Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Düşmənlər İslam libası geyib İslamla vuruşur



Yüklə 0,68 Mb.
səhifə18/23
tarix17.09.2017
ölçüsü0,68 Mb.
#568
1   ...   15   16   17   18   19   20   21   22   23

Düşmənlər İslam libası geyib İslamla vuruşur


Problemlərə diqqət yetirməyimiz düşmənin güclü olduğunu, qalib gələcəyini düşünməyimiz üçün deyil...

(08.04.1393)

Qəməri 1435-ci il, mübarək ramazan ayının ilk günü

İmam Xomeyni (r) hüsyniyyəsində

Bismillahir-rəhmanir-rəhim...

Allah-Taalaya şükür edirik ki, ömür verdi, tövfiq verdi, bu il də mübarək ramazan ayını bu nurani məclislə başlaya bildik. Xoşgəldin deyirəm bütün möhtərəm qarilərə, hafizlərə, əziz Quran əhlinə, xüsusilə proqramı icra ednlərə, möhtərəm aparıcıya. İnşaallah hamılıqla dünya və axirətdə Quran əhli kimi səhnəyə gələrsiniz.

Quran əhlinin bu gün ölkədə gördüyü iş mənim fikrimcə strateji və mühüm işdir. Bəli, Quranla ünsiyyət bu kitabı oxuyan, ona mənus insanın maarif dərəcəsini artırır, bu öz yerində. Yəni siz Quran oxuyanların oxuduğundan feyz alması mühüm nailiyyətdir. Amma bu nailiyyətin fövqündə başqa bir nailiyyət də var və onun əhatəsi şenişdir. Bu nailiyyət cəmiyyəti Quranı anlamağa, Quranla ünsiyyətə, Qurana yaxınlaşdırmanızdır. Bu çox mühümdür. Bu gün Quran əhli, qarilər, hafizlər, tərtil edənlər, bu yolda çalışan başqa şəxslər həmin strateji addımı atırlar və bu çox əhəmiyyətlidir. Onun qədrini bilmək lazımdır.

Həqiqətən də bu neçə ildə Quran cəmiyyəti çox inkişaf edib, Allaha həmd olsun. Biz ildə bir dəfə belə toplanmağı neçə illərdir davam etdiririk. Mən Quranla ünsiyyətin, xalq arasında, gənclərimiz arasında Quran tilavətinin inkişafını görürəm. Buna görə şükür etməyin yeri var.

Amma bizimlə lazım olan səviyyə arasında məsafə böyükdür. Bu o demək deyil ki, bizim qarinin səviyyəsi lazım olan səviyyədən aşağıdır. Bunu nəzərdə tutmuram. Tilavət, tərtil, səs, üsul, mənadan agahlıq baxımından məqbul, dinləyici üçün mənaları canlandıran qarilərimiz var. Bu cəhətlərdən xeyli inkişaf var. Amma cəmiyyətin ümumi səviyyəsi lazım olan həddə deyil, fərq böyükdür. Ölkəmizdə, cəmiyyətimizdə elə bir yol seçilməlidir ki, bütün xalq Quranla ünsiyyətdə olsun, mənaları anlasın, Qurana müraciət edilsin. Xülasə şəkildə də olsa Quran mənalarını dərk etsinlər. Həmin səviyyəyə çatmalıyıq. Ərəbdilli ölkələrdə bu mərhələni daha asan keçirlər. Ölkəmiz ərəbdilli olmadığından bu mərhəyə çətinliklə çatırıq. Amma dəfələrlə demişəm ki, xoşbəxtlikdən Quranın söz və ifadələri bizə tanışdır. Mənaları anlamaq xalqımız üçün çətin deyil. Bir qədər ünsiyyət, təkrarla cəmiyyəti arzu olunan səviyyəyə çatdırmaq olar, İnşaallah.

Siz əzizlər diqqətli olun ki, İslam dövləti və İslam cəmiyyəti Quranla artan ünsiyyət sayəsində daxilən möhkəmlənir. Daxili möhkəmlik sayəsində cəmiyyətlər seçdiyi yolda seçdiyi məqsədlərə doğru gedir, problemlərlə üzləşmək gücü qazanır. Daxilən möhkəm olmaq lazımdır. Bu daxili möhkəmlik Quranla ünsiyyət sayəsində əldə olunur. Quranla ünsiyyət imanı gücləndirir, Allaha təvəkkülü artırır, Allah vədinə etimadı qüvvətləndirir, maddi problemlərdən qorxunu azaldır, insana ruhən güc verir, özünəinam yaradır, Allaha yaxınlaşmaq yolları işıqlanır. Quranla ünsiyyətin yuxarıda nəzərdə tutduğum sahədə faydaları bu idi.

Quran mərifət kitabıdır, nur kitabıdır. Əmirəlmöminin (ə) Nəhcül-bəlağədə buyurur: “Quranla əyləşən insanın, Allahla əyləşmək sayılan bu ünsiyyət sayəsində ya hidayəti artar, ya ya korluğu azalar.” Demək, Quranla ünsiyyətdə nəsə artır, nəsə azalır. Doğru yol göstərişi artıq, azğınlıq azalır. İnsanın agahlığı artır. Quranla oturub-durmaq belədir. Əlbəttə, bu o zaman olur ki, ayələr barədə düşüncə olsun, Quranı diqqətlə oxumaq lazımdır. Bilin ki, məqsəd yalnız səs deyil. Quranı onun məna və məqsədlərinə diqqətlə oxumaq lazımdır. Əgər bu şərtlər ödənsə, İslam Cəmiyyəti öz yolunu tapacaq. Bəqərə surəsində buyurulduğu kimi, Allah insanı xürafat, azğınlıq, qorxu, vahimə zülmətindən nura çıxarar. Hidayət, mərifət, Allaha yaxınlaşma, Allahla ünsiyyət nuru! Bu xüsusiyyətlər Quranla əyləşmək, ünsiyyət sayəsində yaranar. Biz buna ehtiyaclıyıq. İslam ümməti hazırda buna ehtiyaclıdır.

İslam cəmiyyəti bu gün ciddi problemlərlə üzləşib. Dəfələrlə demişəm ki, problemlərə diqqət yetirməyimiz düşmənin güclü olduğunu, qalib gələcəyini düşünməyimiz üçün deyil. Problemlərlə üzləşmək tarixi hərəkət yolunda İnşaallah bir pillə qalxmaq, irəli bir addım atmaq üçün fürsətdir. Biz İslam İnqilabının qələbəsindən, İslam Oyanışından qabaq müsəlman dünyasında bir durğunluq, qəflət görürdük. Bu gün İslam dünyası agah durumdadır. İslam dünyasında qarşıya çıxan hadisələr bizi məlumatlandırır, oyadır, işıqlandırır, vəzifələrimizi aydınlaşdırır. İslam düşmənləri möminlərin, İslam ümmətinin bu bəsirətindən qorxur. Bu bəsirəti hər gün gücləndirməliyik. Əvvəlcə problemləri öyrənməliyik.

İslam dünyasında diqqəti çəkən budur ki, düşmənlər İslam adı altında, İslam libasında İslamla vuruşur. Böyük İmam (r) buyurduğu kimi, Amerika İslamı həqiqi Məhəmməd İslamı ilə vuruşur. Amerika İslamı imperializmə, sionizmə sərf edən İslamdır. Zahirən İslam kimi görünən, adı İslam olan, İslam mərasimləri keçirən bu cəbhə Amerikanın mənafelərinə xidmət edir. Bizə çatan məlumata görən İslam adı ilə, təəsübü ilə İraqda və başqa yerlərdə səhnəyə gələn bu adamlar şəriət hökmlərinə də bağlı deyillər, hətta dini vəzifələrini yerinə yetirmirlər – bunlar eşitdiklərimizdir. Dəqiq məlumat budur ki, onlar 180 dərəcə İslama müxalif hərəkət edirlər. İslama görə mömin insan düşmənlə yoldaşlıqdan, din düşmənlərinin hakimiyyəti, imperialistlərin hökmünə itaətdən uzaq olmalıdır. Nisa surəsində buyurulur ki, iman gətirənlər Allah yolunda, kafir olanlar isə şeytan yolunda vuruşurlar; o halda şeytanın dostlarıyla vuruşun - şübhəsiz ki, şeytanın hiyləsi zəifdir! İnsan düşmənin məxfi əllərini görə bilər. İnanmaq lazımdır ki, İslama düşmən kəşfiyyat orqanlarının xəbis əli birbaşa ya dolayısı ilə müsəlmanlara qarşı təxribat və fitnələrdə işləyir. Sənələri fırladan onlardır. Nişanələri də aşkardır. İslam ümməti Quran maarifi ilə tanış olsa, belə hadisələr az baş verər. Qəlblərin Allaha bağlı olması xəyanətə mane olur. Ümid edirik ki, bu məqsədə çatacağıq.

Siz Quran əhli olan gənclər, ömrünü, gəncliyini, enerjisini Quran yolunda xərcləyənlər Allaha şükr etməlisiniz. Allahın yeniyetmə və gəncləri Qurana sövq etməsi böyük tövfiq, yardımdır. Onların Quranla ünsiyyəti, Quran yolunu seçməsi uğurdur. Qədimdə belə olmayıb. Qədimdə yeniyetmə və gənclər arasında Quranla ünsiyyət belə güclü deyildi. Allaha həmd olsun ki, bu gün yeniyetmə və gənlər arasında Quran yayılır. Bu işdə sizin zəhmətiniz var. Bunun qədrini bilin. Quran sahəsində fəaliyyət göstərənlər çalışsınlar ki, dini hökmlərə bağlılıq cəhətindən öndə olduqlarını göstərsinlər. Belə etsələr Quran onların əməllərinə öz təsirini göstərər. Cəmiyyətdəki rəftarlarda, seyr-sülukda, batində və zahirdə İslam göstərişlərinə əməl etsinlər. Ənfal surəsində buyurulur ki, möminlər Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyən, Allahın ayələri oxunduğu zaman həmin ayələrin təsirindən imanlarını daha da artan kəslərdir. Siz bu gün öz zahir və batininizlə yeiyetmə və gənclərə nümunə ola bilərsiniz. Çalışın sizdən öyrəndikləri onları Allaha yaxınlaşdırsın.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizə Quranla həyat, dirilik ver. Bizi Qurana yoldaş buyur. Bizi Quran yolunda dirilt, Quran yolunda öldür. Bizi Quranla tanıtdır. Quranı bizdən razı qərar ver. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir, bu məclis, bu proqramlar, bu tilavətləri böyük İmam (r) və şəhidlərin pak ruhuna bu günün hədiyyəsi qərar ver. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir! Bizi İslam, Quran yolunda, şəhidlər və mücaahidlərin yolunda sabitqədəm buyur.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh...

Oktyabr, 2014

Allah Evi – Beytullah ziyarətçilərinə müraciət


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə