “Amiri”  ərəbcə  “amir”  sözündən  olub  buyuran, 

əmr edən; baĢçı; böyük deməkdir. 

O imiĢ baĢçısı Amirilərin, 

AbadmıĢ torpağı olduğu yerin (LM-76). 

Söhbət Məcnunun atasından gedir. 

Məcnunun dayısı Səlim də həmin qəbilədəndir. O, özünü Məc-

nuna  tanıtdıranda “Amiriyəm” deyir. Demək,  ərəblərdə  də qədim 

türklərdə olduğu kimi qəbilə (və ya tayfa) adı əsl adı əvəz edərmiĢ. 

Osa cavab verdi:  

 

Amiriyəm mən”... (LM-205). 



Amiri,  Samiri  (ep.  an.)  –  ġair  Məcnunun  dayısı  Səlim 

Amirini Samiriyə (bax) bənzədir. 

Ona deyirdilər Səlim Amiri, 

Samiri kimiydi ağlı, tədbiri (LM-205). 

Amül  (top.)  –  Ġranın  Ģimalında  Mazandaran  vilayətində  bir 

Ģəhərdir. Qədim tarixə malik olan bu Ģəhər vaxtilə Təbəristanın 

paytaxtı idi. Bir neçə tarixi qalalara və atəĢgahlara malikdir. 

Bəhram-Gur  yeddi  günbəd  tikən  ġidəyə  (bax)  bu  Ģəhəri  ba-

ğıĢlamıĢdı. 

 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə