Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə7/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   2   3   4   5   6   7   8   9   10   ...   138

20 

Bəhram, razı qalsın qoy ġidə, deyə, 



Amül Ģəhərini verdi hədiyyə (YG-132). 

“Arami-dil”  (id.)  –  Nəğmə  adı  olub,  “ürək  rahatlığı”  de-

məkdir. 


Ġrəm “Arami-dil” söyləyir ona (YG-145). 

Səmada yerləĢən əfsanəvi bağ o qədər gözəl idi ki, hətta əf-

sanəvi  Cənnət  bağı  –  Ġrəm  ona  “Arami-dil”  deyirdi.  Belə  halda 

məna bir az dəyiĢir: Ġrəm bağının gözəlliyinə vurulub ona “Ürək 

rahatlığı” nəğməsini oxuyurdu.  

“ArayiĢi-xurĢid” (id.) – Orta əsr ġərq musiqi  havalarından 

birinin adı. 

ArayiĢi-xurĢid” salarkən haray 

Getməzdi günəĢin bəzəyi bir ay (Xġ-168). 



Araz (top.) – Kür çayının ən böyük qolu. Bir çox mənada – 

Ģumercə  “dağıdan çay”,  ərəbcə  “axan”, ”qaçan”,  yunanca  “səs-

küylü”  olması  güman  edilir.  Bir  sıra  mülahizələrə  görə,  Araz 

“Ər-Ras” sözündən olub eramızdan əvvəl  yaĢayan bir padĢahın 

adının təhrif edilmiĢ formasıdır. 

Yenə bu dərgahda torpağı öpər, 

Çöldə aĢıb-daĢsa Araz nə qədər (Xġ-43). 

ArəĢ, AriĢ (an.) – Rəvayətə görə, qədim Ġranın əfsanəvi oxa-

tanı  olmuĢdur.  Güya  oxu  çox  uzaq  məsafəyə  atmaq  qüdrətinə 

malik imiĢ. Turan hökmdarı Əfrasiyab iranlılara qalib gəldikdən 

sonra  CəmĢid  nəslindən  olan  Mənuçöhr  adlı  sərkərdəni  Təbə-

ristanda  həbs  edir.  Mənuçöhr  xahiĢ  edir  ki,  heç  olmasa  Ariya 

torpağından bir ox məsafəsi qədər ona torpaq verilsin. Əfrasiyab 

bu fikirlə razılaĢır. Ġskəndər adlı bir mələk onun köməyinə gəlir 

və  Mənuçöhrə  bildirir  ki,  ox  atmağı  ArəĢə  tapĢırsın.  O,  oxu 

ArəĢə  verir.  Dəmavənd  dağının  zirvəsinə  çıxaraq  ArəĢin  var 

qüvvə  ilə  atdığı  ox  Təbəristan  dağından  süzərək  Təbəristandan 

keçib  Xorasanda  Ceyhun  çayının  kənarında  nəhəng  gövdəli  bir 

qoz ağacına sancılır. Bu mahir ox atanın qolu bədənindən ayrılır, 

özü isə həlak olur. ArəĢin sürətli oxu Amul ilə Mərv arasındakı 

məsafəni  qət  etdiyinə  görə,  həmin  ox  məsafəsini  əhatə  edən 

ərazi  Mənuçöhrin  ixtiyarına  keçir.  Belə  bir  uğurlu  hadisə  mü-



21 

nasibəti  ilə  Mənuçöhr  böyük  bayram  mərasimi  düzəldir  və 

həmin  günü  “CəĢni-tirkan”  (Oxatanlar  bayramı)  adlandırır.  Bu 

bayram qədimdən Ġran GünəĢ ayının 13-də (21-22 iyun – 21-22 

iyul)  ənənəvi  bayram  kimi  qeyd  olunur.  Maraqlıdır  ki,  ArəĢin 

adına  “Avesta”da  ErexĢ  Ģəklində  təsadüf  olunur.  Müasir  Ġran 

Ģairi  SəyavuĢ  Kəsran  “ArəĢi  kamangir”  (“Oxatan  ArəĢ”)  adlı 

bədii cəhətdən çox qüvvətli bir poema da yazmıĢdır. 

UçarmıĢ ArəĢin oxu, deyirlər

Ad qəbiləsinin nizəsi qədər. 

O ox Ģahımızla yarıĢsa əgər, 

Kamandan çıxmamıĢ torpağa düĢər (LM-53). 

Burada ġirvanĢah Axsitan ArəĢin oxu ilə müqayisə olunur.  

Bəhram Gurun bəzi əmirləri də özlərini ArəĢə bənzədirlər. 

ArəĢi güclüyəm” deyir digəri (YG-120). 

ġair Ġskəndərin oxluğunu da ArəĢin oxluğuna bənzətmiĢdir. 

Oxu məgər ArıĢ oxluğundandır 

Ki, daĢlarda dərin yara ondandır (Ġ-275). 



Arran  (top.)  –  Qafqaz  Albaniyası  ərazisinin  qədim  adıdır. 

Kür və Araz çayları arasındakı ərazini – indiki Mil düzünü, Bər-

də, Gəncə və  Beyləqan (Örənqala) Ģəhərlərini əhatə edirdi. Ġndi 

Azərbaycanın düzənlik hissəsinə də Aran deyilir. 



Arrandan baĢlamıĢ Ərmənə qədər 

Onun fərmanına boyun əyirlər (Xġ-63). 

Burada söhbət Məhin Banudan gedir. 

Mirzə  Bala  “Azərbaycan  tarixində  türk  Albaniya”  əsərində 

yazır:  “Ağvanlar  tarixində  Arandan  (Ağvanlarda  ilk  hökmdar) 

sonra gələn on Arsaklı hökmdarların adları çəkilir. Yafəsdən sonra 

“Böyük  Arsaklar”  sülaləsinə  qədər  47  hökmdar  adı  qeyd  olunur. 

Yafəsdən  sonra  11-ci  hökmdar  olan  Aran  zamanında  həzrəti  Ġb-

rahimin, 12-ci hökmdar olan “Gözəl Aray” zamanında Ġshaq pey-

ğəmbərin, 32-ci hökmdar Pərç zamanında isə Davud peyğəmbərin 

gəldiyini söyləyir” (“Azərbaycan” jur., №-10.1989, səh. 126). 

Arslan  Ģah  (an.  birləĢmə)  –  Səlcuq  hökmdarı  Sultan  Mə-

sudun  (1135-1152-ci  illər) qardaĢı  II Toğrulun oğludur.  II Toğ-

rul  öləndən  sonra  Sultan  Məsud  Eldəgizi  (bax)  II  Toğrulun  az 



22 

yaĢlı oğlu Arslan Ģahın atabəyi təyin edir və onu Arrana hakim 

göndərir.  Sonralar  Atabəy  Eldəgiz  Arslan  Ģahın  Ġraqda  sultan 

olmasında həlledici rol oynadı. 

ġahların Ģahıdır, vüqarlı, adil 

Adı Toğrul Ģahdır, özü rəhmdil. 

Təxtü-taca çatdı, səltənət qurdu

Arslan Ģah yerinə təxtə oturdu (Xġ-33). 

ArĢimides (an.) – “Ġqbalnamə”də obraz adı. 

Vardı ArĢimides adlı bir həkim, 

PadĢaha ən yaxın olan bu nədim... (Ġ-444). 

ArĢimides  və  ya  ArĢimed  (e.ə.282-212)  qədim  yunan  me-

xaniki  və  riyaziyyatçısıdır.  O,  gənc  ikən  təhsil  üçün  Ġskəndə-

riyyəyə  getmiĢ,  o  vaxtdan  ixtiralara  baĢlamıĢ,  Misirin  bir  neçə 

bataqlığını  qurutmuĢ  və  Nil  çayına  sədlər  çəkdirmiĢdir.  Geriyə 

qayıtdıqda  vətəni  romalılar  tərəfindən  mühasirədə  idi.  Bütün 

məharət və gücünü vətəninin müdafiəsinə sərf edərək mühasirə-

nin iki il (214-212) uzanmasına nail olmuĢdur. Romalılar Ģəhərə 

girdikdə ArĢimed bir riyazi məsələnin həlli ilə məĢğul imiĢ. Onu 

həbs etməyə gələn əsgərə: “Gözlə, məsələni həll edim, sonra...” 

demiĢ, əsgər isə səbr etməyib ArĢimedi öldürmüĢdür. 

ArĢimedin əsərləri bir çox dillərə, o cümlədən, ərəbcəyə tər-

cümə  edilmiĢ,  onlara  ġərq  alimləri  tərəfindən  Ģərhlər  yazılmıĢ-

dır.  “Ġskəndərnamə”dən  göründüyü  kimi,  Nizami  bu  əsərlərlə 

yaxından tanıĢ imiĢ. 

Aslan (kos.) – Ərəbcə Əsəd, farsca ġir bürcünün adı. 

Səyyaf duman rəngli qılıncla durmuĢ, 

Qılıncı Aslanın boynunu vurmuĢ (LM-186). 

ġair  Aslan  bürcündən  məcazi  ad  kimi  istifadə  etmiĢ,  onu 

aslana (zoonimə) bənzətmiĢdir. 

GünəĢi göylərdə dolaĢan zaman 

Sancıb saraltmadı əqrəbtək xəzan. 

Tüstülənən bir teĢt vardı əlində, 

Gəzib od saçırdı o, Zəngdə, Çində. 

Yatırdı Aslantək iti dırnağı 

Gah öküz sarğısı, gah gur dırnağı (Ġ-568). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə