Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə67/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   63   64   65   66   67   68   69   70   ...   138

201 

Ġskəndəriyyə  (top.)  –  Zəngibar  Ģaha  qalib  gəldikdən  sonra 

Ġskəndərin Misirdə saldırdığı Ģəhərin adı (antropoastionim). 

ġəhəri Ġskəndər tikibdir deyə 

Adını qoydular “Ġskəndəriyyə” (Ġ-99). 

Ġskəndəriyyə  Misirdə  Nil  çayının  qərb  sahilində  böyük  bir 

Ģəhərdir. Qahirədən sonra Misirin və bütün Afrikanın ən böyük 

Ģəhəri  idi.  Eramızdan  331  il  qabaq  Ġskəndər  tərəfindən  tikilib 

geniĢləndirilmiĢdir. 



Ġskəndərus  (an.)  –  Ġskəndər  Zülqərneynin  RövĢənəkdən 

olan oğlunun adı. 

BeĢiyi öpərək oldular dilĢad, 

UĢağa qoydular Ġskəndərus ad (Ġ-196). 



Ġsmaili  (id.)  –  Məzhəb  adı.  Ġsmaili  məzhəbi.  YIII  əsrdən 

baĢlayaraq  müsəlman  ġərqində  geniĢ  surətdə  yayılmıĢ  Ġsmaili 

təriqətinə mənsub olanlara deyilirdi. Sonralar Ġsmaililərin “Əsa-

siyyun”, “Fatimiyyun” adlanan qolları əmələ gəlmiĢ, bir sıra sui-

qəsd  qruplar  təĢkil edib  Ġran-Səlcuq hökmdarlarına qarĢı müba-

rizə  aparmıĢlar.  BaĢçıları  iflas  etmiĢ  zadəganlardan  ibarət  olan 

bu təriqət yoxsul kəndli və sənətkar kütlələrindən öz məqsədləri 

üçün geniĢ istifadə etmiĢ və bərabərlik Ģüarını öz siyasi görüĢlə-

rində irəli sürmüĢlər. 

Göylərə ucaltdığı Ġshaqın bayrağıdır, 



Ġsmaili – kafiri ona qəti yağıdır (SX-41). 

Ġsmayıl (məc. ag.) – Ġbrahim(bax) peyğəmbərin oğlunun adı. 

Xəncər kirpiklərində Ġsmayıl göz süzəsi (SX-65). 

Burada  məĢuqun  kirpikləri  metaforik  Ģəkildə  Ġsmayılın  ba-

Ģını  kəsməyə  hazırlaĢan  Ġbrahimin  xəncərinə,  aĢiq  isə  qurban 

kəsilərkən atasının xəncərinə baxan Ġsmayıla bənzədilmiĢdir. 

Ġsmayıl,  Ġsmayılməzhəb  (qoĢa  məc.  on.)  –  Məcnun  eyni 

zamanda özünü həm Ġsmayıla, həm də Ġsmayılməzhəbə oxĢadır. 

Mən Ġsmayıl kimi saxlaram ədəb, 

Ġncisəm, qoy olum Ġsmayılməzhəb (LM-148). 

Yəni  sən  mənim  baĢımı  kəssən  də(Ġbrahim  oğlu  Ġsmayılın 

baĢını  kəsmək  istədiyi  kimi),  ədəb  gözləyib  etiraz  etmərəm. 

Əgər belə etməyib səndən incisəm, Ġsmayılməzhəb olum. 



202 

Ġsrafil (mif.) – Dini əfsanələrə görə, dörd mələkdən(Cəbrail, 

Əzrail, Mikayıl və Ġsrafil) biridir. Onun vəzifəsi, guya kainatda 

həyatın yaranması və məhv olması barədəki böyük Ģeypuru çal-

maqla dünyanı xəbərdar etməkdən ibarətdir. “Ġsrafilin suru” ifa-

dəsi  də  onunla  əlaqədardır.  Birinci  peyğəmbər  sayılan  Adəmə 

iki dəfə səcdə edən Ġsrafil olmuĢdur. 

BeĢ yüz əlli doqquz il yuxuya dalmısan sən, 

Dünyanın axırıdır, bəs harda qalmısan sən? 

Qalx! Qoy sənin hökmünlə Ġsrafil adlı mələk 

Qəndilləri söndürsün, iĢıqsız qalsın fələk (SX-37). 

Məhəmməd peyğəmbər hicri tarixi ilə 11-ci ildə vəfat etmiĢdir. 

ġair  Məhəmməd  peyğəmbərə  müraciət  edərək  deyir  ki,  559  ildir 

yatırsan, bəsdir, dur gəl, dünyanı zülm və sitəmdən xilas et. 

Qəndilləri  deyərkən  Ģair  GünəĢ,  Ay  və  səyyarələri  nəzərdə 

tutmuĢdur. Son beytin mənası isə belədir: Ġsrafilə buyur ki, Gü-

nəĢ, Ay və ulduzları fitnə, fəsad və zülmə məruz qalmıĢ dünyanı 

zülmətə bürüsün. 

Nizami  bu  addan  məcazi  və  xatırlama  ad  kimi  də  geniĢ 

istifadə etmiĢdir. 

Ġsrafil,  Sur  (xat.  mif.)  –  Ġskəndər  Dirilik  suyuna  nail  ol-

madan Zülmətdən qayıdarkən, Ģair Ġsrafil və Suru xatırladır. 



Ġsrafildən, Surdan bir bəhs açaraq

Demədim, məqsəddən düĢməyim uzaq (Ġ-385). 

ġairin əlinin yelpiyi Ġsrafilin qanadına bənzədilir. 

Cəbrayıl qanadlıdır Ģairin ilham atı, 

Əlinin yelpiyidir Ġsrafilin qanadı (SX-51). 

Ġstəxr  (top.)  –  Ġranın  fars  əyalətində  ġirazın  60  km.  Ģimal-

Ģərqində böyük bir Ģəhər olmuĢdur. CəmĢidin, Daranın və bir sı-

ra  baĢqa  Ġran  padĢahlarının  paytaxtı  idi.  Ġskəndər  Ġranı  fəth 

edərkən   Ġstəxri qismən yandırıb dagıtmıĢdı.  Ġslamiyyətin zühu-

runda ərəblər bu Ģəhəri tamamilə dağıtmıĢdılar, çünki atəĢpərəst-

lər Ġstəxri müqəddəs sayırdılar. Ġndi bu Ģəhərin bəzi xarabalıqları 

qalmıĢdır. 

Tac qoymaq üçün o, Ġstəxrə köçdü, 

Kəyumərs, Keyqubad yerinə keçdi (Ġ-321). 



203 

Burada söhbət Ġskəndərdən gedir. 



Ġsu (top.) – Qədim türk vilayətlərindən birinin adı. 

Ġsudan Qıpçağın çölünə qədər 

Hər yeri doldurdu ox, geyim, xəncər (Ġ-321). 



Ġt, eĢĢək (qoĢa məc. ap. zo.) – ġirin metaforik Ģəkildə Xosro-

vu itə, Məryəmi isə eĢĢəyə bənzədir. 

Lahurlutək söylə tusluya sən də: 

Ġtin bayramıdır eĢĢək öləndə” (Xġ-216). 

Yəni  eĢĢək  öləndə  itlərin  bayramı  olduğu  kimi,  Məryəm  də 

ölüb, indi Xosrovun bayramıdır. 



ĠyĢu (məc. ag.) –  Ġsa peyğəmbərə iĢarədir. Guya onun taxtı 

GünəĢ  kimi  göyün  dördüncü  taxtında  yerləĢmiĢdir.  ġair  Körpə 

Arslanın cah-cəlalının yüksəkliyini Ġsanın taxtına bənzətmiĢdir. 

Üsul, firu ilə oldu aĢina 

BəxtiyĢu rəyinə, iyĢu baxtına (YG-307). 

 

 



- K - 

Kax  (top.)  –  Farsca  köĢk,  qəsr  və  saray  deməkdir.  Bağdad 

Ģəhərində  olan  məĢhur  saraylardan  biri  nəzərdə  tutulur.  ġair 

metaforik Ģəkildə Ġranı Bağdada, ölüm ayağında olan Daranı isə 

Bağdadın ən məĢhur sarayına bənzədir. 

Gecənin gözündə qaranlıq axdı, 

Bağdadı Kaxsız və Kərsiz buraxdı (Ġ-157). 



Kaman (məc. kos.) – Oxatan bürcü. Ox(Tir) bürcü – Merkuri 

planeti ərəb dilində Ütarid də adlanır. Kaman eyni zamanda on iki 

səma bürcünün 9-cusu sayılır. GünəĢin ətrafında dolanan, GünəĢə 

ən yaxın olub, axĢam gün batınca, sabah isə gün çıxmazdan əvvəl 

göy üzündə axan kimi görünən od parçası – səyyarə. 

Əqrəb də Kamana vermiĢdi xərac (LM-185). 

Burada Kaman Əqrəbdən xərac alan hökmdara bənzədilir. 

Kaman,  Oğlaq  (qoĢa  məc.  kos.)  –  Bu  kosmonimlər  həm 

həqiqi – bürc mənasında, həm də onların ilkin leksik(apelyativ) 

mənalarında  iĢlənmiĢdir;  Kaman(Oxatan  bürcü)  –  kaman,  ox; 

Oğlaq(ÇəpiĢ  bürcü)  –  çəpiĢ.  Guya  Məhəmməd  peyğəmbər  Ka-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə