Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə1/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
  1   2   3   4   5   6   7   8   9   ...   135


AZƏRBAYCAN RESPUBLİKASI 

Mədəniyyət və Turizm Nazirliyi 

 

 

                             



Aydın Talıbzadə 

 

 

 

 

 

 

 

 

 

MİN  MASKA  VƏ  BİR  MƏN 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



               

BAKI  2015 

 


 

 



 

 

 



 

 

 



 

 

 



 

AYDIN  TALIBZADƏ.  MİN  MASKA  VƏ  BİR  MƏN...  YAXUD 

İSLAM 

MƏDƏNİYYƏTİNİN 

SEMİOLOJİSİ

MƏQALƏLƏR 

TOPLUSU, - Bakı, Təhsil, 2015. – 376 s. 

       


 

 

 



 

 

 



   “Min 

maska 

və 

bir 

mən... 

yaxud 

islam 

mədəniyyətinin 

semiolojisi: 

tanrı 

maskalarının 

tirajı”  adlı  risalə  kulturoloji,  etnoqrafik,  elmi-

nəzəri  məqalələr,  fəlsəfi  esselər  toplusudur,  islam 

mədəniyyətinə,  dünyaya,    sənətə  maraqlı  yanaşma 

yönüdür, düşüncə spektridir.  

     Kitab harada oxucu varsa, ona ünvanlanıb. 

 

 



 

 

 



 

 

 



 


 

 



MİN  MASKA  VƏ  BİR  MƏN 

(sonor) 

                                                                       

                      “Məni məndə demə, məndə deyiləm...” 

                                          Yunus İmrə 

 

     SUFİSAYAQ  MƏNTİQ  VƏ  YA  MÖVZUNUN  PREAMBULASI. 

“Bir  mən  vardır  məndə  məndən  içəri...”  Maskalı  bir 

kimsədir bu, yoxsa olduğu kimi görünməyi bacarmayan 

qeyri-səmimi  bir  adam?  Bəlkə  saxtakarlıq,  bəlkə 

intellektual  blef?  Ancaq  hər  bir  halda  “məndən 

içəridə 

mən”, 


yəni 

“gizli 


mən” 

maskanın 

mövcudluğunu  eyhamlaşdırır.  Yunus  İmrənin  maskaları 

və 


“mən”i. 

Cəlaləddin 

Ruminin 

maskasızlaşmaq 

ehtirası  və  öz  “mən”iylə  harmoniyada  bulunmaq 

xoşbəxtliyi.  Sufi  Yunus  İmrənin  bu  misralarını 

neçə-neçə  azəri  yazarı  bəh-bəhlə,  fərqinə  varmadan 

öz  məqaləsinə,  şeirinə,  hekayəsinə  epiqraf  götürüb. 

Qoy  min  birincisi  də  mən  olum.  Çünki  məqamıdır, 

yeridir.  Bir  də  ki  “mən”siz  nə  maska?  Maska  içində 

isə “mən” həmişə mütləq. 

     MÖVZU  VƏ  SÜKUT.  Hələliyə  “mən”  bir  yana 

dursun.  Maskalanmaq  şakəri  təbiətin  özünə  xas  bir 

əlamət. 

Təbiət 


Allahın 

müxtəlif 

formalarda 

təzahürü.  Hər  bir  zühur  isə  tanrı  maskası.  Allahın 

min 

bir 


adı, 

yəni 


əsma-ül-hüsna 

onun 


keyfiyyətlərinin  fonoloji  şifrəsi  kimi  qavranıla 

bilər.  Şifrə  maskanın  simulyakrıdır

1

.  Təbiətdə 



görünən və görünməyən hər bir özgür forma bənzərsiz 

və  təkrarsız.  Amma  di  gəl  ki,  hamısının  məğzində 

bir məna - Allah. Deməli, tanrının maskaları çeşid-

çeşid.  “Təbiət  don  geyir”  ifadəsi  elə  “təbiət 

maskalanır”  kimi  anlaşılır.  Bu  “don”lar  isə  hər  an 

dəyişir,  başqalaşır.  Məhz  bu  yerdə  mövzu  sükut 

vadisinə  düşür.  Nədən  ki,  maskalanmaq  aktuallığını 

toplum,  toplumun  mədəniyyəti  yox,  təbiətin  özü 




 

insana  diktə  edir.  Busa  problemi  analiz,  müzakirə 



və nəzəri differensasiya dışına çıxarır. 

     Amma və lakin... 

     MÖVZU  BURULĞANI.  Əgər  təbiətdə  maskalanma 

müəyyən  bir  ritmə,  ahəngə  və  qanuna  tabedirsə, 

cəmiyyətdə  maskalanma  qaydasız  şəkildə  gerçəkləşir. 

Çünki toplum içrə maska fərdin psixosof oyunlarının 

sosial-ideoloji 

və 


bədii-kulturoloji 

konkretliyidir. 

Maska 

insan 


psixologiyasının 

fenomenidir. 

Sosial 

maska 


fərdin 

yaşayış 

variantının kompromis obrazıdır. 

     Ona  görə  də...  BİR  “MƏN”  MİN  MASKANIN 



MÜƏLLİFİDİR,  yaradıcısıdır.  Min  maska  isə  bir 

“mən”in  nağılıdır.  “Mən”  təsəvvürdə  özünü  bir  cür 

görür,  gerçəklikdə  isə  başqa  cür.  Özünü  qəhrəman 

kimi  düşünən  bir  kimsə  real  həyatda  sıravi 

məmurdur,  vəzifə  quludur,  adi  müəllimdir,  ya  da 

günəmuzd  işləyən  fəhlə.  Fərq  böyükdür.  Məhz  maska 

bu  fərqin  ağrısını  neytrallaşdırır,  təsəvvürün 

nağılları  ilə  gerçəkliyi  uzlaşdırır,  yəni  kompromis 

variantına  çevrilir.  Maska  fərdin  sosial  dünyaya 

uyuşmaq 


qabiliyyətinin 

göstəricisidir; 

fərdin 

psixologiyası 



ilə 

real 


ictimai 

münasibətlər 

sərhədində  dayanıb  tənzimləyici  funksiya  daşıyır. 

“İndivid”  və  “sosium”  deyilən  nəsnələri  bir-birinə 

qarşı  dözümlü  edən,  tolerant  edən  məhz  maskadır. 

Bütün 


variantlarda 

maska 


fərdin 

dünya 


ilə, 

toplumla,  özgələrlə  kompromisini  gündəmə  gətirir. 

Maska  kompromisin  ləyaqət  üzüdür.  Kompromisə  getmək 

istəməyən və ya bunu bacarmayan adamlar maskalarını 

itirirlər:  yalnız  səmimiyyətə  güvənirlər  və  sonucda 

onlara 


qarşı 

yönəlmiş 

aqressiyadan 

permanent 

əziyyət çıkirlər.  

     PROBLEM. 

“Maska” 

anlayışı 

hansı 

mənaları 



özündə  qapsayır  və  necə  çözülür?  Oyun  zamanı, 

ritualda,  mərasimdə,  ayində  maska  nəyi  bildirir? 

Niyə  cəlladların,  şahların  və  bir  də  müqəddəslərin 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə