Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
  1   2   3   4   5   6   7   8   9   ...   62


 
MƏLUMAT KİTABI
Ayrı-seçkilik әleyhinә 
Avropa hüququ üzrә 
mәlumat kitabı
A
yrı-seçkilik әleyhinә 
A
vropa hüququ üzrә mәlumat kitabı
Ayrı-seçkilik әleyhinә Aİ direktivlәrindә, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü 
Maddәsindә vә 12 saylı Protokolunda da nәzәrdә tutulduğu qaydada, ayrı-seçkilik 
әleyhinә Avropa hüququ ayrı-seçkiliyi müxtәlif әsaslarla vә şәraitlәrdә qadağan edir. Bu 
Mәlumat kitabı, bir-birini tamamlayan sistem kimi bu iki mәnbәyi, onların uzlaşdığı hәddә 
bir-birini әvәz etmәsini müzakirә edir vә hәr hansı fәrqlәr mövcud olduqda onları 
vurğulayır. Avropa İnsan Hüquqları Mәhkәmәsi vә Avropa İttifaqı Ədalәt Mәhkәmәsinin 
ayrı-seçkilik әleyhinә mövcud olan müxtәlif işlәrlә bağlı geniş presedentlәri әsasında, Aİ 
vә Avropa Şurasına Üzv olan Dövlәtlәrdә tәcrübi fәaliyyәt göstәrәn hüquqşünaslar
elәcә dә hakimlәr, prokurorlar vә vәkillәr, hәmçinin hüquq mühafizә sahәsindә fәaliyyәt 
göstәrәn şәxslәrin çatımlı ola bilәcәyi bu Mәlumat kitabının hazırlanması mәqsәdәuyğun 
hesab olundu.
FUNDAMENTAL HÜQUQLAR ÜZRƏ AVROPA 
İTTİFAQI AGENTLİYİ
Schwarzenbergplatz 11 - 1040 Vienna - Austria 
Tel. +43 (1) 580 30-60 - Fax +43 (1) 580 30-693 
fra.europa.eu - 
info@fra.europa.eu
AVROPA İNSAN HÜQUQLARI 
MƏHKƏMƏSİ
67075 Strasbourg Cedex - France
Tel. +33 (0) 3 88 41 20 18 - Fax +33 (0) 3 88 41 27 30 
echr.coe.int - 
publishing@echr.coe.int
ISBN 978-9952-8242-8-5


Fundamental Hüquqlar üzrә Avropa İttifaqı Agentliyi
 
Avropa İnsan Hüquqları Mәhkәmәsi – Avropa Şurası
Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı
2014 — 204 pp. — 14.8 x 21 cm
ISBN 978-9952-8242-8-5
Fundamental Hüquqlar üzrә Avropa İttifaqı Agentliyi haqqında geniş mәlumatı 
internet sәhifәsindә әldә edә bilәrsiz. Mәlumata FRA sәhifәsi vasitәsilә çıxış 
әldә etmәk olar fra.europa.eu.
Avropa İnsan Hüquqları Mәhkәmәsinin presedentlәri ilә bağlı daha geniş materialı 
Mәhkәmәnin internet sәhifәsindә әldә etmәk olar: echr.coe.int. HUDOC axtarış 
portalı ingilis vә ya fransız dillәrindә olan, elәcә dә digәr dillәrә tәrcümә olunmuş 
mәhkәmә qәrarlarına, aylıq presedentlәrlә bağlı qeydlәrә, pres relizlәrә vә 
Mәhkәmәnin işilә bağlı digәr mәlumatlara çıxışı tәmin edir. 
 
Ayrı-seçkilik əleyhinə Aİ direktivlərində, Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü 
Maddəsində və 12 saylı Protokolunda da nəzərdə tutulduğu qaydada, ayrı-seçkilik əleyhinə 
Avropa hüququ ayrı-seçkiliyi müxtəlif əsaslarla və şəraitlərdə qadağan edir. Bu Məlumat 
kitabı, bir-birini tamamlayan sistem kimi bu iki mənbəyi, onların uzlaşdığı həddə bir-birini 
əvəz etməsini müzakirə edir və hər hansı fərqlər mövcud olduqda onları vurğulayır. Avropa 
İnsan Hüquqları Məhkəməsi və Avropa İttifaqı Әdalət Məhkəməsinin ayrı-seçkilik əleyhinə 
mövcud olan müxtəlif işlərlə bağlı geniş presedentləri əsasında, Aİ və Avropa Şurasına Üzv 
olan Dövlətlərdə təcrübi fəaliyyət göstərən hüquqşünaslar, eləcə də hakimlər, prokurorlar və 
vəkillər, həmçinin hüquq mühafizə sahəsində fəaliyyət göstərən şəxslərin çatımlı ola biləcəyi 
bu Məlumat kitabının hazırlanması məqsədəuyğun hesab olundu.
©Fundamental Hüquqlar haqqında Avropa İttifaqı Agentliyi, 2010
Avropa Şurası, 2010.
Bu material 2010-cu ilin iyul ayında tamamlanıb.
Kommersiya məqsədi istisna olmaqla və mənbəyə istinad edilməsi şərti ilə materialın 
yenidən çap olunmasına icazə verilir.
Photo credit(cover&inside):©Stockphoto
Avropa İttifaqı ilə bağlı daha geniş məlumatı internet səhifəsindən əldə edə bilərsiniz 
(
).
h p://europa.eu
Kataloq məlumatları sənədin arxasındadır.
Lüksemburq: Avropa İttifaqı Nəşrlər Ofisi, 2011
(AZ) 
ISBN 978-9952-8242-8-5 
Azərbaycan nəşri: “Aypara” Nəşriyyat evi 2014
Elementar ağ kağızda çap edilib (ecf)
Bu Məlumat kitabı ingilis dilində çap olunub.Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 
digər  dillərə  tərcümənin  keyfiyyəti  ilə  bağlı  hər  hansı  məsuliyyət  daşımır.  Bu  Məlumat 
kitabında əks olunan fikirlər AİHM üçün öhdəlik yaratmır. Məlumat kitabı Avropa İnsan 
hüquqları Konvensiyası üzrə şərhlərdən çıxarışlara istinad edir. AİHM kitabın içindəkilərinə 
görə məsuliyyət daşımır. Konvensiya ilə bağlı digər təlimat materialları AİHM-in internet 
səhifəsində əks olunub: echr.coe.int/Library/
EUROPEAN UNION
Funded
by the European Union
and the Council of Europe
Implemented
by the Council of Europe


Ayrı-seçkilik əleyhinə 
Avropa hüququ üzrə 
məlumat kitabı



Müqəddimə
2010-cu ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsi və Funda-
mental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi ayrı-seçkilik əleyhinə Avropa
presedentlərilə əlaqədar olan bu Məlumat kitabının hazırlanması ilə bağlı
əməkdaşlıq  etmək  qərarına  gəldi.  Biz  bu  birgə  təşəbbüsün  konkret
nəticəsini təqdim etməkdən məmnunuq. 
Lissabon Sazişinin qüvvəyə minməsi ilə Fundamental Hüquqlar haqqında
Avropa  İttifaqı  Xartiyası  məcburi  hüquqi  qüvvəyə  malik  oldu.  Eyni  za-
manda,  Lissabon  Sazişi  Avropa  İttifaqı  üçün  Avropa  İnsan  Hüquqları
Konvensiyasına çatımlılıq imkanı yaratdı. Bu kontekstdə, Avropa İttifaqı
Ədalət Məhkəməsi və Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən
inkişaf etdirilən ümumi prinsiplər haqqındakı biliklər nəinki arzu olunandır,
həmçinin  Avropa  insan  hüquqları  qanununun,  eləcə  də  ayrı-seçkilik
əleyhinə standartların əsas aspektlərinin yerli qaydada icra olunması üçün
vacibdir.  
2010-cu il, 14-cü maddəsi ilə ayrı-seçkiliyi qadağan edən Avropa İnsan
Hüquqları Konvensiyasının 60-cı il dönümü və Avropa İttifaqı səviyyəsində
ayrı-seçkiliyə qarşı mübarizəni əks etdirən iki fundamental sənədin – İrqi
Bərabərlik və Məşğulluq sahəsində Bərabərliklə bağlı Direktivlərin – 10-cu
il dönümü kimi qeyd olundu. Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa
İttifaqı Ədalət Məhkəməsinin ayrı-seçkilik əleyhinə olan böyük həcmdə
presedentlərini nəzərə alaraq, Avropa ittifaqı və Avropa Şurası ölkələrində,
eləcə də digər ölkələrdə təcrübi sahədə fəaliyyət göstərən hüquqşünaslar,
məsələn, hakimlər, prokurorlar və vəkillər üçün, həmçinin hüquq mühafizə
sahəsində fəaliyyət göstərən vəzifəli şəxslər üçün əlçatan olan bu Məlumat
kitabının  hazırlanması  əlverişli  hesab  edildi.  Onlar  insan  hüquqlarının
müdafiəsi sahəsində əsas aparıcı şəxslər olaraq  xüsusilə, ayrı-seçkiliyin
qadağan  olunması  prinsipləri  barədə  xəbərdar  olmalıdırlar  ki,  bunu
təcrübədə səmərəli tətbiq edə bilsinlər. Çünki məhz yerli səviyyədə ayrı-
seçkilik əleyhinə normalar meydana gəlir və problemlər orda, ön xətdə üzə
çıxır.        
Erik Fribergh
Morten Kjaerum
Avropa İnsan Hüquqları 
Fundamental Hüquqlar üzrə Avropa 
Məhkəməsinin Katibi
İttifaqı Agentliyinin Direktoru
3


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə