Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Əziz Peyğəmbərimiz (s) fəhlənin əlindən öpüb



Yüklə 0,68 Mb.
səhifə10/23
tarix17.09.2017
ölçüsü0,68 Mb.
#568
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

Əziz Peyğəmbərimiz (s) fəhlənin əlindən öpüb...


Cənab Rəhbər Ayətullah Xameneinin Beynəlxalq Fəhlə Günü münasibətilə bəyanatı

Bismillahir-Rəhmanir-Rəhim

Əvvəla, bütün əziz qardaş və bacıları salamlayır, ədalət təcəssümü, bəşər tarixinin parlaq çöhrəsi Əmirəlmömininin (ə) mövlud günü münasibətilə əvvəlcədən təbrik edirəm. Eyni zamanda, həzrət Cəvadul-Əimmənin (ə) mövludu münasibəti ilə sizlərə təbrikimi çatdırıram. Rəcəb ayının bərəkəti təkcə bu mövlud günlərinə aid deyil. Özümü də, sizi də rəcəb ayının bərəkətlərindən faydalanmağa dəvət edirəm. Rabitələri gücləndirmək, Allahla qəlb bağlılığını artırmaqla addım ataq. Əgər hər birimiz Allah-Taala ilə rabitəmizi gücləndirsək, bir çox problemlər, çətinliklər öz-özünə aradan qalxacaq. Mən cənab nazirə də təşəkkürümü bildirirəm ki, dəqiq və gözəl nöqtələrə işarə etdi. İstər Sosial Təminat Nazirliyində, istərsə də dövlətin başqa orqanlarında məsulların aydın istiqamətləri gücləndirməsini istəyirəm. Fəhlələrlə bağlı bir çox mövzular başqa nazirliklərlə əlaqəlidir.

İş görmək lazımdır. Gözəl sözlər çox danışmışıq. Belə sözləri tez-tez təkrarlamış, gözəl qərarlar çıxarmışıq. Amma cəmiyyətin həyatını dəyişən, onu yaxşılığa aparan söz yox, işdir. Əsas məqsədlərin həyata keçməsində təsirli olan bizim işimizdir. Allah-Taala sizə və bizə lazımınca hərəkət üçün tövfiq əta etsin.

Bu gün sizinlə, məmləkətin fəhlələri ilə, əziz insanlarla görüş fəhlə sinfinə sevgimizin göstəricisidir. Bu günə qədər çox danışmışıq, bu gün də bəzi nöqtələri yada salacağam. Məqsəd bu gürüşdə fəhlələrin zəhmətini dəyərləndirməkdir. Öz düşüncəmizdə və İran xalqının düşüncəsində işin nə dərəcədə əhəmiyyətli olduğunu möhkəmlətmək istəyirik. Bilməliyik ki, bütün böyük nailiyyətlər iş sayəsində əldə olunur. İş deyəndə bu sözün ümumi mənasını nəzərdə tuturuq. İş dəyərlidir. İş dəyərli olduğundan fəhlənin cəmiyyətdə dəyəri yüksəkdir. Məşhur rəvayətdir ki, Həzrət Peyğəmbər (s) fəhlənin əlini öpüb. Bu təkcə tərif yox, bir təlimdir. Bu əsasla iş və işçini, fəhləni dəyərləndirmək, xoşsözlər demək istəyirik. Məsullar fəhlələrlə bağlı problemlərə diqqətli olmalı, həmin problemlərin aradan qaldırılmasına çalışmalıdırlar. Bəli, problemlər var. Ölkədə işlə bağlı müəyyən problemlər yaşanır. İşdən çıxardılma, maaşların yubanması halları var. Bu görüşdə məqsədimiz məsulların diqqətini həmin problemlərə yönəltməkdir.

Mənim gördüyüm budur ki, fəhlə sinfi inqilabın əvvəlindən bu günə qədər məmləkət üçün dəyərli iş görüblər. Həqiqəti desək, insafla danışsaq bu belədir. Əvvəla, iş və fəhlə özü dəyərlidir. İkincisi, onların ötən illərdə müxtəlif və çətin sahələrdə iştirakını qeyd etməliyik. Üçüncü mühüm nöqtə budur ki, dəyərli fəhlə sinfi onları inqilabın əvvəlindən nizama qarşı qoymaq istəyənlərin hiyləsinə aldanmayıb. Onlar belə bir böyük fədakarlığa imza atıb. Müxtəlif dövrlərdə fəhlələrin probemləri olub. Amma onlar inqilab boyu imtahandan alnıaçıq çıxıblar. Qeyd etdiyim kimi, mövcud problemlər sözlə, danışmaqla həllini tapan deyil. Addım atmaq, yollar tapmaq, iş görmək lazımdır. İkinci növbədə, iqtisadi problemlərin həlli üçün daxili qüvvələrə güvənmək lazımdır. Fəqərə sütunları istehsaldan ibarətdir. Biz müqavimət iqtisadiyyatının fəqərə sütunlarından danışdıq. Bu sırada əsasən daxili istehsalın gücləndirilməsi yer alır. Əgər bu iş görülsəydi, bütün təlaşlar bu istiqamətdə yönəldilsəydi, problem tədricən həllini tapardı. İş öz dəyərini alardı, fəhlə dəyərli olardı. Ciddi problem olan işsizlik tədricən azalıb, sonda aradan qalxardı. Əsas məsələ istehsaldır.

Bəziləri deyə bilər ki, sizin tez-tez təkrarladığınız, və bizim üzərində dayandığımız daxili istehsal prosesini sanksiyalar, beynəlxalq təzyiqlər şəraitində rövnəqləndirmək mümkün deyil. Mən inkar etmirəm ki, düşmənlərin İran xalqına qarşı bu amansız sanksiyaları, inqilab düşmənlərinin xalqayönəli təzyiqləri təsirsizdir. Şübhəsiz ki, təsirsiz deyil. Bununla belə, mən sanksiyaların təşkilatlanmış bir hərəkatın qarşısını ala biləcəyini inkar edirəm. İstehsalın çiçəklənməsinə yönəli ümumi hərəkatın qarşısını almaq olmaz. Mən bunu qəbul etmirəm. Mən ölkəyə nəzər salıram, görürəm ki, bəzi sahələrdə xüsusi ilə sanksiyaların təsiri ağır olub. Bununla belə məsulların, fəhlələrin, təlaşlı gənclərin sayəsində istehsal irəli gedib. Mən bunu görürəm. Bu göz qarşısındadır.

Hərbi sənayeni yada salaq. Siz bu sahəni 15-20 il qabaqkı vəziyyətlə müqayisə edin. 10 il qabaqla da müqayisə etsəniz görərsiniz ki, necə böyük inkişaf olub. Hərbi istehsalda heyrətamiz nailiyyətlər var. Hansı ki hərbi sənayeə qarşı sanksiyalar daha güclü olub. Hərbi sənayeə təzyiq ötən ilin, bu ilin söhbəti deyil. Uzun illərdir bu sahəyə təzyiqlər var. Amma həmin sahə inkişaf edib. Biotexnologiya sahəsində də inkişaf böyükdür. Hansı ki həmin sahədə də sanksiyalar məhdudiyyətlər yaradıb. İş bir yerə çatıb ki, dünyanın tanınmış təhsil ocaqlarında iranlı tələbəyə bu peşələrə yiyələnmək icazəsi verilmir. Halbuki həmin sahələrdə böyük bir inkişaf müşahidə edirik. Bu sahədə məlumat almaq istəyən adamlar müraciərt edə bilər, burada gizli bir şey yoxdur. Dünyanın yeni texnologiyalarından olan nanotexnologiya sahəsində də böyük inkişafımız var. Bu sahədə bizə kömək edən olmayıb. Bundan sonra da kömək edən olmayacaq. Biz bu sahədə irəlidəyik. Gənclərimiz, alimlərimiz, araşdırmaçılarımız bu sahədə çalışırlar və ciddi nailiyyətlər əldə olunub. Innovasiya sahəsini götürək. Bu sahədə böyük inkişaf var. Bir müəssisədə elmi araşdırmalar və bu araşdırmaların nəticəsinin tətbiqi böyük nailiyyətdir. Mən innovasiya müəssisələri ilə yaxından tanış olmuşam. Orada ciddi iş gedir, gənclərimiz, alimlərimiz ciddi çalışırlar. Innovasiya müəssisələri sahəsində 10-15 il qabaqla müqayisədə çox inkişaf etmişik. Bütün bu inkişaflar qadağalar dövründə əldə olunub. Təbii ki, düşmənin amansız sanksiyaları olmasaydı inkişaf daha böyük olardı. Bunu inkar etmirik. Bu da olar bilərdi ki, diqqətsizlik göstərək, neft pullarından istifadə edək, idxala daha çox yer verək, nəticədə istehsal geri qalsın. Bu mümkün idi. Bizim inkişafımızın bir qismində sanksiyaların rolu olub. Məcbur olub təlaş göstərmişik. İdxal yolu açıq olanda, istədiyimizi xaricdən gətirə biləndə insanlarda səhlənkarlıq yaranır, istehsala maraq azalır. Bütün bunlara əsaslanaraq deyə bilərəm ki, sanksiyalar şəraitində istehsalın inkişafının mümkünsüzlüyünü iddia etmək düzgün deyil. Bu mümkündür. Hansı sahədə qərar çıxarıb, addım atsanız, öz gücünüzü ortaya qoysanız, Allah-Taalanın yardımı ilə bu iş olasıdır. Biz bunu imtahandan çıxarmışıq.

Hazırda bəzi sənaye sahələri üzrə dünyada öndəyik. Bəndlər tikilməsi sahəsini misal göstərmək olar. Bizə bu sahədə kim kömək edib?! Hazırda İran bənd tikilməsində dünyada öndə gedən ölkələrdəndir. Bəzi ölkələrdə həmin bəndləri Qərb şirkətləri böyük qiymətə qurur. İranlı gənclər isə bunu daha üstün və ucuz qiymətə başa gətirirlər. Biz bu sahədə inkişaf etmişik. Ötən illərdə bu sahədə bizə kim kömək edib?! Nüvə enerjisi də bu qəbildəndir. Bir çox başqa sahələrdə də eyni uğurlar var. Mən inanıram ki, ölkənin bir sıra iqtisadi problemləri, o cümlədən fəhlələrin problemləri, fəhlələrin sosial vəziyyəti, işsizlik milli istehsal güclənərsə öz həllini tapacaq. Bu zaman yeni iş yerləri açılır, milli ləyaqət hissi güclənir. İnsanlar özlərini başqalarından asılı hiss etmir. Ölkə öz daxili qüvvələrinə güvənəndə ehtiyacsız olur. İnsan müəyyən məsələləri dünya ilə həll edə bilər. Amma müzakirələr mizi arxasına hansı vəziyyətdə getmək mühümdür. Siz özünüzü güclü hiss edirsiniz, yoxsa zəif? Bu çox mühümdür. İnsan özünü güclü hiss edəndə bir cür müzakirə aparır, zəif hiss edəndə başqa şəkildə. Əgər ölkədə iqtisadiyyat möhkəm olsa, müxtəlif məsələləri dünya ilə müzakirə etmək olar. Amma müzakirələrdə sənin mövqeyin üstün olmalıdır. Müzakirələrə ehtiyac səbəbindən getməməlisən. Belə olanda düşmənin dili uzun olur, ardıcıl şərtlər qoyur. Boş sözlər danışırlar. Mən çıxış yolunu bunda görürəm. Əvvəlcədən demişəm ki, hamı öz gücünü milli istehsalın gücləndirilməsinə sərf etməlidir. Əlbəttə ki, bu məqsədə çatmaq üçün müəyyən vasitələrə ehtiyac var. Bu yolda həm sərmayə yatıranın, həm fəhlənin, həm istifadəçinin, həm dövlət məsullarının vəzifələri var. Hamı bu işdə həmkarlıq etməlidir. Xalqın dövlətlə sözdə və işdə birliyi elə budur. Hamı həmkarlıq etsə ölkənin inkişafı yolundakı böyük daşı qaldırıb kənara atmaq olar.

Sərmayə sahibləri, imkanlı insanlar sərmayə yatırmalıdırlar. Mən elə insanlar tanıyıram ki, öz kapitallarını daha gəlirli sahəyə qoya biləcəkləri halda onu daha az gəlirli milli istehsal sahəsinə yatırıblar. Deyirlər məmləkətə xidmət etmək istəyirik. Bu məqsədlə istehsala pul yatırdılar. Bu sahədə qazanc azdır. Amma onlar başa düşdülər ki, ölkənin ehtiyacı var. Bu bir ibadətdir. Ölkənin ehtiyacını düşünən, can yandıran sərmayə sahibi əgər pulunu daha çox qazanc xatirinə başqa sahələrə yox, istehsala yatırırsa bu işin böyük rolu var. Bəli, sərmayə sahiblərinin bu sahədə rolu var. Bu sahədə çalışqan və vicdanlı fəhlənin rolu var. Fiziki iş ağır işdir. Fəhlə öz ömrünü, vaxtını, enerjisini sərfetdiyi işdə vicdanlı olarsa, bu bir ibadətdir. Mən siz əzizlərlə görüşlərdə əziz Peyğəmbərimizin (s) bu rəvayətini nəql etmişəm. Həzrət buyurur ki, Allah rəhmət etsin işini möhkəm, düzgün görən kəsə. İstər sənayedə, istər əkinçilikdə, istərsə də başqa sahələrdə iş düzgün, vicdanla görüləndə məhsul da yaxşı olur. Fəhlənin bu işi ibadət ola bilər.

İnsaflı, vicdanlı istifadəçi də milli istehsala kömək edə bilər. Əgər istifadəçi alıcı ad arxasınca, marka arxasınca qaçmasa, ölkənin məsləhətini, faydasını nəzərə alsa milli istehsala, iranlı fəhləyə kömək edib. Bu gün Brend sözü çox təkrarlanır. Brend arxasınca qaçmasaq bu istehsala kömək olar. Təəssüf ki, bəziləri sözdə fəhləyə köməkdən danışsalar da, işdə ona zərbə vururlar. Fəhləyə zərbə onun istehsal etdiyi mala arxa çevirib həmin malı xaricdən gətirməkdir. Bəzən bu mallar daha baha qiymətə gətirilir. Hansı ki, bəzi sahələrdə biz dünyada irəlidəyik. Ölkəmizdə daha yaxşı istehsal olunan mal ola-ola xaricdən mal gətirilir. Bu hər birimizin, dövlətin vəzifəsidir ki, ölkə daxilində istehsal olunan mala yol açaq. Sosial Müdafiə Naziri buradadır. Mən xahiş edirəm ki, dövlət dövlətin istifadəsində olan malları xaricdən gətirməsin. Dövlət özü bir istifadəçidir. Deməyin ki, bizə lazım olan filan şey ölkədə yoxdur, xaricdən gətirməyə məcburuğ. Nə üçün ehtiyacınızı bu gün dilə gətirirsiniz? Məgər sizin proqramınız yoxdur? Bu gün ehtiyacınız olan malın istehsalı üçün iki il qabaq addım ata bilərdiniz. Bunlar mühüm məsələlərdir. Dövlət edə bilər ki, kağız-qələm tutmuş tikinti materiallarına qədər olan ehtiyacını daxili bazardan əldə etsin. Belə malları xaricdən gətirməyi özünüzə haram edə bilərsiniz. Bu işdə səhlənkarlıq olmaz. Dövlət məsulları bunun qarşısını almalıdır. Biz bütün bunları sınaqdan keçirmişik. Neçə illər öncə mən məsullardan birini çağırıb dedim ki, öz işinizdə xarici qələmlərdən istifadə etməyin. Onlar bunu qəbul etdilər. Sonradan aydın oldu ki, həmin müəssisədə ehtiyac duyulan şeylərin 98 faizini daxili bazardan alıblar. Yalnız iki faiz ölkə daxilində olmayıb və xaricdən gətirilib. Demək, bu işi görmək olar. Bəli, alıcı, istifadəçi də milli istehsala öz töhfəsini verə bilər.

Mühüm məsələlərdən biri qaçaqmalçılıqla mübarizədir. Bu mövzu üzərində çox dayanmışıq. Müxtəlif dövlətlər hakimiyyətdə olduqları zaman bu məsələ ilə məşğul olublar. Bu sahədə müvəffəq olmaq lazımdır. Mümkünsüz iş yoxdur. Qaçaqmalçılığın qarşısı qəti şəkildə alınmalıdır. Mən bir dəfə xatırlatmışam ki, qaçaqmalçılıqla yalnız sərhəddə mübarizə aparılmasın. Əlimizdə olan təqribi rəqəm budur ki, bu gün milyardlarla dollar qaçaq yolla gələn mallara xərclənir. Çox böyük rəqəmlərdən danışırlar. Böyük pulların qaçaqmala sərf olunduğu deyilir. Qaçaqmal sərhəddən başlamış dükanlara qədər izlənilməlidir. Bu çox mühümdür. Qaçaqmalçılıqla mübarizə aparanlar ibadət edir.

Milli istehsalda başqa sütun daim idxal olunan qurğulardır. Bu qurğular nəzərdən keçirilməlidir. Təbii ki, hər şey dövlətin əlində deyil. Qurğuların bir hissəsi qeyri-dövlət sektorunda istifadə olunur. Amma dövlət idxalın milli istehsala vurduğu zərbənin qarşısını ala bilər.

Bu sahədə təbliğat və informasiya vasitələrinin də rolu var. Radio-televiziya, başqa informasiya şəbəkələri milli istehsala rəğbət yaratmaq üçün təbliğat aparmalıdır. Bu təsirsiz deyil.

Mühüm məsələlərdən biri parlamentin öhdəsində olan qanunların sabitliyidir. İqtisadiyyata, o cümlədən işə aid qanunlar tez-tez dəyişməməlidir. Bu qanunlar sürətlə dəyişdikdə proqramlaşdırma aparanlar çətinliyə düşür.

Ölkədə mədəniyyət sahəsinə cavabdeh insanlar işsizliklə mübarizə, işə maraq yaratmaq sahəsində iş görməlidir. Çətin işi qəbul etmək lazımdır. Çətin işdən qaçıb asan iş axtarmaq düzgün deyil. Əgər çətinliyi qəbul etməsək müvəffəq ola bilmərik. Hamı asan iş ardınca gedə bilməz. Elm və texnologiyada, sənayedə müvəffəqiyyət qazananlar çətinliyə dözməklə müvəffəq olub. Cəmiyyətdə buna maraq yaratmaq üçün ideoloji iş aparılmalıdır.

Qanunsuzluq, cinayətlə mübarizə aparanların da rolu az deyil. İndi maliyyə qanunsuzluqlarından çox danışılır. Təkcə danışmağın faydası yoxdur. Oğru, oğru deməklə oğru oğurluqdan əl çəkməz. İrəli getmək, məsələyə müdaxilə etmək lazımdır. Dövlət məsulu qəzetçi deyil ki, yalnız danışsın. Bəli, mətbuatın işi danışmaqdır. Biz isə iş görməliyik. Əgər işdə fəsadın qarşısını ala biliriksə, bu işi görməyimiz lazımdır.

Bütün bunlar bizim vəzifələrimizdir. Müxtəlif sahələrdə biz bu vəzifələrə məsuluq. Əgər ölkənin iqtisadi problemlərini həll etmək istəyiriksə milli istehsal üzərində dayanmalı, bu sahədə çalışmalıyıq. Qeyd etdim ki, hamının bu sahədə müəyyən məsuliyyəti var. Bəzilərinin məsuliyyəti ağır, bəzilərinin məsuliyyəti yüngüldür. Amma hamı məsuldur. İqtisadi problemlərin-in həllini Lozanna, Cenevrə, Nyu-Yorkda axtarmamalıyıq. Problemlərin açarı ölkədədir. Hamı çalışsın, hamı təlaş göstərsin, inşallah problem həll olacaq. İran xalqı, dövlət məsulları ötən illərdə böyük işlər görüblər. İstehsal məsələsini də həll etmək olar. Hazırki dövlət də həmd olsun Allaha, məşğuldur, həvəslə çalışır. Dövlətin tərkibində bacarıqlı, bilikli insanlar var. Çalışsınlar, iş görsünlər, inşallah problemlər həll olar.

İnsafla desək, həqiqətən də bizim fəhlə cəmiyyətimiz nəcabətli bir cəmiyyətdir. Mən bu sinfi inqilabın əvvəl günlərindən, hətta inqilabdan əvvəlki günlərdə müxtəlif aksiyalarda, 57-ci ilin hadisələrində görmüşəm və yaxşı tanıyıram. Bəziləri ilə yaxından tanışam. Uzun illər onlar meydanda olub. Mən özüm prezident olduğum dövrlərdən bu günə qədər fəhlə sinfini dövlətə qarşı qoymaq istəyiblər. Amma fəhlə cəmiyyəti böyük əzm və nəcabətlə çətinliklərə dözüb, mövqeyini dəyişməyib. Bu çox dəyərlidir. Məsullar əzəmətli fəhlə cəmiyyətinin qədrini bilməlidir. Onlar çətinliklərə dözərək çalışıblar. Onların nəcabətinin cavabı budur ki, hamı problemlərin həlli üçün addım atsın. Heç şübhəsiz, Allah-Taala xeyir niyyəti olan, xeyir iş görmək istəyənlərə, ilahi hədəflərə doğru hərəkət edənlərə yardımçı olacaq.

Ümid edirəm ki, Allah-Taala siz əzizləri, əziz fəhlələri, bu sahədəki məsulları, bu sahədə təlaş göstərənləri öz lütf və mərhəmətindən bəhrələndirəcək. Fəhlə cəmiyyətinin şəhidləri peyğəmbərlə məhşur olacaq. Qarşımızda bu yolu açan böyük İmam (r) peyğəmbərlə məhşur olacaq.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Aprel, 2015



İmam Rizanın (ə) hərəmində çıxış

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə