Aysel qəRİbova bakı Dövlət Universiteti



Yüklə 81,33 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü81,33 Kb.
#22617


18                                                                  

Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, 

№3 2013 

 

 



AYSEL QƏRİBOVA 

Bakı Dövlət Universiteti 

Azərbaycan tarixi (təbiət fakültələri üzrə)kafedrasının doktorantı, 

E-mail: Aysel.Qərib.@mail.ru  

 

XVI ƏSRIN 80-90-CI İLLƏRİNDƏ SƏFƏVİLƏR DÖVLƏTİNİN 

MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİ İLƏ MÜNASİBƏTLƏRİNƏ DAIR 

 

Açar sözlər: Səfəvi,Türk, Avropa, Asiya, Moğol 

Ключевые слова: Сефеви, Тюркский, Европа, Асия, Могол 

Key words:Safavi,Turkish, Europe, Asia, Mogul 

 

XVI əsrin başlanğıcında yaranmış, Yaxın və Orta Şərq xalqlarının tarixində mühüm rol 



oynamış Azərbaycan  Səfəvilər dövlətinin xarici siyasətkursu Vətən tarixşünaslığının  mühüm 

problemlərindən  birini  təşkil  edir.  Səfəvilər  dövlətinin  xarici  siyasətində  Osmanlı,  Böyük 

Moğol,  Şeybanilər, Rusiya  və Qərbi  Avropa  dövlətləri ilə qarşılıqlı  münasibətləri aparıcı rol 

oynamışdır. 

Azərbaycan  tarixşünaslığında  Səfəvilər  dövlətinin  Osmanlı,  Qərbi  Avropa  və  qismən 

də  Rusiya  ilə  münasibətləri  tədqiqat  obyektinə  çevrildiyi  halda,  Böyük  Moğol  və  Şeybanilər 

dövləti ilə əlaqələri zəif araşdırılmışdır. 

Bu  dövrün  tanınmış  tədqiqatçılarından  olan  O.Əfəndiyev,  Ə.Rəhmani,  Y.Mahmudov, 

Ş.Fərzəliyev  və  başqaları  əsas  diqqətlərini  Səfəvilər  dövlətinin  Osmanlı  imperiyası  və  Qərbi 

Avropa ölkələri ilə əlaqələrinin araşdırılmasına yönəltmiş, Səfəvi-Şeybani münasibətlərinə isə 

ötəri  toxunmaqla  kifayətlənmişlər.  Səfəvilər  dövlətinin  Şeybanilərlə  münasibətləri  yalnız 

R.Ağayevin əsərində tədqiqat obyekti kimi ortaya qoyulmuş (1), Z.Həsənəliyev və Z.Bayram-

lının əsərində isə bu problem qismən şərh olunmuşdur

1



R.Ağayevin "Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV-

XVI əsrlər)" adlanan əsərinin yalnız bir fəsli Səfəvi-Şeybani münasibətlərinə həsr olunmuş (1, 

s.96-124)  və  bu  fəslin  bir  neçə  səhifəsində  (1,  s.115-120)  XVI  əsrin  80-90-cı  illərindəbaş 

vermiş  hadisələrə  qısaca  yer  verilmişdir.  Halbuki,  XVI  əsrin  80-90-cı  illəri  Səfəvi-Şeybani 

münasibətlərində mühüm və intensiv mərhələ təşkil edir. 

Məlum olduğu kimi, XVI əsrin əvvəllərində yaranmış Şeybanilər dövləti bütün XVI əsr 

boyu  Mərkəzi  Asiya  xalqlarının  tarixində  mühüm  rol  oynamış  və  Səfəvi-Şeybani  qarşılıqlı 

münasibətləri də məhz XVI əsrin əvvəllərindən başlamışdı. Bu iki dövlət arasında çox geniş 

və zəngin əraziləri əhatə edən Xorasan uğrunda başlanmış qarşıdurma bütün XVI-XVII əsrlər 

boyu davam etmişdi. 

Xorasan  uğrunda  Səfəvi-Osmanlı  qarşıdurmasının  yeni  bir  mərhələsinin  başlanması 

XVI əsrin 80-ci illərinə təsadüf edir. XVI əsrin 50-70-ci illərində iki dövlət arasında Xorasan 

uğrunda  qarşıdurmanın  nisbətən  səngiməsibir  tərəfdən  Amasiya  barışığından  sonra  Səfəvi-

Osmanlı müharibəsinin dayanması, sabitliyin bərqərar olması ilə,digər tərəfdən isə Übeydulla 

xanın  ölümündən  sonra  (1533-1539)  Şeybanilər  dövlətində  baş  verən  parçalanma  və  sülalə 

                                                             



1

Z.Həsənəliyev və Z.Bayramlının əsərində yalnız II Şah Abbasın dövründə Səfəvi-Türküstan əlaqələri 

araşdırılmışdır.  Bax:  "II  Şah  Abbasın  hakimiyyəti  illərində  Azərbaycan  Səfəvi  dövlətinin  daxili  və 

xarici siyasəti." Bakı, 2011, s.43-51 


Qədim dövr və orta əsrlər                                                         

 19

 

Tarix və onun problemləri, 



№3 2013 

 

üzvləri  arasında  hakimiyyət  uğrunda  başlanan  çəkişmələrlə  bağlı  olmuşdu  (2,  s.405-406). 



Doğrudur, XVI əsrin 50-60-cı illərində özbək xanlarının Xorasan istiqamətində yürüşləri da-

vam etsə də (1550, 1555, 1558, 1559-1560, 1563-1564, 1566-1567, 1569-1570) bu hücumlar 

sərhəddə ciddi bir dəyişikliyə səbəb olmamışdı (3, s.100). 

XVI əsrin 80-ci illərində Xorasan uğrunda Səfəvi-Şeybani qarşıdurmasının yenidən qı-

zışması hər iki dövlətin daxilində baş vermiş hadisələrlə birbaşa bağlı olmuşdu. Belə ki, Şey-

banilər dövlətində baş vermiş daxili çəkişmələrə II Abdulla xanın hakimiyyətə gəlişindən son-

ra son qoyulmağa başladı. 1557-ci ildən Buxaranı idarə etməyə başlayan II Abdulla xan Mər-

kəzi  Asiyada  güclü dövlət yaratmaq üçün  müxtəlif qruplaşmalarla ciddi  mübarizəyə başlaya-

raq əvvəlcə Fərqanəni, 1573- cü ildə öz əmisi oğlu Din Məhəmmədin idarə etdiyi Bəlxi tabe 

edərək oğlu ƏbdülmöminiBəlxin canişini təyin etdi. (2, s.407). Bundan sonra II  Abdulla xan 

1574- cü ildə Şəhrisəbzi, Karşi və Hisarı, 1576-cı ildə isə Səmərqənd və Daşkəndi ələ keçirə-

rək Şeybanilər dövlətinin əvvəlki əzəmət və qüdrətini bərpa etməyə nail oldu. (2, s.407). Bəl-

xin ələ keçirilməsi  Abdulla xanın Xorasan uğrunda mübarizəsində mühüm əhəmiyyətə malik 

dayaq  məntəqəsi  rolunu  oynamağa  şərait  yaratdı.  Şeybanilərdövətinin  gücləndiyi  ərəfədə 

Səfəvilər  dövlətinin  daxili  çəkişmələr  nəticəsində  zəifləməsi  də  özbəklərin  Xorasan  uğrunda 

mübarizəyə yenidən başlamasına təkan verən səbəblərdən biri oldu. 

Məlum  olduğu  kimi,  1576-cı  ildə  Şah  I  Təhmasibin  vəfatı  ərəfəsində  hakimiyyətə  ki-

min gəlməsi ilə bağlı qızılbaş tayfaları arasında iki qruplaşma əmələ gəlmişdi. Ustaclu, Şeyxa-

vənd əmirləri və gürcü əyanları Heydər Mirzəni, rumlu, əfşar və türkman əmirləri isə İsmayıl 

Mirzəni müdafiə edirdilər. (4, s.26-27). Təhmasibin ölümündən sonra taxta çıxmış  II İsmayıl 

(1576-1577)  qısa  müddətli  hakimiyyəti  dövründə  hakimiyyətə  iddialı  bütün  varisləri  aradan 

götürsə də (4, s.27), az sonra özü də qətlə yetirildi.II İsmayılın ölümündən sonra hakimiyyətə 

fərasətsiz  və  fiziki  cəhətdən  şikəst  Məhəmməd  Xudabəndəningəlməsindən  sonra  mərkəzi 

hakimiyyətin zəifləməsi prosesi daha da gücləndi. Şahın bacarıqsızlığından istifadə edən arva-

dı MəhdiUlya idarəetməni faktiki olaraq öz əlinə alaraq, qızılbaş əmirlərini vəzifələrindənkə-

narlaşdırmağa başladı. (3, s.158). Baş verən hadisələr qızılbaş əmirləri ilə mərkəzi hakimiyyət 

arasında  yaranmış  qarşıdurmanı  daha  da  gücləndirdi.  Belə  bir  mürəkkəb  şəraitdə  Səfəvilər 

dövləti  ilə  Osmanlı  arasında  müharibənin  yenidən  başlanması  (1578-1590)  daxili  durumu 

gərgin olan dövlətin beynəlxalq nüfuzunun da sarsılmasına gətirib çıxardı. 

XVI əsrin 80-ci illərinin əvvəllərində hakimiyyət uğrunda Xorasan (şamlu, ustaclu) və 

Azərbaycan (təkəli, türkman) qruplaşması arasında kəskin mübarizə gedirdi.(4, s.28). Qızılbaş 

əmirləri arasında birlik olmadığı üçün  Səfəvi  ordusu da Osmanlı qoşununa ciddi  müqavimət 

göstərə bilmir, dövlətin mühüm vilayətləri bir-birinin ardınca işğal edilirdi. Belə bir vəziyyət-

də  hakimiyyətəiddiaçı  olan  Xorasan  qruplaşması  mərkəzi  hakimiyyətə  itaətdən  tamamilə 

imtina  etdilər.  Xorasan  qruplaşmasına  Heratın  hakimiƏliqulu  xan  Şamlu  və  Məşhəd  hakimi 

Mürşüdqulu xan Ustaclu başçılıq edirdilər. Məhəmməd Xudabəndənin dövründə  Abbas Mir-

zənin  lələsi  təyin  edilən  Əliqulu  xan  Şamlu  və  Mürşüdqulu  xan  Ustaclu  1581-ci  ildə  Abbas 

Mirzəni şah elan edərək, Məhəmməd Xudabəndənin məmurlarını Xorasana buraxmaqdan im-

tina etdilər (4, s.28). 

XVI əsrin 80-ci illərinin ortalarında Məhəmməd Xudabəndə hakimiyyətinin böhranı və 

qızılbaş  əmirlərinin  mərkəzi  hakimiyyət  uğrunda  mübarizəsi  dahadərinləşdi.  İlk  növbədə 

Xorasan qruplaşması arasında parçalanma baş verdi. İsgəndər bəy Münşinin məlumatına əsa-

sən, Herat hakimi Əliqulu xanla Məşhəd hakimi Mürşüdqulu xan arasında münaqişə baş verdi 

və 1584-cü ildə Mürşüdqulu xan qalib gələrək Abbas Mirzəni ələ keçirərək özünü onun vəkili 

və lələsi elan etdi (5, s.549-555). Bu ərəfədə təkəli və türkman əmirləri Məhəmməd Xudabən-



20                                                                  

Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, 

№3 2013 

 

dənin Təhmasib Mirzə adlı oğlunu oğurlayıb, onu hakimiyyətə gətirmək uğrunda mübarizəyə 



başladılar. (5, s.598-601). 1585-ci ilin noyabrın 5-də rəsmi varis Həmzə Mirzənin Qarabağda, 

Gəncə yaxınlığında qətlindən sonra mərkəzi hakimiyyət faktiki ləğv edildi (4, s.29). Şah Mə-

həmməd  Xudabəndə  və  Həmzə  Mirzənin  ölümündən  sonra  varis  elan  edilən  Əbutalib  Mirzə 

əyanların əlində oyuncağa çevrildi. Belə bir şəraitdə hücumu davam etdirən Osmanlı qoşunu 

1586-1589- cu illərdə demək olar ki,bütün Azərbaycan ərazisini işğal etdilər (3, s.195). Məhz 

belə  bir  şəraitdə  Mürşüdqulu  xan  Ustaclu  başda  olmaqla  ustaclu  və  şamlu  tayfaları  Qəzvinə 

daxil olaraq 1587- ci ildə Abbas Mirzəni şah elan etdilər. 

Şeybani  hökmdarı  II  Abdulla  xanın  Xorasan uğrunda  mübarizəyə  başlaması  Səfəvilər 

dövlətinin olduqca ağır vəziyyətə düşdüyü məhz bu şəraitə təsadüf edirdi. Abdulla xanın Xo-

rasana hücum tarixi ilə bağlı tarixi ədəbiyyatlarda müxtəlif fikirlərə rast gəlmək mümkündür. 

Belə ki, "Özbəkistan SSR-in tarixi" kitabının I cildində verilən məlumata görə, Abdulla xan 9 

aylıq mühasirədən sonra Xorasanın paytaxtı Heratı ələ keçirdi, Səfəvi canişini edam edildi və 

çoxlu  sayda  adam  əsir  alaraq  Buxaraya  apardı.  1583-cü  ildə  isə  Abdulla  xanın  oğlu  Bəlx 

hakimi Əbdülmömin Məşhədi ələ keçirərək böyük dağıntılar törətdi və İmam Rza məqbərəsi 

yaxınlığında dəfn edilən I Təhmasibin sümüklərini çıxarıb yandırdı (2, s.407). Bu məlumatdan 

belə bir nəticəyə gəlmək mümkündür ki, Abdulla xanın Xorasana yürüşü 1582 və yaxud 1583-

cü  ilin  əvvəlində  baş  vermişdir.  Nəsrullah  Fəlsəfinin  fikrinə  görə  isə,  Abdulla  xan  h.996-cı 

(1587-1588) ildə Xorasana hücum edib, on bir aylıq mühasirədən sonra Heratı ələ keçirmişdir 

(7, c.4,s.1435). Bu fikri R.Ağayev də təsdiq edir (1,s.119). Dövrün mənbələri, xüsusilə də bu 

hadisələrin  müasiri  olan  İsgəndər  bəy  Münşi  Abdulla  xanın  1583-cü  ildə  Xorasana  yürüş 

etməsi faktını təkzib edərək, bu yürüşün təfərrüatları haqqında ətraflı məlumat verir. İskəndər 

bəyin məlumatına görə, 1584-cü ildə Mürşüdqulu xan Ustaclu tərəfindən məğlub edilərək He-

rata  qayıdanƏliqulu  xan  öz  rəqibinə  qarşı  müttəfiq  qazanmaq  üçün  Qəndəhar  mirzələri  və 

Buxara hakimi Abdulla xanla yaxınlaşmağa və sonuncunu Xorasana yürüşə dəvət etməyə baş-

ladı (5, s.655). Salnaməçinin yazdığına əsasən Abdulla xan h.996-cı (1587-1588) ildə Xorasa-

na yürüşə başladı. Bu xəbəri eşidən Əliqulu xan öz əməlindən peşiman olaraq Abdulla xanın 

özbəklərə qoşulmaq çağırışını rədd edərək Heratın müdafiəsini gücləndirməyə başladı. Heratın 

uzunmüddətli mühasirəsi zamanı müdafiəçilərin heç bir yerdən kömək almaması, ərzaq çatış-

mazlığı və yoluxucu xəstəliklər qüvvələrin tükənməsinə səbəb oldu. Digər tərəfdən, İskəndər 

bəy Münşinin məlumatına görə, Herat qalasında olan Xorasanlılar, xüsusilə də Molla MirBa-

xərzinin  şəhər  bürclərindən  birini  boş  buraxması  nəticəsində  Abdulla  xanın  Heratı  tutmasına 

yardımcı oldu (5, s.730-731). Özbək qoşununun şəhərə doluşmasını görən Əliqulu xan şəhərin 

mərkəzindəki  İxtiyarəddin  qalasına  çəkilsə  də,  müqavimətin  mənasız  olduğunu  dərk  edərək 

tabe  oldu.  Abdulla  xanın  əmri  ilə  Əliqulu  xan  və  digər  şamlu  əyanları  qətlə  yetirildi,  çoxlu 

sayda əsir alınanları isə Mavərənnəhrə apardılar(5, s.732-733; 6, s.53). 

Heratın işğal edilməsi və lələsi Əliqulu xanın qətli xəbərini eşidən şah Abbas böyük bir 

qoşunla Abdulla xana qarşı yürüşə başlayaraq Bəstam şəhərinə qədər gəldi. Şah Abbas burada 

Əliqulu  xanın  qətlinin  əsas  səbəbkarı  olan  Mürşüdqulu  xan  Ustaclu  və  onun  tərəfdarlarını 

aradan götürsə də, yürüşü yarımçıq dayandırmağa məcbur oldu. Nəsrullah Fəlsəfi yürüşün da-

yandırılmasının  Osmanlı  qoşunlarının  Azərbaycana  hücumu,  eləcə  dəYəzd,  Kirman  və  Fars 

vilayətlərində  qızılbaş  əmirlərinin  separatizmi  ilə  bağlı  olduğunu  göstərmişdir  (7,  c.IV, 

s.1435). 

Şah  Abbasın  geri  qayıtmasından  sonra  Abdulla  xanın  əmri  ilə  oğlu  Əbdülmömin  xan 

böyük bir qoşunla Məşhədə doğru hücuma keçdi. Abdulla xanın bacısı oğlu Din Məhəmməd 

Sultan, Herat hakimi Qulbaba Kukəltaş, Bəlx, Əndxod, Şibirqan, Çiçəknov, Meymənə, Fəryab 



Qədim dövr və orta əsrlər                                                         

 21

 

Tarix və onun problemləri, 



№3 2013 

 

və  Xəzər-Qıpçaq  qoşunları  da  ona  köməyə  göndərildi  (5,  s.775).  Özbək  qoşunları  Nişapur 



şəhərini  tabe  etdikdən  sonra  Ümmət  xanın  idarə  etdiyi  Məşhəd  şəhərini  mühasirəyə  aldılar. 

Şəhərin müdafiəsini gücləndirən Ümmət xan yardım üçün Şah Abbasdan kömək istədi. Bu xə-

bəri eşidən Şah Abbas Xorasan istiqamətində yürüşə başlasa da, Tehran şəhərində xəstələndiyi 

üçün hücumu dayandırmağa məcbur oldu (5, s.776-777). Dörd aylıq mühasirədən sonra Məş-

hədi ələ keçirən özbəklər şəhərdə böyük qarət və dağıntılar törətdilər. İsgəndər bəy Münşinin 

məlumatına  əsasən,  özbəklər  müqəddəs  İmam  Rza  ziyarətgahını  belə  qarət  etməkdən  çəkin-

mədilər və hətta vaxtilə Şah Təhmasibin əmri ilə ziyarətgahın gümbəzi üzərinə çəkilmiş qızıl 

örtüyü də apardılar (5,s.780). Məşhədi tutduqdan sonra özbək qoşunları Sərəks tərəfə hücum 

etsələr də, oranın hakimi Mir İbn Hüseyn xanın ciddi müqaviməti ilə üzləşərək, qalanın müha-

sirəsindən əl çəkərək Bəlx istiqamətinə doğru hərəkət etdilər (5, s.780-781). 

Beləliklə,  Əbdülmömin  xanın  yürüşü  nəticəsində  Xorasanın  əksər  mahalları,  o  cümlə-

dən Cam, Xaf, Baxzər, Kusuyə, Quryan və Fuşənc özbək qoşunlarının əlinə keçdi(5, s.781). 

1592-1593-cü ilə qədər Şah Abbas özbəklər tərəfindən işğal edilmiş Xorasan torpaqla-

rını  geri  qaytarmaq  üçün  ciddi  bir  addım  ata  bilmədi.  Çünki  əsas  qüvvə  Osmanlı  dövləti  ilə 

müharibəni dayandırmağa və mərkəzi hakimiyyətə tabe olmayan vilayət hakimlərini itaətə gə-

tirməyə yönəlmişdi. Bununla belə, 1589-1592-ci illər arasında Səfəvi dövləti Xorasan uğrunda 

mübarizədən  tamamilə  imtina  etməmişdi.  Dövrün  mənbələrində,  o  cümlədən  İskəndər  bəy 

Münşinin əsərində h.1000-ci ildə (1591-1592) Səfəvilərin Xorasanı qaytarmaq cəhdi haqqında 

maraqlı  məlumatlara rast gəlmək mümkündür. Məlum olduğu  kimi, Abdulla xanın dövründə 

Şeybanilər dövlətinin güclənməsi Xarəzm padşahı Hacı Məhəmməd xanı ciddi narahat etməyə 

başlamışdı.  Belə  ki,  Hacı  Məhəmməd  xan  Xorasanın  işğalından  sonra  özbəklərin  Ürgənc  və 

Xarəzm  vilayətlərinə  də  hücum  edəcəklərindən  ehtiyatlanaraq,  Səfəvi  dövləti  ilə  əlaqələri 

gücləndirmiş,  Şah  Abbasın  sarayına  elçi  göndərərək  Səfəvi  qoşunu  ilə  Xorasanda  özbəklərə 

qarşı birləşməyi təklif etmiş və bunun qarşılığında Səfəvi elçisi Məhəmmədqulu bəy Ərəbgirli 

də Hacı Məhəmmədin sarayında olmuşdu (5, s.832). Əldə olunmuş razılığa əsasən h.1000-ci il 

(1591-1592) novruzun əvvəlində Şah  Abbasın əmri ilə Fərhad xan Xorasana yola salındı, ar-

dınca isə təcrübəli Məhəmməd xan Toxmaq və bir neçə Qızılbaş əmiri də onun köməyinə gön-

dərildi. Bu barədə Xarəzm padşahı Hacı Məhəmməd xana da məlumat verildi. Həmin ərəfədə 

Nisa  və  Bağdad  üstündə  Nurməhəmməd  xan  ibn  Əbdülməhəmməd  xan  ibn  Din  Məhəmməd 

xanla  münaqişə  üzündən  Bəstam  yaxınlığına  gəlmiş  Hacı  Məhəmməd  xanla  görüşən  Fərhad 

xan  özbəklərə  qarşı  birgə  vuruşmaq  haqqında  razılığa  gəlsə  də  bunu  reallaşdırmaq  mümkün 

olmadı (5,s.883). 

Belə ki, Hacı Məhəmməd xanla əldə edilmiş razılıqdan sonra Fərhad xan və Əsfərayin 

hakimi ƏbuMüslüm xan Çavuşlunun qoşunları birləşərək Nişapur qalasını mühasirəyə aldılar. 

Bəlxdə bu xəbəri eşidən Əbdülmömin xan Bəlx, Bədəxşan, Hisari-Şadman, Əndxod və Sibir-

can orduları ilə Xorasana gələrək, Abdulla xanın isə Mavərənnəhr və Türküstanləşgəri ilə Xa-

rəzmə hücum etməsi haqqında şayiə yaydığına görə, Hacı Məhəmməd xan Fərhad xandan ay-

rılaraq Xarəzmə qayıtmaq zorunda qaldı (5, s.833). Beləliklə də Səfəvi və Xarəzm qoşunları-

nın  özbəklərə  qarşı  birgə  savaşı  baş  tutmadı.  Fərhad  xan  Əbdülmömin  xana  qarşı  təkbaşına 

savaşdan ehtiyatlanaraq Bəstama, oradan isə Şah Abbasın göstərişi ilə Qəzvinə qayıtdı. Səfəvi 

qoşununun geri çəkilməsindən istifadə edən Əbdülmömin xan Əsfərayin qalasını mühasirəyə 

aldı. Əsfərayin hakimi Əbu Müslim xan qalanı dörd ay müdafiə edə bilsə də, qüvvələr bərabər 

olmadığı üçün özbəklər qalib gələrək Əsfərayin qalasını fəth etdilər. Bundan sonra Əbdülmö-

min  xanın  qoşunları  Səbzəvara,  Məzinanı,  Cacərmi,  Səğanı  və  Curbədi  də  ələ  keçirdikdən 

sonra Bəlxə qayıtdı. İskəndər bəy Münşinin məlumatına əsasən, ilin axırı olduğu, vilayətin da-



22                                                                  

Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, 

№3 2013 

 

ğınıq  hala  düşməsi  və  ərzaq  çatışmazlığına  görə  Şah  Abbas  Xorasana  yürüşü  təxirə  salaraq, 



yazın  əvvəlində  yürüşə  başlamaq  niyyəti  ilə  hazırlıq  görmək  üçün  İsfahana  getdi  (5,  s.835-

836). 


H.1001-ci ilin baharında (1592-1593) Şah Abbas Xorasanı geri almaq üçün Qəzvindən 

çıxaraq Bəstama gəldi. Gilanə yanlarından Mir Abbas, Talişə Kuli, Kiya Cəlaləddin Məhəm-

məd  də  öz  qüvvələri  ilə  şahın  ordusuna  qoşuldular  (7,s.1436).  İskəndər  bəy  Münşinin  məlu-

matına görə, həmin il Mərv və Şahican valisi Nurməhəmməd xanla Xarəzm padşahı Hacı Mə-

həmməd xan arasında münaqişə baş vermiş və sonuncu Nisa, Dərunu və Bağbadı Nurməhəm-

məd xanın əlindən almışdı(5, s.845). Belə olduqda Nurməhəmməd xan Dərun və Nisa vilayət-

lərini qaytaracağı təqdirdə Mərv və Cəharcu ərazilərini Abdulla xana güzəştə getmək şərti ilə 

ondan yardım istəmişdi. Vəziyyətdən istifadə edən Abdulla xan Mərvi ələ keçirmiş, Şah Ab-

bas  və  Xarəzm  hakimi  Hacı  Məhəmməd  xanın  Xorasan  istiqamətində  yürüş  xəbərini  eşitdiyi 

üçün Nisa və Dərunun Nurməhəmməd xana qaytarılmasını növbəti ilə təxirə salaraq Buxaraya 

qayıtmışdı (5, s.846). 

Bu  ərəfədə  Nişapurda  olan  Əbdülmömin  xan  Şah  Abbasın  Bəstama  gəlməsi  xəbərini 

aldıqdan  sonra  ona  bir  məktub  göndərdi.  Məktubda  Əbdülmömin  xan  Şah  Abbasdan  tələb 

edirdi  ki,  əvvəllər  Ağqoyunlu  Həsən  padşahla  Bəlx  və  Xorasan  padşahı  Sultan  Hüseyn  Bay-

kara  arasında  İraq  və  Xorasan  sərhədləri  haqqında  razılaşmaya  əməl  edərək  Xorasandan  əl 

çəkib İraqa qayıtsın. Əbdülmömin xan həmin razılaşmaya əməl olunmayacağı təqdirdə döyüş 

yerinin harada baş verəcəyini də soruşurdu (7,s.1436). Şah Abbas öz cavab məktubunda Hə-

sən padşahla Sultan Hüseyn Baykara bağlaşmasının Səfəvi və Özbəklərə heç bir dəxlinin ol-

mamasına və savaşa hazır olduğunu bildirmişdi (5, s.847). Bundan sonra Bəstamı tərk edərək 

Nişapura doğru hərəkət edən Şah  Abbas Cacərm  məntəqəsinə çatarkən Əbdülmömin xandan 

daha bir məktub almışdı. Əvvəlkindən fərqli olaraq ədəb və nəzakət qaydalarına əməl oluna-

raq yazılmış bu məktubda Əbdülmömin xan "Əli övladı ilə döyüşən hər kəsin öləcəyini" bil-

dirməklə  yanaşı,  Nişapurda  Cama  çəkildiyini  və  orada  Şah  Abbası  gözlədiyini  qeyd  etmişdi 

(5,s.847;7,  s.1437).  Əslində  Əbdülmömin  xan  Şah  Abbasla  qarşılaşmaqdan  çəkindiyi  üçün 

geriyə  çəkilməyə  qərar  vermişdi.  Çünki  Əbdülmömin  xan  Şah  Abbası  Camda  gözləyəcəyini 

vəd  etsə  də,  orada  da  duruş  gətirməyib  Bəlxə  getməyə  məcbur  olmuşdu.  Əbdülmömin  xanın 

geri  çəkilməsi,  Şah  Abbasın  hücum  xəbərini  eşidən  Cacərm,  Əsfərayin,  Şəqan,  Curbəd,  Cə-

han,  Əyan  və  Səbzvarın  özbək  hakimləri  də  həmin  vilayətləri  tərk  etməyə  vadar  oldular  (5, 

s.848).  Əsfərayin  şəhəri  tutulduqdan  sonra  Allahverdi  xanın  başçılığı  altında  qulamlar  Nişa-

pura doğru hücuma keçdilər. Nişapur hakimi qızılbaş qoşununun gəlişini eşidib müqavimətsiz 

şəhəri tərk etdi və Allahverdi xanın qoşunları şəhəri ələ keçirdilər. Bir aya qədər Əsfərayin ya-

xınlığında qalan Şah Abbas Nişapur hakimliyini Dərviş Məhəmməd xan Rumluya, Əsfərayin 

ölkəsini Baba İlyas Bayatın oğlu Məhəmməd sultana, Səbzvar hakimliyini Məhəmməd sultana 

həvalə  edib,  digər  vilayətlərə  dəhakimlər  təyin  etdikdən  sonra  Məşhədə  doğru  hərəkət  etdi. 

Lakin qışın yaxınlaşması və sərt soyuqların düşməsi ilə əlaqədar olaraq Məşhədin mühasirəsi-

ni təxirə saldı (5, s.848-849). 

Beləliklə, XVI əsrin 80-ci illərində Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Ab-

dulla xan və Əbdülmömin xan Xorasan vilayətinin böyük bir hissəsini ələ keçirməyə nail ol-

muş və 1592-1593-cü illərə qədər Xorasan uğrunda qarşıdurmada özbəklər müvəqqəti üstün-

lüyə nail olmuşdular. Lakin Şah Abbasın Xorasana 1592-1593-cü il tarixli yürüşündən sonra 

vəziyyət Səfəvilərin xeyrinə dəyişməyə başlamışdı. Xorasan uğrunda Səfəvi-Şeybani qarşıdur-

masının 1592-ci ildən sonrakı vəziyyəti növbəti məqalədə tədqiqat obyektinə çevriləcəkdir. 



 


Qədim dövr və orta əsrlər                                                         

 23

 

Tarix və onun problemləri, 



№3 2013 

 

İstifadə olunmuş ədəbiyyat: 

 

1.Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qarşılıqlı münasibətləri. (XV-XVI 



əsrlər). Bakı, "Kur" nəşriyyatı, 2004, 151 s. 

2. История Узбекской ССР. Т.I. Книга первая. Ташкент, Из-во Академии Наук Узбек-

ской ССР, 1955, 455 s. 

3.Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, "Şərq-Qərb", 2007, 344 səh +8 səh 

(illustə) 

4. Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке. (1590-1700 годы). Баку, 

Издательство "Элм", 1981, 238 с. 

5.İskəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. (Tarixe-alamaraye-Abbasi). Fars di-

lindən çevirən t.e.d. professor Şahin Fərzəliyev. Bakı, "Şərq-Qərb" nəşriyyat evi, 2010, 1144s. 

6.Do ketabe nəfis əz mədareke əvvəliyyə. Tarix-i Səfəviyyan. Xülasət-ət-təvarix. Tarix-i 

Molla Kamal. Ətak, 1334 

7.Nəsrullah Fəlsəfi. Zendeqani-ye Şah Abbasəvvəl. c.IV-V. Tehran, h.1364.  



 

АЙСЕЛЬ ГАРИБОВА 

докторант кафедры Истории Азербайджана 

Бакинского Государственного Университета 

 

К ВЗАИМООТНОШЕНИЯМ ГОСУДАРСТВ СЕФЕВИДОВ СО СТРАНАМИ 

ЦЕНТРАЛЬНОЙ АЗИИ В 80-90-Х ГГ. XVI ВЕКА 

 

В  то  время,  как  вопросы  взаимоотношений  Сефевидского  государства  с  Осман-

ской империей, западноевропейскими странами и частично, Россией в азербайджанской 

историографии были предметами исследований, связи Сефевидов с государствами Ве-

ликих Моголов и Шейбанидов изучены сравнительно слабо.  

Внимание  исследований  этого  периода-О.Эфендиева,  А.Рахмани,  Я.Махмудова, 

Ш.Фарзалиева  и  других-было  в  основном  обращено  на  изучение  связей  Сефевидов  с 

Османской империей и странами Западной Европы, а сефевидо-шейбанидских отноше-

ний  коснулись  попутно.  Отношения  была  поставлена  Р.Агаевым,  в  работах  З.Гасан-

алиева и З.Байрамлы эта проблема была частично прокомментирована. Таким образом, 

взаимоотношениям государства Сефевидов со странамиЦентральной Азией в80-90-х гг. 

XVI веканебылоуделенодостаточноговнимания.  

В предлагаемой статье сделана попытка частично восполнить этот пробел на ос-

нове аутентичных нарративных источников. 



 

 

 

 

 

 

 

 

 

 


24                                                                  

Qədim dövr və orta əsrlər 

Tarix və onun problemləri, 

№3 2013 

 

 



AYSEL GARIBOVA 

Post-graduate student of Chair of Azerbaijan History, 

Baku State University 

 

ABOUT TO SAFAVID STATE RELATIONS 

WITH CENTRAL ASIA’S STATES IN THE 80-90S OF XVI CENTURY 

 

Safavid  state  relations  with  the  Ottoman  Empire,  Western  Europe  and  partly  Russia 

was investigated in the historiography of  Azerbaijan, but relationships with the Great Mogul 

state and Sheybanid state have been investigated weakly.  

O.Afandiev,  A.Rahmani,  Y.Mahmudov,  Sh.Farzaliev  -  the  researchers  of  this  period, 

focused  the  attention  of  investigated  Safavid  state  relations  with  the  Ottoman  Empire  and 

Western  Europe  states,  but  they  have  been  satisfied  withsuperficial  touching  to  the  Safavid-

Sheybanid  relationships.  The  Safavid  -Sheybanid  relationships  have  been  investigated  in  the 

R.Agayev`s  research  and  this  problem  was  partially  explained  Z.Hasanaliev  and 

Z.Bayramov`s research. But it has not been paid enough attention to the Safavid state relations 

with Central Asia in the 80-90s of XVI century in our historiography.  

In  the  article,  Safavid  state  relations  with  Central  Asia  in  the  80-90s  of  XVI  century 

was investigated on the basis of the original sources.  

 

Rəyçilər: t.ü.f.d.M.Q.Abdullayev, t.e.d.İ.M.Məmmədov 



Bakı Dövlət Universiteti “Azərbaycan tarixi” (təbiət fakültələri üzrə)kafedrasının 

21.05.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №06). 

Yüklə 81,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə