Aynurə paşayeva



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix11.07.2018
ölçüsü1,03 Mb.
#54796
  1   2   3   4   5   6   7   8   9   ...   30


 
 
 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

 
 
AYNURƏ  PAŞAYEVA 
 
 
 
MƏNİ NƏ VƏDƏ ŞUŞAYA YETİRƏRSƏN? 
(Əbdürrəhim bəy Haqverdiyevin  
«Xortdanın cəhənnəm məktubları» 
povesti haqqında) 
 
 
 
 
 
 
BAKI  – 2012 
 
 
 
 
 
 


Aynurə  Paşayeva 
 
 

Elmi redaktoru:  Təhsin Mütəllimov  
 filologiya üzrə elmlər doktoru, professor 
 
Rəyçi:                Mətanət Həsənova  
 
filologiya üzrə fəlsəfə doktoru, dosent    
 
Aynurə  Paşayeva.    Məni  nə  vədə  Şuşaya  yetirərsən? 
(Əbdürrəhim  bəy  Haqverdiyevin  «Xortdanın  cəhənnəm 
məktubları» povesti haqqında). Bakı, Elm və təhsil, 2012, 
146 s. 
İSBN  – 978-9952-8176-1-4  
 
Elmi ictimaiyyətin diqqətinə təqdim edilən bu monoqrafi-
ya müəllifin magistr dissertasiyasının əsasında yazılmışdır.  
Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundov ədə-
bi  məktəbini  davam  və  inkişaf  etdirən,  yeni  realist  Azər-
baycan  ədəbiyyatının  ən  görkəmli  simalarından  biridir.  Ya-
zıçı  «Xortdanın  cəhənnəm  məktubları»  povestində  həyatda 
görüb  müşahidə  etdiyi  mənfi  tipləri  «cəhənnəm»  adlanan 
məkanda  cəmləşdirərək  ideya  və  mövzu  baxımından  zəngin 
bir  əsər  yaratmışdır.  Kitabın  adı  -  «Məni  nə  vədə  Şuşaya 
yetirərsən?» povestin içərisindən seçilmiş sitatdır. 
P
2012
098
4603000000

N
 qrifli nəşr 
 
 © «Elm və təhsil» nəşriyyatı, 2012 


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

 
ÖN SÖZ
 
 
 
Artıq bu il Azərbaycanın mədəniyyət mərkəzlərin-
dən biri olan Şuşa şəhərinin işğalının iyirmi ili tamam 
olur. İyirmi ildir ki, zəngin tarixi abidələri ilə məşhur 
olan,  dünya  mədəniyyətinə  böyük  simalar  bəxş  edən 
Şuşa hələ də erməni işğalçılarının tapdağı altındadır 
və hələ də Şuşanı sevənlərin, Şuşadan nigaran qalan-
ların  yolunu  gözləyir.  Əsrarəngiz  təbiəti  ilə  ürəklərə 
məlhəm  olan  Şuşa  bir  çox  Azərbaycan  ədiblərinin 
dünyaya  göz  açdığı  məkanı  olub.  Həmin  ədiblərdən 
biri də Əbdürrəhim bəy Haqverdiyevdir (1870-1933).  
Bu  böyük  diapozonlu  sənətkarın  qırx  illik  yara-
dıcılığı  olduqca  mürəkkəb  və  zəngindir.  Onun  sayə-
sində Azərbaycan hekayəsi heyrət ediləsi az bir müd-
dətdə  dünya  standartları  səviyyəsinə  çatdı  və  bəşər 
mədəniyyətini  layiqli  sənət  inciləri  ilə  zənginləşdirdi. 
Ə.  Haqverdiyev  öz  əsərlərində  layla  nəfəsli  folkloru-
muzun  zəngin  təcrübəsi  ilə  yanaşı,  Bakkaçio,  Flober, 
Mopasan, Qoqol və Çexov ənənələrini də yaşatmaqda 
idi.  Onun  yaradıcılığı  Azərbaycan  ədəbiyyatı  tarixin-
də  həm  ideya  cəhətdən,  həm  də  sənətkarlıq  baxımın-
dan silinməz izlər buraxmışdır. 
Müəllifdən 


Aynurə  Paşayeva 
 
 

 
GİRİŞ 
 
Mövzunun aktuallığı:  XIX  əsrin sonu XX  əsrin 
əvvəlləri  Azərbaycanda  ictimai  vəziyyət  o  dərəcədə 
idi ki, xalqın maariflənməsinə daha böyük ehtiyac var 
idi. Çünki həmin dövrdə Qərbdə feodal-patriarxal mü-
nasibətlər  süqut  etdiyi  halda,  Azərbaycanda  bu  cür 
münasibətlər  hələ  də  qalmaqda  idi.  Oxuyub-yazmağı 
bacarmayan  avam  insanlar  içərisindən  çıxan  bəzi  də-
ləduz, ayıq şəxslər həmin insanların bu vəziyyətindən 
istifadə  edib,  min  bir  fırıldaqla  varlanmaq  ehtirasına 
tutulurdular.  Ə.  Haqverdiyev  dövrün  bir  ziyalı  yazı-
çısı  kimi  həmin  fırıldaqçıları,  dələduzları  uyğun  bir 
məkana – cəhənnəmə toplayaraq «mənfi tiplər cəmiy-
yəti»ni  yaratdı  və  açıq-aşkarcasına  onları  ifşa  etməyə 
başladı.  «Xortdanın  cəhənnəm  məktubları»  həmin 
dövrün  mənfi  tiplərini  yaxından  görüb  tanımaq  üçün 
çox böyük əhəmiyyətə malik bir povestdir.  
«Xortdanın cəhənnəm məktubları» povesti  ayrıca 
tədqiqata  cəlb  olunmasa  da,  aparılmış  tədqiqatlarda 
yazıçının  nəsr  yaradıcılığının  daxilində  əsərə  fikir  və 
münasibətlər  bildirilmişdir.  Prof.  Əziz  Şərif  ilk  dəfə 
Haqverdiyev yaradıcılığı haqqında elmi-tənqidi məqa-


Məni nə vədə Şuşaya yetirərsən? 
 
 

lələrlə  çıxış  etmiş,  1940-cı  ildə  «Ə.  Haqverdiyevin 
dramaturgiyası»  adlı  tədqiqatını  yazmışdır.  Lakin 
Əziz  Şərifin  tədqiqatlarında  dövrün  ideoloji  təsiri  də 
açıqca  duyulmaqdadır.  40-cı  illərdən  sonra  Mikayıl 
Rəfili, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər Cə-
fərov, Əziz Mirəhmədov müxtəlif qəzet və jurnallarda 
Haqverdiyev  yaradıcılığı  ilə  bağlı  məqalələr  nəşr  et-
dirmişdilər.  Ə.  Haqverdiyev  yaradıcılığı  haqqında  ilk 
dəfə  monoqrafiya  çap  etdirən  K.  Məmmədov  «Xort-
danın  cəhənnəm  məktubları»  povesti  barədə  də  bəhs 
etmişdi. X. Ağalarova «A.N. Çexov və Ə. Haqverdi-
yevin nəsri» mövzusunda yazdığı namizədlik disserta-
siyası Çexovun, Haqverdiyevin yaradıcılığını qarşılıq-
lı  və  müqayisəli  şəkildə  araşdırmışdır.  Prof.  Təhsin 
Mütəllimov 1975-ci ildə «Ə. Haqverdiyevin sənətkar-
lığı»  mövzusunda  elmlər  doktorluğu  dissertasiyası 
yazmış  və  ilk  dəfə  olaraq  bu  tədqiqat  əsərində  Haq-
verdiyev irsinin ideoloji cəhətlərindən daha çox onun 
forma  və  məzmun  xüsusiyyətləri  bütövlükdə,  sənət-
karlıq məsələləri sistemli şəkildə tədqiqata cəlb olun-
muşdur. 1988-ci ildə çap olunmuş «Ə. Haqverdiyevin 
poetikası» adlı monoqrafiyası isə üzərindən neçə illər 
keçsə  də,  Haqverdiyevin  yaradıcılığının,  «Xortdanın 
cəhənnəm  məktubları» povestinin nəzəri-poetik prob-


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə