Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə100/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   96   97   98   99   100   101   102   103   ...   208

Linkoln bilirdi ki, bu, belədir. O özü bu yolu keçmişdi. O, bütün ömrü ərzində

məktəbdə üst-üstə bir ildən çox oxumamışdı. Bəs kitablar?

Linkoln deyirdi ki, mütaliə üçün xahiş-minnət edib ala biləcəyi istənilən

kitabı əldə etməkdən ötrü evindən əlli mil radiusda yerlərə piyada gedirdi.

Onun komasında bütün gecəni od yanırdı və o, hərdən şam işığında

oxuyurdu. Divarda, ağac dirəklərin arasında yarıqlar var idi və çox vaxt Linkoln

kitabı bu yarıqlardan birinə taxırdı. Sübh açılan kimi o, özünün yarpaqlardan

olan çarpayısından atılıb qalxır, gözlərini ovxalayır, kitabı çıxarır və hərisliklə

onu oxumağa başlayırdı.

O, hansısa bir natiqi dinləmək üçün iyirmi-otuz mil məsafəyə piyada gedirdi

və evə qayıdandan sonra nitqlərin söylənməsində təcrübəni hər yerdə keçirdi:

əkin sahəsində, meşədə, Centrivilldəki Consun baqqal dükanının yanında

toplaşan kütlə qarşısında. O, Nyu-Seylemdə və Sprinqfilddəki diskussiya

klublarına üzv yazılmışdı və günün qayğılı mövzuları ilə bağlı çıxışlarla sizin kimi

təcrübə toplayırdı.

Natamamlıq hissi ona həmişə əzab verirdi. Qadınların yanında utanır və bir

söz də deyə bilmirdi. Meri Toddla münasibət qurduğu vaxtlarda elə olurdu ki, o,

qonaq otağında utana-utana dinməzcə oturur və danışmağa söz tapmadan yalnız

onun dediklərinə qulaq asırdı. Lakin elə həmin adam məşqlər və özü özünü

hazırlamaq yolu ilə elə bir natiqə çevrildi ki, senator Duqlas kimi yüksək savadlı

bir adamla diskussiya edə bilərdi. Həmin adam Gettisberqdə prezident postuna

təkrar seçilməsi münasibətilə etdiyi çıxışda bəşər tarixində başqa natiqlərin çox

nadir hallarda yüksələ bildikləri gözəl, aydın, parlaq natiqlik zirvəsinə qalxdı.

Buna görə heç təəccüblü də deyil ki, o, adlamalı olduğu qorxunc çətinlikləri

və əzablı mübarizəni yaddan çıxarmayaraq yazırdı: “Əgər siz hüquqşünas olmağı

möhkəm qət etmisinizsə, işin yarısından çoxu artıq edilmişdir”.

Teodor Ruzveltin otağında Avraam Linkolnun əla portreti asılmışdı.

“Mürəkkəb və dolaşıq məsələ ilə bağlı qərar qəbul etməli olduğum hallarda,

hüquq və maraqların toqquşduğu vaxtlarda, – deyirdi Ruzvelt, – mən Linkolna

baxır və onun eynilə bu cür şəraitdə necə hərəkət edəcəyini təsəvvür etməyə

çalışırdım. Bu, sizə qəribə görünə bilər, lakin açıq deyəcəyəm, mənə belə gəlirdi

ki, bu, mənim çətinliklərimin həllini asanlaşdırır”.

Ruzveltin nümunəsini siz də niyə təkrarlamayasınız? Əgər siz ruhdan

düşmüsünüzsə və natiqlik sənətinə yiyələnmək uğrunda mübarizəni atmağa

hazırsınızsa, cibinizdən üstündə Linkolnun portreti olan beş dollarlıq əsginazı

çıxarın və onun bu şəraitdə necə hərəkət edəcəyini özünüzdən soruşun. Onun

necə hərəkət edəcəyini axı siz bilirsiniz. Stiven A.Duqlas ABŞ senatına seçkilərdə

onun üzərində qələbə çalanda Linkoln öz tərəfdarlarına dedi ki, “bir yox, heç yüz

məğlubiyyətdən sonra da təslim olmaq” olmaz.

Səylərinizin mükafatlandırılacağına əminlik

Mən çox istəyərdim ki, siz həftə ərzində hər gün səhər yeməyində Harvard

Universitetinin professoru, məşhur psixoloq Uilyam Ceymsin aşağıda verilən

sözlərini əzbərləyənə qədər bu kitabı açıq saxlayasınız:

“Heç bir yeniyetmə aldığı təhsilin istiqamətindən asılı olmayaraq, onun

nəticəsinə görə həyəcanlanmamalıdır. Əgər o, iş gününün hər saatında vicdanla

zəhmət çəkərsə, son nəticəyə qətiyyən şübhə etməyə bilər. O, buna möhkəm

downloaded from KitabYurdu.org



ümid edə bilər ki, biliyin hansı sahəsini seçmiş olsa da, gözəl səhərlərin birində

yuxudan oyananda öz nəslinin ən bacarıqlı adamlarından biri olduğunu

görəcəkdir”.

İndi isə məşhur professor Ceymsin fikrinə əsaslanaraq bunu deməyi özümə

rəva bilirəm ki, əgər siz ictimaiyyət qarşısında danışmağa vicdanla və ruh

yüksəkliyi ilə hazırlaşacaqsınızsa, əgər siz dərrakə ilə təcrübə toplayacaqsınızsa,

siz tam əsasla buna bel bağlaya bilərsiniz ki, gözəl səhərlərin birində yuxudan

oyananda şəhərinizin və ya icmanızın ən yaxşı natiqlərindən biri olacaqsınız.

Bu, sizə fantaziya kimi görünə bilər, lakin bu, prinsip etibarilə düzgündür.

İstisnalar da, əlbəttə, belə olur. Aşağı intellekt sahibi və şəxsiyyət kimi özü ilə

heç nə təcəssüm etdirməyən, deməyə bir sözü olmayan adam yerli miqyaslı

Daniel Vebster ola bilməyəcək, lakin bu fikir dərrakəli hədlərdə doğrudur.

İzin verin mən konkret nümunə göstərim.

Natiqlik sənəti məktəbinin dinləyicilərinin buraxılışı ilə bağlı Trentonda

təşkil olunan banketdə Nyu-Cersi ştatının keçmiş qubernatoru Stouks iştirak

edirdi. O dedi ki, həmin axşam dinlədiyi şagirdlərin çıxışları Vaşinqtonda

Nümayəndələr Palatası və Senatda eşitdiyi nitqlərdən heç də pis deyildi.

Trentondakı həmin çıxışlar hələ bir neçə ay əvvəl auditoriya qarşısında dilləri

tutulan biznesmenlər tərəfindən söylənmişdi. Onlar heç də gələcək Siseronlar

deyildilər, onlar Nyu-Cersi ştatının biznesmenləri idilər. Lakin, bununla belə, bir

də gördülər ki, gözəl səhərlərin birində onlar öz şəhərlərinin ən yaxşı natiqləri

sırasındadırlar.

Sizin natiq kimi uğurunuzun bütün perspektivi iki məqama dirənir: sizin

təbii qabiliyyətləriniz və sizin məqsədə çatmaq istəyinizin dərinliyi və qüvvəsi.

“Demək olar, bütün sahələrdə, – deyir professor Ceyms, – öyrəndiyiniz işə

münasibətdə coşqun maraq sizi xilas edəcəkdir. Əgər siz nəticəyə kifayət qədər

qüvvə ilə can atırsınızsa, buna mütləq nail olacaqsınız.

Əgər siz dövlətli olmaq istəyirsinizsə, dövlətli olacaqsınız, əgər siz alim olmaq

istəyirsinizsə, alim olacaqsınız, əgər siz yaxşı olmaq istəyirsinizsə, yaxşı

olacaqsınız. Amma bircə siz, həqiqətən də, bunu və yalnız bunu istəməli, eyni

zamanda eyni qüvvə ilə bir-birinə aidiyyəti olmayan yüz cür şeyə can

atmamalısınız”. Və professor Ceyms eyni dərəcədə ədalətlə bunu da əlavə edə

bilərdi: “Əgər siz natiq, özünə inamlı natiq olmaq istəyirsinizsə, siz elə də

olacaqsınız, amma bunu, həqiqətən də, istəmək lazımdır”.

Mən özünə inam hissinə yiyələnməyə və ictimaiyyət qarşısında danışmağı

öyrənməyə cəhd edən, hərfi mənada, minlərlə kişi və qadını diqqətlə müşahidə

etmişəm.

Buna müyəssər olanların yalnız az bir hissəsi parlaq qabiliyyətlərə malik idi.

Əksər hallarda bu, adi, sizin öz şəhərinizdə gördüyünüz kimi adamlar olub. Lakin

onlar inadkar idilər. Belə də olurdu ki, daha qabiliyyətli adamların bu işə əlləri

soyuyur, ya da pul dalınca qovhaqova başları həddən bərk qarışmışdı və buna

görə də onlar xüsusi uğura nail olmurdular. Lakin xarakter və məqsədyönlülüyün

yiyəsi olan orta təfəkkürlü adam əvvəl-axır qabağa çıxırdı.

Bu, tamamilə təbii və insana xas olan haldır. Məgər siz eyni hala kommersiya

və professional fəaliyyətdə rast gəlməmisiniz? Ata Rokfeller deyirdi ki, biznesdə

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə