Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə9/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   5   6   7   8   9   10   11   12   ...   138

26 

Varlığıyla göylərin çırağına dönər Ay

Yağ almasa günəĢdən, öz-özünə sönər Ay (SX-110). 

ġair  göstərir  ki,  Ay  öz  energiyasını  (yağını)  GünəĢdən  alır. 

Ay dilbərə, Ġbrahimin (bax) sevdiyi pəriyə bənzədilir. 

Göy çadırda Ay göyün dilbəridir, dilbəri, 

Ġbrahimin sevdiyi bir pəridir, bir pəri (SX-119). 

Təzə Ay gərili yaya bənzədilir. 

Bir hilaldır təzə Ay- gərili bir yaydır o, 

  Yetkinliyə çatanda- bədirli bir Aydır o (SX-189). 

Yəni  cavana  cavan  de,  qocaya  da  qoca.  Bədri  günahlandır-

ma, o bir müddət cavan və hilal olubdur.  

ġair özünü Aya bənzədir. 

ġeir-sənət göyündə bədirlənmiĢ Ayam mən, 

Bulud nədir, qoymaya öz nurumu yayam mən?! (SX-150). 

Atabəy Əbu Cəfər Məhəmməd Eldəgiz (bax) Aya bənzədilir. 

Bu Ayın üzündən iĢıq getməsin (Xġ-38). 

YetmiĢ nəfər qız eyni vaxtda Aya bənzədilir. 



Aytək kübar qızlar - düz yetmiĢ nəfər 

Ona gecə-gündüz xidmət edirlər (Xġ-65). 

Məcnun (bax) qəbirdə tək qalan Leylini (bax) qəriblik rəmzi 

hesab edilən Aya bənzədir. 

Qismətin Ay kimi qəribliksə, bil, 

Ayın qəribliyi qəribə deyil (LM-270). 

Qədim  astrologiyada  Ayın  hər  ayda  bir  bürcdən  və  hər  gün 

bir  cüt  diĢciyindən  çıxması  rəvayət  olunurdu.  Beləliklə  də,  iki 

gün  bir  yerdə  dayanmayan  Ay  qəriblik  timsalı  kimi  tərənnüm 

edilmiĢdir. 

ġair eyni zamanda Ģahzadə Bəhramı Aya, Nemanın qoynunu 

isə kəcavəyə bənzətmiĢdir. 

Neman Ģahzadəni apardı, getdi, 



Aya öz qoynunu kəcavə etdi (YG-57). 

Ġki Ģir arasından tac götürən Bəhram Gur iki topa qara bulud 

arasından görünən Aya bənzədilir. 

Arasında o tac qara Ģirlərin 

Bir Aydı ağzında iki əjdərin (YG-92). 



27 

Qədim  təsəvvürə  görə,  Ay  tutulanda  guya  onu  əjdaha  udur-

muĢ,  odur  ki,  əjdahanı  qorxudub  Ayı  onun  ağzından  çıxarmaq 

üçün mis teĢti, ləyəni döyərək səs-küy salardılar. 

ġair  Ayın  quyu  suyunda  əks  olunan  Ģəklini  fətirə,  Məlik 

Nüsrətəddinin çöhrəsini isə həmin Ģəklə oxĢadır: ġaha təmənna 

ilə  yanaĢanlar  Ayın  quyudakı  Ģəklini  fətir  bilib  ona  can  atanlar 

kimi özlərini fəlakətə salırlar. 



Ayı göydə fətir eləyib güman 

Çoxları quyuya düĢüblər, inan (Ġ-426). 

ġair metaforik Ģəkildə Ayı Ġskəndərin mindiyi ata bənzədir. 

Ayı yəhərləyən həmin Ġskəndər 

Ölüm yatağına baĢ qoyub inlər (Ġ-580). 

“Ayı yəhərləyən” ifadəsi “Ģöhrəti göylərdə gəzən” deməkdir. 

Yəni:  Ģan-Ģövkəti  bütün  dünyaya  yayılmıĢ  Ġskəndər  baĢını  yerə 

qoyub ölüm yatağında can verirdi. 

ġair  ölməkdə  olan  Ġskəndəri  ayın  sonunda  görünməz  olan 

Aya bənzədir. 

Sanki ərimiĢdi Ģah səhərədək 

Ġyirmi yeddinci gecəki aytək(Ġ-589). 

Hicri tarixdə ayın iyirmi yeddisində Ay qaralmağa və görün-

məməyə  baĢlayır.  Nizami  burada  Ġskəndərin  ölümünün  sonunu 

yavaĢ-yavaĢ incələn və sönən Ayla müqayisə edir. 

ġair əfsanəvi Ģəbçırağı Aya bənzədir. 

Gecə otlağından, sərxoĢ olaraq 



Ay kimi gəlmiĢdi əldə Ģəbçıraq (Ġ-25). 

Əfsanələrə görə, Ģəbçıraq elə bir gövhərdir ki, dəniz atı sahilə 

otlamağa çıxarkən onu özü ilə çıxarır, iĢığında otlayır, doyub məst 

olandan sonra yenə o gövhəri özü ilə dənizə aparır. Nizami burada 

Büraqı  həmin  əfsanəvi  dəniz  atına,  Məhəmmədı  də  həmin  nurlu 

gövhərə bənzədir: at, gövhəri (Ģəbçırağı) dənizə apardığı kimi, Bü-

raq da Məhəmmədi göylər dənizinə, asimana aparmıĢdır. 

Ay  (xat. kos.) – ġair Ayı xatırlamaqla Məhəmməd peyğəm-

bərin  möcüzələrindən  birinə  iĢarə  edir.  Dini  etiqadlara  görə, 

Məhəmməd  peyğəmbərin  möcüzələrindən  biri  də  Ayı  barmağı 

ilə ikiyə bölməsidir. Guya qüreyĢilərin rəislərindən Əbu-Sufyan 




28 

və  Əbu-Cəhl  bir  dəfə  Məkkədə  Məhəmməddən,  doğrudan  da, 

peyğəmbər  olduğunu  isbat  etmək  üçün  Ayı  barmağı  ilə  ikiyə 

bölməyi  tələb  etmiĢlər.  Məhəmməd  peyğəmbər  də  barmağı  ilə 

Aya iĢarə etmiĢ və Ay iki parça olmuĢdur. Sonra yenə də barma-

ğını Aya doğru uzatmıĢ, Ay parçaları yenidən birləĢmiĢdir. 

Odur öz ağlına eləyən təkyə, 

Ayı barmağıyla bölən ikiyə (Ġ-23). 

Ay, Afitab (qoĢa məc. kos.) – Afitab (bax) farsca GünəĢ de-

məkdir.  ġair  Ay  və  Afitabı  metaforik  Ģəkildə  Məlik  Nüsrətəd-

dinin (bax) ovlaya biləcəyi quĢa bənzədir.  

Fəzada uçarsa əgər üqabı, 

Ya Ayı ovlayar, ya Afitabı (Ġ-426). 

Yəni Məlik Nüsrətəddinin bəxti gətirərsə, ya Ayı, ya da Gü-

nəĢi ovlayar.  

Ay, Afitab, Key Xosrov, Əfrasiyab (qrup məc. on.) – Eyni 

vaxtda  Xosrov  (bax)  Ay  və  Keyxosrova  (bax),  Məhin  Banu 

(bax) və ġirin (bax) isə Afitaba və Əfrasiyaba (bax) bənzədilir.  

Məhin  Banu  ġirinə  öyüd  verərkən  Xosrovu  özləri  ilə  belə 

müqayisə edir: 

Əgər o aydırsa, biz afitabıq, 

O, Keyxosrov, biz isə Əfrasiyabıq (Xġ-119). 

Ay,  Ay (təkrar kos.) – ġair Ayla bağlı fikirlərini daha dəqiq 

vermək,  onun  haqqında  yeni  söz  demək  və  bu  fikirlərinin  daha 

təsirli olması üçün bir beytdə Ay adını iki dəfə təkrar edir. 

Gecəylə vidalaĢıb yatmağa tələsən Ay

Sübhəcən süzdü bizi batmağa tələsən Ay (SX-67). 

Ayla  bağlı  iki  hadisəyə  -  Ayın  göyləri  iĢıqlandırmasına  və 

onun GünəĢdən qidalanmasına iĢarə olunur.  

Varlığıyla göylərin çırağına dönər Ay

Yağ almasa günəĢdən, öz-özünə sönər Ay (SX-110). 

Ay kosmonimi həm təzə Ay, həm də bədirlənmiĢ Ay məna-

sında iĢlənmiĢdir. 

Bir hilaldır təzə Ay – gərili bir yaydır o, 

Yetkinliyə çatanda bədirlənmiĢ Aydır o (SX-129). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə