Ayətullah məHƏMMƏd təQİ Mİsbah yəZDİ


ÜHÜD SAVAŞINDAN SONRA PEYĞƏMBƏRƏ TƏKLİF



Yüklə 1,21 Mb.
səhifə11/11
tarix28.06.2018
ölçüsü1,21 Mb.
#52122
1   2   3   4   5   6   7   8   9   10   11

ÜHÜD SAVAŞINDAN SONRA PEYĞƏMBƏRƏ TƏKLİF


Ühüd savaşından sonra müsəlmanların ruhdan düşdüyünü görən müşriklər peyğəmbərə sülh təklif etdilər. Onlar öz başçılarından Əbu Süfyan, Əkrəmə ibn Əbu Cəhl, Əbul Əvər Səlmini Mədinəyə göndərdilər. Onlar Mədinədə münafiqlərin rəisi Abdullah ibn Ubəyin evinə gəldilər. Sonra ev sahibi və başqa iki münafiqlə birlikdə peyğəmbərin görüşünə getdilər. Onlar dedilər: “Bizim aramızdakı düşmənçiliyin sonu hər iki tərəf üçün ziyandır. Gəlmişik ki, düşmənçiliyə son qoyaq, sülh müqaviləsi bağlayaq. Qərarımız dinc-yanaşı yaşamaqdır. Sizin bizimlə, bütlərimiz Lat, Üzza, Mənatla işiniz olmasın, biz də sizin əqidələrinizə toxunmayaq. Biz dost olmaq, get-gəl etmək, ticarət qurmaq istəyirik. Gəlin bir-birimizin əqidəsinə toxunmayaq, hərə öz dininə itaət etsin.” Həzrət Peyğəmbər bu təklifi qətiyyətlə rədd etdi.

Bir qədər diqqətlə nəzər salsaq görərik ki, müşriklərin həmin vaxtkı təklifləri bugünkü plüralizm, tolerantlıq şüarlarına çox bənzəyir. Bu gün də hərənin dini özü üçün şüarı verilir. Müşriklər yaxşı bilirdilər ki, peyğəmbər onların təklifilə razılaşsa, sülh müqaviləsi imzalansa, müşriklər tədricən sadəlövh müsəlmanları yoldan çıxara biləcək. Onlar bu yolla İslamı süquta uğratmaq istəyirdilər. Allah buyurdu: “Yalançılara tabe olma. Onlar səndən mülayimlik istəyirlər ki, mülayimlik göstərsinlər.”1

Zahirən müsəlmanlığı qəbul etmiş münafiqlər də müşriklərlə gizli rabitədə idilər. Onlar da müşriklərlə sazişə tərəfdarlıqlarını bildirirdilər. Deyirdilər: “Ətrafımızı düşmən tutub, müşriklər və yəhudilər əl-ələ verib. Əgər bu düşmənlərlə sülhə getməsək, inadkarlıq göstərsək, onlar bizi məhv edəcəklər.” Amma Allah-taala öz peyğəmbərinə göstəriş verdi ki, onların təkliflərini rədd etsin: “Ey peyğəmbər, Allahdan qorx, kafirlərə və münafiqlərə tabe olma. Həqiqətən, Allah bilən və hikmət sahibidir.”2

XƏNDƏK SAVAŞINDA MÜNAFİQLƏRİN FİTNƏKARLIĞI


Peyğəmbər (s) müşriklərin sülh təklifini qətiyyətlə rədd etdi. Onu bu işdən Allah çəkindirdi. Müşriklər qərara gəldilər ki, müsəlmanlara son zərbəni vursunlar. İslamla tarixi düşmənçiliyi olanlar özlərinə həmfikir toplamağa başladılar. Onlar ərəb tayfalarına, yəhudilərə üz tutdular. Bütün bu güclər bir yerə toplandı və İslamı aradan qaldırmaq qərara alındı. Müxtəlif firqələrdən təşkil olunmuş bu qüvvə Əhzab adlanırdı. (“Əhzab” firqələr mənasını bildirir.)

Müşriklərdən və yəhudilərdən təşkil olunmuş Əhzab müsəlmanlarla savaş üçün hərbi hazırlığa başladı. Onlar çox böyük bir qoşun səfərbər edib Mədinəyə göndərdilər. Həzrət Peyğəmbər (s) də səfərbərlik apardı, müdafiə hazırlığı gördü. Salman Farsinin təklifi ilə şəhər ətrafında xəndəklər qazıldı. Bu xəndəklər düşmənin nüfuzuna mane olmalı idi. Müsəlmanlar xəndəkləri qazmaq üçün çox əziyyət çəkdilər. Aclıqdan əziyyət çəkən müsəlmanlar qarınlarına daş bağılayıb işi dayandırmırdılar. Peyğəmbər onları fədakarlığa səsləyir, qələbə vəd edirdi. Peyğəmbər (s) vəd edirdi ki, bütün Ərəbistan fəth olunası, İran və Rum diz çökəsidir. Münafiqlər peyğəmbərin sözlərini məsxərəyə qoyurdular. Düşünürdülər ki, qarınlarını doyura bilməyənlər İran və Rumu məğlub etmək fikrindədirlər!

Münafiqlər müsəlmanları qorxudur, Əhzab ordusunun gücündən danışırdılar. İmanı zəif olanlar təsir altına düşüb işdən soyuyurdular. Amma həqiqi möminlər düşmənə müqavimət göstərməkdə əzmli idilər. Onlar Əhzab qoşununu gördükdə “peyğəmbərin vədi gerçəkləşdi” söylədilər. Onlar tezliklə qələbə qazanacaqlarına ümidvar idilər. Onlar nəinki qorxmadılar, hətta imanları artdı. Ölüb-öldürməyə hazırlıqlarını bildirdilər. Allah-taala onların iman və möhkəmliyi haqqında buyurur: “Möminlər həmin qoşunları görüb dedilər: “Budur Allahın və onun peyğəmbərinin vəd etdiyi. Allah və Onun peyğəmbəri düz dedi. Onların yalnız iman və itaəti artdı!”1

Nəhayət, müşriklərin və onların ətrafındakıların qoşunu Mədinəyə yaxınlaşdı, amma xəndək onların nüfuzuna mane oldu. Onlar iyirmi gündən çox Mədinə ətrafında qaldılar. Qüreyş başçıları düşündülər ki, burada qalmaq ziyanadır və hücum etmək lazımdır. Nəhayət, Əmr ibn Əbduvəd adlı döyüşçü xəndəyi keçib meydana mübariz çağırdı. Bu şəxs Əli ibn Əbu Talibin zərbəsilə dünyasını dəyişdi. Beləcə müsəlmanlar qalib gəldilər.


PEYĞƏMBƏRİN ALLAH TƏRƏFİNDƏN NÜMUNƏ TANITDIRILMASI


Peyğəmbər (s) müşriklərin sülh təklifini qəbul etmədi. Həzrət bütün varlığı ilə şirk qarşısında dayanıb müqavimət göstərdi. Nəhayət, müsəlmanlar qəti qələbə qazandılar. Allah-taala “Əhzab” surəsinin 21-ci ayəsində peyğəmbəri nümunə kimi tanıtdırdı. Peyğəmbərin nümunə olaraq üç xüsusiyyəti qeyd olunurdu:

1.Allaha ümidvarlıq; çünki insan Allaha ümidvarlıq, sonsuz qüdrətə sığınma sayəsində vəzifələrini mətanətlə icra edir, heç bir amil onu öz yolundan döndərə bilmir.

2. Axirətə ümidvarlıq; axirətə inanan insan nəfs istəkləri və şeytani istəklərlə mübarizə aparır, işin sonunu düşünərək günahdan çəkinir, əbədi səadətə çatmaq məqsədilə Allahın onun öhdəsinə qoyduğu vəzifələri yerinə yetirir. Digər bir tərəfdən, Allah yolunda mübarizəni səadət sayan insan heç bir təhlükədən qorxmur. O əbədi səadət və Allahın görüşünə çatmaq üçün canından keçməyə hazırdır. O başa düşür ki, bu yolu gedən insan zahirdə məğlub olsa da, əslində qalibdir. Çünki o Allahın razılığını qazanmış, əbədi səadətə çatmışdır.

3. Allahı çox yada salması; Allahı çox zikr edən insan qəlbini çirkablardan və zülmətlərdən təmizləyir, Allahla rabitə sayəsində aramlıq tapır. Allah zikri insanın qəlbini, rəftarını və düşüncəsini ali məqsədlərə yönəldir.

İşarə ediləsi nöqtələrdən biri budur ki, bizim bugünkü vəziyyətimiz ilkin İslam dövründəki vəziyyətə çox bənzəyir. Əgər həmin vaxt yəhudilər və müşriklər müsəlmanları mühasirəyə almışdısa, bu gün də dünya imperializmi və Amerika islami məmləkətimizi mühasirəyə almışdır. Onların məqsədi müsəlmanların diz çökməsidir. Amerika İranın bütün sərhədyanı ölkələrində öz mövqelərini gücləndirmişdir. Bir çox müsəlman ölkələr nəinki Amerika, hətta sionist rejimi ilə də diplomatik rabitə saxlayır. Onlarla İsrail arasında hərbi müqavilə də var. Amma son dövrdə bir sıra dəyişikliklər müşahidə olunmaqdadır. Məsələn, Türkiyədə hakimiyyətə gəlmiş İslam firqəsi orada kök atmış laik (dinsiz) dövlətçilik ənənələrilə mübarizə aparır. İslam firqəsinin hakimiyyətə gəldiyi seçkilər son illərdə vahid partiyanın qələbəsilə başa çatmış yeganə seçki idi. Hər halda bütün müsəlmanlar kafirlərin və münafiqlərin qurğularına diqqətli olmalıdırlar.

KÜFR VƏ ŞİRK QARŞISINDA HƏZRƏT İBRAHİM NÜMUNƏSİ


“Üsvə” (nümunə) sözünün işləndiyi surələrdən biri də “Mumtəhinə” surəsidir. Həmin surədə həzrət İbrahim möminlərə nümunə kimi tanıtdırılır. Bu surə də “Əhzab” surəsi kimi ibrətamiz dərslərlə zəngindir. Surədə küfr və nifaqla mübarizə üçün bir sıra göstərişlər verilir. Həqiqət axtaranlar bu iki surəni, onların təfsirini və surələrlə bağlı rəvayətləri oxusalar yaxşı olar. “Mumtəhinə” surəsinin başlanğıcında möminlər Allah düşmənləri ilə rabitə qurmaqdan çəkindirilir. Bildirilir ki, onlar sizin məhəbbətinizdən sui-istifadə edib İslam cəmiyyəti üçün təhlükə yaradarlar. Möminlərə tövsiyə olunur ki, bütün varlıqları ilə Allah düşmənlərinə müqavimət göstərsinlər. Surənin ilk ayəsində buyurulur ki, Allahınızın və özünüzün düşmənlərinizi dost tutmayın. Surənin üçüncü ayəsində buyurulur ki, İbrahim və onunla olanlar yaxşı bir nümunədir. İbrahim öz qövmünə dedi: “Mən sizdən və Allahın əvəzinə pərəstiş etdiklərinizdən zara gəlmişəm...” Həzrət İbrahim və onun azsaylı ardıcılları Nəmrud və onun bütpərəst qövmü qarşısında dayandılar. Onlar az olsalar da qorxmadılar. Bu səbəbdən də möminlərə nümunə kimi tanıtdırılırlar. Nəmrudun böyük imkanları vardı. Amma İbrahim qorxudulası bir şəxs deyildi. Nəmrudun var-dövləti, gücü, çoxsaylı ətrafı İbrahimi sazişə sövq edə bilmədi. Biz də bu işdə İbrahimə iqtida etməli, bizi düşmənlərlə sülhə çağıranlara rədd cavabı verməliyik. Heç nədən qorxmamalıyıq. Bizim Allahımız var. Əgər sabitqədəmliyimiz olsa, qələbəyə çatasıyıq.

Həzrət İbrahim əmisinin bütpərəstlikdən əl çəkmədiyini görüb ondan ümidini üzdü. Allah buyurur ki, İbrahimin atası (əmisi Azər) üçün istədiyi bağışlanma ona verdiyi vəddən başqa bir şey deyildi.1


KÜFR CƏBHƏSİNƏ MÜQAVİMƏTİN ZƏRURİLİYİ


Peyğəmbərə, haqqa itaətdə, düşmənə müqavimətdə, fitnəkarlara qarşı mübarizədə ardıcıllıq lazımdır. Görürüksə ki, düşmən bizi mühasirəyə alıb, süstləşməməli, Allahın yardımına ümid bağlamalı və şəhadət şərbətini içməyə hazır olmalıyıq. Peyğəmbərlərin həqiqi ardıcılları belə olmuşlar. Quranda buyurulur: “Onlardan bəziləri şəhadətə çatdılar, bəziləri intizardadırlar...”2

Əgər düşmənin güclü olduğunu, texnoloji tərəqqiyə çatdığını görürüksə qorxmalı yox, Allaha sığınmalıyıq. Nə qədər zəif olsaq da, Allaha sığınmaq sayəsində düşmənə qalib gələ bilərik. Allah mömin bəndələrini böhranlı vəziyyətdə tənha buraxmır. Allah Bədr döyüşündə kafirlərin və müşriklərin ordusunu dağıtdığı kimi, bu gün də öz qüdrətini nümayiş etdirə bilər.3

Biz aşiq və mömin könüllülərin fədakarlığı sayəsində çox zəif texniki imkanlara malik olmağımıza baxmayaraq, düşmənin (Səddamın) hərbi maşınını sındırdıq, Allahın qüdrətilə onları ölkəmizdən çıxardıq. Allaha iman və təvəkküllə meydana qədəm qoysaq qalib gələsiyik. Bu yolda qalib gəlməyimizin şəhid olmağımızdan fərqi yoxdur. Əsas məsələ əbədi səadətə, qurtuluşa nail olmaqdır. Quranda buyurulur: “De ki, biz yalnız Allahın yazdığına çatasıyıq, Odur bizim hamimiz. Möminlər yalnız Allaha təvəkkül etməlidir. De ki, bizim üçün iki yaxşılıqdan başqa bir şeymi gözləyirsiniz?!”1

Biz Allaha təvəkkül, Peyğəmbər və onun əhli-beytinə (ə) təvəssüllə ruhiyyə və imanımızı gücləndirməliyik. Əmin olmalıyıq ki, Allahın istək və iradəsi dəyişməzdir. Əsas məsələ dərin inanmağımızdır! Peyğəmbər və övliyaların yolunu izləyərək düşmənlərə müqavimət göstərməliyik. Son damla qanımızadək onlarla vuruşmalıyıq. Düşüncəmizdə qəddar düşmənlə sülh təkliflərinə yer verməməliyik. Bütün bunlar boş şüardan başqa bir şey deyil. Bilməliyik ki, düşmən heç vaxt haqla vuruşdan əl çəkəsi deyil. Buna görə də son imamımız həzrət Mehdi (əc.) silahlı qiyam qaldırasıdır!

«Dünya sülh tərəfdarıdır» deyənlər Fələstinə baş çəksinlər. Məzlum fələstinlilərin sülhsevər dünyadan nə çəkdiyini görsünlər. Onlara azca da olsa haqq vermək istəyirlərmi? İnsan haqları, Amerika demokratiyasına tərəfdarlıq adı altında məzlum millətin başına mərmi yağdırır, hətta qadınlara və uşaqlara rəhm etmirlər. Onlar hətta ərzaq anbarlarına, əkin sahələrinə od vurub yandırırlar. Belələri insan qanına susamışlardır. Nə vaxtadək bu şeytanlara aldanacaq, onlara təslim olmaq barədə düşünəcəyik? İndi də İrana hücumdan dəm vururlar. Hansı ölkəyə hakim olarlarsa, orada Əfqanıstan və İraq təcrübəsi təkrarlanacaq. Əgər ölüm labüddürsə, gəlin Allahımız və əqidəmiz yolunda ölək! Əfqanıstan və İraqdan sonra növbə İran, Suriya, Ərəbistanındır. Dini təlimlər və tarixi təcrübə göstərir ki, yeganə doğru yol müsəlmanların öz istiqlaliyyətini qorumaq üçün çalışması, sabitqədəm olması, son qələbə və ilahi yardıma ümidvarlığıdır!.



Mündəricat

MÜQƏDDİMƏ 3

BİRİNCİ SÖHBƏT 5

PEYĞƏMBƏR VƏ MƏSUM İMAMLARIN MƏQAM VƏ VƏZİFƏLƏRİNƏ BİR BAXIŞ 5

QƏDR GECƏSİNİN ƏHƏMİYYƏTİ 5

PEYĞƏMBƏR VƏ MƏSUM İMAMLARIN MƏQAMI 7

QURAN TƏFSİRİ, ƏHKAM VƏ MAARİF BƏYANI MƏQAMI 8

VİLAYƏT VƏ HAKİMİYYƏT MƏQAMI 10

VİLAYƏTİ-FƏQİHİN YERİ VƏ QANUNİLİYİ 13

MÜHAKİMƏ MƏQAMI 14

VƏHY HAQQINDA XÜLASƏ ARAŞDIRMA 17

TƏZKİYƏ (PAKLAMA) VƏ TƏRBİYƏ MƏQAMI 19

İKİNCİ MƏCLİS 22

TƏQLİDİN MAHİYYƏTİ, YERİ VƏ ZƏRURİLİYİ 22

TƏZKİYƏ (PAKLANMA) VƏ TƏRBİYƏNİN MAHİYYƏTİ 22

İNSANIN TƏRBİYƏSİ ÜÇÜN ƏN ALİ NÜMUNƏ 24

QURAN VƏ DOĞRU YOLDA OLANLARA ARDICILLIQ 25

TƏQLİDİN MAHİYYƏTİ, ONUN AĞIL VƏ FİTRƏTDƏ YERİ 27

QURANIN MƏSUMLARA TƏQLİD ÇAĞIRIŞI VƏ AZĞINLARA TƏQLİDƏ QADAĞASI 29

FAYDALI TƏQLİDLƏ ZƏRƏRLİ TƏQLİDİN BİR-BİRİNDƏN SEÇİLMƏSİ 30

DÜZGÜN TƏQLİD VƏ ONUN ŞƏRTLƏRİ 33

İCTİHAD ZƏRURƏTİ VƏ DİNDƏ TƏQLİD 34

ÜÇÜNCÜ MƏCLİS 36

TƏQLİD AMİLLƏRİ VƏ BAŞQALARINA İTAƏT 36

TƏQLİDİN ZƏRURƏTLƏRİ VƏ TƏQLİDİN DAXİLİ BİR MEYL SAYILMASI 36

DÜZGÜN TƏQLİD HƏQİQƏTƏ APARAN YOLDUR 38

KOR-KORANƏ TƏQLİDİN NÖVLƏRİ 39

QƏRB MƏDƏNİYYƏTİNƏ KOR-KORANƏ TƏQLİD 44

MÜNAFİQLƏRİN BİGANƏLƏRLƏ HƏMRƏYLİYİ 45

DİNİ DƏYƏRLƏRİ GÖZDƏN SALAN PROQRAMLAR 47

DÖRDÜNCÜ MƏCLİS 50

MƏSUMLARA İTAƏT MÜMKÜN VƏ ZƏRURİDİR 50

ÖTƏN SÖHBƏTƏ BİR BAXIŞ 50

QEYB DÖVRÜNDƏ MƏSUMA NECƏ TƏQLİD ETMƏK OLAR? 51

MƏSUMLARA İQTİDA MÜMKÜNSÜZ DEYİL 52

TƏQLİD SAHƏLƏRİ 54

BEŞİNCİ MƏCLİS 64

DİNƏ ŞÜBHƏ YARADILMASI ÜSULLARINA BİR BAXIŞ 64

DİNƏ QARŞI ADDIMLAR BİGANƏLƏŞDİRMƏ SİYASƏTİNİN NƏTİCƏSİDİR 64

DİNƏ QARŞI TƏDRİCİ ADDIMLAR 65

DİN BAŞÇILARINA MÜNASİBƏTDƏ ŞÜBHƏ 67

DİNİ PRİNSİPLƏRİN VƏ MƏSUMLARIN HƏYAT YOLUNUN AKTUAL OLMAMASI İDDİASI 68

KÜFR VƏ MÜRTƏDLİK TƏZAHÜRLƏRİ İLƏ MÜBARİZƏ 71



ALTINCI MƏCLİS 74

AĞIL VƏ VƏHYƏ İTAƏT MÖVZUSU 74

TƏQLİDDƏ AĞILIN ROLU VƏ DÜZGÜN NÜMUNƏ SEÇİMİ 74

AĞILIN TƏSİR DAİRƏSİ 76

ETİQADLARI İLKİN MƏNBƏDƏN ÖYRƏNMƏYİN ZƏRURƏTİ 77

AĞIL VƏHYƏ TƏSLİM OLMALIDIR 79

PEYĞƏMBƏR VƏ ONUN ƏHLİ-BEYTİNƏ (Ə) İTAƏT MEYARI 80

AQİLLƏRİN MÜNASİBƏTİ FƏQİHƏ TƏQLİD MEYARI KİMİ 84

DEMOKRATLARLA FİRONÇULARIN MƏNTİQ FƏRQLƏRİ 86

İSLAM QANUNLARINA İTAƏT, QƏRB QANUNLARININ İNKARI 87

YEDDİNCİ MƏCLİS 90

İSLAM VƏ LİBERALİZMİN ADƏT-ƏNƏNƏLƏRƏ, ETİQAD VƏ DƏYƏRLƏRƏ MÜNASİBƏTİ 90

TƏQLİDİN ZƏRURİLİYİ VƏ ONUN MÜXTƏLİF SAHƏLƏRİNƏ YENİDƏN BAXIŞ 90

TƏQLİDLƏ BAĞLI BƏZİ NÖQTƏLƏR 92

SÜNNƏNİN MÜTLƏQ QƏBULU, İMAN VƏ KÜFR ARASINDA SƏRHƏD 93

İSLAHAT PƏRDƏSİ ALTINDA SÜNNƏ VƏ FİQHİN İNKARI 95

İSLAM VƏ LİBERALİZMİN ETİQAD VƏ DƏYƏRLƏRƏ FƏRQLİ MÜNASİBƏTİ 96

DİNİ RƏHBƏRLƏRƏ İTAƏTLƏ BAĞLI ŞÜBHƏLƏR 98

SƏKKİZİNCİ MƏCLİS 101

QANUNLAR VƏ HÖKMLƏR SABİTDİRMİ? 101

DİNDƏ İSLAHATLAR İSTƏYİNİN KÖKÜ 101

DİNİ MƏNBƏLƏRLƏ BAĞLI ŞÜBHƏLƏR 102

UYĞUN ŞÜBHƏLƏRƏ CAVAB 105

HÖKM VƏ QANUNLARIN İCRASINDA MƏSLƏHƏT AMİLİ 107

FİQHİ FƏTVALAR ARASINDA FƏRQİN SƏBƏBİ 110



DOQQUZUNCU MƏCLİS 113

NİFAQ VƏ KÜFR CƏBHƏSİ HAQQ CƏBHƏSİNƏ QARŞI 113

HAQQ MEYARI ALLAHA VƏ ONUN SEÇİLMİŞLƏRİNƏ İTAƏTDİR 113

MƏSUMLUQ (GÜNAHDAN UZAQLIQ) ALLAH PEYĞƏMBƏRLƏRİNİN ZATİ SƏCİYYƏSİDİR 114

ŞEYTANIN AZĞINLARA BƏLƏDÇİLİYİ 115

YENİLİKÇİLƏRİN VƏ MÜNAFİQLƏRİN AZDIRICI TƏBLİĞATINA QURBAN GEDƏN GƏNCLƏR 117

HAQQA ARDICILLIĞIN VƏ PUÇ QƏRB DÜŞÜNCƏSİNƏ ARXA ÇEVİRMƏYİN ZƏRURİLİYİ 118

QURAN VƏ ƏHZAB SAVAŞININ İBRƏTLƏRİ 120

ÜHÜD SAVAŞINDAN SONRA PEYĞƏMBƏRƏ TƏKLİF 120

XƏNDƏK SAVAŞINDA MÜNAFİQLƏRİN FİTNƏKARLIĞI 121

PEYĞƏMBƏRİN ALLAH TƏRƏFİNDƏN NÜMUNƏ TANITDIRILMASI 123

KÜFR VƏ ŞİRK QARŞISINDA HƏZRƏT İBRAHİM NÜMUNƏSİ 124

KÜFR CƏBHƏSİNƏ MÜQAVİMƏTİN ZƏRURİLİYİ 125






1 “Nəhl”, 43

1 “Qədr”, 3

1 Səduq, “Əmali”, s. 649)

1 “Biharul-ənvar”, c.2, bab 14, rəvayət 59, s.100

1 “Maidə”, 55, 56

1 Əllamə Təbatəbai, “Təfsiri-Əlmizan”, c.6, s.18

2 “Nisa”, 59

3 Əllamə Təbatəbai, “Təfsiri-Əlmizan”, c.4, s.409

1 “Kafi”, c.2, s.18

1 “Kafi”, c2, s.18

1 “Nisa”, 105

2 “Nisa”, 65

1 “Əhzab”, 36

2 “Kafi”, c.8, s.106

3 “Nəhcül-bəlağə”, xütbə 192

1 “Nəhl”, 68

2 “Məryəm”, 11

3 “Məryəm”, 17-20

1 “Qəsəs”, 7

1 “Cumuə”, 2

1 “Ənam”, 90

1 “Məryəm”, 43

1 “Yunus”, 35

1 “Nəhl”, 43

1 “Saffat”, 36

2 “Zuxruf”, 23

1 “Bəqərə”, 170

1 “Ənkəbut”, 20

2 “Ənkəbut”, 20

1 “Məryəm”, 81

1 “Duxan”, 49

1 “Əhzab”, 21

1 “Nəhl”, 100

2 bax: “Sad”, 82

1 “Haqqə”, 44-46

1 “Biharul-ənvar”, c.69, bab34, rəvayət17, s.225

1 “Bəqərə”, 170

1 “Fürqan”, 11

2 Bax: “Qaf”, 18

1 “Qiyamət”, 3-6

2 “Casiyə”, 32

1 “Ənam”, 124

2 Bax: “Şüəra”, 198, 199

1 Bax: “Kəhf”, 110

2 “Həşr”, 7

3 “Nisa”, 59

1 “Biharul-ənvar”, c.3, bab 41, rəvayət 67, s. 25

2 “Təfsiri-Əyyaşi”, c.1, s.276

1 Bax: “Bəqərə”, 151

1 “Zuxruf”, 51-53

1 “İbrahim”, 28

1 “Ali-İmran”, 92

1 “Nisa”, 59

2 “Təfsiri-Əlmizan”

1 “Nisa”, 141

1 “Səhifeyi-Nur”, c.9, s.253

1 “Yunus”, 35, 36

2 “Nisa”, 64

3 “Nisa”, 80

1 “Cin”, 26, 28

1 “Nəhl”, 100

2 “Ənam”, 121

3 “Nisa”, 140

1 “Ənam”, 116

1 “Bəqərə”, 55

1 “Əhzab”, 21

1 “Qələm”, 8,9

2 “Əhzab”, 1

1 “Əhzab”, 22

1 “Tövbə”, 114

2 “Əhzab”, 23

3 “Ali-İmran”, 123

1 “Tövbə”, 51, 52




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə