Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


İslam ümməti bəsirət və dərin düşüncə ilə öz cari vəzifə və məsuliyyətlərinə əməl etməlidir



Yüklə 0,68 Mb.
səhifə19/23
tarix17.09.2017
ölçüsü0,68 Mb.
#568
1   ...   15   16   17   18   19   20   21   22   23

İslam ümməti bəsirət və dərin düşüncə ilə öz cari vəzifə və məsuliyyətlərinə əməl etməlidir...


Cənab Rəhbər Ayətullah Xamenei Allah Evi (Kəbə) ziyarətçilərinə ünvanladığı müraciətdə İslam Dünyasının problemlərinə diqqəti, İslam ümmətinin mühüm məsələlərinə dərindən və əhatəli nəzər salınmasını həcc zəvvarlarının prioritet vəzifə və qaydalarından sayaraq vurğulayıb: Müsəlmanların ittifaqı, Fələstin problemi, həqiqi Məhəmməd İslamı ilə Amerika İslamının fərqlərinə ayıq baxış İslam Dünyasının ilk üç prinsipidir. İslam ümməti bəsirət və dərin düşüncə ilə bu mövzulara münasibətdə öz cari vəzifə və məsuliyyətlərinə əməl etməlidir...

Bu müraciətin tam mətni bu gün cübh (şəmsi 1393, 11 mehr, cümə) Vəliyyi-Fəqihin nümayəndəsi və İran hacılarının məsuli höccətülislam Qazi Əsgər tərəfindən Müşriklərə Nifrət (Bəraət əz müşrikin) Günü Ərəfat səhrasında oxunmuşdur.

***

Müraciətin tam mətni



Bismillahir-rəhmanir-rəhim...

Siz xoşbəxt insanları sevgi və hörmətlə salamlayıram. O xoşbəxt insanlar ki, Quran dəvətinə LƏBBƏYK deyib və Allah qonaqlığına tələsib. İlk sözüm budur ki, bu böyük nemətin qədrini bilin. Bu misilsiz əməlin fərdi, ictimai, ruhani, beynəlxalq yönləri barədə düşünməklə onun məqsədlərinə yaxınlaşmaq üçün təlaş göstərin. Bu işdə rəhim və qədir dəvət sahibindən yardım diləyin. Mən qəlb və dildə sizə qoşularaq qəfur və mənnan Rəbdən diləyirəm ki, sizə olan nemətini kamala çatdırsın, həcc səfəri tövfiqi əta edibsə, kamil həcc yerinə yetirmək tövfiqindən də bəhrələndirsin. Həccinizi kərəmi ilə qəbul edib sizi əlidolu, kamil qurtuluşla yurdunuza döndərsin, İnsaallah.

Bu dəyərli və misilsiz mərasimin qənimət sayılan fürsətində həccin üstün və köklü qazancı olan mənəvi və ruhi paklanmadan əlavə İslam Dünyasının problemlərinə diqqət, İslam ümmətinin mühüm məsələlərinə dərindən və əhatəli nəzər salınması həcc zəvvarlarının İslam ümmtinə aid prioritet vəzifə və qaydalarındandır.

Mühüm və önəmli olan bu mövzular sırasında hazırda müsəlmanların ittifaqı, ümməti parçalayan düyünlərin açılması kimi vəzifələr var. Həcc vəhdət məhzəri, bölünməzlik, qardaşlıq və qarşılıqlı yardım ocağıdır. Həcdə hamı müştərək nöqtələr üzərində təmərküzləşməyi, ixtilaflardan uazqlaşmağı öyrənməlidir. İmperializm siyasətinin çirkin əlləri qədimdən öz azğın məqsədinə çatmaq üçün təfriqə salmağı əsas işi sayıb. Amma bu gün İslam Oyanışı hadisəsinin bərəkəti ilə müsəlmanlar imperializm və sionizm cəbhəsinin düşmənçiliyini tanıyıb və bu düşmənçiləyə qarşı mövqe tutub. Müsəlmanlar arasında təfriqə salmaq siyasətləri daha da şiddətləndirilib. Hiyləgər düşmən bu fikirdədir ki, müsəlmanlar arasında daxili müharibələri qızışdırmaqla onlardakı müqavimət və mücahidə ruhiyyəsini yolundan çıxarsın, diqqəti həqiqi düşmən olan sionist rejim və imperializm muzdurlarından yayındırsın. Təkfirçi terror qruplaşmaları və bu qisim qüvvələrin qərbi Asiya məntəqəsində işə salınması bu qəddar siyasətlərin tərkib hissəsidir. Bu hamımıza xəbərdarlıqdır və müsəlmanların birliyi məsələsini öz ilk milli və beynəlmiləl vəzifəmiz saymalıyıq.

Digər mühüm məsələ Fələstin məsələsidir. Qəsbkar sionist rejimin yaradılmasından 65 il ötüb və bu mühüm, həssas problemdə müxtəlif eniş-yoxuşlar yaşanıb. Xüsusilə son illərdəki qanlı hadisələr iki həqiqəti aşkar ortaya qoyub. Birincisi budur ki, sionist rejim və onun cinayətkar hamiləri amansızlıq, insani və əxlaqi dəyələrin tapdanmasında heç bir hədd-hüdud tanımırlar. Qətliam, soyqırım, dağıdıcılıq, uşaq və qadınların qətli, əllərindən gələn hər zülmü özlərinə mübah (mümkün) sayırlar və bununla iftixar edirlər. Qəzzədə son 50 günlük müharibədəki üzücü səhnələr bu tarixi cinayətlərin son nümunəsidir. Əlbəttə ki, son yarım əsrdə bu cinayətlər dəfələrlə təkrarlanıb.

İkinci həqiqət budur ki, işğalçı rejim başçları bu amansızlıq və cinayətlərlə öz məqsədlərinə çata bilməyiblər. Əksinə, xəbis sionist siyasətbazların başındakı puç xülyalar onların axmaq arzularının ziddinə olaraq, hər gün məhvə yaxınlaşıb. Mühasirədə, köməksiz qalmış Qəzzənin 50 gündə, bütün vücudu ilə hərbini ortaya qoymuş işğalçı rejimi geriyə oturtması, sionistlərin müqavimətin şərtlərinə təslim olması azğın rejimin gücsüzlük və bünövrəsizliyini aşkarladı. Bu o deməkdir ki, Fələstin xalqı həmişə ümidvar olmalıdır. Həmas və Cihad mübarizləri öz qüvvələrini artırmalıdır. Qərb Sahili öz həmişəki iftixarlı yolunda möhkəmlənməlidir. Müsəlmanlar öz dövlətlərindən Fələstinin müdafiəsini ciddi şəkildə tələb etməlidirlər. Müsəlman dövlətlər bu yolda sədaqətlə addım atmalıdır.

Üçüncü əsas prinsip həqiqi Məhəmməd İslamı ilə Amerika İslamının fərlərinə ayıq baxmaq, bu iki cəbhənu səhv salmaqdan həzər qılmaqdır. İlk dəfə böyük İmam Xomeyni (r) bu iki cəbhəni fərqləndirməyə cəhd etdi. Bu məsələni İslam dünyasının siyasi terminologiyasına daxil etdi. Həqiqi İslam səmimiyyət və mənəviyyat, təqva, demokratiyaya sadiq, "kafirlərlə sərt, ümmətlə mehriban olmaq" şüarı verən İslamdır. Amerika İslamı isə ümmət düşmənlərinin nökərlərinə İslam libası geyindirməkdir. Müsəlmanlar arasında təfriqə alovu qızışdırmaq, Allah vədlərini qoyub Allah düşmənlərinin vədlərinə bel bağlamaq, sionizm əvəzinə müsəlman qardaşla döyüşmək, öz millətinə qarşı Amerika ilə müttəfiqlik etmək İslam deyil. Belə İslam hər bir sədaqətli müsəlmanın mübarizə aparmalı olduğu təhlükəli nifaqdır.

Bəsirət və dərin düşüncə ilə baxış bu həqiqəti və mühüm məsləni bütün həqiqət sorağında olanlar üçün işıqlandırar, günün vəzifəsini dəqiq müəyyənləşdirər. Həcc, bu mərasim, onun şüarları bəsirət qazanmaq üçün qiymətli fürsətdir. Ümid edirəm ki, siz xoşbəxt həcc zəvvarları bu ilahi nemətdən lazımınca bəhrələnəcəksiniz. Hamınızı böyük Allaha tapşırıram. Tələşlarınız qəbulunu Allahdan diləyirəm.

Vəssəlamu ələykum və rəhmətullah

Seyid Əli Xamenei

Qəməri 1435, 5 zilhiccə

Xibrə Məclisi üzvləri ilə görüşdə çıxış

Ümid edirik ki, Allah öz lütfünü bu xalqdan geri almayacaq!


Cümə axşamı günü Cənab Rəhbər Ayətullah Xamenei Xibrə Məclisinin üzvləri ilə görüşüb. Cənab Rəhbərin görüşdəki çıxışının tam mətni:

Bismillahir-Rəhmanir-Rəhim

Əlhəmdulillahi rəbbil aləmin vəssəlatu vəssəlamu əla səyyidəna muhəmmədin və alihit-tahirin

Bütün əziz qardaşlara, millətin böyük alimləri, etibarlı şəxsləri və xibrə insanlara xoşgəldin deyirəm. Bu məclisdə cənab Məhdəvinin yeri görünür. Təəssüf edirik ki, bu gözəl insan və böyük şəxsiyyət 3 aydır ağır xəstəlikdən əziyyət çəkir. Yerinə düşər ki, əziz qardaşlar, möhtərəm cənablar cənab Məhdəvinin Allahdan şəfa tapması üçün bir mübarək “Həmd” surəsi oxusunlar. (Məclisdəkilər Həmd surəsi oxuyur) Əllahumməşfihi bişifaikə və davihi bidəvaikə və afihi bi afiyətikə bi həqqi muhəmmədin və ali muhəmməd. Bu arada dünyanı tərk etmiş qardaşlarımızı yada salır, onlar üçün bağışlanma diləyirik. Mərhum cənab Məhəmmədi Gilani, mərhum cənab Zərəndi, mərhum Mamusta Müctəhidi, nəhayət mərhum cənab Cəbbari Allahın rəhmətinə qovuşdu.

Zilqədə ayıdır. Mərhum Hacı Mirza Cavad Ağa Məliki buyururdu ki, zilqədə ayı tövbə, Allaha doğru hərəkət, özünənəzarət ayıdır. Məbada öz əməlimizlə Allah və onun rəsuluna qarşı müharibəyə qalxmış olaq. Mərhum alim buyururdu ki, Allah düşmənləri ilə savaşın dayandırıldığı bu ayda ehtiyatlı olaq, Allahla müharibə sayılası bir addım atmayaq. Mərhum Məliki zilqədə ayının yekşənbə gününə aid məşhur əməli yada salır və çox tövsiyə edir ki, bu əməl yerinə yetirilsin. (Bu əməl Əl-Müraqibat kitabında şərh olunmuş 4 rəkət namazdır)

Mərhum Hacı Mirza Əli Ağa Qazi zilqədə ayı daxil olan zaman dostlarına, müridlərinə, şagirdlərinə bir məktub yazıb. Mərhum Qazinin ərəbcə bir şeri orada yer alıb. Mərhum Ağa Təbatəbainin nəzərincə mərhum Qazi müvəffəq bir şair olub. Cənab Qazinin qəsidəsi olduqca gözəldir. Qəsidədə şagirdlərə tövsiyələr verilir. Bizim üçün də, xalq üçün də ardıcıl 3 haram ayda bərəkət var. İnşaallah bu aylardan bəhrələnərik. Əlbəttə ki, zilqədə ayı həm də İmam Rizanın (ə) ayıdır. Həzrət xüsusi ilə biz iranlılar üçün nemət çeşməsidir. İnşaallah onun pak hərəmindən bəhrələnərik, özümüzü Rəzəvi dəyərlərinə yaxınlaşdırarıq.

Dünya və məmləkətimizin aktual məsələləri arasında bir nöqtə üzərində dayanmaq istəyirəm. Biz dünya, region və ölkəmizə aid məsələlərə kompleks yanaşmalıyıq. Belə bir yanaşma bizə bəsirət verir. Nəticədə hazırkı durumda öz mövqeyimizi, yerimizi görə bilirik, vəziyyətimizi dəyərləndiririk. Bu yanaşma sayəsində gələcəkdə nə iş görəcəyimiz aydın olur.

Bütün dünya və məntəqəyə kompleks baxışda bir nöqtə aydın olur ki, dünyaya hakim baxış dəyişməkdədir. Biz bunu anlayır, müşahidə edirik. Birinci dünya müharibəsindən sonra dünyada və məntəqəmizdə yeni nizam yarandı. Hakim güclər cana gəldi, dünyada liderliyi ələ aldı. İkinci dünya müharibəsindən 70 il ötüb. Hazırkı nizam, dünyaya müdiriyyət xüsusi bir şəkildədir. Dünyaya sosializm və liberalizm üsulları hakim olub. Hər iki nizam Qərbə məxsusdur. Ötən 70 ildə Asiya, Afrika, Latın Amerikası, dünyanın müxtəlif məntəqələri onların iradəsinə tabe olub. Aydın görürük ki, bu nizam dəyişməkdədir. Mən xülasə şəkildə bu dəyişikliyin səbəbləri və əlamətləri barədə danışacağam.

Əgər dünya dəyişirsə, yeni sistemin bünövrəsi qoyulursa, təbii olaraq bizim mühüm vəzifələrimiz var. Yeni nizamda İslamın, İslam Cümhuriyyətinin, məmləkətimizin yeri necə olacaq? Bu barədə fikirləşməli, proqnozlar verməli, irəlini görüb hərəkət etməliyik. Qeyd etdiyim ötən 70 ildə dünyaya hakim nizamın iki dayağı olub: İdeoloji və dəyər dayağı, praktiki, hərbi-siyasi dayaq. Hər iki dayaq silkələnib, problem yaşayır. Əxlaqi və ideoloji dayaq bundan ibarət olub ki, Qərb öz düşüncə və dəyərlərini üstün sayıb, Qərb və ABŞ özünü başqa xalqların fövqündə görüb. Onların şüarlarının elmi və texnoloji tərəqqiyə heç bir aidiyyatı yoxdur. Azadlıq, demokratiya, insan haqları, xalqların himayəsi kimi aldadıcı şüarlar irəli sürüblər. Bu yolla öz sistemlərinin başqa sistemlərdən, başqa düşüncələrdən, xüsusilə İslamdan üstün olmasını göstərməyə çalışıblar. Bu işdə uğur qazanıblar. İslam dünyasında ayrı-ayrı şəxslər, qruplar, siyasilər və dövlətlər Qərb dəyərlərini üstün sayıblar. Bu gün də cəmiyyətimizdə həmin fikirdə olanlar var.

İkinci dayaq Qərbin dünya üzərində hakimiyyət dayağıdır. Onların dəyərlərinə tabe olmayan, baş əyməyənlər siyasi və hərbi hücumlara məruz qalır. Onları qəbul etməyənləri ikinci vasitə ilə sıxışdırırlar ki, onlarla həmkarlığı məcbur qalsınlar.

Biz bunu dünyada və ölkəmizdə müşahidə etdik. Qərb təbliğat maşını günbəgün fəallaşdı, modernləşdi, imkanlarını gücləndirdi. Onlar iki amili, dəyərlərini və güclərini millətlərin başına qaxınc etdilər. Alimləri, ziyalıları, tədricən xalq kütlələrini inandırmağa müvəffəq oldular.

Bu gün isə hər iki amil böhran yaşayır. Həm dəyərlər, həm hərbi-siyasi dayaqlar silkələnir. Qərbin dünyaya hakimiyyətini təmin edən bu iki silah hazırda zəifləmişdir. İslam və digər dəyərlərdən üstün göstərilən Qərb dəyərlərinin böhran yaşamasının səbəbləri var. Mən bəzi amilləri yada salıram. Qərb dəyərlərinin zəifləməsinin amillərindən biri əxlaq və mənəviyyatda yaşadıqları böhrandır. Xalq kütlələri, xüsusi ilə gənclər arasında həyatın mənasızlaşması, ruhi tarazlığın pozulması bariz nişanədir. Qərbdə ailə institutu dağılır. On illər öncə feminizm hərəkatını işə saldılar. Bu gün mütəfəkkirlər və ziyalılar başa düşüb ki, feminizm qadın üçün bir tələ olub. Bu hərəkat qadınlar üçün yeni problemlər yaradıb.

Çirkin işlər dəyər kimi göstərilir. Məsələn, homoseksualizm, həmcinsbazlıq Qərbdə dəyər sayılmağa başlayıb. Biri buna qarşı çıxırsa, dəyərlərə qarşı çıxmış olur!!

Əgər bir dövlət rəsmisi, prezident, tanınmış şəxs homoseksualizmə müxalif olduğunu dilə gətirsə öz karyerasını korlamış olur. Bəli, Qərbin əxlaqi atmosferi bu vəziyyətdədir. Təbii ki, bu cərəyan hansısa nöqtədə dayanmayıb, daha böyük çirkinliklərə doğru hərəkətdədir. Neçə illər, 10-15 il öncə Qərb mütəfəkkirləri, ürəyiyanan ziyalılar bu günü görür və xəbərdarlıq edirdi. Amma faydası olmadı. Bir quruluş, nizam əxlaqda belə uçuruma getsə onun qarşısını almaq mümkün deyil və məhvə məhkumdur. Qərbdə dəyər böhranının bir amili bu idi.

İkinci amil dinə meyldir. Əslində bu birinci amilə qarşı reaksiyadır. Müxtəlif Qərb ölkələrində xalqlar dinə maraq göstərir, İslama xüsusi bir maraqla yanaşırlar. Qərbdə İslama maraq, Quranı dərk etmək istəyi günbəgün güclənir. Bunu dövlət rəsmiləri yaxşı başa düşür. Qərbdə əxlaqi böhran yaradan başqa mühüm amil budur.

Üçüncü amil əməli addımların şüarlara zidd olmasıdır. Qərb dövlətləri azadlıq, demokratiya, insan haqlarından dəm vurur, əməldə açıq-aşkar həmin şüarları ayaq altına alırlar. Qərb dövlətlərinin müstəqil dövlətlərə qarşı çevriliş planları göz qabağındadır. Bəzi məlumatlara əsasən ABŞ ikinci dünya müharibəsindən sonra 50 dövlətdə çevrilişə cəhd edib. 50 dövlətə qarşı müxtəlif şəkildə hücumlar olub. Onlarla xalq hərəkatına qarşı çıxıblar. Bütün bunlar ABŞ və müttəfiqlərinin ayağına yazılıb. Atom bombasından istifadə bir nümunədir. Hamıdan çox azadlıq və insan haqlarından danışan Amerika atom bombasından istifadə etmiş yeganə dövlətdir. Bu cinayət zamanı Yaponiyada 200 min insan həlak olub. Daha çox sayda insan müxtəlif şəkillərdə bu hadisədən zərər çəkib. Quantanamo və Əbu-Ğureyb həbsxanaları böyük cinayətlərdən danışır. Avropa ölkələrində yaradılmış gizli həbsxanalarda heç bir mühakiməsiz insanlara işgəncə verilməsi indi də davam edir və hamı bunu görür. Qərbdə dəyər sisteminin yaşadığı böhranın üçüncü səbəbi budur.

Dördüncü amil zora, gücə arxalanmaqdır. Qərbin zorakı hərəkətlərindən biri sanksiyalardır. Dünya şahid oldu ki, Qərb bir ölkə, bir xalqla problem yaşayanda, öz puç mədəniyyətini qəbul etdirə bilməyəndə zora əl atır, qoşun çəkir. Bəzən də terror qrupları yaradır, bu cinayətdən çəkinmirlər. Biz öz dövrümüzdə buna şahid olmuşuq. Bu hadisələr dünya xalqlarının gözü qarşısında baş verir. Müxtəlif ölkələrə, o cümlədən İraqa, Əfqanıstana hücum etdilər, müxtəlif şəkillərdə Pakistan və başqa ölkələrə qarşı zorakılığa əl atdılar. Qərbdə dəyər sisteminin bir problemi də budur.

5-ci amil Əl-Qaidə, İŞİD və bu qəbildən cərəyanlar yaratmaqdır. İndi iddia edirlər ki, bu qruplarla heç bir əlaqələri yoxdur. Amma həqiqəti hamı görür. Mən ABŞ-ın tanınmış məsullarından birinin sözünü dilə gətirdim. Həmin şəxs bu həqiqəti inkar etdi. Onlar etiraf edirlər ki, bu cərəyanları özləri yaradıblar. Etiraf etməsələr də şahidimiz var, buna əminik. Bu gün bir şəxsin adını çəkmək olar. Mərhum Şeyx Səid Şəban sünnə əhlinin tanınmış alimlərindən idi. Müharibə gedirdi. Mənə dedi ki, sizə şərqdən hücumla bağlı məlumat var. Dedim ki, bizim şərqimiz Əfqanıstandır. Dedi, bəli, Əfqanıstanı nəzərdə tuturam. Həmin vaxt Taliban, Əl-Qaidə kimi adlar səhnəyə gəlməmişdi. Şeyx Səid Şəbanın müxtəlif siyasi dairələr, sünnə əhli alimləri ilə sıx rabitəsi vardı. Çox möhtərəm bir insan idi. Dedi ki, bu barədə sizi məlumatlandırmağı özümə vəzifə bildim. Çox keçmədi ki, onun dediyi kimi müəyyən hadisələr baş verdi. Şübhə etmirik ki, bu cərəyanları, dəstələri Qərb və onun regiondakı əlaltıları yaradıb. Özləri birbaşa səhnəyə çıxmaya da bilər. Amma bu hal da baş verib. Xatırlayıram ki, Amerika mətbuatında Talibanın xeyrinə yazılar gedirdi. Açıq deməsələr də, son qənaət Talibanın xeyrinə olurdu. Bəli, bu amillər Qərb sisteminə çox ciddi bir problem yaradıb. Artıq kimsə qəbul etmir ki, Qərb və müttəfiqləri insan haqlarının, insani dəyərlərin müdafiəçisidir. 200 il əvvəl Amerikanın istiqlal bəyannaməsində yazılanlar bütünlüklə ayaq altına alınıb.

Qeyd etdim ki, ikinci dayaq hərbi-siyasi iqtidardır. Bu sahədə də böhran yaşayırlar. Onlara hərbi və siyasi sahədə ən böyük problem İran İslam Cümhuriyyətinin yaradılması oldu. Tam şəkildə Amerikanın nüfuzu altında olan məntəqədə elə bir inqilab baş qaldırdı ki, onların böyük zəhmətlər bahasına ərsəyə gətirdiyi nizam süquta uğradı. İslam nizamı müxtəlif hücumlar, siyasi, iqtisadi, hərbi və başqa həmlələrlə məhv olası deyil. Bu nizam hər gün güclənir. İran İslam Cümhuriyyəti sözün həqiqi mənasında iqtidar sahibidir. Əlbəttə ki, İslam nizamı həm iqtidarlı, həm də məzlumdur. İqtidar məzlumiyyətə zidd deyil. Necə ki, Əmirəlmöminin (ə) yer üzündə iqtidarlı hakim olmaqla yanaşı ən məzlum şəxs idi. İslam Cümhuriyyəti də belədir. Bugünki məzlumiyyətimiz gücsüzlüyümüz kimi başa düşülməməlidir. Bunu düşmən də bilir, etiraf edir.

İslam Cümhuriyyətinə qəbul etdirilmiş 8 illik müharibədə İran xalqının fədakarlığı çox mühüm hadisədir. Bu hadisə göstərdi ki, dünyaya hakim güclər bu xalqın müqavimətini qırmaqda acizdir. Bu nizam öz varlığını təsbit etmiş nizamdır. Sonrakı hadisələri yada salaq. Fələstin hadisələri, Livan hadisələri, 33 günlük müharibə, 22 günlük müharibə, 8 günlük Qəzzə müharibəsi, 50 günlük Qəzzə müharibəsi qeyri adi hadisələr idi. Məhdud gücə malik kiçik bir məntəqə Qərbin regiondakı güc təcəssümü olan sionist rejimi dizə çökürdü. İşğalçı İsrail atəşkəs istədi, Fələstin müqaviməti qəbul etmədi. Nə qədər israr etsələr də, Fələstin yox dedi. Atəşkəsin qəbulu üçün şərtlər qoydular. Şərtlər qəbul olunana qədər dayanmadılar. Bu çox mühüm və təhlil olunası hadisədir. Aydın oldu ki, Qərbin hərbi-siyasi üstünlüyü böhran yaşayır. Bu gün Qərbdə nüfuzlu şəxsiyyətlər deyir ki, artıq müharibə Qərb üçün mötəbər və sərfəli seçim deyil. Bu gün xüsusi ilə ABŞ-da siyasilər, eləcə də onların Qərb müttəfiqləri müharibəni çıxış yolu saymırlar. Bəli, Qərbin hərbi-siyasi iqtidarı uğursuzluğa düçar olub. Digər tərəfdən, Asiya və Şərqdə Çin, Hindistan kimi güclər meydana çıxıb. Regionun, dünyanın durumu belədir. Artıq keçmiş üsul-idarə və Qərbin dünya üzərində hakimiyyəti əvvəlki formada davam edə bilməz. Yeni bir nizam yaranır. Amma hələ ki, formalaşmayıb.

Bu vəziyyətdə nə etməliyik? Düşünürük ki, iki mühüm nöqtə var. Biri budur ki, baş verən hadisələr yanlış təhlil olunmasın, olduğu kimi təhlil edilsin. Hələ ki, təkcə bizim ölkədə yox, Asiyada, müxtəlif dövlətlərdə elə şəxsiyyətlər və cərəyanlar var ki, reallığı dərk edə bilmirlər. Onlar düşünür ki, yeganə çıxış yolu Qərbə təslim olmaqdır. Adı təslimçilik olsun, ya da rəğbət, istənilən bir halda onların tələbləri qəbul edilməsə təzyiq göstərəcəklər. İqtisadi sanksiyalar, siyasi hücumlar, hərbi müdaxilələr ola bilər. Bəziləri düşünür ki, istər sakitcə, istərsə zorla təslim olmaqdan başqa yol qalmır. Bu yanlış təhlildir. Belə təhlil həm də təhlükəlidir. Ölkəmizdə və ölkəmizdən kənarda belə düşünənlər var. Əslində belə deyil. Qeyd etdiyimiz kimi Qərb öz iki dayağını, həm dəyərlər dayağını, həm də hərbi-siyasi dayağını itirməkdədir. Bunu dərk etməliyik.

İkinci mühüm iş budur ki, yeni nizamda öz rolumuzu ifa etməyə hazırlaşaq. Məmləkəti səhnədə söz üçün hazırlamalıyıq. Bunun yeganə yolu güclənməkdir. Ölkəni gücləndirməliyik. Ölkənin güclənməsi daxili və xarici potensiallarımızın işə salınmasından asılıdır. Bizim imkanlarımız ölkə daxilində məhdudlaşmır. Ölkə xaricində mühüm dayaqlarımız var. Ölkə xaricində çoxsaylı tərəfdarlarımız var. Strateji imtiyazlara malikik. İslam, dil, şiə məzhəbi strateji üstünlüklərimizdir. Bütün bu imkanlardan istifadə etməliyik. Bizim Latın Amerikasında manevr imkanlarımız mövcuddur. Asiyada da ciddi strateji imtiyazlara malikik. Bunlardan istifadə etməliyik, bunlar ölkəni gücləndirir.

Ölkənin güclənməsi üçün 3 mövzu əsas rol oynayır. Biri elm və texnologiya, difəri iqtisadiyyat, üçüncüsü mədəniyyətdir. Bu 3 sahəyə sərmayə yatırılmalıdır. Bu 3 sahə prioritet təşkil edir. Dövlətimiz məsullarımız, nüfuzlu insanlarımız hər 3 sahədə fəallaşmalı, iş görməlidir. Təbii ki, cəmiyyət məsələsi də əhəmiyyətlidir. Bu mövzu üzərində dayananlar haqlıdır. Cəmiyyətin milli iqtidara təsiri böyükdür. Gənc nəslin artımı, ölkənin əhali baxımından böyüklüyü onun iqtidarına təsir göstərir. Mədəniyyət bütün bunlardana arıtq əhəmiyyət kəsb edir. Xalqın etiqad və əqidəsi xüsusi ilə mühümdür. Baxın, bu sahəyə nə qədər sərmayə qoyurlar. Beynəlxalq sərmayəçilər peyk şəbəkələri, internet, mobil rabitələr kimi vasitələrlə xalqın inancını hədəfə alırlar. Çalışırlar ki, cəmiyyəti İslam nizamının, İslam dəyərlərinin əhatə dairəsindən çıxarsınlar. Buna qarşı vaksin var. Etiqad sahəsində həyata keçəsi layihələr çoxdur. Alimlərimiz, mədəniyyət və təbliğat qrumlarımız, sözçülərimiz, tele-radio şirkəti xalqın inancını möhkəmləndirə bilər. Şübhəsiz ki, alimlərin xalqla birbaşa rabitəsi əvəzolunmaz təsirə malikdir. Hətta tele-radio şirkəti alim-xalq rabitəsini kölgədə qoya bilməz.

Ölkədə vəhdət və həmrəylik mühüm məsələdir. Mühüm və haşiyə məsələlərdə fərqli baxışlar ola bilər. Amma bu fərqlilik ölkədəki vəhdət və həmrəyliyə zərbə vurmamalıdır. Mühüm nöqtələrdən biri məsulların hamı tərəfindən himayə olunmasıdır. Onları himayə etmək bir dövlət məsuluna, məhkəmə və ya parlament nümayəndəsinə irad bildirilməsinə zidd deyil. İstənilən bir halda onları himayə etmək lazımdır. Həmd olsun Allaha ki, məsullar çalışırlar. Yeni dövlət bir illik fəaliyyətində çox çalışıb, çox işlər görüb. Buna şahidik, yaxından görürük. Məhkəmə sistemi də beləcə ciddi çalışır. Xatırlayıram ki, bəzən İmamın (r) xidmətinə gəlib hansısa dövlət məsulundan gileylənərdilər. İmam adətən belə cavab verərdilər: “Məmləkəti idarə etmək çətin işdir!” Doğrudan da belədir. Hakimiyyət orqanlarına rəhbərlik asan deyil. Rəhbərin heç bir eybi olmasa da onun nəzarət etdiyi qurumda problemlərin olması mümkündür. Yəni hər şeyə nəzarət etmək, heç nəyi nəzərdən qaçırmamaq asan iş deyil. Kimsə tənqidə müxalif deyil. Proqramların, layihələrin zəif nöqtələri tənqid olunmalıdır. Amma tənqid təxribat, dağıdıcılıq mənasında deyil. Dövlətə, icra orqanlarına kömək etmək hamımızın vəzifəsidir və inşaallah bu vəzifə yerinə yetirilər.

Ümid edirik ki, Allah-Taala Öz lütflərini bu millətdən geri almayacaq. Şübhəsiz ki, məmləkətimizdə mənəviyyata diqqət və bağlılıq təsirsiz deyil. Həqiqətən də, işi dalana dirənən insan Allahı yada salıb onun lütfünə ümid edəndə düyünlər açılır. İnşaallah, bu işimiz davamlı olsun. Dəfələrlə demişəm ki, qarşıdakı üfüqləri, gələcəyi işıqlı görürəm. Bilirəm ki, Allahın yardımı, gücü ilə məmləkətimizin gələcəyi onun kemişindən bütün baxımlardan, həm maddi, həm mənəvi baxımdan üstün olacaq. İnşaallah!

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Sentyabr, 2014

Tələbələrlə görüşdə bəyanat


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə