Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


dey İran xalqı üçün ümumi hərəkatın başlanğıcıdır



Yüklə 0,68 Mb.
səhifə14/23
tarix17.09.2017
ölçüsü0,68 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

19 dey İran xalqı üçün ümumi hərəkatın başlanğıcıdır


19 dey qiyamının ildönümü münasibəti ilə İmam Xomeyni hüseyniyyəsində Qum əhalisi ilə görüşdə bəyanatın tam mətni

Bismillahir-Rəhmanir-Rəhim

Bütün qardaşlara, bacılara, möhtərəm alimlərə, əziz gənclərə xoşgəldin deyirəm, həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) səadətbəxş mövludu münasibəti ilə təbrik söyləyirəm. Hər birinizi, İran xalqını, bütün İslam ümmətini təbrik edirəm.

19 dey tarixi, böyük və təyinedici bir gün olub. Bu gün münasibəti ilə deyəcəyim ilk şey əziz Qum xalqına təşəkkürdür. Çünki bu hadisəni unudulmağa qoymadılar və bundan sonra da yaşadacaqlar. Hadisənin unudulmasında maraqlı olanlar var. Çalışanlar var ki, təyinedici və qürur doğuran inqilabi günlər, Müqəddəs Müdafiə dövrü yaddan çıxsın. 19 dey hadisəsinin də unudulmasını istəyirlər. İmam Hüseynin (ə) Aşura hadisəsini də zalımlar unutdurmağa çalışırdılar. Amma xanım Zeynəb buna yol vermədi. Həzrət Zeynəb iki iş gördü. Biri əsirlərin Kufə və Şama aparılması zamanı xanımın zalımların cinayətlərini ifşa etməsi oldu. Onun ikinci hərəkəti Ərbəin günü Kərbəla ziyarətinə gəlməsidir. Bunun birinci ya ikinci Ərbəində baş verməsi mühüm deyil. Bu hərəkətin mənası odur ki, mühüm hadisələrin unudulmasına çalışanlar məqsədə çatmasın. Əlbəttə ki, müvəffəq olmayacaqlar. Nə qədər ki, xalqlar oyaqdır, danışan dillər, həqiqəti söyləyən dillər susmayıb, nə qədər ki, möminlərin qəlbində şövq var bu hadisələri unutdura bilməyəcəklər. Necə ki, bu günə qədər məqsədə çatmayıblar. Belə hadisələri unutdurmaq cəhdi qədimdən olub. Mütəvəkkil Abbasi Aşura hadisəsindən 170-180 il sonra İmam Hüseynin (ə) məzarını dağıtmaq istədi. İran xalqı bundan sonra da oyaq olmalıdır ki, düşmənlər inqilabın gözəlliklərini unutdurmaq məqsədinə çatmasınlar. Düşmən əl çəkmir. Onlar inqilabı təhrif edir, ya da unutdurmaq istəyir. Məqsədləri budur ki, xalq öz tarixi keçmişini yaddan çıxarsın. Öz iftixarlı keçmişini bilməyən gələcəkdə də qürur doğuran hadisələr yarada bilməz. Düşmən bu istiqamətdə çalışır.

19 dey hadisəsini siz yaşatdınız. 29 bəhmən hadisəsinə siz həyat verdiniz. 22 bəhmən hadisəsini səhnədə saxlayan siz oldunuz. 9 dey hadisəsi də oxşar bir hadisədir. Bu hadisəni də yaddan çıxmağa qoymadınız. Sizin bu hərəkətiniz düşmən qarşısında bir mübarizədir. Onlar inqilabın həqiqətlərini təhrif etmək, unutdurmaq istəyir. Bu yolda pul xərcləyirlər, fəaliyyət göstərirlər. Mətbuatla, nəşriyyələrlə tanış olan insan düşmənin nə iş görmək istədiyindən xəbərdardır. Bu gün hətta Pəhləvi rejiminin çirkin simasını gözəlləşdirmək istəyirlər. Bu əlaltı rejim məmləkətimizi neçə illər geriyə atdı, xalqımız üçün böyük problemlər yaratdı. İndi bu çirkin rejimi bəzəyib İslam nizamı ilə qarşı-qarşıya qoymaq istəyirlər.

Bu fəaliyyətləri himayə edənlər İslam inqilabı ilə müxalif olanlardır. Onlar inqilabçı xalqla müxalifdir. Xalqın inqilaba sədaqəti onları narahat edir. Bu günə qədər məqsədə çata bilməyiblər. Ümid edirdilər ki, inqilabdan sonrakı ikinci, üçüncü nəsli dəyişə biləcəklər. Amma bacarmadılar. Üçüncü nəslin inqilabdan üz çevirməsinə nail ola bilmədilər. 9 dey hadisəsini bu üçüncü nəsil, gənclər yaratdı. Onlar o böyük hadisəyə imza atdılar. Onların bu hərəkəti fitnə yaratmaq istəyənlərə möhkəm sillə oldu. Bu silləni kim vurdu? Bəli, gənclər, inqilabın 3-cü nəsli. İndi növbəti nəsillərə ümidlə baxırlar. Bilirlər ki, İran xalqının sərmayəsi insanlardır. İnsanları inqilab yolundan döndərməyə çalışırlar. Nə qədər ki, siz dəyərli gənclər və mömin xalq meydandasınız, şövqümüz var, bəsirətlisiniz, bilirsiniz ki nə iş görmək istəyirlər. Təbii ki, məqsədə çatmayacaqlar. Yaxşı, bəs 19 deydə nə baş verib? Hamınız bilirsiniz ki, 19 dey İran xalqı üçün ümumi hərəkatın başlanğıcıdır. Bu od kül altda qalmışdı. Amma günbəgün yayılırdı. Şölələnməsi isə 19 deydə baş verdi. Bu işi qumlular gördülər. Bunun ardınca başqa hadisələr baş verdi. İran xalqı yekdilliklə meydana daxil oldu. Öz əziz, şücaətli imamlarının çağırışına ləbbəyk dedilər, azğın rejimlə mübarizəyə qalxdılar. Bəs xalqın etiraz etdiyi rejim kim idi? Bu çox mühümdür. Mən bir neçə xüsusiyyət sadalayacağam. Qeyd etdim ki, bu gün inqilabımızı təhrif etməyə maraqlı olanlar var. Onlar İran tarixinin ən çirkin rejimini gözəl göstərməyə çalışırlar. İran xalqı həqiqəti bilməlidir.

Həmin azğın rejimin xüsusiyyətlərindən biri diktatura, xalqa amansız təzyiqlər, ölkənin müxtəlif yerlərində baş verən qəddarlıqlar idi. Biz onların nə iş gördüyünü yaxından müşahidə etmişik. Xalqın başına nə oyunlar gətirdilər. Rzaxanın nə iş gördüyünü bizdən əvvəlkilər yaxşı bilir. Onlar bizə danışıb. Sonralar isə özümüz meydanda olmuşuq, xalq meydanda olub. Gənclər həmin dövrü görməyib. O azğın rejimin xalqla, mübarizlərlə necə davranması barədə mötəbər sənədlər var. Onların xalqa verdiyi işgəncələr, ağır təzyiqlər, fiziki və mənəvi sıxıntılar, dözülməz şəraiti olan həbsxanalar yetərli nişanələrdir. Bu gün həmin həbsxanaları görənlər təəccüb edir. Onların bir işi zorakılıqla xalqa təzyiq göstərmək, öz hakimiyyətlərini davam etdirmək idi. Bu gün insan haqlarından dəm vuranlar həmin cinayətkarların tərəfini saxlayır. Deyə bilməzlər ki, bu cinayətlərdən xəbərsizdirlər. Çünki şahın cəhənnəm SAVAK idarəsini sionistlər, amerikalılar, CIA yaratmışdı. İşgəncə üsullarını onlar öyrədirdilər. Necə ola bilər ki, xəbərsiz olsunlar. Son zamanlar özlərinin də çətinliyə düşdüyü məlum olub. Amerikanın kəşfiyyat idarələrinin etirazçılar və müxaliflərlə rəftarları ifşa olub. Bu işgəncələr hara, azadlıq, liberalizm, demokratiya şüarları hara! Dünya qəribə olub. Bizim ölkəmizdə xəbis şah rejiminin bir xüsusiyyəti bu idi ki, zərrəcə etiraz edənlə ən amansız şəkildə davranırdı.

İkinci xüsusiyyət şah rejiminin xarici qüvvələrə qul kimi əsir olması idi. Bu gün şah rejimini təmizə çıxarmaq üçün kitablar yazılır. Amma bunlar inkar ediləsi faktlar deyil. Rzaxan Britaniyanın istəyi ilə hakimiyyətə gəlmişdi. Onların göstərişi ilə də getdi. İngiltərə bircə mesaj verdi ki, o getməlidir. 17-18 il səltənətdən sonra getməyə məcbur oldu. Çünki onun güvənəcəyi bir qüvvə yox idi. Onlar gətirmişdilər, indi də deyirdilər ki, getməlisən. O da getdi. İngilislərin əmri ilə gəldi, ingilislərin əmri ilə getdi. Sonra ingilislər Məhəmməd Rzanı hakimiyyətə gətirdilər. 30-cu ilin əvəllərində amerikalılar meydana daxil oldu. Bütün işi ələ aldılar. Siyasət Amerika siyasəti oldu. İstər ölkə daxilində, istər regionda, istər beynəlxalq səhnədə Amerikanın mənafelərinə uyğun şəkildə hərəkət edilirdi. Onlar nə istəyirdisə, o da olurdu. Bu İran xalqına böyük təhqir idi. Xəbis şah rejiminin xüsusiyyətlərindən biri belə əlaltı olması idi. Bu gün Amerikanın İran xalqı və İslam inqilabına düşmən kəsilməsinin bir səbəbi əlaltı rejimin getməsidir. Belə bir xidmətçi rejim əllərindən çıxıb. Bəli, onların inqilabla düşmənçiliyi başa çatası deyil.

Xəbis şah rejiminin üçüncü xüsusiyyəti onun fəsad içində olması idi. Bu fəsad cinsi fəsadlardan başlayırdı və bütün saray adamlarını, onların ətraflarını əhatə edirdi. Xəcalət doğuran əhvalatlardır. Xalq bunu dilə gətirməyə cürət etməsə də yaxşı görürdü. Bəzən xaricilər bu barədə yazırdılar. Əxlaq, iqtisadiyyat sahəsində fəsad baş alıb gedirdi. Bu fəsadlar orta yox, ali səviyyədə idi. Ən böyük rüşvətxorluqlar, əxlaqsızlıqlar, xəyanətkarlıqlar şah və onun ətrafında baş verirdi. Milli sərvətə qarşı böyük xəyanət vardı. Xalqın yoxsullaşması hesabına varlanırdılar. Əxlaqsızlıq, rüşvətxorluq, narkomaniya yayılırdı. Bütün bunun arxasında o zamankı rejim dayanırdı. Məhəmməd Rzanın bacılarından birini İseçrə hava limanında bir çamadan heroinlə saxlamışdılar. Bunu bütün dünya bildi, amma tez ört-bastır etdilər. Vəziyyət belə idi. Zalım rejimin mühüm xüsusiyyətlərindən biri xalqa etinasızlıq idi. Xalqı saya salan yox idi. Biz həmin rejimin dövründə bir dəfə olsun seçkilərdə iştirak etmədik. Sadə xalqdan da, bazar əhlindən də seçkilərdə iştirak etdiyini eşitməmişdik. Bir ovuc muzduru aparıb onların vasitəsi ilə şura məclisi və başqa qurumlarda işlərini görürdülər. Xalqın xəbəri olmurdu ki, işə kim rəhbərlik edir. Bir növ xalqla hakimiyyət arasında rabitə qırılmışdı. Bu gün siz ölkənin siyasi həyatından xəbərdarsınız. O zaman xalq hakimiyyətin nə iş gördüyündən tamami ilə xəbərsiz idi. Zalım rejim xalqdan tam şəkildə ayrılmışdı.

Elmi inkişafa etinasızlıq göstərilirdi, xalq kiçildilirdi, Qərb dəyərləri böyük göstərilirdi. Nəinki elmi inkişaf yox idi, ümumiyyətlə elm sahəsində fəaliyyət görülmürdü. Xalqı hər şeyin xaricdən gəlməsinə öyrətmişdilər. Təəssüf ki, bu adət hələ də yaşayır. Uzun illər boyu xalqın adət etdiyi bir şeyi asanlıqla səhnədən çıxarmaq olmur. Daxili istehsalı gücləndirmək əvəzinə xalqı xaricdən gələn mallara öyrətmişdilər. Bir növ xalqın zövqü dəyişmişdi. Kənd təsərrüfatı məhv olmuşdu. Milli sənayedən söhbət gedə bilməzdi. Məmləkət tam şəkildə xaricdən, xalqın düşmənlərindən asılı vəzziyyətə gəitirilmişdi. Xalqın istedadlarını, potensialını gözdən salır, Qərb mədəniyyətini böyüdürdülər. Xalq bütün bunları görür, hiss edirdi. İran xalqı oyaq xalqdır, həqiqəti dərk edir. Bir nida, bir mömin qəlb lazımdır ki, insanları mübarizə meydanına çəksin. Təbii ki, haradasa mübarizə səsi gəlirdi. Amma ümumi bir mübarizə üçün ilahi bir insana ehtiyac vardı. Allah-Taala xalqa bu şəxsi verdi. Böyük İmam (r) xalqın bütün istəklərini özündə cəmləşdirmiş həmin fəryad idi. Xalq da onun çağırışına cavab verdi, canından keçdi, fədakarlıq göstərdi, meydanlara çıxdı. Xalq rejimə qarşı mübarizəyə qalxdı və qalib gəldi.

Xarici düşmənlərin İslamla müxalifətinin səbəbi budur ki, dünyanın həssas bir regionunda, fövqəladə strateji mövqeyə malik olan bir ölkə bu inqilab vasitəsi ilə nəzarətdən çıxmışdı. Muzdurların yerinə gələnlər artıq düşmənlərin istəklərinə məhəl qoymurdu. Onlar əvvəlki rejimin tam əksinə hərəkət edirdilər. İslam İnqilabının ən böyük xidməti bu oldu ki, xalqı həmin rejimin şərindən xilas etdi. Bütün inkişafların, milli izzətin, böyük xalq hərəkatının, ümumi bəsirətin, elmi inkişafın, dünyada və regionda qazanılan mövqeyin əsas səbəbi budur ki, həmin maneə aradan qaldırıldı. Bu işi xalq gördü. Bu işi din gördü. Bu işi etiqad gördü.

Bu gün dünya imperializmi İslam nizamına qarşıdır. Heç kim təsəvvür etməsin ki, düşmən öz düşmənçiliyindən əl çəkib. Xeyr, belə deyil. Nə zaman güclənsəniz, hazır olsanız, düşmənin planlarını görə bilsəniz düşmən məcbur qalıb öz mövqeyini dəyişəcək. Əgər diqqətsiz olsanız, düşmənə ümid bəsləsəniz düşmən üçün yeni fürsətlər yaranacaq. Bu zaman o bu ölkədə məqsədlərinə çata bilər. Bu gün xalqımıza qarşı təzyiqlər həmin düşmənçiliyin göstəricilərindəndir. Bu düşmənçilik başa çatası deyil. İran xalqı bu düşmənçilik qarşısında dayanıb, müqavimət göstərib, İslam Cümhuriyyətini qoruyub, böyük ideallara doğru hərəkət edib. Bəzən uğursuzluq barədə məsuliyyətsiz sözlər eşidilir. Əslində belə deyil və İran xalqı bu günə qədər böyük uğurlar qazanıb. İran xalqı düşmənin təzyiqlərinə müqavimət göstərib. Xalq bacarıb ki, özünü qorusun, inkişaf etsin, ideallarına yaxınlaşsın.

Biz həmişə demişik ki, İslamın tələblərini kamil şəkildə reallaşdıra bilməmişik. Amma bu günə qədər böyük yol keçmişik. Ölkədə ictimai ədaləti tam şəkildə təmin etmişik. Amma qarşıda uzun yol var. Bunu görməmək olmaz. Bir gün bu ölkənin bütün sərvətini bir neçə ailə qəsb edirdi. Amma bu gün vəziyyət tam dəyişib. Milli sərvət xalqın ixtiyarındadır. İctimai ədalətə doğru böyük bir hərəkat var. İslam əxlaqına doğru böyük bir hərəkat var. Arabir eşidirik ki, əxlaqla bağlı tənqidi sözlər deyilir. Bəli, əsil İslam əxlaqı ilə bizim aramızda müəyyən fasilə var. Buna şübhə yoxdur. Amma biz çox irəli getmişik. İran xalqı böyük addımlar atıb və bunu görməmək olmaz. Bəziləri düşüncəsizliklə elmi tərəqqini inkar edir. Nə üçün? Axı ölkənin elmi inkişafı təkcə bizim sözümüz deyil. Bunu düşmənlər də etiraf edir. Bunu dünyanın beynəlxalq araşdırma mərkəzləri deyir. Belə bir zamanda bir qrup ortaya çıxıb xalqı kiçiltmək istəyir. Bu səhv yanaşmadır. Ölkədəki böyük inkişafı görməmək olmaz. Həmin inkişafı müqəddəs İslam nizamı təmin edib. Bunu inkar etmək insafsızlıq və yanlışlıqdır. Amma qarşıda uzun yol var və buna şübhə yoxdur. Biz hələ ki, böyük məqsədlərə çatmamışıq. İslamın idealları olduqca yüksəkdir. İlkin İslam dövründə də belə olub. Düşünməyin ki, Peyğəmbər (s) dövründə, xəlifələr dövründə İslamın tələbləri tam təmin olunub. Əsas məsələ hərəkətdə olmaq və irəli getməkdir. Xalqımız hərəkətdədir və irəli gedir. Bu hərəkəti məsuliyyətsiz sözlərlə gözdən salmaq olmaz. Xalqda onun hərəkəti ilə bağlı şübhə yaratmaq olmaz. Xalq

inkişaf edir, böyük işlər görülür. Buna dünya şahiddir. Başqa ölkədən gələnlər inkişafımızı etiraf edir. Onlar İran xalqı haqqında xoş sözlər deyir. Müxaliflər, düşmənlər bu xalqın inkişafını təsdiqləyir. İran xalqı iqtidarı, müqaviməti, istedadı, qazandığı böyük tövfiqə görə alqışlanır. Bu gün xalqımıza lazım olan ittifaq və milli birlikdir. Xalqı parçalamaq, iki dəstəyə bölmək, təfriqə yaradan şüarlar söyləmək düzgün deyil. Bu bizim milli mənafeyimizə ziddir. Bu İran xalqının ideallarına ziddir. İttihad və ittifaq lazımdır. Xalq məsullara kömək etməlidir, dövlətə yardım etməlidir.

Dövlətlər də bilməlidirlər ki, onlara vəzifələrini yerinə yetirməkdə kömək edəcək yeganə qüvvə xalqdır. Xalqa güvənmək lazımdır. Dəfələrlə demişəm ki, gözlərini biganələrə dikməsinlər. Bəli bu gün düşmənlər sanksiyalarla müəyyən problemlər yaradıb. İndi sabah sanksiyaları götürmək üçün bir şərt qoysalar və bu şərt sizin qeyrətinizə sığmasa nə edəcəksiniz? Şərt qoydular ki, İslamdan əl çəkin, müstəqillikdən əl çəkin, elmi inkişafdan əl çəkin, qürur yaradan hərəkətlərdən əl çəkin. Yalnız bu şərtlər daxilində sanksiyaları götürəcəklərini vəd etsələr nə edəcəksiniz? Şəksiz ki, qəbul etməyəcəksiniz. Ölkədə heç bir məsul qəbul etməz ki, hansısa siyasi və qlobal bir prinsipi qurban vermək naminə sanksiyalar götürülsün. Düşmən birbaşa ideallarımıza hücum etmir. Biz geri çəkilsək ona yol açılır və öz çirkin tələblərini açıq ortaya qoyur. Ayıq olmaq lazımdır. Bilməliyik ki, düşmənin təklifləri arxasında nə dayanıb. Heç bir məsul şəxs razı olmaz ki, düşmən qarşısında geri çəkilək. Bizim geri çəkilməyimiz hesabına sanksiyaların götürülməsi milli mənafeyə uyğun deyil. Amma biz sanksiyaları təsirsizləşdirə bilərik. Müqavimət iqtisadiyyatı elə budur. Tutaq ki, düşmən sanksiyaları götürmək üçün elə bir şərt qoyur ki, onu qəbul etmək mümkünsüzdür. Bu halda daxili qüvvələrə güvənməliyik. Dəfələrlə qeyd etmişik ki, ölkənin iqtisadi durumu neftdən asılı olmamalıdır. Görün qısa müddətdə neftin qiyməti necə sürətlə yarıya endirildi. Əgər neftdən asılı olacağıqsa, problem də yaranacaq. Bu barədə fikirləşmək lazımdır. Dövlət məsullarının əsas vəzifəsi budur ki, sanksiyalar götürülməsə belə ölkənin iqtisadiyyatını çiçəkləndirə bilsin. Çıxış yolu budur. Biz ölkənin daxili qüvvələrinə güvənməliyik. Ölkənin daxili potensialından istifadə olunmalıdır. Bu məqsədə aparan yollar var. Mütəxəssislər, peşəkarlar əmindirlər ki, bu qəbil çıxış yolları var. İnsan özünə güvənə bilər. Məsulların, dövlətin vəzifəsi budur. Biganənin əlinə ümid gözü dikilməməlidir. Biganə bir gün sanksiya istəyəcək və siz nə qədər geri çəkilsəniz, o irəli gələcək. Bu imperializmin xislətindədir, siz geri çəkildikcə o üstünüzə yeriyəcək.

Əsas məsələ budur ki, düşmənin planını zərərsizləşdirəsi işlər görülsün. Elə bir iş görək ki, sanksiyalar təsirsiz olsun. Bizi bu məqsədə çatdıracaq yollar var. Bəzi addımlar atılıb və müsbət nəticəsi də var. Düşmənin əlindən sanksiya silahını almaq olar. Amma gözümüz düşmənin əlində olsa onlar deyəcəklər ki, nə qədər ki, tələblər yerinə yetirilməyib, sanksiyalar qüvvədə qalır. Amerikalılar həyasızlıqla deyirlər ki, İran nüvə proqramında geri çəkilsə belə sanksiyalar tam şəkildə ləğv olunmayacaq. Bunu açıq deyirlər. Aydın olur ki, belə düşmənə etibar etmək olmaz. Mən müzakirələrə müxalif deyiləm. Qoy müzakirələr getsin. Mənim etiqadım budur ki, ümidimizi xəyali yox, həqiqi nöqtəyə bağlamalıyıq. Həmd olsun Allaha ki, ölkənin məsulları məşğuldurlar, çalışırlar. Mən də düşünürəm ki, bütün qrumlar dövlətə kömək etməlidir. Çünki iş çətindir. Dövlət də ehtiyatlı olmalıdır ki, xalq parçalanmasın. Ehtiyac olmayan sözləri danışmaq lazım deyil. Xalqımızın birliyi, yüksək himməti, böyük imanından düzgün istifadə olunmalıdır. Belə olsa inşaallah maneələr aradan qalxar. Nəzərinizə çatdırıram ki, bu günlə inqilabın başlanğıcı arasında yerlə göy qədər fərq var. Biz çox inkişaf etmişik. Biz 20 il əvvəllə, 10 il əvvəllə də müqayisədə çox irəlidəyik. Şübhəsiz ki, İran xalqı bu inkişaf yolunu davam etdirəcək. İran xalqı, siz gənclər ilahi tövfiqlə, Allahın lütfü ilə görəcəksiniz ki, təkəbbürlü düşmən qarşınızda boyun əyməyə məcbur olub.

Allahın rəhməti olsun böyük İmama (r). İmam (r) bizim qarşımızda müqavimət, Allaha təvəkkül, bəsirət yolu açdı. Allahın rəhməti olsun əziz şəhidlərə, şəhidlər bu yolda hərəkət etdi. Allahın rəhməti olsun siz əzizlərə, gənclərə, çalışqan insanlara. Siz bu günə qədər bu yolu davam etdirmisiniz.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Yanvar, 2015

Ümumölkə Namaz Toplantısına Müraciət

Namaz toplantısı mübarək, faydalı və xeyir bir toplantıdır

Cənab Rəhbər Ayətullah Xameneinin 23-cü Ümumölkə Namaz Toplantısına Müraciəti

Ötən gün sübh Əhvazda 23-cü Ümumölkə Namaz Toplantısı Ayətullah Xameneinin müraciəti ilə öz işinə başlayıb. Cənab Rəhbərin müraciətini Namazın Bərpası Mərkəzinin rəisi höccətülislam vəlmüslimin Qəraəti oxuyub. Müraciətin mətni:

Bismillahir-Rəhmanir-Rəhim

Uzun illərdir mübarək, ardıcıl təlaş və diqqət qəlbləri və düşüncələri bütün ölkə boyu bu toplantıya, namaz barədə fikirləşməyə sövq edir. Bu misilsiz İslam ayini, din və dindarlığın möhkəm sütunu mövzusunda nöqtələr, xatırlatmalar, xəbərdarlıqlar cəmiyyətə çatdırılır. Bu toplantı siz təşkilatçılar üçün böyük ilahi tövfiq, biz dinləyicilər və tələbələr üçün Allah tərəfindən nemətdir.

Artıq bu dəyərli təlaşın məhsulunu düzgün baxış tərəzisində ölçmək vaxtıdır. Həm namazın bərpası və ona yüngül yanaşmamağa dəvət edilən dinləyicilər, xüsusilə yeniyetmə və gənclərə münasibətdə, həm rəhmani saleh əməl sayılan namazın ruhu və cövhəri olan xüzu və xüşuya münasibətdə, həm bu yolda vəzifəli insanların məsuliyyətinə münasibətdə, eləcə də məscidlərin tikilib-abadlaşdırılmasına münasibətdə, məktəb və universitetlərdə namazın təşkilinə münasibətdə, hava və yerlə səfərlərdə namaza şərait yaradılmasına münasibətdə, audio-video təbliğat vasitələrində sənətkarlıq üsullarından bəhrələnməyə münasibətdə, bu qısa və mənalı ibadətə aid məqalə və kitabların ərsəyə gəlməsinə münasibətdə, məsulların öhdəsinə düşən digər işlərə münasibətdə dəyərləndirmə vaxtıdır.

Namaz toplantısı mübarək, faydalı və xeyir bir toplantıdır. Bu dəyərli işin daha kamil səviyyəyə çatması üçün dəqiq və düşüncəli dəyərləndirməyə, hesablamaya cəhd etmək lazımdır. Nəticələr üzərində işləmək bu tədbirin mühüm hissəsidir.

Allahdan hamınıza, xüsusilə əziz və dəyərli ruhani höccətülislam cənab Qəraətiyə tövfiq diləyirəm.

Seyid Əli Xamenei

9 dey, 1393 (30 dekabr, 2014)



İran İslam Cümhuriyyəti ordusunun hərbi məktəb tələbələrinin 8-ci toplantısında bəyanat

: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə