Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə8/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   4   5   6   7   8   9   10   11   ...   138

23 

“Aslan”  sözü  Aslan  bürcünü  bildirir.  GünəĢ  bu  bürcə  daxil 

olanda havalar çox isti olur. Zəng və Çin sözləri burada ekvatora 

yaxın isti ölkələri bildirir.  

Parçanın mənası: Yay fəsli idi. GünəĢ çox yandırıcı idi. Hər 

çıxanda  yerə  od  saçırdı,  hərarəti  ilə  öküzlərin  sağrısını  və  dağ 

eĢĢəyinin (gurun) dırnaqlarını yandırırdı. 

Atabəy (an.) – Səlcuq sultanları vəliəhdlərinin tərbiyəçisi, və-

zifə. Səlcuqilər dövründə meydana  çıxmıĢdır. Atabəy  adını  daĢı-

yan  ilk  Ģəxs  sultan  Alp  Arslanın  vəziri  Nizamülmülk  olmuĢdur. 

Alp Arslan onu oğlu MəlikĢaha tərbiyəçi təyin etmiĢ, iliq, ata, xo-

ca və atabəy adlandırmıĢdır. MəlikĢah sultan olduqdan sonra Ni-

zamülmülkə  rəsmi  olaraq  “atabəy”  adı  vermiĢdir  (1073).  Səlcu-

qilər  dövründə  “Atabəy”  yüksək  vəzifə  və  titul  idi.  Atabəylər 

əmirlər arasından seçilirdi ... Orta əsrlərdə Yaxın və Orta ġərq öl-

kələrində  azyaĢlı  Ģahzadələrin  Atabəyləri  tədricən  hakimiyyəti 

əllərinə alırdılar. Atabəy vəzifəsi getdikcə irsi olurdu... (ASE.Ġ). 

Desin – Ey Atabəy, sən ey cahangir! 

Axı, Nizamiylə bu rəftar nədir? (Xġ-34). 

Dövranın hakimi Atabəy bütün 

KəsmiĢdir dünyadan kökünü zülmün (Xġ-36). 

Burada “Atabəy” dedikdə Əbu Cəfər Məhəmməd nəzərdə tu-

tulur. Bax: Atabəy Eldəgiz.  



Atabəy  Eldəgiz  (an.  birləĢmə)  –  Atabəy  Əbu  Cəfər  Məhəm-

məd  Eldəgiz.  Ġlk  Azərbaycan  Atabəyi  ġəmsəddin  Eldəgiz  (1136-

1174)  olmuĢdur.  Səlcuq  hökmdarı  Sultan  Məsud  (1135-1152) 

qardaĢı II Toğrul öləndən sonra Eldəgizi onun (II Toğrulun) azyaĢlı 

oğlu Arslan Ģahın atabəyi təyin edir və qardaĢının dul qalmıĢ qadını 

Möminə  xatunu  da  Eldəgizə  ərə  verir.  Eldəgizin  isə  Möminə  xa-

tundan  iki  oğlu  olur:  Əbu  Cəfər  Məhəmməd  Cahan  Pəhləvan 

(1174-1186) və Müzəffərəddin Osman Qızıl Arslan (1186-1191). 



Atabəy Eldəgiz “Əlvida” deyə 

Dörd təkbir söylədi yeddi ölkəyə (Xġ-38). 

Burada  Atabəy  Eldəgizin  ölümünə  iĢarə  olunur.  “O,  Ġraqın, 

Azərbaycanın, Arranın, əl-Cibəlin, Reyin, Ġsfahanın, Həmədanın 

və baĢqa vilayətlərin hakimi idi. O, xoĢ xasiyyətli insan, ədalətli, 



24 

müdrik  və  səbirli  hakim  idi.  Onun  hakimiyyəti  günlərində  (ta-

beliyində  olan)  ölkələr  əmin-amanlıq,  təbəələri  isə  dinclik 

Ģəraitində  yaĢayırdılar.  BaĢqa  bir  mənbə  Atabəyin  hədsiz  qəd-

darlığını qeyd edir. Eyni zamanda məlumdur ki, o, misilsiz mi-

ras qoymuĢdur: onun 5000-dən artıq Ģəxsi məmlükü və on min 

atı , qatırı və dəvəsi var idi.” (11, 74-75). 

“Avest”, “Zənd” (sin. id.) – Bax: “Avəst” , “Zənd”. 

And olsun atəĢə, “Avest”ə, “Zənd”ə (Ġ-132). 

Daranın  (bax)  Ġskəndərə  (bax)  yazdığı  məktubdan  gətirilən 

bu nümunədə “Avest” və “Zənd” məzmunca eyni mənaya malik 

olsalar da, formaca müxtəlifdir. 

“Avəst”  (məc.  id.)  –  ZərdüĢtilərin  müqəddəs  kitabıdır. 

“Avəst”  və  ya  “Avesta”nın  ən  qədim  variantının  müəllifi  Zər-

düĢt (bax) hesab olunur. Bu kitabın yaranması tarixi eramızdan 

VII-VIII əsr əvvələ təsadüf edir. Rəvayətə  görə, CəmĢidin abad 

etdirdiyi Ġstəxr qalasında qədim Ariya dövlətinin beĢinci hökm-

darı GəĢtasib öz müasiri ZərdüĢtün dinini qəbul etdikdən sonra 

“Avesta”nı  inək  dərisi  üzərində  zərlə  yazdıraraq  həmin  qalada 

mühafizə  etdirmiĢdi.  Eramızdan  əvvəl  IV  əsrdə  Makedoniyalı 

Ġskəndər  (bax)  Ġranı  istila  zamanı,  Ġstəxr  Ģəhərinin  bir  hissəsini 

yandırmıĢ,  12  min  inək  dərisinə  yazılmıĢ  “Avesta”nı  məhv  et-

miĢdi. Bu kitab müqəddəs sayıldığından ZərdüĢt kahinləri onun 

ehkamlarını  öz  hafizəsində  yaĢatmıĢdır.  Sasanilər  (226-651) 

dövründə “Avesta”nın 350000 sözü əhatə edən mətni 21 kitab-

dan ibarət dini məcəllə Ģəklində tərtib olunmuĢdu. Bunun yalnız 

83000 sözdən ibarət bir hissəsi hazırda elm aləminə məlumdur. 

Sasani  hökmdarı  ƏrdəĢir  Babəkan  zamanında  yenidən  bərpa 

olunmuĢ “Avesta” orta fars (pəhləvi) dilinə tərcümə edilərək bir 

sıra Ģərhlərlə pəhləvi əlifbasına köçürülmüĢdü. ZərdüĢt dini ka-

hinlərinin  hafizəsində  yaĢayan  ayinləri  yazıya  köçürülərək  Ģərh 

edilmiĢ variantı “Zənd Avesta” adlandırılmıĢdı. “Avesta”nın bir 

sıra  ayinləri  hazırda  Ġrandakı  kəbrlər  və  Hindistandakı  parslar 

tərəfindən icra olunur. “Avesta” Yaxın və Orta ġərq xalqlarının 

dini etiqadları və folkloru ilə əlaqədar olduğuna görə onların qə-

dim müĢtərək tarixi abidəsi sayılır. 




25 

Kömür –hindistanlı bir atəĢpərəst, 

O da ZərdüĢt kimi oxuyur “Avəst” (Xġ-102). 

Burada kömürün qara rəngi qara mənası verən “hindu” sözü ilə 

ifadə  edilmiĢdir.  Onun  od  yaratması  isə  atəĢpərəstlərə  bənzədil-

miĢdir.  Yanan  kömür  eyni  zamanda  ZərdüĢtə,  kömür  alıĢarkən 

çıxardığı səs isə ZərdüĢtün oxuduğu “Avəst”ə bənzədilmiĢdir. 

Ay (kos.) – Ay planeti. 

Üzüqara deyildi yer üzündə Ay hələ, 

TəĢt döyüb etməmiĢdin sən onu rüsvay hələ (SX-101). 

ġair  burada  Ayla  əlaqədar  baĢqa  bir  hadisəyə  iĢarə  etmiĢdir. 

Qədim zamanlarda Ay tutulanda teĢt və ləyən döyüb səs salardılar. 

Yəni o zamanlar ki, sən yox idin, Ay tutulanda onun üzü sənin teĢt 

döyərək hay-həĢir salmağından da biabır və qara olmurdu. 

Ay (məc.kos.) – Ay planeti metaforik Ģəkildə saqiyə bənzədilir. 

Nur camından nur içər gecənin saqisi Ay,  

Səhərin qumruları damında salar haray (SX-25). 

Ay dünyanı öz qaĢı ilə iĢıqlandıran üzüyə bənzədilir. 



Ay – zəbərcəd üzükdür, nurlandırır dağ-daĢı, 

Məhəmməd möhürüylə parlayır onun qaĢı (SX-28). 

O üzüyə isə parlaqlığı Məhəmmədin möhürü verir. 

Gah oldu gül-çiçəyi Ay əyninin qumaĢı. 

Gah Zöhrənin dəfinə dirhəmlərdir ĢabaĢı (SX-53). 

Gül  və  dirhəm  ulduzların  məcazlarındandır.  Burada  Ay  və 

Zöhrənin  baĢqa  ulduzlarla  qarĢılaĢmasına  iĢarə  edilir.  AĢağıda 

Ay metaforik Ģəkildə insana bənzədilir. 

Gecəylə vidalaĢıb yatmağa tələsən Ay, 

Sübhəcən süzdü bizi batmağa tələsən Ay (SX-66). 

Yəni  Ay  məclisi  görüb  gecəni  unutmuĢdu  və  bütün  günü 

məclisə tamaĢa edirdi. 

Fələyin xəzinəsinə inci düzür gecə Ay, 

O gecənin dərdindən üzülüb gör necə Ay (SX-67). 

ġair burada da Ayı gecənin dərdindən üzülən Ģəxsə bənzədir. 

AĢağıda isə Ay planeti gümüĢü ləyənə bənzədilir. 

Buludlar-paltar yuyan, Ay-gümüĢü ləyəndir (SX-89). 

Ay çırağa bənzədilir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə