Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

iii. vəzifəli şəxs tərəfindən diskresion hüquq yerinə yetirilərkən (məsələn,
müəyyən maddi yardımların verilməsi)
iv. vəzifəli şəxsin hər-hansı başqa fəaliyyəti və ya səhvi (məsələn, qiyama
nəzarət edən hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri).’
95
Şərhdə  həm  də  qeyd  edilir  ki,  Protokol  şəxsləri  dövlətin  ayrı-seçkilik
hərəkətlərindən  müdafiə  etməklə  bərabər,  dövlətin  şəxslər  arası
münasibətlərdə müdafiə etməli olduğu məsələləri də əhatə edir, məsələn,
əsassız  olaraq  iş  yerinə  və  ya  restorana  girişın,  və  ya  fərdi  şəxslər
tərəfindən  ictimaiyyətə  göstərilə  bilən  xidmətlərin,  məsələn  səhiyyə
xidmətləri və ya su və elektrik kimi kommunal xidmətlərdən istifadənin
qadağan olunması.
96
Geniş mənada 12-ci Protokol şəxləri sırf şəxsi sayılan
kontekstlərdən kənarda, yəni fərdi şəxslərin dövlət tərəfindən təqdim edilən
mallar və xidmətlərlə bağlı qərar qəbul etdiyi hallarda ayrı-seçkiliyin yol
verilməsini qadağan edəcəkdir.
4.6-cı Fəsildə müzakirə edilən, AİHM-sı tərəfindən 12-ci Protokolun 1-ci
Maddəsinə əsasən baxılmış Sejdić  və Finci Bosniya və Hersoqoviniyaya
qarşı (Sejdić  və Finci v. Bosnia and Hersogovina) işində Məhkəmə bu
sənədi “ayrı-seçkilik üzrə ümumi qadağa kimi” müəyyən etdi.  Eyni za-
manda  Məhkəmə  qeyd  etdi  ki,  ayrı-seçkilik  zəminində  baxılan  növbəti
işlərə yanaşma da 14-cü Maddənin konteksti çərçivəsində aparılacaq.
3.4. Ayrı-seçkilik əleyhinə Aİ direktivlərinin   
əhatə dairəsi 
Ayrı-seçkilik əleyhinə direktivlərdə ayrı-seçkiliyə qarşı nəzərdə tutulmuş
qadağanın əhatə dairəsi üç sahəni əhatə edir: məşğulluq, sosial rifah sis-
temi və mallar və xidmətlər. Hazırda İrqi Bərabərlik Direktivi bu üç sahəyə
tətbiq  edilir.  Lakin  Məşğulluq  üzrə  Bərabərlik  Direktivinin  də  üç  sahəni
əhatə  etməsi  qanunvericilik  tərəfindən  müzakirə  altındadır  və  Direktiv
yalnız məşğulluq sahəsinə tətbiq edilir. Gender Bərabərliyi Direktivi (Re-
75
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
95. Əsas İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsina əlavə  Protokol N 12 (ETS No.  177),  İzahlı
Hesabat  para. 22. Bax: Protokol N 12 (ETS No.  177),  İzahlı Hesabat  para. 22. Bax:  Ahttp://conven-
tions.coe.int/Treaty/en/ Reports/Html/177.htm.
96. Yenə də orada, para. 28.


cast) və Mallar və Xidmətlər üzrə Gender Direktivi məşğulluq və mallar və
xidmətlər sahəsinə tətbiq edilir, sosial rifah sistemini əhatə etmir. 
3.4.1.   Məşğulluq
Məşğulluq  sahəsində  ayrı-seçkiliyin  qadağan  edilməsi  ayrı-seçkilik
əleyhinə  olan  direktivlərdə  nəzərdə  tutulan  müdafiə  əsaslarında  qeyd
edilib. 
3.4.1.1. Məşğulluğa Çatımlılıq 
“Məşğulluğa çatımlılıq” konsepti AƏM tərəfindən geniş tövsif edilir.
Misal: Meyerlər Məhkəmə Nəzarətçisinə qarşı işdə (Meyers v. Adju-
dication Officer) AƏM qət etdi ki, məşğulluq təkcə işçi münasibətləri
başlayana qədər olan məsələləri deyil, həm də şəxsin işi qəbul edib
etməməsinə  təsir  edən  faktorları  da  əhatə  etməlidir.
97
Meyerlərin
işində Dövlət tərəfindən xüsusi müavinətlərin (gəlirlərdən asılı olaraq
verilən ödəmələr) verilməsinin bu sahəyə aid olduğu müəyyən edilib.
Belə  ki,  şəxsə  həmin  müavinətin  ödənilib-ödənilməməsil  şəxsin
vəzifəni qəbul edib-etməməsinə təsir edə bilərdi. Nəticə etibarı ilə də
bu baxış məşğulluğa çatımlılığa təsir edir.
Misal:  Şnorbus  Lend  Hessene  qarşı (Schorbus  v.  Land  Hessen)
işində ərizəçi məhkəmə sistemində işləməyin bir hissəsi olan təlim
elanı  ilə  bağlı  müraciət  etmişdi.
98
Milli  qanunvericiliyə  əsasən,  bu
prosesdə ilkin imtahanı vermək, sonrasında təlim keçmək və ikinci
imtahanı vermək tələb olunurdu. Ərizəçi ilk imtahanı keçsə də təlimlər
mərhələsinə, vakant yerin olmadığını bilidirərək qəbul etməmişdilər.
Bununla da onun növbəti mərhələyə keçməsi vakant yerlər olana
qədər təxirə salınmışdı. Ərizəçi hərbi mükəlləfiyyətlərini tamamlamış
kişi namizədlərə üstünlük verildiyini əsas gətirərək, ona qarşı ayrı-
seçkiliyin  olduğunu  iddia  edirdi.  AƏM  müəyyənləşdirdi  ki,  milli
qanunvericiyə  əsasən  təlimə  qəbul  olunma  vaxtı  “məşğulluğa
çatımlılığın” əhatə dairəsində idi. Belə ki, təlimdə iştirak müddətinin 
76
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
97. ECJ, Meyers v. Adjudication Officer, Case C-116/94 [1995] ECR I-2131, 13 July 1995
98. ECJ, Schnorbus v. Land Hessen, Case C-79/99 [2000] ECR I-10997, 7 December 2000.


özü  həm  qanunvericilikdə  verilmiş  qaydaya  əsasən,  həm  də
məhkəmə sistemi şərçivəsində iş kimi qəbul edilirdi. 
3.4.1.2. İşdən çıxarılma və ödəniş də daxil olmaqla 
məşğulluğun şərtləri 
AƏM bu sahənin əhatə dairəsinin müəyyən edilməsində geniş töfsifdən
istifadə edib. Bu qeyd edilən kateqoriyaya aid bütün iş münasibətlərindən
irəli gələn sahələri əhatə edir. 
Misal: Meyerlərin işində tək valideyn olan  ərizəçi, tək valideynlərin
ailələr  üçün  nəzərdə  tutulmuş  krediti  alması  üçün  aparılan
hesablanma metodunun əsasında dolayı cinsi ayrı-seçkiliyə məruz
qalması  ilə  bağlı  şikayət  etmişdi.
99
AƏM  ailə  kreditinin  (Dövlət
müavinəti) sirf sosial sığorta ilə bağlı, yoxsa əmək şəraiti ilə əlaqəli
olmasını müəyyənləşdirməli idi. AƏM  qeyd olunan üç şərt olduğu
təqdirdə  ailə  kreditinin  ödənilməsinin  mümkünlüyünü  nəzərə  aldı:
müraciət  edənin  gəliri,  müəyyən  olunmuş  məbləğdən  yuxarı
olmadıqda; müraciət edən və ya onun partnyoru işlədikdə; müraciət
edən və ya onun partnyorunun uşağa baxmaq üzrə öhdəliyi olduqda.
AƏM  müəyyən  etdi  ki,  Bərabər  Rəftar  Direktivi  (hazırda  Gender
Bərabərliyi  Direktivi  (Recast)  ilə  əvəz  olunub)  müavinət  məsələsi
sosial  sığortaya  aid  olduğuna  görə  tam  tətbiq  edilməyən  hesab
edilməyəcək.  Bunun  əvəzinə,  müavinətin  əmək  münasibətləri  ilə
əlaqədar  verlib  verilməməsi  məsələsinin  araşdırılmasının  zəruri
olması  səbəbilə,  direktivə  geniş  yanaşma  tətbiq  olunmasının
labüdlüyü qeyd edildi. Bu halda ailə kreditindən yararlanmaq üçün
ərizəçi ya özünün ya da onun partnyorunun əvəzi ödənilən əmək
münasibətlərində  olmasını  təmin  etməlidir.  Məhz  bu  əmək
münasibətlərinə  daxil  olmaq  şərtinin  müəyyən  edilməsi  tələbi  ailə
krediti  sisteminin  iş  şəraiti  kateqoriyasına  daxil  olmasına  gətirib
çıxarıb.
Əmək və iş şəraiti nəzəriyyəsinə belə geniş yanaşmaqla AƏM tərəfindən
77
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
99. AƏM, Meyers Məhkəmə Nəzarətçilərinə qarşı (Meyers v. Adjudication Officer), İş C-116/94 [1995]
ECR I-2131, 13 iyul 1995.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə