Aysel Qəribli “Azərbaycan dili” anlayışının tarixi “Elm və təhsil” Bakı-2017


I fəsil Ümumi müddəalar Maddə 1



Yüklə 0,73 Mb.
səhifə9/9
tarix21.06.2018
ölçüsü0,73 Mb.
#49950
1   2   3   4   5   6   7   8   9

I fəsil

Ümumi müddəalar



Maddə 1. Dövlət dilinin hüquqi statusu

    1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.

    2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.

    3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir...” (69, s.172).



3 . “Azərbaycan dili” anlayışı müasir mərhələdə

Müasir mərhələdə “Azərbaycan dili” anlayışının Azərbaycan Respublikasında “Azərbaycan dili” linqvonimi ilə verilməsi nə rəsmi, nə ictimai, nə də elmi sferalarda heç bir mübahisə doğurmur. “Azərbaycan dili” dövlətin (və xalqın) dilinin adı olaraq ümumxalq səsverməsi (referendum) yolu ilə qəti şəkildə təsbit edilmişdir.

Doğrudur, Azərbaycan Respublikası hüdudlarından kənarda bəzən ya köhnə inersiya ilə, ya da müəyyən ideya-metodoloji münasibətlərdən irəli gələrək “Azərbaycan dili” mənasında “Azərbaycan türk dili”, “Azərbaycan türkcəsi”, “türk dilinin (türkcənin) Azərbaycan ləhcəsi, “azəri türkcəsi” və s. ifadələr də işlədilir, lakin hər kəsə məlumdur ki, Azərbaycan xalqının (və dövlətinin) dili rəsmi olaraq məhz “Azərbaycan dili”dir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamı həm Azərbaycan dilinin, həm də dilçilik elminin inkişafında tarixi rol oynadı. Sərəncamın qərarları aşağıdakılardan ibarət idi:

“ 1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyatı qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

  2. Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılsın .

  3. Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılsın.

  4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin” (69,s.184).

Bir il sonra isə Azərbaycan Prezidenti 9 aprel 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi.

“Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına aşağıdakı məsələlər daxil edilmişdir:



  1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi.

  2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi.

  3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi.

  4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi.

  5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği (14).

Göründüyü kimi, bu məsələlərin hər birində biri digəri ilə sıx bağlı olan iki məqam-milli və ümumbəşəri (qlobal!) məqamlar ehtiva olunur; diqqəti cəlb edən cəhət isə odur ki, “Dövlət Proqramı”nda Azərbaycan dilinin milli tarixi imkanları qloballaşan dünyanın tələblərinə (çağırışlarına!) cavab verəcək bir səviyyəyə qaldırılmışdır; bu baxımdan nəzəri, eləcə də elmi-praktik məsələlərin həlli tələb olunur ki, burada da söhbət dünya dilçiliyinin müasir inkişaf səviyyəsindən gedir (bu barədə geniş məlumat üçün bax: 55).

NƏTİCƏ
“Azərbaycan dili” anlayışının kökündə və ya mənşəyində “türk dili” anlayışı dayanır.

“Türk dili” anlayışının tarixi türk etnosunun təşəkkül tapdığı ən geci e.ə. III minillikdən hesablansa da, “türk dili” linqvonimi ilk dəfə sistemli şəkildə XI əsrdə dahi türkoloq Mahmud Kaşğarinin (XI əsr) “Divani-lüğət-it-türk”undə işləndiyindən “türk dili” anlayışının həmin dövrə qədərki təxminən dörd min illik tarixinə “tarixəqədərki dövr” kimi baxmaq olar. İlk orta əsrlərdən orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər “türk dili” anlayışı ya vahid bir dilin, yada onun bir-birindən çox da fərqlənməyən müxtəlif coğrafi (ləhcə) təzahürlərinin ümumi adını bildirmişdir. Yeni dövrün əvvəllərindən başlayaraq türk xalq dilləri (ləhcələri) arasındakı fərqlər dərinləşdiyindən XIX əsrin ortalarından etibarən türkoloji ədəbiyyatda türk dilləri ayrı-ayrı adlar (linqvonimlər) ilə fərqləndirilmişlər ki, bununla da “türk dilləri” anlayışı meydana çıxmışdır. XX əsrin əvvəllərində təşəkkül tapan türkçülük hərəkatı (və nəzəriyyəsi) türklərin birliyi ideyasını irəli sürmüş, “ortaq türkcə” axtarışlarına başlamış və “İstanbul ləhcəsi”ni ortaq türkcə olaraq müdafiə etmişdir. XX əsrin sonu XXI əsrin əvvəllərindəki axtarışlar da yenidən, bütün mübahisəli məqamları ilə birlikdə, Türkiyə türkcəsinin türk xalqları üçün “ortaq ünsiyyət dili” olması nəticəsinə gəlib çıxmışdır.

“Qədim Azərbaycan dili” anlayışı barədə azərbaycanşünaslıqda müxtəlif mülahizələr mövcuddur ki, onları, əsasən, iki qrupda birləşdirmək olar:


  1. “Qədim Azərbaycan dili” - İran mənşəli bir dildir;

  2. “Qədim Azərbaycan dili” - türk mənşəli bir dildir.

Hər iki mövqeyin tərəfdarları son yüz il ərzində həm elmi, həm də ideoloji (konyuktur) xarakterli bir sıra dəlillər gətirmişlər. Birinci mövqeyin tərəfdarları Azərbaycanın qədim dövrünü “iranlaşdırmaq”la onun bütün etnik tarixini iranlaşdırmağa, ikinci mövqeyin tərəfdarları isə Azərbaycandakı ilk orta əsrlərdən faktik mövcud olan türklüyü ən qədim dövrlərə (hətta türklüyün e.ə. IV-III minilikdən də əvvəllərə) aparmağa çalışmışlar.

“Qədim Azərbaycan dili”nin İran və ya türk mənşəli bir dil olduğunu hazırda elmə məlum faktlar əsasında söyləmək mümkün deyil. “Fakt-gümanlar” (T.Hacıyev) isə bu dilin “türkcə” olduğu barədə daha çox israr eləməyə imkan verir. Ancaq bu şərtlə ki, məsələyə ümumən türk dili tarixi (və Altay nəzəriyyəsi) kontekstində baxılsın.

İlk orta əsrlərdən başlayaraq Azərbaycanda yaranan əvvəl şifahi ədəbiyyat, sonra ərəb, eləcə də farsdilli yazılı ədəbiyyatın həm ruhu, həm də dilindəki türk sözləri, XIII əsrdən sonra isə türkdilli həm şifahi, həm də yazılı ədəbiyyat “Azərbaycan türkcəsi” anlayışının təşəkkülünü şərtləndirir. “Kitabi- Dədə Qorqud”dan M.Füzuliyə qədər gələn bu tarix “türk dili” anlayışının “diferensiasiya”sı tarixinə müvafiq gəlir. Lakin “Azərbaycan türkcəsi “ anlayışı XIX əsrdə formalaşır ki, bu, özünü müxtəlif təzahürlərdə göstərir: “Zaqafqaziya türklərinin dili”, “Zaqafqaziya tatarlarının dili”, “türk dilinin Azərbaycan ləhcəsi”, “türk-Azərbaycan dili”, “Azərbaycan türklərinin dili” , “Azərbaycan türkcəsi” və s.

XIX əsrin sonu XX əsrin əvvəllərində “Azərbaycan dili” anlayışı daha çox “türk dili” formasında işlənsə də, digər təzahürlərdən də istifadə edilir ki, bu da artıq təşəkkül tapmış müstəqil bir dili öz adı ilə adlandırmaq, qohum türk dillərindən fərqləndirmək ehtiyacından irəli gəlir. Həmin tendensiya özünü dövlət dilinin hətta rəsmi olaraq “türk dili” adlandığı həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də XX əsrin 20-ci, 30-cu illərində göstərir.

1930-cu illərin ortalarında Azərbaycan SSR-də dövlətin , eləcə də xalqın dilinin “Azərbaycan dili” adlandırılması milli ictimai şüurda birmənalı qarşılanmamış, bunu qanunauyğun sayanlarla yanaşı, xalqın tarixinə qarşı repressiya hesab edənlər də olmuşdur. Səbəb isə odur ki, həmin illərdə SSRİ-də həm türklüyə qarşı bölücü (və dağıdıcı) təzyiq son həddə çatmış, həm də “türk dili”ndən “Azərbaycan dili”nə keçid xalqın özü ilə hesablaşmadan, Moskvanın diqtəsilə həyata keçirilmişdir.

Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ərəfədə dövlətin “Azərbaycan” adlandırılmasına da ciddi etirazlar olmuşdu. Lakin bu adın normalaşması, eləcə də “Azərbaycan xalqı” etnoniminin təşəkkülü çoxmənalı “türk”, eləcə də “türk dili” anlayışının da “diferensiasiya”sını tələb edirdi. Odur ki, “Azərbaycan dili” adı (linqvonimi) nə qədər qeyri-qanuni (və faciəli) bir tarixi şəraitdə rəsmiləşdirilsə də, mahiyyətcə, özünü doğruldurdu. Hər şeydən əvvəl ona görə ki, bu ideya Sovetlər Birliyi rəhbərlərinin təfəkkürünün məhsulu deyildi, hələ XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının millətə, onun dilinə xüsusi ad axtarışlarının məhsulu kimi meydana çıxmışdı.

“Azərbaycan dili” anlayışını necə ifadə etmək problemi bütün XX əsr boyu mövcud olmuş, ölkənin həm Şimalında, həm də Cənubunda bir sıra təkliflər irəli sürülmüşdür ki, onların içərisində “azəri dili” müəyyən maraq doğurmuşdur. Lakin şübhəli genezisinə görə stabilləşə bilməmişdir.

Sovetlər Birliyi dağıldıqda müstəqilliyinə qovuşan Azərbaycanda varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra atributları ilə yanaşı, dövlət dilinin adı olaraq “türk dili” də qəbul edilmişdir. Lakin qanunvericiliyin (demokratiyanın) pozulması ilə müşayiət olunan bu hadisə respublika ictimaiyyətinin narazılığı ilə qarşılanmaqdan başqa, beynəlxalq aləmdə də müəyyən anlaşılmazlıqlara səbəb olmuşdur. Bütün bunları, eləcə də “Azərbaycan dili” anlayışının təşəkkülü tarixini (və mövcud təcrübəsini) nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dövlət dilinin adı məsələsinə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilərkən ümumxalq səsverməsi (referendum) ayrıca baxılmış, Azərbaycan Respublikasının dövlət dilinin “Azərbaycan dili” olduğu təsdiq edilmişdir.

Azərbaycan dili” anlayışını bildirən

linqvonimlər sözlüyü
(təxmini xronologiya ilə)
Türk dili

Türkcə


Türki

Azərbican əhalisinin dili

Qafqaz türklərinin dili

Qafqaz tatarlarının dili

Qafqaz müsəlmanlarının dili

Zaqafqaziya tatarlarının dili

Zaqafqaziya müsəlmanlarının dili

Tatar dili

Türk-tatar dili

Türk-Azərbaycan dili

Tatar dilinin Qafqaz ləhcəsi

Türk-tatar dilinin Azərbaycan ləhcəsi

Türk-Azərbaycan ləhcəsi

Azərbaycan türklərinin dili

Azərbaycan tatarlarının dili

Türk dilinin Azərbaycan ləhcəsi

Tatarca

Müsəlmanca



Qafqaz tatarcası

Zaqafqaziya tatarcası

Qafqaz türkcəsi

Zaqafqaziya türkcəsi

Azərbaycan türk dili

Azərbaycan türkcəsi



Azərbaycan dili

ƏDƏBİYYAT


  1. Abdullayev A. Azərbaycan dilinin tədrisi tarixindən, Bakı, “Maarif” nəş., 1966, 332 s.

  2. Abdullayev Ə. Seyidov Y. Həsənov A. Müasir Azərbaycan dili, Bakı, “Maarif” nəş., 1985.

  3. Abdullayev R. Türk dillərinin diferensiasiyası . - Sələflər və Xələflər (I Beynəlxalq Simpoziumun materialları) , Bakı, 2014, 480-484 s.

  4. Abid Ə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., 2007, 288 s. Tərtib edəni: B.Əhmədov.

  5. Ağasıoğlu F. Azər xalqı, Bakı, “Ağrıdağ” nəş., 2000, 436 s.

  6. Ağasıoğlu F. Doqquz bitik, I bitik, Bakı, “Ağrıdağ” nəş., 2014, 364 s.

  7. Ağasıoğlu F. Doqquz bitik, II bitik, Bakı, “Ağrıdağ” nəş., 2014, 280 s.

  8. Ağazadə F. (Şərqli). Türk dilinin dirilmək və zənginləşdirilmək yolları(tükənəklər), Bakı, 2006, 48 s. Tərtib edən: N.Cəfərov.

  9. Axundov A. Dil və ədəbiyyat, II c., Bakı, 2003.

  10. Axundov A. Ümumi dilçilik, Bakı, “Şərq-Qərb” nəş., 2011. 280 s.

  11. Albayraq R. Türklərin İranı, I c., Bakı, 2016, 628 s.

  12. Ale-Əhməd C. İran ziyalısı və türk dili problemi.- “Bakı-Təbriz” dər., 2006, N-2, s. 40-45.

  13. Azərbaycan (Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildi), Bakı, 2007, 884 s.

  14. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı.-“Azərbaycan” qəzeti, 10 aprel 2013-cü il.

  15. Azərbaycan tarixi, I c., Bakı, Azərbaycan EA nəş., 1961.

  16. Babayeva C. Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarında dil məsələləri (avtoreferat), Bakı, 2016, 26 s.

  17. Babayev A. Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik kafedrasının tarixi), Bakı, “Bakı Universiteti” nəş., 2002, 264 s.

  18. Cəfərov N. Azərbaycanşünaslığa giriş, Bakı, AzAtaM, 2002, 602 s.

  19. Cəfərov N. Etnoloji etüdlər, Bakı, “Elm və təhsil” nəş., 2016, 108 s.

  20. Cəfərov N. “Koroğlu”nun poetikası, Bakı, BDU nəş., 1997, 48.

  21. Cəfərov N. Seçilmiş əsərləri, IV c. Bakı, “Elm” nəş., 2007, 328 s.

  22. Cəfərov N. Tarixin tərcümeyi-halı, Bakı, “Elm və təhsil” nəş., 2014, 256 s.

  23. Cəfərov N. Türk dünyası: xaos və kosmos, Bakı, Bakı Universiteti nəş., 1998, 216 s.

  24. Cəfərov N.Türk xalqları ədəbiyyatı, I cild, Bakı, 2006, 320 s.

  25. Cəfərov N. Türkologiyaya giriş, Bakı, “Elm və təhsil ” nəş., 2016.

  26. Cəfərov S. Müasir Azərbaycan dili, Bakı, “Maarif” nəş., 1982, 216 s.

  27. Çəmənzəminli Y.V. Əsərləri, Bakı, III c., 2005, 440 s.

  28. Çobanzadə B. Seçilmiş əsərləri, Bakı, V c., “Şərq-Qərb” nəş., 2007, 264s.

  29. Çobanzadə B. Türk-tatar lisaniyyatına mədxəl, Bakı, 2006, 180 s. Tərtib edən: N.Novruzova.

  30. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi, I hissə, Bakı, “Maarif” nəş., 1979, 268 s.

  31. Dəmirçizadə Ə.M. Azəri ədəbi dili tarixi, Bakı, 1967, 85 s.

  32. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili, Bakı, “Maarif” nəş., 1982.

  33. Dünya Azərbaycanlılarının I Qurultayı, Bakı, 2001, 70 s.

  34. Eyvazova R. Bir daha ana dilimizin adı haqqında, Bakı, “Elm və təhsil” nəş., 2014, 32 s.

  35. Əhmədova S. Heydər Əliyevin dil siyasəti, Bakı, MMB nəş., 2008, 96 s.

  36. Əkinçi (tam mətni), Bakı, 2005, 496 s. Tərtib edəni: T.Həsənzadə.

  37. Əlibəyzadə E. Azərbaycanşümaslığa giriş, Bakı, 2010, 856 s.

  38. Füzuli M. Əsərləri, VI c., Bakı, “Azərbaycan nəş., 1996, 368 s. Tərtib edəni: H.Araslı.

  39. Hacıyev İ. Dil quruculuğunun nəzəri problemləri, Bakı, “İqtisad Universiteti” nəş., 2005,400 s.

  40. Hacıbəyli Ü. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., II c., 2005, 456 s.

  41. Hacıbəyli Ü. Türki-rusi və rusi-türki lüğəti, Bakı, 1907.

  42. Hacıyev T. Seçilmiş əsərləri, I c. (I h.) , Bakı, “Elm” nəş., 2016, 496 s.

  43. Hacıyev T. Seçilmiş əsərləri, I c. (II h.), Bakı, “Elm” nəş., 2017, 448 s.

  44. Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili, Bakı, “Təhsil” nəş., 2013, 248 s.

  45. Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili, Bakı, “Elm” nəş., 1998.

  46. Heyət C. Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda, II c., Bakı, “Elm və təhsil” nəş., 2013, 288 s.

  47. Hüseynzadə Ə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., 2007, 480 s.

  48. Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, 1954.

  49. Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, “Maarif” nəş., 1983.

  50. İbrahimov M. Əsərləri, Bakı, IX c., “Yazıçı” nəş., 1982, 720 s.

  51. Kanonov A.N. Rusiyada türk dillərinin öyrənilməsi tarixi. SSRİ-də türk filologiyası, Bakı, 2006, 352 s.

  52. Kaşğari M. Divani-lüğət-it-türk, I c., Bakı, “Ozan” nəş., 2006 , 512 s. Tərcümə edən və nəşrə hazırlayan : R.Əskər.

  53. Qacar F. Səfərnamə, Bakı, “Elm və təhsil” nəş., 2012, 156 s.

  54. Qasımlı Ü. Azərbaycan dilinin Şimal və Cənub təzahürləri (sosiolinqvistik təhlil təcrübəsi), Bakı, 2007, 120.s.

  55. Qəribli A. Azərbaycan dili qloballaşan dünyada, Bakı, “Elm və təhsil” nəş., 2013, 60 s.

  56. Mahmudov M. Piyada... Təbrizdən Şama qədər, Bakı, “Yazıçı” nəş., 1982.

  57. Məmmədquluzadə C. Əsərləri, Bakı, I c., 2004, 664 s. Tərtib edən: İ.Həbibbəyli.

  58. Məmmədquluzadə C. Əsərləri, Bakı, II c., 2004, 584 s. Tərtib edən: İ.Həbibbəyli.

  59. Məmmədquluzadə C. Əsərləri, Bakı, III c., 2004, 480 s. Tərtib edən: İ.Həbibbəyli.

  60. Məmmədquluzadə C. Əsərləri, IV c., Bakı, 2004, 472 s. Tərtib edəni İ.Həbibbəyli.

  61. Məmmədli P. Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi, Bakı, “Elm və təhsil” nəş., 2014, 240 s.

  62. Məmmədova F. Azərbaycan dilinin türk dilləri qrupunda yeri (Azərbaycan mühacirət dilçiliyi kontekstində), Bakı, “Nurlan” nəş., 2006, 88 s.

  63. Məmmədova F. Azərbaycan mühacirətinin elmi-nəzəri tədqiqatlarında dil kulturoloji irsində dil problemi, Bakı, “Elm” nəş., 2006, 192 s.

  64. Məmmədova F. Azərbaycan mühacirətinin elmi-nəzəri tədqiqatlarında dil kulturoloji baxışlar kontekstində, avtoreferat, Bakı, 2007, 24 s.

  65. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı, Bakı, 1992.

  66. Müasir Azərbaycan dili, I , Bakı, “Elm” nəş., 1978.

  67. Müasir Azərbaycan dili, II, Bakı, “Elm” nəş., 1980, 510s

  68. Müasir Azərbaycan dili, III , Bakı, “Elm” nəş., 1981, 444 s.

  69. Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti, Bakı, “Türk Dünyası İnfo” İB nəşri, 2016, 224 s.

  70. Nərimanoğlu K.V. Azərbaycan dövlət dili siyasəti, Bakı, “Çinar-çap”, 2006, 257 s.

  71. Nərimanov N. Seçilmiş əsərləri, Bakı, “Lider” nəş., 2004, 496 s. Tərtib edəni: T.Əhmədov.

  72. Nərimanov N. Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi, Bakı, 1899

  73. Nəvvab M.M. Təzkireyi-Nəvvab, Bakı, “Azərbaycan” nəş., 1995, 560 s.

  74. Pişəvəri S.C. Məqalə və çıxışlarışndan seçmələr(Təbriz, 1945-1946-cı illər), Bakı, Nurlar, 2016, 432 s. Tərtib edəni: Ə.Rəhimli (Bije).

  75. Serebrennikov B.A. Hacıyeva N.Z. Türk dillərinin müqayisəli-tarixi qrammatikası, Bakı, 2002, Tərcümə edəni: T.Hacıyev.

  76. Seyidov F. Türk xalqlarının milli iftixarı olan ana dilinin tərbiyə imkanları, Bakı, 2009, 48 s.

  77. Səməd Vurğun. Biblioqrafiya, Bakı, Azərbaycan Milli Kitabxanası, 2016, 584 s.

  78. Şahtaxtlı M.Seçilmiş əsərləri, Bakı, “Çaşıoğlu” nəş., 2006, 432 s. Tərtib edəni: İ.Həbibbəyli.

  79. Şeyda Y.Şəhriyar və Azərbaycan dilində əsərləri, Təbriz, nəşre-Ərk, 1960, 640 s.

  80. Şirəliyev M.Ş. Azərbaycan dialektologiyasının əsasəları, Bakı, 1968.

  81. Şirəliyev M.Ş. Bakı dialekti, Balı, 1957.

  82. Topçubaşov Ə. Bakıda tatar dilində qəzet. - 525-ci qəzet, 4 mart 2017-ci il. Məqaləni ruscadan azərbaycancaya Vilayət Quliyev tərcümə etmişdir.

  83. Vəliyeva S. Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi, Bakı, “Azərbaycan Universiteti” nəş., 2002, 140 s.

  84. Vurğun S. Azərbaycan (tarixi poema, 1934-1935), Bakı, Şərq-Qərb nəş., 2015, 80 s.

  85. Vurğun S. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş., V c. , 2005, 384 s.

  86. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası, Bakı, 1959.

  87. Ahmet B., Ercan A. Çağdaş Türk Lehceleri, Ankara, Akçağ, 2001, 347 s.

  88. Akalın Ş.H. Türk Dünyasında Dil.-Yeni Türkiye Dergisi. 2013, Temmuz-Ağustos, s. 358-379.

  89. Akalın Ş.H. Türk Dünyasında ortak iletişim dili ve Tofik Hacıyev.-Türkologiya, 2015, N-3, s. 129-133.

  90. Arat R.R. Kutadgu Bilig, I, Metin, İstanbul, 1947, L IX+ 656 s.

  91. Arat R.R. Türk Milletinin Dili.-Türk Dünyası El Kitabı, Ankara, 1975, s. 131-141.

  92. Asker R. Kutadgu Biligin Dili ve Kelime Hazinesi Üzerine- Kutadgu bilig Dergizi, sayı 4, Ekim 2003, s. 283-298.

  93. Bayqara T.Türklüğün En Eski Zamanları. -Türkler, I, Ankara, 2002, s. 277-307.

  94. Bayqara T. Türk, Türklük ve Türkler, İstanbul, 2006, 496 s.

  95. Büyük Türk Klasikleri, I, Ötüken - Söğüt, İstanbul, 1975.

  96. Caferoğlu A. Türk Dili Tarihi, I, İstanbul, 1970.

  97. Choi H.W Türkçe, Korece, Moğolca ve Mançu-Tungurcanın Karşılaştırmalı Ses ve Biçim Bilgisi, Ankara, Türk Dil Kurumu Yayınları, 2010, 326 s.

  98. Çağatay S. Türk lehçeleri Üzerine Demeler, Ankara, 1978.

  99. Deny J. Türk Dil Bilgisi, İstanbul, 2012, 953 s. Ali Ülvi Elöve tercümesini günümüz Türkcesine uyarlayan Ahmet Benzer.

  100. Doğan T. Güney Azerbaycan Türkçesine bir bakış.- Prof.Dr. Tofik Hacıyev Kitabı, Ankara, Akçağ, 2016, s. 265-276.

  101. Duralı Ş.T.Toplum - Devlet Ülküsü Olarak Tarihte Türklüğün Oluşmas. -Türkler, I, Ankara, 2002, s. 335-349.

  102. Eckmann Janos. İslami Orta Asya Türk Edebi Dilinin Özellikleri. -Türk Dünyası Araşdırmaları, sayı 57, Aralık 1998, s. 193-201.

  103. Eckmann Janos. İslami Orta Asya Türk Edebi Dilinin Özellikleri. -Türk Dünyası Araşdırmaları, sayı 57, Aralık 1998, s. 193-201.

  104. Erdem M.D., Karataş M., Hirik E.Yeni Türk Dili, Ankara, Maarif Mektepleri Yayınları, 2015, 716 s.

  105. Eren H. Milli Kültür Unsuru Olarak Türk Dili. - Milli Kültür Unsururlarımız Üzerinde Genel Görüşler, Ankara, Atatürk Kültür Merkezi Yayını, 1990, s. 45-56.

  106. Ferruh A.Kutadgu Bilig ve Dili Hakkında. - Yeni Türkiye . Türkçe Özel Sayısı, 2014, sayı 55, s. 287-303.

  107. Heyet C. Türklerin Tarih ve Kültürüne bir bakış, Ankara, TC Kültür Bakanlığı Yayınları, 1996, 192 s.

  108. İpekçioğlu F. Türk Lehceleri, Diyarbakır, 1987.

  109. Kafesoğlu İbrahim. Tarihte “Türk” Adı. -Türkler, I, Ankara, 2002, s. 308-315.

  110. Kajibek E.Günümüz türkolojisinin stratejik konuları. -Sələflər və Xələflər. I Beynəlxalq Simpoziumun materialları, Bakı, 2014, s.24-

  111. Kıbrıs Türk Dili Dergisi, Güz, 2008, sayı 1, 60 s.

  112. Koppers W. Etnolojiye Dayanan Cihan Tarihinin İşığı Altında İlk Türklük Ve İlk İndo-Germenlik. -Türkler, I, Ankara, 2002, s. 316-334.

  113. Musaoğlu M. Dünyada ve Avrasiya Coğrafiyasında Çağdaş Türk Yazı Dilleri ve Lehceleri. -Prof.Dr. Tofik Hacıyev Kitabı, Ankara, Akçağ, 2016, s. 367-380.

  114. Nemeth G. Türklüğün Eski Çağı. -Türkler, I, Ankara, 2002, s. 378-387.

  115. Rasonyi L. Tarihte Türklük. -Türkler, I, Ankara, 2002, s.350

  116. Tekin Ş. Eski Türkçe. -Türk Dünyası El Kitabı, Ankara, 1975, s. 142-192.

  117. Tekin T. Altay Dilleri Teorisi. -Türk Dünyası El Kitabı, Ankara, 1975, s. 119-130.

  118. Temir A. Ural-Altay Dilleri Teorisi. -Türk Dünyası El Kitabı, Ankara, 1975, s. 115-118.

  119. Türk Devlet ve Toplulukları Dostluk, Kardeşlik ve İşbirliyi Kurultayı (Komisyon rapor ve sonuç bildirileri), Ankara, 2006, 248 s.

  120. Türkkan R.O. Türk Tarih Tezleri. - Türkler, I, Ankara, 2002,s. 409-423.

  121. Zekiyev M. Ön və Orta Asya, Kafkasiya, Karadenizin Kuzeyi, İdil-Ural, Batı Sibiryadakı Eski Türkler. -Türkler, I c., Ankara, 2002, s.424-431.

  122. Бакиханов А. Гюлистан-и Ирам, Баку, 1991.

  123. Баскаков Н.А. Введение в изучение тюркских языков, Москва, изд. « Высшая школа», 1969, 384 с.

  124. Будагов Л.З. Сравнительный словарь турецко-татарских наречий, том I, С.- Петербург, 1869, X+ 810 c.

  125. Исследование по синтаксису тюркских языков, Москва, 1962, с. 219.

  126. Исследование по сравнительной грамматике тюркских языков, ч. II , Морфология, Москва, 1956, с. 335.

  127. Казем-бек М.А. Общая грамматика турецко-татарского языка, Казань,1846.

  128. Мусаев К. М. Лексика тюркских языков в сравнительной освещении, Москва, 1975.

  129. Покаренный Кавказ, Москва, Иснтрполиграф, 2016, 576 с.

  130. Радлов В.В. Опыт словаря тюркских наречий, т. I ч.1, С.- Петербург, 1893, XVIII+968 с.

  131. Радлов В.В. Опыт словаря тюркских наречий, т III, ч.1, С.- Петербург, 1905, 1260 с.

  132. Радлов В.В. Опыт словаря тюркских наречий, т III, ч. 2,- С.- Петербург, 1905,с. 1261-2204 (+98 с.).

  133. Самойлович А.Н. Современное состояние и ближайшие задачи изучения турецких языков.- I Всесоюзный тюркологический съезд. Стенографический отчет, Баку, 1926, с. 131-139.

  134. Серебренников В.А. О некоторых спорных вонросах сравнительно - исторической фонетики тюркских языков.- Вопросы языкознания,1960, Н-5 , с. 62-72.

  135. Томсон Э.А. Гунны, Москва, Центрполиграф, 2010, 256

  136. Menges K.H. The Turkic Languages and Peoples, Wiesbaden, 1968.

  137. Poppe N. İntroduction to Altaic Linguistics, Wiesbaden, 1965.

  138. Tekin T. A new classification of the Turkic languages.- Türk dilləri araşdırmaları, Ankara, 1991.


MÜNDƏRİCAT

Giriş 3

I fəsil. “Türk dili” anlayışının təşəkkülü 11

  1. “Türk dili” anlayışının mənşəyi 11

  2. “Türk dili” anlayışı orta əsrlərdə. 17

  3. “Türk dilləri” anlayışının təşəkkülü 25

  4. “Ortaq türkcə” anlayışı: iddialar və imkanlar 37


II fəsil. “Azərbaycan türkcəsi” anlayışının təşəkkülü 41

  1. “Qədim Azərbaycan dili” anlayışı haqqında 41

  2. “Azərbaycan türkcəsi” anlayışının mənşəyi 52

  3. “Azərbaycan türkcəsi” anlayışının formalaşması 58

  4. “Əkinçi”nin Azərbaycan türkcəsi” anlayışı 63


III fəsil. XIX əsrin sonu XX əsrin əvvəllərində “türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” anlayışlarının funksional paralelliyi 71

  1. Əli bəy Hüseynzadənin “türkcə”si 71

  2. Məhəmməd ağa Şahtaxtlının “ana dili” anlayışı 75

  3. Cəlil Məmmədquluzadənin “ana dili” anlayışı 79

  4. Yusif Vəzir Çəmənzəminlinin “ana dili” anlayışı 88

  5. Nəriman Nərimanovun “ana dili” anlayışı 92

  6. Üzeyir Hacıbəylinin “ ana dili” anlyışı 96


IV fəsil. “Azərbaycan dili” anlayışının normalaşması 99

  1. XX əsrin 20-ci, 30-cu illərində “türk dili”ndən “Azərbaycan dili”nə keçid prosesləri 99

  2. “Azərbaycan dili” anlayışı: Şimalda və Cənubda 102

  3. Səməd Vurğunun “Azərbaycan dili” anlayışı 115

  4. XX əsrin ikinci yarısı Azərbaycan dilçiliyində “Azərbaycan dili” anlayışı 118



V Fəsil. “Azərbaycan dili” anlayışı müstəqillik dövründə 120

  1. Müstəqilliyin ilk illərində “ türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” mübahisələri 120

  2. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan dil müzakirələri. Və həmin müzakirələrin rəsmi nəticələri 125

  3. “Azərbaycan dili” anlayışı müasir mərhələdə 133


Nəticə 135
Azərbaycan dili” anlayışını bildirən linqvonimlər sözlüyü 138
Ədəbiyyat. 139

QEYD

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

«Elm vя тящсил» няшриййатынын директору:

профессор Надир МЯММЯДЛИ
Dizayn: Z.Məmmədov

Korrektor: İ.Abdullayeva

Texniki redaktor: R.Abbasova

Yığılmağa verilmiş 12.05.2017.

Çapa imzalanmış 22.06.2017.

Şərti çap vərəqi 9,5. Sifariş № 398.



Kağız formatı 60х84 1/16. Tiraj 250.


Китаб «Elm vя тящсил» няшриййат-полиграфийа мцяссисясиндя

щазыр диапозитивлярдян чап олунмушдур.

E-mail: elm.ve.tehsil@mail.ru

Тел: 497-16-32; 050-311-41-89

Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə